Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1731/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "ona müharibə veteranı vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1996-cı ildə anadan olmuş və Bakı şəhərində yaşayır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İddiaçı arasında ##.##.2020-ci il tarixli "Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətinə daxilolma haqqında bağlaşma" bağlanmışdır. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə əsgər İddiaçı "əsgər" hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) kargüzar-operatoru vəzifəsinə təyin edilmiş, ##.##.N-ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu maddi-texniki təminat bölməsinin (Q4) kargüzar-operatoru əsgər İddiaçı hərbi hissənin məxfi hissəsinin kargüzar-operatoru vəzifəsinə təyin edilmiş hesab olunmuş, vəzifəsini təhvil verməsi, təyin olunduğu vəzifənin qəbuluna və icrasına başlaması əmr edilmişdir. Işdə olan (İ cild, vərəq 211) məxfi sənədlə müəyyən olunur ki, əsgər İddiaçı işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək iştirak etmiş hesab olunmuşdur. Işdə olan N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı adına verilmiş ""Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi üçün təqdim edilən radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində döyüş əməliyyatlarında döyüş təminatını həyata keçirmiş hərbi qulluqçular barədə arayış-məlumat"da aşağıdakı məlumatlar göstərilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-##.##.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə,
2. Rütbəsi: əsgər,
3. Vəzifəsi: kargüzar-operator,
4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): ##.##.2020-ci il № ***, N. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri,
6. Həmin dövrdə şəxsin radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin Birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli sərəncamı və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri,
7. Həmin dövrdə şəxsin cəlb olunduğu radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində REM, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin Birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli sərəncamı,
8. Iştirak etdiyi ərazilər: Bakıxanov qəsəbəsi (...),
9. Hansı qisimdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatlı məlumat verilsin): 44 günlük Vətən Müharibəsi zamanı, hərbi hissənin ... məxfi hissənin tərkibində məxfi sənədlərin işlənilməsi, məxfi hissənin kargüzarlıq fəaliyyətinin və uçotunun aparılması kimi fəaliyyət göstərib.
10. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: Xəsarət almayıb, ...
13. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): Ehtiyata və ya istefaya buraxılmayıb, hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir. ...
15. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): Yoxdur. İddiaçı nümayəndəsi vasitəsilə Cavabdeh müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin Nazirliyin ##.##.2024-cü il tarixli cavab məktubu ilə bundan imtina edilmiş və göstərilmişdir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumata əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin birinci hissəsinin onuncu və on birinci abzaslarında göstərilmiş ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsinə dair təsdiqedici sənədlər (əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən arayışlar (aktlar) və başqa sənədlər) olmadığına görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT:
Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "ona Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq müharibə veteranlığına görə ödənilən pul müavinətinin bərpası və veteran vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 2020-ci ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmətdə N nömrəli hərbi hissənin məxfi hissəsinin R hərbi rütbəsində kargüzar-operatoru vəzifəsində çalışır. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət göstərmiş və hazırda da hərbi xidmət vəzifələrini layiqincə yerinə yetirir. Ikinci Qarabağ müharibəsi davam edən dövrdə xidmət etdiyi hərbi hissədə "Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi üçün təqdim edilən radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində döyüş əməliyyatlarında döyüş əməliyyatları aparılan zaman (27.09-##.##.2020-ci il tarixlərdə) döyüş təminatını həyata keçirmişdir. Bu, Müdafiə Nazirliyinin arayış-məlumatında öz əksini tapmışdır. Ikinci Qarabağ müharibəsindən sonra xidmət etdiyi N nömrəli hərbi hissənin əməkdaşlarına, eləcə də ona veteran statusu verilmişdir. Belə ki, vətən müharibəsi iştirakçılarına aylıq məbləğ olaraq təsis edilmiş 80 manat pul müavinəti 1 il ərzində ona hərbi hissədə (2022-ci ilin yanvar ayında) verilmiş, Beynəlxalq kart vasitəsilə almışdır. Hazırda əmək haqqına 14 % əlavəni də alır və güzəşt olaraq vergidən azad olunmuşdur. Yəni veteranlara olunan bütün güzəştlərdən yararlanır. Lakin qanunsuz olaraq heç bir səbəb göstərilmədən pul məvacibi dayandırılmış və veteran vəsiqəsini vermirlər, əsassız olaraq verilməsindən imtina edirlər. Bir ildən sonra veteran vəsiqələri və medalları gələndə kişi hərbçilərə medal və vəsiqələr verildi, lakin qadın hərbçilərə verilmədi. Eyni zamanda, onunla birlikdə xidmət edən N nömrəli hərbi hissədə kişi yoldaşlarına müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmin şəxslər onunla eyni mövqelərdə olmuşlar. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sistemi Sosial müavinət və təqaüd haqqında ********** nömrəli arayış-məlumatda da Vətən Müharibəsi iştirakçılarına müavinətin təyin olunması öz əksini tapmışdır. O, Cavabdeh ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırığını yerinə yetirmişdir. Müdafiə nazirinin birinici müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli sərəncamı və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmrinə əsasən həmin dövrdə radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş və həmin dövrdə cəlb olunduğu radioelektron kəşfiyyat (əks-kaşfiyyat) və mübarizə bölmələrinin tərkibində REM, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini həyata keçirmişdir. 44 günlük Vətən Müharibəsi zamanı, hərbi hissənin məxfi hissəsinin tərkibində məxfi sənədlərin işlənilməsi, məxfi hissənin kargüzarlıq fəaliyyətinin və uçotunun aparılması kımı fəaliyyat növü ilə məşğul olmuşdur. Bundan sonra iddiaçı öz nümayəndəsi vasitəsilə iddianı dəyişdirərək, tələbini "ona müharibə veteranı vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə təmin edilmişdir. Cаvаbdеh Cavabdeh iddianı qəbul etməmiş və iddiaya etirazında bildirmişdir ki, iddiaçının barəsində olan arayış-məlumatda qeyd olunmuş ərazi (Bakıxanov qəsəbəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X11 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Iddiaçı "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Cavabdeh N nömrəli hərbi hissəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışında göstərilmişdir ki, qadın hərbi qulluqçu R İddiaçı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissənin X5 məxfi hissənin tərkibində məxfi sənədlərin işlənilməsi, məxfi hissənin kargüzarlıq fəaliyyətinin və uçotunun aparılması kimi döyüş təminatını həyata keçirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Cavabdeh N nömrəli hərbi hissəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışında göstərilmişdir ki, qadın hərbi qulluqçu R İddiaçı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissənin X5 məxfi hissənin tərkibində məxfi sənədlərin işlənilməsi, məxfi hissənin kargüzarlıq fəaliyyətinin və uçotunun aparılması kimi döyüş təminatını həyata keçirmişdir. Işdə olan (İ cild, vərəq 209) məxfi sənədlə müəyyən olunur ki, iddiaçı "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Işdə olan (İ cild, vərəq 210) məxfi sənədlə müəyyən olunur ki, iddiaçı hərbi hissənin döyüşən şəxsi heyətinin siyahısında göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Cavabdeh N nömrəli hərbi hissəsinin ##.##.2025-ci il tarixli **/**** nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçularına hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli ** nömrəli əmrinə əsasən, müharibə veteranı adı verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə verilmiş sorğuya Cavabdeh aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *-**-**/*-****/**** nömrəli cavabda göstərilmişdir ki, İddiaçı "Müharibə veteranı" statusunun verilməsinə dair Cavabdeh tərəfindən 2022-ci ildə 1-ci siyahıda göndərilmiş sənədlər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Müharibə veteranı" statusu verilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli TE-***m nömrəli məktubu əsasında İddiaçı "Müharibə veteranı" statusu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ləğv edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı müharibə veteranı vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, cavabdehin imtina qərarının əsasını təşkil edən xüsusat odur ki, döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsinə dair təsdiqedici sənədlər olmadığına görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi arayış-məlumatdan aydın olur ki, o, N nömrəli hərbi hissədə xidməti vəzifəsi kargüzaroperator olmaqla 44 günlük Vətən Müharibəsi zamanı hərbi hissəsinin X5 məxfi hissənin tərkibində məxfi sənədlərin işlənilməsi, məxfi hissənin kargüzarlıq fəaliyyətinin və uçotunun aparılması üzrə fəaliyyət göstərib. Yəni iddiaçının fəaliyyətinin xarakteri şəxsə müharibə veteranı statusunun verilməsi əsaslarından biri kimi göstərilən radioelektron kəşfiyyat (əkskəşfiyyat) üzrə əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi ilə bilavasitə bağlıdır. Bu baxımdan iddiaçının gördüyü işlərin xarakteri döyüş əməliyyatlarının həyata keçirilməsi ilə bilavasitə bağlı olub, ona müharibə veteranı statusunun verilməsinə səbəb olan faktiki və hüquqi əsas qismində qiymətləndirilməlidir. Cavabdehin etiraz məktubunda iddiaçıya müharibə veteranı statusunun verilməsindən imtina əsaslarından biri kimi göstərilən iddiaçıya sözügedən statusun verilməsi üçün onun tələb olunan ərazi hüdudlarında deyil, məhz Bakıxanov qəsəbəsində (Bakı ərazisində) olması halına münasibətdə məhkəmə qeyd edir ki, döyüş əməliyyatlarında iştirak şəxsin yalnız birbaşa döyüş zonasında hərbi əməliyyatların aparılmasında iştirak etməsi demək olmamaqla, şəxsin həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirməsi, həmin əməliyyatların xarakteri ilə bilavasitə bağlı olan fəaliyyəti kimi başa düşülməlidir. Həmçinin, iddiaçının qeyd etdiyi hallardan biri ona əvvəlcə müvafiq inzibati orqan tərəfindən müharibə veteranı statusu verildiyi və buna müvafiq sosial ödənişləri aldığı halda, sonradan həmin statusun ləğvi və buna müvafiq ödənişlərin dayandırılmasıdır. Cavabdeh məhkəmə sorğusuna cavab olaraq iddiaçıya sözügedən statusun əvvəl verildiyi, sonradan isə ləğv edildiyini bildirərkən ləğvə dair heç bir hüquqi əsas göstərməmişdir. Qeyd edilən hal cavabdehin ləğv qərarının əsassızlığına dair məhkəmənin daxili inamının formalaşmasına təsir edir. Iddiaçının iddia etdiyi hallardan biri də odur ki, onunla eyni hərbi mövqedə olan kişi hərbçilərə müharibə veteranı statusu və vəsiqəsi verilməsinə baxmayaraq, ona münasibətdə diskriminasiyaya yol verilmiş və müharibə veteranı statusu və vəsiqəsi verilməmişdir. Məhkəmə qeyd edilən hala münasibətdə bildirir ki, baxmayaraq ki, sözügedən halı təsdiq edən sübut(lar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin, məhkəməyə həmin iddia əsasına münasibətdə heç bir yazılı etiraz təqdim etməmişdir. Bu baxımdan məhkəmə həmin halı prezumpsiya olaraq qəbul etməklə əgər fərqli əsaslar yoxdursa, eyni mövqedə olan şəxslərə münasibətdə fərqli qaydanın tətbiq edilməsinin tərəflərin konstitusion bərabərlik hüququnun pozuntusu olaraq qiymətləndirir və iddiaçıya münasibətdə də eyni hüquqi mövqenin nümayiş etdirilməsi zərurətini qeyd edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçıya münasibətdə əvvəlcə müharibə veteranı statusunun verilməsi, sonradan heç bir hüquqi əsas göstərilmədən həmin statusun müvafiq orqan tərəfindən ləğvi hüquqi müəyyənlik və legitim gözlənilənlik prinsiplərinə zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI:
Cavabdeh Cavabdeh Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 10-cu və 11-ci abzaslarına görə, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə müharibə veteranı adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilər) ərazilərdə yerinə yetirmiş olsunlar. Qanunvericiliyin tələblərindən isə göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Işin faktiki hallarından isə görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə (##.##.2020-ci ildən ##.##.2020-ci ilədək) Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə məxfi hissəsinin kargüzar-operatoru vəzifəsində xidmət etmişdir. Göründüyü kimi, iddiaçının Əsasnamədə göstərilən ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirakı müvafiq sənədlərlə təsdiq edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI:
Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçı İddiaçı iddianın predmetini dəyişdi və Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək, iddia tələbini "ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etdi. Cavabdehin nümayəndəsi nümayəndə2 iddianın dəyişdirilməsinə razı olmasa da, məhkəmə kollegiyası iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdi və qəbul etdi. Iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə1 iddiaçıya müharibə veteranı adının verilməsini xahiş etdlər.
TƏTBIQ EDILƏN HÜQUQ:
"Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə":
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (onuncu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (on birinci abzas) 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X12 Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
4. Əlavə müddəalar Veteran statusunu təsdiq edən sənədin "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.3. Iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Işdən görünür ki, iddiaçının tələbi "ona müharibə veteranı vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"ndan ibarət olmuş və birinci instansiya məhkəməsinin qərarı ilə həmin tələb təmin edilmişdir. Iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu zaman iddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə verərək, "ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kollegiya hazırkı iddianın iddiaçının hüquqi marağına uyğun olub-olmamasını müəyyən etmək üçün ona əvvəllər müharibə veteranı adının verilməsi, sonradan isə bu adın ləğv edilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, bunun baş verməsi təsdiq olunacağı halda, iddiaçının tələbi veteran adının verilməsi deyil, onun bərpa edilməsi barədə ola bilər. Həm iddiaçı, həm də cavabdeh iddiaçıya veteran adının verildiyini, lakin bunu təsdiq edən vəsiqənin verilmədiyini bildirirlər, hətta iddiaçının veteranlar üçün nəzərdə tutulmuş bəzi imtiyazlardan bir müddət istifadə etdiyi də müəyyən olunur. Cavabdeh aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən birinci instansiya məhkəməsinə verilmiş ##.##.2026-cı il tarixli *-**-**/*- ****/**** nömrəli cavabda göstərilmişdir ki, İddiaçı "Müharibə veteranı" statusunun verilməsinə dair Cavabdeh tərəfindən 2022-ci ildə 1-ci siyahıda göndərilmiş sənədlər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Müharibə veteranı" statusu verilmiş, daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli TE-***m nömrəli məktubu əsasında İddiaçı "Müharibə veteranı" statusu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ləğv edilmişdir. Bundan başqa, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli **/**** nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçularına hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli ** nömrəli əmrinə əsasən, müharibə veteranı adı verilmişdir. Həmin arayışda iddiaçı İddiaçı adı göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə iki dəfə məktubla sorğu verilərək iddiaçıya müharibə veteranı adının verilməsi və sonradan bu adın ləğv edilməsi barədə qərarın təqdim olunması xahiş edilmiş, lakin məhkəməyə belə bir qərar təqdim olunmamışdır. Eyni zamanda, müəyyən edildi ki, iddiaçıya müharibə veteranı vəsiqəsi də verilməmişdir. Həmçinin, cavabdeh iddiaçıya veteran statusunun Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verildiyini və sonra ləğv edildiyini bildirmişdir, halbuki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"də bu səlahiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinə deyil, Cavabdeh və digər qurumlara aid edilmişdir. Beləliklə, iddiaçıya müəyyən olunmuş qaydada veteran adının verilməsi öz təsdiqini tapmır. Kollegiya qeyd edir ki, belə olan halda, hətta iddiaçının veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmiş olması da ona bu adın verilməsini təsdiq edən hal kimi qəbul edilə bilməz. Ona görə də iddiaçının apellyasiya instansiyası məhkəməsində verdiyi dəyişdirilmiş iddia tələbi onun hüquqi marağına uyğundur. Iddianın əsaslılığı məsələsinə gəldikdə isə kollegiya qeyd edir ki, iş birinci instansiya məhkəməsinin icraatında olduğu zaman aşağıdakı sənədlər toplanmışdır: - İddiaçı işğal edilmiş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək iştirak etmiş hesab olunması barədə məxfi sənəd (İ cild, vərəq 211), - N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli *** nömrəli və ##.##.2024-cü il tarixli *** nömrəli arayışlarında göstərilmişdir ki, iddiaçı İddiaçı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissənin X5 məxfi hissənin tərkibində döyüş təminatını həyata keçirmişdir. - iddiaçının "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmasını təsdiq edən məxfi sənəd (İ cild, vərəq 209) - iddiaçının hərbi hissənin döyüşən şəxsi heyətinin siyahısında göstərilməsini təsdiq edən məxfi sənəd (İ cild, vərəq 210) Iddiaçı İddiaçı ona müharibə veteranı adının verilməli olmasını ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi ilə əsaslandırmışdır. Bu əsaslandırma "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin on birinci abzasına uyğun gəlir. Həmin abzasdan görünür ki, 2020-ci il ########ın ##-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları ölkənin bütün ərazisində, o cümlədən Bakı şəhərində yerinə yetirmiş şəxslərə də müharibə veteranı adı verilir. Həmin abzasda tapşırıqların məhz "Əsasnamə"nin 1-ci hissəsinin onuncu abzasında qeyd olunmuş ərazilərdə yerinə yetirilməli olması tələb edilmir. Lakin cavabdeh iddiaya etirazında Əsasnamənin həmin abzasına deyil, onuncu abzasına uyğun münasibət bildirmişdir. Cavabdehin həm iddiaya etirazının, həm də apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, iddiaçı tapşırıqları "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə deyil, Bakı şəhərində yerləşən hərbi hissədə yerinə yetirmişdir. Cavabdehin bu dəlili aydın olmadığına görə Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə göndərilmiş ##.##.2026-cı il tarixli məktubda məsələyə aydınlıq gətirilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusu cavablandırılması üçün cavabdeh tərəfindən aidiyyəti üzrə göndərilmişdir. Sorğuya cavab olaraq məhkəməyə göndərilmiş məxfi sənədlə (II cild, vərəq 60) müəyyən olundu ki, iddiaçı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə yenidən göndərilmiş ##.##.2026-cı il tarixli sorğuda iddiaçıya müharibə veteranı adının verilməsinə "Əsasnamə"nin 1-ci hissəsinin on birinci abzasında olan hansı şərtin mane olması barədə Müdafiə Nazirliyinin yazılı münasibəti tələb olunmuşdur. Məhkəmənin sorğusu cavablandırılması üçün cavabdeh tərəfindən yenə də aidiyyəti üzrə göndərilmişdir. Sorğuya cavab olaraq məhkəməyə göndərilmiş məxfi sənədlə (II cild, vərəq 70) müəyyən olundu ki, iddiaçı radioeletron kəşfiyyat və radioelektron mübarizə ... döyüş təyinatına əsasən döyüş tapşırıqlarını icra etmişdir. Göründüyü kimi, məhkəmənin sorğularına alınmış cavablarla və yuxarıda sadalanan digər sənədlərlə müəyyən edilir ki, iddiaçı İddiaçı 2020-ci il ########ın ##-dən noyabrın 10dək radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan halda, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin on birinci abzasına uyğun olaraq, iddiaçıya müharibə veteranı adı verilməli idi. Cavabdeh bundan imtina etməkdə haqlı olmamışdır. Cavabdehin nümayəndəsi nümayəndə2 məhkəmə iclası zamanı verdiyi izahatda iddiaçının döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmədiyini, sadəcə olaraq öz vəzifəsini icra etdiyini bildirmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin cavabdehə ünvanlanmış sorğuları cavabdeh tərəfindən aidiyyəti üzrə başqa bir quruma göndərilmiş və həmin qurum tərəfindən cavablandırılmışdır. Məhkəmə özü bilavasitə həmin quruma sorğu verməmişdir. Belə olan halda, göstərilən qurumun cavabları məhz cavabdehin cavabları kimi qəbul edilməli və cavabdehin nümayəndəsinin məhkəmə iclası zamanı həmin cavab məktubları ilə razılaşmaması əsaslı sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Lakin iddiaçı öz tələbini dəyişdirdiyinə görə müvafiq olaraq birinci instansiya məhkəməsinin qərarı da dəyişdirilməli və dəyişdirilmiş iddia təmin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı dəyişdirilmiş iddiası təmin edilsin. Iddiaçı İddiaçı müharibə veteranı adının verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.