Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1735/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı dövlət qeydiyyatının qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (*struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı ##.##.2017-ci il tarixli, ********** nömrəli dövlət qeydiyyatının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçının atası ##.##.2017-ci il tarixdə vəfat etmişdir. Buna baxmayaraq, ##.##.2017-ci il tarixli sənəddə guya mərhum atasının adından Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağçılıq yoldaşlığında yerləşən bağ sahəsinin özəlləşdirilməsi barədə ərizə verildiyi göstərilmişdir. Həmin ərizədə torpaq sahəsi “66; 66A” kimi qeyd edilmişdir. Halbuki “Şinçi” bağçılıq yoldaşlığının rəsmi üzvlər siyahısında mərhum atasına məxsus bağ sahəsi yalnız “66” nömrə ilə göstərilmişdir. Bu sənədlərə əsasən cavabdeh tərəfindən ##.##.2017-ci il tarixdə ********** nömrəli dövlət qeydiyyatı aparılmışdır. Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun ölümü ilə xitam tapır. Ölümündən sonra həmin şəxsin adından verilmiş hər hansı ərizə hüquqi nəticə doğura bilməz. Belə olan halda, ##.##.2017-ci il tarixli sənəd hüquqi qüvvəyə malik deyildir və həmin sənədə əsaslanaraq qəbul edilmiş ##.##.2017-ci il tarixli dövlət qeydiyyatı hüquqi əsasdan məhrumdur. Bundan əlavə, torpaq sahəsinin “66; 66A” kimi göstərilməsi obyektin identifikasiyasında qeyri-müəyyənlik yaradır. Inzibati orqan təqdim olunmuş sənədlərin düzgünlüyünü və qeydiyyat obyektinin dəqiq müəyyən edilməsini yoxlamalı olduğu halda, ziddiyyətli məlumatlara əsasən dövlət qeydiyyatı aparmışdır. Hüquqi əsası olmayan və obyekt baxımından qeyri-müəyyənliyə yol verilmiş inzibati akt qanunsuz hesab edilməlidir. ##.##.2017-ci il tarixli dövlət qeydiyyatının aparıldığı faktı iddiaçıya məlum idi. Lakin həmin qeydiyyatın hüquqi əsası olan ##.##.2017-ci il tarixli sənədin ölümündən sonra tərtib edildiyi və torpaq sahəsinin “66; 66A” kimi göstərildiyi barədə məlumatı olmamışdır. Qeydiyyatın əsasını təşkil edən sənədlərlə ilk dəfə ##.##.2026-cı il tarixində tanış olmuş və ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktubla onların surətləri iddiaçıya təqdim edilmişdir. Bu səbəbdən iddia müddəti inzibati aktın qanunsuz hüquqi əsasının iddiaçıya məlum olduğu tarixdən hesablanmalıdır və müddət ötürülməmişdir. Cavabdeh tərəfindən iddiaya hər hansı formada münasibət bildirilməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı ilə (hakim E.A.Abdullayev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atasının ölümü ilə onun hüquq qabiliyyəti xətm edilmişdir. Ölən şəxs adına aparılmış qeydiyyat hüquqi baxımdan "yox" hökmündədir. Qanun birbaşa müəyyən edir ki, Reyestr Idarəsi maraqlı şəxslərin yazılı razılığı olmadan reyestrdə düzəlişi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında edə bilər. Inzibati orqanın diskresion səlahiyyətində olmayan bir məsələ üçün ona müraciət etməyi tələb etmək, vətəndaşı nəticəsiz bir proseduraya məcburetmədir. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, o, məhkəməyə müraciət edəndə cavabdeh qismində Bakı * saylı Ərazi Idarəsini cəlb etmiş, iddia tələbi isə inzibati aktın ləğv edilməsi, dövlət qeydiyatının qanunsuz hesab edilməsi idi ki, bu tələb də ancaq məhkəmə vasitəsi ilə mümkün idi, yəni cavabdehin belə bir səlahiyyəti yox idi. Ona görə də əgər cavabdeh inzibati orqan iddia tələbini mahiyyəti üzrə həll etmək səlahiyyətinə malik deyilsə nə səbəbə görə ilkin olaraq ona müraciət etməlidir? Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsasız olmaqla ləğv edilməli və iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırkı iddia tələbi ilə bağlı səlahiyyətləri yoxdur. Iddiaçının ərizəsi üzrə qeydiyyatı ləğv edə bilməzlər. Tərəflərindən qeydiyyat yalnız iki halda ləğv oluna bilər: 1) hüquq sahibinin müraciəti əsasında və 2) müvafiq əmlak tam şəkildə məhv olduqda (söküldükdə və yaxud yararsız olduqda). ... Iddiaçı iddia tələbi üzrə cavabdeh inzibati orqana müraciət etmiş olsaydı belə hər hansı tədbir görə bilməyəcəkdilər. Tərəflərindən bu tip müraciətlərə dair yalnız “hüquqların qeydiyyatına dair mübahisələrin həlli məhkəmə qaydasında həyata keçirilə bilər” məzmununda cavab məktubu verilir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman düzgün nəticəyə gəlinməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş iddia tələbi ilə ##.##.2017-ci il tarixli, ********** nömrəli dövlət qeydiyyatının qanunsuz hesab edilərək ləğv olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının həmin tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etdiyini təsdiq edən sübut təqdim etməməsini, müvafiq olaraq cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinasının və ya onun hərəkətsizliyinin müəyyən olunmamasını iddianın mümkün sayılmaması üçün əsas hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu nəticəyə gəlinərkən ilk növbədə iddia tələbinin hüquqi təbiəti düzgün müəyyən edilməmiş, müxtəlif iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük şərtləri bir-birindən fərqləndirilməmiş və ilkin müraciət tələbi inzibati məhkəmə icraatında bütün iddia növlərinə şamil olunan ümumi və mütləq şərt kimi tətbiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadında Inzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə, habelə 38.2, 39.1 və 39.2-ci maddələrinə istinad etmişdir. Həmin normaların hüquqi məzmunundan görünür ki, Inzibati Prosessual Məcəllənin 33-cü maddəsi iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına yönəlmiş məcburetmə haqqında iddianı, Inzibati Prosessual Məcəllənin 39.1-ci maddəsi isə məhz inzibati aktın qəbul olunmasına dair əvvəlki müraciət və ya inzibati şikayət üzrə inzibati orqanın qərar qəbul etməməsi halında məhkəməyə müraciətin vaxtını tənzimləyir. Hazırkı iş üzrə iddiaçı isə inzibati orqandan onun xeyrinə yeni inzibati akt qəbul etməsini istəmir. Mübahisənin predmeti artıq həyata keçirilmiş dövlət qeydiyyatının qanuniliyidir. Iddiaçının mövqeyinə görə, qeydiyyat onun atasının vəfatından sonra sonuncunun adından tərtib edilmiş ərizəyə və qeydiyyat obyektinə dair ziddiyyətli məlumatlara əsaslanmaqla aparılmış, qeydiyyat orqanı təqdim edilmiş sənədlərin hüquqi qüvvəsini və qeydiyyat obyektinin düzgün identikləşdirilməsini lazımi qaydada yoxlamamışdır. Bu halların həqiqətən mövcud olub-olmaması və mübahisəli qeydiyyatın qanuniliyinə təsiri iddianın əsaslılığına aid məsələdir və hazırkı mərhələdə həmin hallara mahiyyəti üzrə hüquqi qiymət verilməsi yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin və onlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsi qeydiyyata alınmış hüququn mübahisələndirilə biləcəyini, 2.4-cü maddəsi isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli ** nömrəli Qərarında da daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığının mübahisələndirildiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalı olduğu xüsusi olaraq göstərilmişdir. Plenum fərqləndirmişdir ki, iddiaçı qeydiyyatın hüquqi əsasını təşkil edən mülki-hüquqi əqdi deyil, məhz qeydiyyat orqanının öz fəaliyyətinin düzgünlüyünü mübahisələndirdikdə mübahisə publik-hüquqi xarakter daşıyır. Hazırkı iddianın faktiki əsası da məhz qeydiyyat orqanının təqdim olunmuş sənədlər əsasında qeydiyyatı qanuna uyğun aparıb-aparmamasına yönəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin məcburetmə haqqında iddia üçün nəzərdə tutulmuş Inzibati Prosessual Məcəllənin 33 və 39-cu maddələrini hazırkı iddianın mümkünlüyünün qiymətləndirilməsində həlledici əsas kimi tətbiq etməsi düzgün hüquqi yanaşmaya əsaslanmır. Iddianın hüquqi təbiəti məhkəmənin iddiaçının tələbə verdiyi addan deyil, onun əldə etmək istədiyi hüquqi nəticədən və mübahisənin faktiki əsaslarından çıxış etməklə müəyyən edilməlidir. Əgər məhkəmə tələbin başqa iddia növünə uyğunlaşdırılmasına ehtiyac olduğunu müəyyən edirsə, bu məsələ Inzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsi çərçivəsində tərəflərlə müzakirə edilməli və iddiaçıya düzgün hüquqi müdafiə vasitəsinin seçilməsində yardım göstərilməlidir. Bu nəticə Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarından da irəli gəlir. Həmin Qərarın 2.3-cü bəndində məhkəmələrin cavabdehin imtinasının olub-olmamasını bütün işlər üzrə deyil, məhz “qanunvericilikdə nəzərdə tutulduğu hallarda” yoxlamalı olduqları göstərilmişdir. Qərarın 9-cu bəndində isə ilkin olaraq inzibati orqana müraciət edilməsi ümumi mümkünlük şərti deyil, ayrı-ayrı iddia növləri üçün nəzərdə tutulan xüsusi mümkünlük şərti kimi göstərilmiş və məcburetmə, öhdəliyin icrası və kompensasiya haqqında iddialar buna nümunə kimi sadalanmışdır. Eyni Qərarın 3.3-3.5-ci bəndləri iddianın mümkünlüyü ilə bağlı qüsur müəyyən edildikdə məhkəmənin yardım etmək vəzifəsinin xüsusi əhəmiyyətini vurğulayır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının sualına cavab olaraq hazırkı iddia tələbi üzrə qeydiyyatı ləğv etmək səlahiyyətlərinin olmadığını bildirmiş, iddiaçı eyni tələblə inzibati orqana müraciət etmiş olsaydı hər hansı tədbirin görülməsinin mümkün olmayacağını açıq şəkildə ifadə etmişdir. Nümayəndə həmçinin belə müraciətlərə cavab olaraq şəxslərə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğunu bildirən məktub verildiyini göstərmişdir. Belə olan halda hazırkı tələb çərçivəsində ilkin müraciətin tələb edilməsinin hüquqi məqsədi ayrıca qiymətləndirilməlidir. Inzibati orqana əvvəlcədən müraciət edilməsini tələb edən prosessual mexanizmin mahiyyəti inzibati orqana şəxsin tələbini məhkəmədən kənar qaydada təmin etmək, mümkün hüquq pozuntusunu özü aradan qaldırmaq, bununla da məhkəmə mübahisəsinin yaranmasının qarşısını almaq imkanı verməkdən ibarətdir. Lakin inzibati orqanın özünün təsdiq etdiyi kimi, o, konkret tələbi təmin etmək səlahiyyətinə malik deyilsə və müraciətin yeganə mümkün nəticəsi şəxsə yenidən məhkəməyə müraciət etməsinin bildirilməsi olacaqsa, həmin prosedurun keçirilməsi artıq inzibati mübahisənin məhkəmədənkənar həllinə xidmət edən real hüquqi vasitə deyil, əvvəlcədən məlum nəticəyə malik formal hərəkətə çevrilir. Başqa sözlə, şəxsin məhkəmədən inzibati orqana, inzibati orqandan isə yenidən məhkəməyə yönləndirilməsi hüquqi müdafiənin hər hansı əlavə imkanını yaratmır. Belə prosedur nə mübahisəni aradan qaldıra, nə iddiaçının tələbini təmin edə, nə də məhkəmə araşdırmasının predmetini daralda bilər. Nəticədə eyni şəxs yalnız əvvəlcədən məlum olan cavabı almaq üçün əlavə vaxt sərf etməli və bundan sonra eyni tələblə yenidən məhkəməyə müraciət etməli olur. Məsələyə digər tərəfdən yanaşdıqda, birinci instansiya məhkəməsinin öz qərardadında irəli sürdüyü “cavabdeh inzibati orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin mövcudluğu” arqumenti də hazırkı işin hallarına uyğun deyildir. Birincisi, iddiaçı məhz cavabdeh orqan tərəfindən artıq həyata keçirilmiş dövlət qeydiyyatını mübahisələndirir. Mübahisəli qeydiyyatın aparılması özü inzibati orqanın publik səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində meydana çıxmış hüquqi fəaliyyətdir və iddiaçının mövqeyinə görə onun hüquqlarına toxunur. Buna görə iddiaçının həmin fəaliyyətə qarşı hüquqi müdafiəyə ehtiyacının yaranması üçün cavabdehin sonradan eyni məsələ üzrə ikinci dəfə ayrıca imtina aktı qəbul etməsi məntiqi zərurət təşkil etmir. Birinci instansiya məhkəməsi isə faktiki olaraq mövcud qeydiyyatın mübahisələndirilməsi üçün həmin qeydiyyatdan əlavə, iddiaçının yeni müraciəti və cavabdehin yeni imtinasının da yaranmasını tələb etmişdir. X5 Məcəllənin 35.1-ci maddəsi hüquq pozuntusunun inzibati aktın qəbul edilməsindən, onun qəbulundan imtinadan, inzibati orqanın hərəkətindən və ya hərəkətsizliyindən irəli gəlməsini alternativ hallar kimi müəyyən edir. Ikincisi, hətta cavabdehin hazırkı mübahisə üzrə ayrıca mövqeyinin müəyyən edilməsini zəruri hesab etdikdə belə, həmin məsələ apellyasiya baxışı zamanı artıq tam aydınlaşdırılmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında inzibati orqanın iddiaçının tələbini təmin edə bilməyəcəyini və ona yalnız məhkəməyə müraciət edilməli olduğu barədə cavab veriləcəyini birmənalı şəkildə bildirmişdir. Belə şəraitdə iddiaçını məhz həmin məzmunda yazılı cavab əldə etmək üçün inzibati orqana göndərib, bundan sonra yenidən məhkəməyə müraciət etməyə məcbur etmək məhkəmə müdafiəsinin mahiyyətindən üstün tutulan formal tələbə çevrilmiş olardı. Bu yanaşma məhkəməyə çıxış hüququnun şərhi ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı ümumi prinsiplərə də uyğundur. Konvensiyanın 6-cı maddəsi baxımından məhkəməyə çıxış hüququ müəyyən prosessual şərtlərlə məhdudlaşdırıla bilsə də, həmin məhdudiyyət qanuni məqsədə xidmət etməli, tətbiq olunan vasitə ilə məqsəd arasında ağlabatan mütənasiblik olmalı və prosessual qaydaların tətbiqi şəxsin məhkəməyə çıxışını həddindən artıq formalizm vasitəsilə praktiki olaraq çətinləşdirməməlidir. Konkret halda inzibati orqanın tələbi təmin edə bilməyəcəyi həmin orqanın özü tərəfindən məhkəmə qarşısında təsdiq edildiyindən, əvvəlcədən nəticəsiz olduğu məlum olan prosedurun keçilməsini məhkəməyə çıxışın şərti kimi tələb etmək bu baxımdan da əsaslandırılmış məqsədə xidmət edən prosessual məhdudiyyət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Inzibati Prosessual Məcəllənin 87.7.2-ci bəndinə əsasən, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Inzibati Prosessual Məcəllənin 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın mümkün sayılmaması barədə qərardad ləğv edilməli, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan xüsusatları araşdırılmaqla iddianın digər əsaslarla da mümkünlük şərtləri yoxlanılmalı, iddia mümkün sayıdığı təqdirdə mahiyyəti üzrə baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı ləğv edilsin. Iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1735/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1735/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver