Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1775/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1775/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1775/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi mümkün hesab edilməsi, iddia ərizəsinin icraata qəbul olunması, iddia ərizəsinin təmin edilməsi, Cavabdehn üzərinə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka çıxarışın və texniki pasportun verilməsi vəzifəsi qoyulması, iddia ərizəsinə baxılmasının nəticələrinə dair ona yazılı şəkildə rəsmi qaydada cavab verilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbini rəhbər tutaraq o 2023cü ilin sonunda ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka Forma № * almaq məqsədilə Asan 1-ə müraciət etmişdir. Oda bildirilir ki, yuxarıda göstərilən ünvanda yerləşən daşınmaz əmlakın həm çıxarışı həm texniki pasportu mövcuddur və qanunvericiliyin tələblərinə görə qüvvədədir. Yəni həmin sənədlərin etibarsız hesab edilməsi və ya ləğv olunmasına dair qüvvədə olan qanunvericiliyə uyğun qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Məlumat üçün bildirilir ki, Asan 1-də qüvvədə olan qanunvericiliyin tələbinə əsasən hüquqi qüvvəsi olan və hazırda mülkiyyət hüququnu təsdiq edən dövlət tərəfindən verilmiş, rəsmi dövlət sənədi olaraq şübhə doğurmayan, məcburi qüvvəyə malik olan sənədlərinə baxandan sonra ona bildirdilər ki, Forma № * verə bilməyəcəklər. Səbəbi də sahənin dəqiqləşdirilməsi kimi bildirilmişdir. Yəni qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq rəsmi dövlət sənədini Asan 1-in səlahiyyətsiz əməkdaşı həmin sənədin tərkib hissəsi olan Forma № * arayışını verməkdən imtina etmişdir. Beləliklə ilk mərhələdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təyin olunmayan, həmin rayonun hakimi olmayan şəxs Azərbaycan Respublikası Konstitusiyasına zidd olaraq öz üzərinə məhkəmənin hakimi səlahiyyətlərini almışdır. Məlumat üçün bildirilir ki, Asan 1-in əməkdaşları tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədin və texniki pasportun köhnə olması arqumenti Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələbinə zidd olsa da o dövlət qurumunun məsul şəxsin göstərişinə əməl etdi. Həmin məsul şəxsin Azərbaycan Respublikası Mülki qanunvericiliyin tələblərinə zidd göstərişi o arqumentlə pərdələnmişdir ki, onsuzda gələcəkdə həmin sənədin dəyişməsi məcburiyyətidir. Elə indidən bunu etmək ona təklif olunmuşdur. Bu şikayətdə xüsusilə vurğulamaq istəyir ki, Azərbaycan Respublikası Mülki qanunvericiliyinin müddəasına əsasən mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsi və Texniki pasport qüvvədədir və onun həmin daşınmaz əmlaka mülkiyyətçi olduğunu təsdiq edir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki qanunvericiliyinin müddəasının tələbini rəhbər tutaraq bəyan etmək istəyir ki, məhkəmənin qüvvəyə minmiş qərarı olmadan mülkiyyət formasından asılı olmadan istənilən fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun istənilən formada məhdudlaşdırılması həm Azərbaycan Respublikası Konstitusiyasının müddəasının tələblərilə, həm Azərbaycan Respublikası Mülki qanunvericiliyin müddəaları ilə, həm də beynəlxalq müqavilələrlə qəti qadağandır. Diqqətə çatdırılır ki, Asan 1-ə müraciətindən sonra təxminən 15(on beş) gün geçdikdə Cavanşir adında mühəndis ona məxsus daşınmaz əmlakın yerində ölçməsini həyata keçirirdi. Həmin şəxsə sənədlərin surətlərini təqdim etmək istəsə də, götürməkdən imtina etmişdir. Məlumat verir ki, ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin baş mühəndisi Ramiz Babayev 3-cü mərtəbənin və mansardın inşasını bəhanə gətirərək texniki pasportun verilməsini mümkün hesab etməmişdir. Onun diqqətinə çatdırılır ki, “Inzibati icraat haqqında” qanunvericiliyin müddəalarının tələbini rəhbər tutaraq Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsə yuxarı orqan və vəzifəli şəxs kimi müraciət etdi. IN yanında Əmlak Məsələləri Dövlət Xidmətin Cavabdehn Idarə Heyətinin sədr müavini Fərid Cəfərov “Vətəndaşların müraciətləri haqqında” qanunvericiliyin maddəsina istinad edərək əlavə araşdırmanın aparılmasının zərurətini ## #### 2024-cü il tarixli məktubunda göstərmişdir. Bildirilir ki, “məcazi və ya virtual” araşdırma bitəndən sonra IN yanında Əmlak Məsələləri Dövlət Xidmətin Cavabdehn Idarə Heyətinin sədr müavini Fərid Cəfərov ## ##### 2024-cü il tarixdə bundan əvvəl ona * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən cavabın tam kserosürətini çıxararaq imzalamışdır. Həmin cavabda da guya mövcud olan texniki pasportlarda perimetrik ölçülərin olmadığı bəhanəsi gətirilmişdir. Çatdırılır ki, Mülki qanunvericiliyin maddəsinin tələbində və IN yanında Əmlak Məsələləri Dövlət Xidmətin Cavabdehn Idarə Heyətinin sədr müavini Fərid Cəfərovun çox istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunvericilyin maddəsinin tələblərində daşınmaz əmlakın sahəsində və daxilində əlavə və dəyişikliklər edildiyi təqdirdə mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi IN yanında Əmlak Məsələləri Dövlət Xidmətin Cavabdehn vəzifəsinə aiddir. Əmlak Məsələləri Dövlət Xidmətin Cavabdeh isə öz vəzifəsini icra etməyərək vətəndaşı və mülkiyyətçini əsassız bəhanələrlə süründürür, bu isə “Korrupsiya haqqında” qanunvericiliyin maddələrinə əsasən birbaşa korrupsiya halı hesab olunur. Buna görə də hesab edir ki, Cavabdehn üzərinə ona məxsus olan daşınmaz əmlaka çıxarış və texniki pasport verilməsi vəzifəsi qoyulmalıdır. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka çıxarışın və texniki pasportun verilməsi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. Iddiaçı ünvan 2 ünvanında yerləşən 2, 3/6, * saylı mənzilə dair yeni çıxarışın və texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli ərizə ilə Idarəyə, ##.##.2024-cü və ##.##.2025-ci il tarixlərində Cavabdeh müraciətləri daxil olmuş 233020545560, 3-21-3-02/2-İ-0108-8/2024 və 3-21-3-02/1-İ-0041-8/2025 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən mənzil notariat qaydasında təsdiq edilmiş 4Ə810 reyestr nömrəli, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X2 bağışlanmış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Göründüyü kimi iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Əlavə olaraq bildirilir ki, Idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin daxilində rekonstruksiya işlərinin aparıldığı bəzi arakəsmələrin yerlərinin dəyişdirildiyi, həmçinin 2-ci mərtəbənin üzərində 3-cü və mansard mərtəbəsinin inşa edildiyi müəyyən edilmişdir. Nəzərə çatdırılır ki, mənzildə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı təqdim edilməmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı (hakim A.Almazova) ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbini irəli sürməyə hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir və hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ (hüquqi marağı) müəyyən edilmir. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müraciəti üzrə inzibati süründürməçilik davam etdiyi dövrdə — ##.##.2024-cü il tarixdə sözügedən daşınmaz əmlaklar notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında qızı X2 bağışlanmış və onun adına dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi bu faktı əsas gətirərək onun subyektiv hüququnun (hüquqi marağının) olmadığını və bu səbəbdən iddianın mümkün olmadığını qeyd etmişdir. Lakin məhkəmə tamamilə qanunsuz olaraq nəzərə almamışdır ki, inzibati orqanın qanunsuz hərəkətləri və rəsmi imtinası məhz onun mülkiyyətçi olduğun və onun şəxsən müraciət etdiyi dövrdə (##.##.2023) baş vermişdir. Həmin qanunsuz imtina nəticəsində hüquqi zərər çəkən, mülkiyyətindən vaxtında tam istifadə edə bilməyən və hüquqları pozulan şəxs birbaşa o olmuşdur. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, müraciətinə qanunsuz imtina verilən hər bir şəxsin məhkəmə müdafiəsi tələb etmək üçün tam hüquqi marağı və subyektiv hüququ mövcuddur. Birinci instansiya məhkəməsi mülkiyyətçi dəyişikliyini əsas tutaraq, ona iddiaçı qismində X2 göstərilməsi və iddianın dəqiqləşdirilməsi üçün müddət təyin etmişdir. Tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə müvafiq izahat və dəqiqləşdirilmiş iddia ərizəsi vaxtında təqdim olunsa da, məhkəmə sonradan "etibarnamənin olmaması" kimi formal əsasları bəhanə gətirərək işi mahiyyəti üzrə araşdırmadan birbaşa qeyri-mümkün saymışdır. Əgər məhkəmə əsl iddiaçının qızı olduğunu hesab edirdisə, IPM-in prinsiplərinə və Ali Məhkəmənin təcrübəsinə uyğun olaraq, onu işə "maraqlı şəxs" qismində cəlb etməli və ya iddiaçının prosessual əvəzlənməsi üçün hüquqi şərait yaratmalı idi. Iddianın bu mərhələdə qeyrimümkün sayılması onun və ailə üzvünün Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi ilə təmin olunmuş məhkəmə müdafiəsi hüquqlarının birbaşa tapdalanmasıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin (bundan sonra IPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu əsasla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Iddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir. Məhkəmə kollegiyası inzibati iş materiallarına əlavə olunmuş sənədlərə diqqət yetirir: - Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyət Hüquqlarının Qeydiyyatı Idarəsinin MH seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Vidadi küçəsi *** nömrəli yaşayış evinin 2, 3/6, 4 mənzili İddiaçı xüsusi mülkiyyətində olmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli ##.##.2023-cü il tarixli 008011003900-05101-****** reyestr nömrəli , Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsi ev *** nömrəli mənzil 1, 2, 3/6, 4 İddiaçı xüsusi mülkiyyətində olmuşdur. - Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Başçısının Aparatı Texniki Inventarlaşdırma və Mülkiyət Hüquqlarının Qeydiyyatı Idarəsinin ##.##.1998-ci il tarixli Iskəndərov Ibrahim Bayraməli oğlunun şəxsi mülkiyyətində olan mənzilin texniki pasportun surəti məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin **/**-** nömrəli ##.##.1997-ci il tarixli məktubundan görünür ki, qeyd olunanları və ** nömrəli MKSI-nin bu barədə tərtib olunmuş aktını nəzərə alaraq Memarlıq və Şəhərsalma baş idarəsi həmin binada əsaslı təmir aparılmasına etiraz etmir və bununla bağlı təqdim olunan eskiz layihəsini razılaşdırır. - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*- *****/**** nömrəli məktubundan görünür ki, sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surətini təqdim edilmişdir. - ##.##.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Nəsimi rayonu Vidadi küçəsi 145 mənzil 1,2,3/6,4 qeydiyyat vəsiqəsinə əsasən hüquqmüəyyənedici sənəd üzrə 11 y.o, faktiki sahəsi 11 y.o, hüquqmüəyyən edici sənəd üzrə ümumi sahəsi mən 1 3 y/o S üm.=50 kv.m, mən.2 2 y/o S üm=41.6 kv.m, mən.4 2 y/o S üm=38 kv.m, mən 3/6 4y/o S üm=75 kv.m, faktiki sahəsi 548.9 kv.m, 302.1 kv.m, 246.8 kv.m. 3+ mansard və zirzəmili yaşayış binası. Mənzillərin daxilində bəzi arakəsmələrin yeri dəyişdirilmişdir. 1 ci mərtəbə qeyri-yaşayış kimi istifadə olunur. 1,2,4,*/* saylı mənzillər birləşdirilərək qeydiyyat vəsiqəsi alınmışdır. Mənzilə aid arxivdə texniki pasport yoxdur. Arxiv texniki pasportlarda perimetrik ölçülər olmadığından işin tam araşdırılması mümkün olmadı. Arxivə istinadən sözügedən mənzillər 2 mərtəbəli yaşayış binasının bir hissəsi kimi qeydiyyatdan keçib, sonradan 2-ci mərtəbənin üzərində 3-cü mərtəbə və mansard mərtəbə inşa edilmişdir. Buna dair heç bir hüquqmüəyyən edici sənədlər təqdim edilməmişdir. Faktiki vəziyyətə esgiz tərtib edilərək işə əlavə olundu. - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ##.##.2026-ci il tarixli *-**-*-**/*- *****/**** nömrəli məktubundan görünür ki, İddiaçı adına 1123185718 qeydiyyat nömrəsi ilə Bakı şəhəri, ünvan 4 1,2,3/6,4 qeydiyyata alınmışdır. Həmin ünvana dair texniki pasport Idarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildirilir ki, sözügedən mənzil hazırda X2 mülkiyyətindədir. Inzibati işin araşdırılmış hallarından aydın olur ki, iddiaçı ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddiaçı qismində X2 göstərilməklə dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Iddiaçı tərəfindən özünə məxsus elektron kabinet vasitəsilə imzalayaraq iddiaçı qismində X2 göstərilməklə məhkəməyə izahat təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi üçün X2 adından iddia qaldırmaq hüququnu təsdiq edən etibarnamənin məhkəməyə təqdim edilməsi təklif edilmiş və iddia ərizəsinin ya X2, ya da onun məhkəmədə təmsil etmək səlahiyyəti verilmiş nümayəndəsi tərəfindən imzalandığı halda mümkün sayıla biləcəyi izah edilmişdir. Lakin iddiaçının təqdim etdiyi etibarnamədə etibar edən şəxsin etibar edilənə məhkəmədə təmsilçilik etməsinə dair hüquqlarının həvalə edilməməsi (qeyd edilməməsi) əsası ilə etibarnamə qəbul edilməmişdir (məhkəmə iclasının audio-video yazısındanda aydın görünür). Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbini irəli sürməyə hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir və hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ (hüquqi marağı) müəyyən edilmir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə daxil olan ərizə ilə bildirilmişdir ki, İddiaçı hal-hazırda baxılan iş üzrə məhkəməyə müraciət edərkən iddia ərizəsində prosessual subyektin düzgün göstərilməsi ilə bağlı yol verilmiş texniki/prosessual yanlışlığın aradan qaldırılması məqsədilə vəsatəti təqdim etmişdir. Mübahisə edilən daşınmaz əmlakın hüquqi sahibi övladı X2 olduğundan, iş üzrə iddiaçı qismində onun müəyyən edilməsini və onun tərəfindən verilmiş notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında nümayəndə kimi prosesdə iştirakını xahiş etmişdir. Iddia ərizəsinin əvvəlki mərhələdə onun tərəfindən təqdim edilməsi hüququn mahiyyətini dəyişdirmir və mübahisənin faktiki predmetinə təsir etmir. Əsas məsələ daşınmaz əmlakla bağlı hüququn müdafiəsidir. Xüsusilə qeyd etmişdir ki, iş məhkəmənin icraatında uzun müddət olmuş, iki hakim dəyişmiş, birinci hakim təxminən 6 ay, sonrakı hakim isə 6 aydan artıq müddətdə işə baxmış, ümumilikdə çoxsaylı məhkəmə iclasları keçirilmişdir. Buna baxmayaraq, iddiaçının prosessual statusu və nümayəndəlik məsələsi yalnız uzun müddət keçdikdən sonra problem kimi qiymətləndirilmişdir. Əgər həmin çatışmazlıq mövcud olmuşdursa, onun məhkəməyə müraciətin ilkin mərhələsində müəyyən edilərək aradan qaldırılması üçün tərəfə imkan verilməsi mümkün idi. Məlumdur ki, iş üzrə iddiaçının prosessual statusu və nümayəndəlik səlahiyyəti məhkəmə tərəfindən iddia ərizəsinin qəbul edildiyi ilkin mərhələdə yoxlanımalıdır. Hazırda isə o, həmin prosessual çatışmazlığı aradan qaldırmağa və işin həqiqi hüquq sahibi olan övladının adına, onun verdiyi etibarnamə əsasında davam etdirilməsini istəyir. Həmçinin bildirmişdir ki, mübahisə üzrə hüquq sahibi olan övladı tərəfindən ona hələ əvvəlcədən baş etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında onun adından müəyyən hüquqi və faktiki məsələləri həyata keçirmişdir. Lakin əvvəlki etibarnamədə məhkəmədə nümayəndəlik və müvafiq prosessual səlahiyyətlər ayrıca və açıq şəkildə göstərilmədiyindən, məhkəmənin iradını nəzərə alaraq hazırda övladı tərəfindən ona yeni, notariat qaydasında təsdiq edilmiş və məhkəmədə nümayəndəlik səlahiyyətlərini açıq şəkildə müəyyən edən etibarnamə verilmiş, beləliklə, məhkəmənin qeyd etdiyi nümayəndəliklə bağlı məsələ hazırda aradan qaldırılmışdır. Övladı özünün iş üzrə iddiaçı kimi çıxış etməsini təsdiq edir və onu öz nümayəndəsi kimi səlahiyyətləndirir. X2 tərəfindən məhkəməyə ünvanlanan ərizə ilə bildirilmişdir ki, e-*-*(*-*)-****/**** nömrəli iş üzrə iddiaçı kimi çıxış etməyini təsdiq etmişdir. Əvvəllər onun tərəfindən verilmiş baş etibarnamə əsasında İddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Həmin etibarnamədə məhkəmədə nümayəndəlik səlahiyyəti ayrıca göstərilmədiyindən, məhkəmənin iradını nəzərə alaraq nümayəndəsinə yeni notarial etibarnamə vermişdir. Onun iş üzrə iddiaçı, İddiaçı isə yeni etibarnamə əsasında nümayəndəsi kimi qəbul edilməsi və işə baxılmasının davam etdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qanunvericiliyin tələblərinə (MPM-in 54.1ci maddəsi) əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə, iddiaçının razılığı ilə, ilk iddiaçını əsl iddiaçı ilə əvəz edə bilər. Hazırkı işdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının prosessual vəziyyəti müəyyən edildiyi halda, onun əsl iddiaçı ilə əvəz olunmasına dair ərizənin təqdim edilməməsi əsas götürülərək iddianın mümkün olmadığı nəticəsinə gəlinmişdir. Sonuncu məhkəmə iclasının audio-video yazısına baxış zamanı da müəyyən olunur ki, iddiaçı əsl iddiaçı ilə əvəz edilməyə razı olmuş lakin təqdim etdiyi etibarnamə məhkəmədə təmsilçilik hüququnu ehtiva etməmişdir. Bu isə o anlama gəlməməlidir ki, iddiaçı əsl iddiaçı ilə əvəz etməyə etiraz edir. Lakin apellyasiya baxışı zamanı əsl tələb hüququna malik şəxsin adından etibarnamə əlavə edilməklə ərizənin təqdim edilməsi nəzərə alınmalı, həmin şəxsin məhkəmə müdafiəsinə müraciət iradəsinin mövcudluğu və mübahisənin mahiyyəti üzrə həll edilməsinin mümkünlüyü qiymətləndirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən mübahisə üzrə tələb hüququ olan şəxsin – qızının adından iddia ərizəsinin təqdim edilməsi müəyyən edilmiş prosessual halın aradan qaldırılmasına yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi və ona prosessual vəziyyətinin izah edilməsi özözlüyündə MPM-in 54.1-ci maddəsində nəzərdə tutulmuş əvəz etmənin həyata keçirilməsi üçün kifayət etmir. Bunun üçün müvafiq prosessual iradənin, yəni iddiaçının əsl iddiaçı ilə əvəz olunmasına razılığının ifadə olunması tələb edilir. Belə iradə birinci instansiya məhkəməsində şifahi olaraq diqqətə çatdırılsa da, rəsmiləşdirilməmişdir. Lakin sonradan apellyasiya instansiyası məhkəməsində tələb hüququ olan şəxsin öz adından iddia ərizəsi təqdim etməsi artıq həmin şəxsin mübahisə üzrə məhkəmə müdafiəsindən istifadə etmək iradəsini ortaya qoyur. Bu hal birinci instansiya məhkəməsinin müəyyən etdiyi prosessual çatışmazlığın aradan qaldırılması baxımından əhəmiyyətlidir. O da diqqətə çatdırılır ki, birinci instansiya məhkəməsində təqdim edilən etibarnamədən sonra məhkəmə tərəfindən müvafiq vaxt təyin edilməsi və daha sonra mümkünlük şərtinin qiymətləndirilməsi həyata keçirilməli idi. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsinə imkan verən prosessual şərait mövcud olduğu halda iddianın qeyri-mümkün hesab edilməsi məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə formal maneə yaradır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar