Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1835/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1835/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1835/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə İsa qızının iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsini və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə İddiaçı ##.##.2009-cu il tarixindən (50 yaşından) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin ##.##.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*- *****/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı yenidən hesablanma tarixinədək pensiya məbləği 1404.48 manat, yenidən hesablandıqdan sonra 847.52 manat təşkil etmişdir. Yenidən hesablanma bərpa məqsədli olmuşdur. Eyni zamanda artıq ödənilmiş 31094,19 manat pul vəsaiti hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılmış araşdırma zamanı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ödənişi ##.##.2020-ci il tarixindən dayandırılaraq ona qanuni əsas olmadan yüksək məbləğdə yaşa görə əmək pensiyasının təyin olunması halı aşkar edilib. Belə ki, güzəştli şərtlərlə pensiya hüququnu 50 yaşdan deyil, 57 yaşdan, yəni ##.##.2016-cı il tarixindən olduğu müəyyən edilib. Nəticədə ona qanunazidd əmək pensiyası təyin olunduğu ##.##.2009-cu il tarixindən pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixinədək ümumilikdə 53022,39 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı ##.##.2016-cı il tarixindən hesablanaraq ##.##.2023cü il tarixindən 678,02 manat məbləğində bərpa edilib. Həmçinin pensiya ödənişinin dayandırıldığı ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 21928,20 manat pul vəsaiti hesablanıb. Həmin vəsait ona artıq ödənilmiş 53022,39 manatdan çıxılaraq büdcəyə bərpa olunub. Qalan artıq ödənilmiş 31094,19 (53022,39-21928,20) manat vəsaitinin 2881,50 manat hissəsi ##.##.2023-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 169,50 manat olmaqla) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib (qalıq artıq ödənilmiş pul vəsaiti 28212,69 manat). Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya ##.##.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyasının təyin olunduqdan sonra 6 il işlədiyinə görə əmək pensiyası ##.##.2022-ci il tarixindən yenidən hesablanarkən işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 96 aya (65 il-63 il)=24 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Belə ki, 19129,92 manat pensiya sığorta kapitalı 96 aya bölünməklə 199,27 (19129,92:96) manat əmək pensiyasının (458,32 manat) üzərinə əlavə edilərək pensiya məbləği 657,59 (458,32+199,27) manat (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 859,98 manat) artırılmalı olduğu halda, 19002,24 manat pensiya sığorta kapitalı 72 aya bölünməklə 263,92 (19002,24:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 722,24 (458,32+263,92) manata (indeksləşdirilərək ##.##.2024cü il tarixinə 942,44 manat) artırılmaqla ödənilib. Nəticədə ona ##.##.2022-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində 1694,98 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Qeyd olunanlara əsasən, ümumilikdə qalıq artıq ödənilmiş pul vəsaiti hazırda 29907,67 (28212,69+1694,98) manat təşkil edir. Həmin vəsait cari aydan etibarən əmək pensiyasından hissə-hissə (hər ay 209,48 manat) tutularaq büdcəyə bərpa olunur. Məlumat üçün bildirilir ki, qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş həmin hallar üzrə inzibati xəta və ya cinayət tərkibli əməl şübhəsi olduğundan müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Nazirlik tərəfindən ##.##.2022-ci il tarixli *********** nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş ##.##.2022-ci il tarixli, **/*-***mat-**/**** nömrəli məktubda toplanmış materialların eyni xarakterli faktlar üzrə Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi, eyni zamanda ibtidai istintaqın nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə müvafiq hüquqi qiymət veriləcəyi bildirilib. Həmçinin bildirilir ki, ##.##.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar qanuni əmək pensiyasının həmin tarixdən yenidən hesablanaraq 859,98 manatdan 968,90 manata artırılıb və ##.##.2025-ci il tarixindən də indeksləşdirilərək 1047,38 manat məbləğində müəyyən olunur”. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən aparılan əmək pensiyasından tutulmaların dayandırılması və pensiya ödənişlərindən tutulmuş bütün məbləğin ona geri qaytarılması barədə öhdəliyin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 50 yaşından – ##.##.2009-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş əmək pensiyası ##.##.2020-ci il tarixindən dayandırılaraq ##.##.2023-cü il tarixindən etibarən fərqli məbləğdə yenidən bərpa edilmişdir. Cari tarixə qədər cavabdeh orqan ona təyin edilmiş əmək pensiyasından qanunsuz və əsassız şəkildə tutulmalar həyata keçirir. Belə ki, cavabdeh orqana olan ##.##.2025-ci il tarixli müraciətinə əsasən cavabdeh qurum qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ödənişi ##.##.2020-ci il tarixindən dayandırılaraq qanuni əsas olmadan yüksək məbləğdə yaşa görə əmək pensiyasının təyin olunması halı aşkar edilmişdir. Cavabdeh orqanın mövqeyinə görə onun güzəştli şərtlərlə pensiya hüququ 50 yaşdan deyil, 57 yaşdan, yəni ##.##.2016-cı il tarixindən yarandığı üçün əmək pensiyası təyin olunduğu ##.##.2009-cu il tarixindən pensiya ödənişininin dayandırıldığı ##.##.2020-ci il tarixinədək ümumilikdə 53022,39 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda orqan bildirir ki, güzəştli şərtlərlə yaşa görə pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı ##.##.2016-cı il tarixindən hesablanaraq ##.##.2023-cü il tarixindən 678,02 manat məbləğində bərpa edilmiş, həmçinin pensiya ödənişinin dayandırıldığı ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 21928,20 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsait ona artıq ödənilmiş 53022,39 manatdan çıxılaraq büdcəyə bərpa olunmuşdur. Qalan artıq ödənilmiş 31094,19 (53022,39-21928,20) manat vəsaitinin 2881,50 manat hissəsi ##.##.2023- ##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 169,50 manat olmaqla) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib (qalıq artıq ödənilmiş pul vəsaiti 28212,69 manat). Cavabdeh orqanın məktubundan aydın göründüyü kimi qurum özbaşına, qanunsuz və əsassız şəkildə əmək pensiyasını dayandırıb, tutulmalar aparıb, ona ödənilməli olan vəsaiti öz hesablarına istinadən büdcəyə bərpa edir və pensiyanı sonradan tutulmalar aparmaqla bərpa edir. İddiaçı vətəndaş və inzibati icraatın iştirakçısı olaraq bu proseslərin hamsından xəbərsizdir. Onun pensiya məbləğindən tutulmalar aparan cavabdeh qurum müraciətindən əvvəl ona məlumat verməmiş, inzibati icraata dəvət etməmiş, iddiaçının müraciətindən sonra ona tarixsiz və imzasız bir məktub göndərmişdir. Qeyd olunanlar cavabdeh qurumun səmərəsiz və formal apardığı inzibati icraatın nəticəsidir. İddiaçının pensiya məbləğindən hər hansısa tutulmanın aparılmasına dair razılığı yoxdur, ümumən hansı əsaslarla və səbəbə görə onun pensiya məbləğinə yenidən baxılması və hansı inzibati icraat və hansı qərar əsasında tutulma aparılmasından məlumatı yoxdur. O, yalnız pensiya ödənişlərini alan zaman məbləğin az olduğunu müəyyən etmiş və səbəbini öyrənmək üçün müraciət etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçı ##.##.1959-cu il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək onun əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixində iddiaçıya verilmiş cavab məktubunda iddiaçıya artıq ödəmənin səbəbləri barədə ətraflı məlumat verilmişdir. * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə İddiaçı ##.##.2009-cu il tarixindən (50 yaşından) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin ##.##.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə həvalə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində pensiyasının yenidən hesablanması ilə bağlı iddia qaldırsa da, mübahisələndirilən “yenidən hesablanma” halı məhkəmənin qərarının mətnində “təyinetmə” halı ilə əvəzlənmişdir. Digər tərəfdən məhkəmə qərarında İddiaçı xüsusilə ağır və zərərli işlərdə işlədiyi müddət göstərilməmiş, iddiaçının istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, həmin işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun zərərli əmək şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan ümumi mülahizələr əsasında iddia tələbi təmin edilmişdir. Eyni zamanda məhkəmə instansiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-14-cü maddələri ilə müəyyən edilmiş tələblərə tam riayət edilmədiyi müşahidə olunmuşdur. ##.##.1959-cu il təvəllüdlü iddiaçının ##.##.1997ci il tarixində 37 yaşı var idi və həmin tarixdə vətəndaşın pensiya hüququ yaranmırdı. Eyni zamanda 1997-2000-ci il ərzində yaş həddinin artırılması ilə kişilərin pensiya yaşı 52 yaşına çatdırılmış, vətəndaş isə 2000-ci ilin birinci yarısının sonuna 40 yaşına çatmışdır. Yuxarıda sadalanan səbəblərdən də ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı ##.##.2016-cı il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı ##.##.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Nəticədə iddiaçıya qanunazidd əmək pensiyası təyin olunduğu ##.##.2009-cu il tarixindən pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixinədək ümumilikdə 53022,39 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı ##.##.2016-cı il tarixindən hesablanaraq ##.##.2023-cü il tarixindən 678,02 manat məbləğində bərpa edilmişdir. Həmçinin pensiya ödənişinin dayandırıldığı ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan 21928,20 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsait isə iddiaçıya artıq ödənilmiş 53022,39 manatdan çıxılaraq büdcəyə bərpa olunmuşdur. Qalan artıq ödənilmiş 31094,19 (53022,39-21928,20) manat vəsaitinin 2881,50 manat hissəsi ##.##.2023-##.##.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 169,50 manat olmaqla) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir (qalıq artıq ödənilmiş pul vəsaiti 28212,69 manat). Qeyd olunanlara əsasən, iddiaçıya ümumilikdə qalıq artıq ödənilmiş pul vəsaiti 2025-ci ilin may ayı tarixinə 29907,67 (28212,69+1694,98) manat təşkil edir. Həmin vəsait may aydan etibarən iddiaçının əmək pensiyasından hissə-hissə (hər ay 209,48 manat) tutularaq büdcəyə bərpa olunur. İddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş həmin hallar üzrə inzibati xəta və ya cinayət tərkibli əməl şübhəsi olduğundan müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Nazirlik tərəfindən ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Sözügedən orqandan Nazirliyə daxil olmuş ##.##.2022-ci il tarixli, 02/2-161 mat-**/**** nömrəli məktubda toplanmış materialların eyni xarakterli faktlar üzrə Baş idarənin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313, 320.1 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi, eyni zamanda ibtidai istintaqın nəticəsindən asılı olaraq təqsirli şəxslərin əməllərinə müvafiq hüquqi qiymət veriləcəyi bildirilmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının hüquqi marağı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə təyin edilmiş əmək pensiyasının bərpası və həmin qərarın icrası nəticəsində “artıqödəmə” hesab edilmiş məbləğlərin geri qaytarılmasıdır. Hesab edilir ki, belə olan halda iddiaya hazırkı predmetdə deyil, icra icraatı qaydasında baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia tələbinin “*-**-*/*-*-*****/**** saylı, ##.##.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarının ləğv edilməsi və iddiaçının pensiya ödənişlərindən tutulmuş bütün məbləğin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, tərəfindən məhkəməyə müraciət olunaraq müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdeh orqanın üzərinə əmək pensiyasından aparılan tutulmaların dayandırılması barədə vəzifə qoyulması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi o qənaətə gəlmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçıya ilkin olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məhkəmənin qanuni qüvvəsini almış qərarı - * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı əsasında aparılmışdır. İddiaçının hüquqi marağı həmin qərar əsasında təyin olunan əmək pensiyasından aparılan tutulmaların dayandırılmasına yönəlib. Belə olan halda məhkəmə qərarının icrasından sonra cavabdeh inzibati orqan tərəfindən həmin icranın dayandırılması və s. hərəkətləri yeni iddianın predmeti olmamalı və həmin qərarın icrası qaydasında hüquqi qiymət verilməlidir. Hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə yalnış bir mövqedir. Belə ki, cavabdeh orqan sözügedən qərarı müəyyən vaxtadək icra etmiş, daha sonradan icra etməməyə başlamışdır. Bir sözlə cavabdeh orqan Azərbaycan Respublikası adından çıxan qərarı heç hesab edərək özbaşına, qanunsuz və əsassız şəkildə əmək pensiyasından tutulmalar aparır. İddiaçı vətəndaş və inzibati icraatın iştirakçısı olaraq bu proseslərin hamısından xəbərsiz olmuşdur. Həmçinin tərəfindən ##.##.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq ##.##.2017ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarın icra edilməsi və cavabdeh orqanın 50.000 manat məbləğində cərimə edilməsi xahiş edilmişdir. Lakin onun ərizəsinə sadəcə bir məktubla cavab verilmiş, işin icra orqanına göndərildiyi bildirilmişdir. Bundan öncə də, yəni ##.##.2022-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərardadla cavabdeh orqan 500 manat cərimə edilmişdir. Lakin cavabdeh orqan bütün bunlardan sonra qərarı icra etmək əvəzinə icra olunmuş hissədən tutulmalar aparmışdır. Bununla da ərizəçinin hüquqları kobud şəkildə pozulmuşdur. Mübahisələndirilən məhkəmə qərardadında göstərilmişdir ki, iddiaçının hüquqi marağı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə təyin edilmiş əmək pensiyasının bərpası və həmin qərarın icrası nəticəsində “artıqödəmə” hesab edilmiş məbləğlərin geri qaytarılmasıdır. Halbuki, onun hüquqi marağı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi “*- **-*/*-*-*****/**** saylı, ##.##.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarının ləğv edilməsi və iddiaçının pensiya ödənişlərindən tutulmuş bütün məbləğin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsidir. Qeyd etmişdir ki, pensiya məbləğindən hər hansı tutulmanın aparılmasına dair razılığı yoxdur, ərizəçi yalnız pensiya ödənişlərini alan zaman məbləğin az olduğunu müəyyən edib səbəbini öyrənmək üçün müraciət etmişdir. Qeyd edilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-*****/**** nömrəli qərardadının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərardad qəbul olunması xahiiş edilmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunda izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə İsa qızı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər... Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər... 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir... Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər... “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli, ** nömrəli Qərarı:

2. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPM-də təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM), eləcə də “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir...

33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.

Mülki Prosessual Məcəllə: Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır...

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-*****/**** saylı, ##.##.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarının ləğv edilməsi və iddiaçının pensiya ödənişlərindən tutulmuş bütün məbləğin iddiaçıya geri qaytarılması ilə bağlıdır. İş materiallarından görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə İddiaçı ##.##.2009-cu il tarixindən (50 yaşından) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin ##.##.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ##.##.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır. Cavabdeh qurum tərəfindən isə məhkəmə qərarı əsasında təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı, təyinatın əsassız aparıldığı idda edilmiş, iddiaçıya artıq ödəmələrin həyata keçirildiyi müəyyənləşdirilərək *-**-*/*-*-*****/**** saylı ##.##.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması” qərar qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarı ilə təyin edilmiş əmək pensiyasının bərpası və həmin qərarın icrası nəticəsində “artıqödəmə” hesab edilmiş məbləğlərin geri qaytarılmasıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının bərpası və məbləğin qaytarılması əmək pensiyasının təyin edilməsinə dair vahid prosesinin davamıdır. Məhkəmə qərarının icrasından sonra cavabdeh inzibati orqan tərəfindən həmin icranın dayandırılması və s. hərəkətləri yeni iddianın predmeti olmamalı və həmin qərarın icrası qaydasında hüquqi qiymət verilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası tələb edilməklə hazırkı iddianın predmetini təşkil edən məsələnin həllinə nail olmaq mümkündür. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən mübahisələndirilən qərarı faktiki olaraq qüvvədə olan məhkəmə qərarının inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində yenidən təftiş edilməsi nəticəsində qəbul edilmişdir. Bu isə hüquqi müəyyənlik prinsipi baxımından yolverilməz olmuşdur. Hazırkı iddia mahiyyəti etibarı ilə məhkəmə qərarının icrasının yenidən, müstəqil iddia ilə tələb edilməsi kimi qiymətləndirildiyindən, iddia mümkün sayılaraq inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Fərid İsmayılzadə Hakimlər Vidadi Qasımov Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar