Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1839/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1839/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1839/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 tabeliyində cavabdeh3n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki dövr üzrə ödənişlər aparılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediməsi və əvvəlki dövrlərə görə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 tabeliyində cavabdeh3n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqana müraciət etdiyi tarixdən əvvəlki dövr üzrə ödənişlər aparılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediməsi və əvvəlki dövrlərə görə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ###### 1963-cü il təvəllüdlüdür. Müxtəlif illərdə aşağıdakı müəssisə və vəzifələrdə ağır və zərərli işlərdə çalışmışdır: ##.##.1980-##.##.1981-ci illərdə ** nömrəli Gəmitəmiri Zavodu, * nömrəli sex, gəmigövdə təmirçisi; ##.##.1984-##.##.1994-ci illərdə ** nömrəli Gəmitəmiri Zavodu, * nömrəli sex, gəmigövdə təmirçisi; ##.##.1994-##.##.1995-ci illərdə Xəzər Gəmi Təmiri Zavodu, qazanxananın çilingəri; ##.##.1995-##.##.1997-ci illərdə Xəzər Gəmi Təmiri Zavodu, qazanxananın növbətçi-çilingəri; ##.##.1997-##.##.2003-ci illərdə Bakı şəhəri * nömrəli Təmir Tikinti Idarəsi, çilingər-santexnik. Iddiaçının yuxarıda göstərilən iş fəaliyyəti N-ci hərbi hissənin ##.##.2025-ci il tarixli arayışı ilə rəsmi qaydada təsdiq edilmişdir. Hazırda iddiaçının fərdi hesabında pensiya kapitalı 22 266,34 manat təşkil edir. Güzəştli şərtlərlə pensiya hüququnun konkret şərtləri və kateqoriyaları “Əmək pensiyaları haqqında” Qanunun 8 və 9-cu maddələrində və müvafiq siyahılarda əks olunub. Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı Qərarı Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və vəzifələrin Siyahısı”nın 11.5 və 11.6-cı yarımbəndlərinə əsasən: gəmi təmiri gəmiqayırma qazanxana və ağır texniki sahələrdə görülən işlər güzəştli staj hesab edilir. Iddiaçının çalışdığı vəzifələr bu siyahıya birbaşa uyğun gəlir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin va göstericilərin Siyahısı"nın metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndi (11.5) va Qazanxana, gəmi gövdəsi, gəmiqayırma va gəmi təmiri işləri bəndinin (11 .6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlerin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi va təmiri ile məşğul olan fəhlələr vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən ## ###### 1980-ci il tarixli əmək kitabçasının 8-9-cu səhifələrində iddiaçının ##.##.1997-##.##.2003-cü il tarixləri arasındakı dövr ərzində * nömrəli Təmir Tikinti idarəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı, sözügedən səhifələrdəki ##.##.2003-cü il tarixində işdən çıxma ilə bağlı qeyddə ##.##.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edildiyi müəyyən olunub. Buna görə də sözügedən qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranıb. Bu səbəbdən də Şükürovun ümumi iş stajı 25 ildən az (22 il 1 ay 1 gün (##.##.1978- ##.##.1980-ci il, ##.##.1981-##.##.1984-cü il, ##.##.1980-##.##.1981-ci il, ##.##.1984- ##.##.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-2025-ci illər üzrə 4 il)) təşkil edir. Eyni zamanda, N nömrəli hərbi hissənin Iddiaçıya dair ## ####### 2025-ci il tarixli, ** nömrəli arayışında ##.##.1980-##.##.1981-ci il ve ##.##.1984-##.##.1994-cü il tarixləri arasındakı dövrlər ərzində ** nömrəli Gəmitəmiri zavodunda gəmigövdə təmirçisi, ##.##.1994-##.##.1995-ci il tarixləri arasındakı dövr ərzində Xəzər Gəmi Təmiri Zavodunda qazanxananın çilingəri, ##.##.1995-##.##.1997-ci il tarixləri arasındakı dövr ərzində qazanxananın növbətçi-çilingəri vəzifələrində işlədiyi qeyd olunub. Lakin, sözügedən arayışda yuxarıda qeyd olunan dövrlər ərzində güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olub-olmamağı barədə məlumat qeyd olunmayıb. Bununla əlaqədar, həmin dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Sorğuya cavab olaraq göndərilən sözügedən müəssisənin ##.##.2025-ci il tarixli, ** nömrəli arayışında da iddiaçının həmin vəzifələrdə işlədiyi dövrlərdə güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olmağı barədə hər hansı məlumat göstərilməyib. Həmçinin, iddiaçının çalışdığı vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Siyahının metal emalı üzrə sair peşələr bəndində nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22266,34 manat təşkil edir. Bundan başqa, İddiaçı iddia ərizəsində ona 55 yaşdan (##.##.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin tələblə bağlı aşağıdakılar qeyd edilməlidir: "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun (##.##.2006-cı il tarixinədək qüvvədə olmuş) 13-cü maddəsinin "b" bəndinə əsasən, güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iddiaçı eyni vaxtda aşağıdakı üç hüquqi tələbə cavab verməli idi: 1.Yaş həddi: 55 yaşın tamam olması; 2.Ümumi iş stajı: ##.##.1997-ci il tarixinədək azı 25 il ümumi iş stajının olması; 3.Güzəştli staj: Həmin ümumi stajın azı 12 il 6 ayının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə keçməsi. Işin hallarından aydın olduğu kimi İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatının aparılması üçün qanunvericiliklə tələb olunan ##.##.1997-ci il tarixədək 25 il ümumi sosial sığorta stajı tamamlanmır. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarı ilə (hakim F.A.Əlizadə) iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və cavabdeh orqana müraciət edildiyi tarixdən əvvəlki dövr üzrə ödənilməli olan pensiya məbləğinin fərqi hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirdi ki, iddiaçının həm ümumi iş stajı, həm də güzəştli iş stajı mübahisələndirilir. Belə ki, ümumi iş stajı 22 il bir ay bir gündür, lakin güzəştli iş stajı tamamilə mübahisəlidir. Işəgötürənin arayışında iddiaçının müxtəlif zamanlarda gəmigövdə təmirçisi, qazanxananın çilingəri, qazanxananın növbətçi-çilingəri vəzifələrində işləməsi qeyd olunur. Sözügedən arayışda iddiaçının müvafiq dövrlər ərzində güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi və təmiri ilə məşğul olub-olmamağı barədə məlumat qeyd olunmayıb. Bununla əlaqədar, həmin dövrlər üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Həmin sorğuya verilmiş cavab məktubda da müvafiq məlumat öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, N saylı hərbi hissənin ##.##.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasına dair” arayışına əsasən, iddiaçı İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən ##.##.1980-cı il tarixindən ##.##.1981-ci il tarixinədək (Əmr №***-##.##.1980) ** nömrəli Gəmitəmiri zavodunun * nömrəli sexin gəmigövdə təmirçisi, ##.##.1984-cü il tarixindən ##.##.1994-cü il tarixinədək (Əmr №***- ##.##.1984) ** nömrəli Gəmitəmiri zavodunun * nömrəli sexin gəmigövdə təmirçisi, ##.##.1994-cü il tarixindən ##.##.1995-ci il tarixinədək (Əmr №***-##.##.1994) Xəzər Gəmi Təmiri Zavodunun qazanxananın çilingəri, ##.##.1995-ci il tarixindən ##.##.1997-ci il tarixinədək (Əmr №***-##.##.1995-ci il) Xəzər Gəmi Təmiri Zavodunun qazanxananın növbətçi-çilingəri vəzifələrində işləmişdir. Iddiaçının işlədiyi vəzifələr üzrə sosial sığorta (və ya iş) stajı 13 il 01 ay 08 gün il, ay, gün təşkil edir. Həmçinin, arayışda iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri ətraflı şəkildə qeyd olunmuşdur. Belə ki, iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən işlər, yəni gəmi gövdəsi, gəmiqayırma va gəmi təmiri işləri üzrə güc qurğularının, mexanizmlərin və onlara aid sistemlərin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi va təmiri ilə məşğul olan fəhlələr vəzifələrinə uyğundur. Göründüyü kimi, iddiaçı İddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışa iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Iddiaçının güzəştli şərtlər üzrə sığota stajı 13 il, 01 ay, 08 gün olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün lazım olan 12 il 6 aylıq xüsusi, zəruri olan 25 illik ümumi staja malikdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddesinə müvafiq olaraq, ## ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsinde göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ veren tam əmək stajı olan şəxslərə pensiyalar yaşa va staja göre əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan va bu stajın azı 12 il 6 ayını Azerbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ile təsdiq olunmuş * nömrəli suyahı üzrə müəyyən edilmiş zərərli va ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlarla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinin tələblərinə görə, şəxsin müvafiq iş,hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. ## ##### 2022-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın metal emalı bölmesinin (11) Metal emalı üzrə sair peşələr bəndi (11.5) və Qazanxana, gəmi gövdəsi, gəmiqayırma va gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) güc qurğularının, mexanizmlərin və onlara aid sistemlerin gəmi bölmələrinin daxilində boru kəmərlarinin və val kəmərlərinin quraşdırılması, sökülməsi va təmiri ile məşğul olan fəhlələr vəzifələri nəzərdə tutulub. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə müvafiq olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “gəmi gövdə təmirçisi” və “qazanxananın çilingəri” vəzifələri mahiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarındakı müvafiq siyahı üzrə “qazanxana, gəmi gövdəsi, gəmiqayırma va gəmi təmiri işləri üzrə güc qurğularının, mexanizmlərin və onlara aid sistemlerin gəmi bölmələrinin daxilində boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi va təmiri ilə məşğul olan fəhlələr” vəzifəsinə uyğun olmaqla peşə funksiyaları baxımından eynilik təşkil edir. Odur ki, iddiaçının işləmiş olduğu vəzifə (iş, peşə) mahiyyəti üzrə qiymətləndirilməlidir. Formal ifadələr konktestindən ifadə uyğunsuzluğunun olması iddiaçının işləmiş olduğu vəzifə üzrə əmək funksiyalarının müvafiq siyahıya uyğun olmamasına dəlalət etmir. Belə ki, iddiaçının işləmiş olduğu vəzifələrin adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"ndakı adlarla tam eynilik təşkil etməsə də sonuncunun işlədiyi vəzifələrin funksiyası, işlərin xarakteri sözügedən qərarda qeyd olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə uyğundur. Müvafiq sahədə əmək fəaliyyəti ilə məşğul olan işçilərin işlərinin funksiyası və təyinatı mahiyyət etibarilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatı və işin xarakteri ilə uyğunluq təşkil etməklə həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Burada həlledici məqam bu kimi işçilərin icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşə ilə funksiya və təyinat baxımından mahiyyət etibarilə bağlı olmasıdır. Buna əks mövqenin nümayiş etdirilməsi cavabdeh inzibati orqanın qərar qəbulundan yayınması olmaqla şəxsin hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Bu baxımdan iddiaçının müraciəti mahiyyəti üzrə qiymətləndirilməli və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çilingər vəzifəsi mahiyyəti üzrə boru kəmərlərinin və val kəmərlərinin quraşdırılması, sökülməsi va təmiri ilə bağlı olan fəaliyyətdir. Iddiaçının əmək kitabçasının 8-9-cu səhifələrindəki ##.##.2003-cü il tarixində işdən çıxma ilə bağlı qeyddə ##.##.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 37-ci maddasinə istinad edilməsi və buna görə də sözügedən qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranması məsələsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək kitabçası onun sığorta stajını təsdiq edən əsas sənəd olmaqla həmin sənəddə iddiaçının iradə ifadəsi və onun təqsirindən asılı olmayan işəgötürən tərəfindən yol verilmiş formal xətaların (1999-cu il tarixində qüvvədən düşmüş əmək qanunvericiliyi ilə bağlı qanuna 2003-cü ildə əmək kitabçasında işdən çıxma ilə bağlı qeyddə istinad olunması, hansı ki, qeyd edilən formal xətaya yol verilməsi zaman baxımından illər yaxın olduğundan gözləniləndir) məsuliyyətinin və neqativ nəticələrinin iddiaçının üzərinə qoyulması mütənasiblik və ədalətlilik prinsiplərinə zidd olmaqla sonuncunun hüquqlarının pozulmasına səbəb olur və bu baxımdan yolverilməzdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar