Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1856/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1856/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1856/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialına qarşı “##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1981ci ildən ##.##.1981-ci ilədək X7 Kəmərləri İdraəsinin Mərkəzi İstehsalat Xidməti Bazasında çilingərin şagirdi, ##.##.1981-ci ildən ##.##.1985-ci ilədək müxtəlif dərəcəli çilingər, ##.##.1986cı ildən ##.##.1987-ci ilədək mexaniki avadanlıq təmiri üzrə sahədə mühəndis, ##.##.1987-ci ildən ##.##.1987-ci ilədək İstehsalat təşkilatının təkmilləşdirilməsi və vəzifə maaşının dəyişdirilməsi ilə əlaqədar olaraq mexaniki avadanlığın təmiri üzrə sahəyə keçirilməklə usta, ##.##.1987-ci ildən ##.##.1988-ci ilədək İstehsalat proseslərinin avtomatlaşdırılması və mexanikləşdirmə vasitələrinin tətbiqi sahəsinə 6-cı dərəcəli NÖC və A çilingəri, MNKİ Abşeron rayon Neft Kəmərləri İdarəsində ##.##.1988-ci ildən ##.##.1991-ci ilədək Orconikidze rayonu AVP baş usta, ##.##.1991-ci ildən ##.##.1998-ci ilədək dispetçer xidmətində dispetçer, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində ##.##.1998-ci ildən ##.##.1999-cu ildək Texnikoperator vəzifələrində işləmişdir. ##.##.1999-cu ildə Azərbaycan Respublikası ƏHQM 71 maddəsinə müvafiq olaraq ABƏŞ yenidən təşkili və təşkilatı-hüquqi strukturunun dəyişdirilməsi ilə əlaqədar olaraq xxxx (Kaspian Si) Ltd şirkətinə eyni vəzifəyə keçirilmişdir. Daha sonra “xxxx” (Kaspian Si) Ltd şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində ##.##.2000-ci ildən ##.##.2004-cü ilədək operator-texnik, ##.##.2004-cü ildən ##.##.2006-cı ilədək nəzarət otağının baş texniki, ##.##.2006-cı il tarixdən ##.##.2008-ci ilədək Boru kəmərinin nəzarəti üzrə supervayzer, ##.##.2008-ci ildən ##.##.2018-ci ilədək BTC boru kəməri üzrə supervayzer (vəzifə adı dəyişdirilmişdir), ##.##.2018-ci ildən ##.##.2025-ci ilədək Həmin departamentdə qalmaqla Hasilat üzrə qrupun rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-M-******/**** nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X5 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun S.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’’nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Belə ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, icdiaçının təqdim etdiyi “xxxx Kaspian” LTD-nin ##.##.2024-cü il tarixli arayışında ##.##.1998- ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində Səngəçal terminalında operator texnik, ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində nəzarət otağının baş texniki vəzifələrdə işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi yarımbölməsinin (10.2) fəhlələr bəndində (a) neft və qaz hasilatı üzrə operatorlar və rəhbərlər və mütəxəssislər bəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft və qaz hasilatı sahəsinə, çalışdığı vəzifələr isə həmin sahə üzrə operator vəzifəsinə aid deyil. Həmçinin sözügedən arayışda ##.##.2006- ##.##.2011-ci il tarixləri arasındakı dövr ərzində boru kəmərinin nəzarəti üzrə supervayzer, ##.##.2011-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində ixrac əməliyyatları üzrə qrup rəhbəri, ##.##.2016- ##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar qrupunun rəhbəri, ##.##.2018- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hasilat üzrə qrupun rəhbəri vəzifələrində işlədiyi qeyd olunub. Əks etdirilən əsaslara görə, iddiaçının işlədiyi sahə həmin Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə, çalışdığı vəzifələr isə həmin xidmətlərin rəisləri və onların müavinləri vəzifələrinə aid deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı * saylı Bakı DOST Mərkəzinə müraciət vərəqəsindən görünür ki, o, ##.##.2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçıya ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1964-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1981-ci ildən, əmək kitabçasında göstərilən müxtəlif müəssisələrdə çalışmaqla başlamışdır. Cavabdehin mübahisələndirdiyi xüsusilə güzəştli iş stajı olan ##.##.1998-ci il tarixdən ##.##.2004-cü il tarixədək operator texnik (indiki hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur), ##.##.2004-cü il tarixdən ##.##.2006-ci il tarixədək Nəzarət otağının baş texniki (indiki Hasilat üzrə texnik (neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur), ##.##.2006- cı il tarixdən ##.##.2008-ci il tarixədək boru kəmərinin nəzarəti üzrə supervayzer (indiki Hasilat üzrə qurup rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), ##.##.2008-ci il tarixdən ##.##.2011- ci il tarixədək BTC boru kəməri üzrə supervayzer (indiki Hasilat üzrə qurup rəhbəri (neft , qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), ##.##.2011-ci il tarixdən ##.##.2016-cI il tarixədək İxrac Əməliyyatları üzrə qrup rəhbəri (indiki hasilat üzrə qurup rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il tarixədək Əməliyyatlar qurupunun rəhbəri (indiki Hasilat üzrə qurupun rəhbəri (neft , qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur), ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək Hasilat üzrə qrup rəhbəri (indiki Hasilat üzrə qrup rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına, ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək Hasilat üzrə qurup rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur) işlədiyi vəzifələri hazırkı mübahisənin predmetini təşkil edir. Şəxsin bu müəssisələrdə çalışmaqla əmək stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün lazım olan 12 il 6 aylıq xüsusi, zəruri olan 25 illik ümumi stajı və yaş həddi ##.##.2024-cü il tarixdə tamam olmuşdur. Hal-hazırda 40 ildən çox ümumi iş stajı var. İddiaçı qeyd edir ki, bununla bağlı hüquqmüəyyənedici sənədlər cavabdeh təşkilata göndərilməyinə baxmayaraq, əsassız olaraq müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtina məktubunda əsassız olaraq göstərilmişdir ki, guya yuxarıda qeyd edilən vəzifələr, siyahıda adı qeyd edilən neft, qaz və qaz kondensatı hasilat üzrə (neft-qaz mədənlərinə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğun deyil. xxxx (Kaspian st) ltd şirkətinin AR Nümayəndəliyi tərəfindən verilmiş İddiaçı gördüyü işin xarakteri barəsindəki ##.##.2024-cü il tarixli arayışından görünür ki, yuxarıda qeyd edilən vəzifələri güzəştli şərtlərlə pensiya hüququ yaradan vəzifələrə uyğundur və eyni xarakterli funksiyanı daşıyır. Nəzərə almaq lazımdır ki, müvafiq sahədə əmək fəaliyyəti ilə məşğul olan işçilərin mənsubiyyəti prinsip olaraq həmin sahədə çalışan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatını və işin xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Belə ki, müvafiq sənaye sahəsində işləyən şəxslərin hamısı adları siyahıda nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq zərərli sahədə çalışıblar. Həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Bu kimi peşə sahəsində olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ işçinin çalışdığı funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Burada həlledici məqam bu kimi işçilərin icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007ci il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahında qeyd edilən neft və qaz hasilatı üzrə operator, neft, qaz və qaz kondensatı hasilat üzrə (neft-qaz mədənlərinə) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının müvafiq bölməsində nəzərdə tutulması həmin bölmənin adları keçməmiş peşələrə münasibətdə tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazda imtina məktublarında göstərilənlər qeyd edilmiş, bildirilmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, icdiaçının təqdim etdiyi “xxxx Kaspian” LTD-nin ##.##.2024-cü il tarixli arayışında ##.##.1998-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində Səngəçal terminalında operator texnik, ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində nəzarət otağının baş texniki vəzifələrdə işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi yarımbölməsinin (10.2) fəhlələr bəndində (a) neft və qaz hasilatı üzrə operatorlar və rəhbərlər və mütəxəssislər bəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft və qaz hasilatı sahəsinə, çalışdığı vəzifələr isə həmin sahə üzrə operator vəzifəsinə aid deyil. Həmçinin sözügedən arayışda ##.##.2006-##.##.2011-ci il tarixləri arasındakı dövr ərzində boru kəmərinin nəzarəti üzrə supervayzer, ##.##.2011-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində ixrac əməliyyatları üzrə qrup rəhbəri, ##.##.2016-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar qrupunun rəhbəri, ##.##.2018-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hasilat üzrə qrupun rəhbəri vəzifələrində işlədiyi qeyd olunub. Əks etdirilən əsaslara görə, iddiaçının işlədiyi sahə həmin Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə, çalışdığı vəzifələr isə həmin xidmətlərin rəisləri və onların müavinləri vəzifələrinə aid deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “xxxx Kaspian” LTD-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məhkəmənin sorğusuna cavab qismində təqdim etdiyi ##.##.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini); ##.##.1998cü ildən ##.##.2004-cü ilədək operator texnik (indiki Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur)); ##.##.2004-cü ildən ##.##.2006-cı ilədək nəzarət otağının baş texniki (indiki Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur )); ##.##.2006-cı ildən ##.##.2008-ci ilədək Boru kəmərinin nəzarəti üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)); ##.##.2008-ci ildən ##.##.2011-ci ilədək BTC boru kəməri üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur )); ##.##.2011-ci ildən ##.##.2016-cı ilədək İxrac Əməliyyatları üzrə qrup rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur )); ##.##.2016-cı ildən ##.##.2018-ci ilədək Əməliyyatlar qrupunun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)); ##.##.2018-ci ildən ##.##.2021-ci ilədək Hasilat üzrə qrupunun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur )); ##.##.2021-ci ildən ##.##.2023 –cü ilədək Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifələrində işləmişdir. Həmçinin arayışda iddiaçının işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri ətraflı şəkildə qeyd olunmuşdur. Belə ki, iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən işlər, yəni neft və qaz hasilatı üzrə operator və neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi vəzifələrinə uyğundur. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, iddiaçının təqdim etdiyi “xxxx Kaspian” LTD-nin ##.##.2024-cü il tarixli arayışında ##.##.1998-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində Səngəçal terminalında operator texnik, ##.##.2004-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində nəzarət otağının baş texniki vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft və qaz hasilatı sahəsinə, çalışdığı vəzifələr isə həmin sahə üzrə operator vəzifəsinə aid deyil. Həmçinin sözügedən arayışda ##.##.2006- ##.##.2011-ci il tarixləri arasındakı dövr ərzində boru kəmərinin nəzarəti üzrə supervayzer, ##.##.2011- ##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində ixrac əməliyyatları üzrə qrup rəhbəri, ##.##.2016-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar qrupunun rəhbəri, ##.##.2018-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hasilat üzrə qrupun rəhbəri vəzifələrində işlədiyi qeyd olunub. Əks etdirilən əsaslara görə, iddiaçının işlədiyi sahə həmin Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə, çalışdığı vəzifələr isə həmin xidmətlərin rəisləri və onların müavinləri vəzifələrinə aid deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Lakin, birinci instansiya məhkəməsi öz qərarında müəssisə tərəfindən təqdim edilən arayışla kifayətlənərək, iddiaçının çalışdığı peşələrin Siyahıda nəzərdə tutulan peşələrlə uyğunluq təşkil etməsi qənaətinə gəlmişdir. Hansı ki, müəssisə tərəfindən təqdim edilən arayışda iddiaçının çalışdığı peşənin Siyahıda nəzərdə tutulan peşə ilə hansı xüsusiyyətlərinə görə uyğunluq təşkil etməsi qeyd edilməmiş, həmin vəzifələrdə işləməsinə dair ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s) və işlədiyi vəzifələrin neft və qaz hasilatı və neft, qaz, və qaz kondensatı hasilatı üzrə (neft və qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahələrinə aid olub-olmaması barədə məlumat bildirilməmişdir. Yuxarıda qeyd edilən məlumatların əldə edilməsi məqsədilə “xxxx Kaspian” LTD-nin Azərbaycandakı nümayəndəliyinə ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərində sorğular verilmiş, lakin müəssisə tərəfindən sorğular cavablandırılmamışdır.Eyni zamanda müqayisə edilən peşələrin hərfi mənasına fikir versək, Operator texnik və nəzarət otağının baş texniki yüksək pillə hesab olunur. Yəni o, digər operatorların işinə nəzarət edir. Onun vəzifələri: operatorların işini təşkil etmək; növbə ərzində yaranan problemlərin aradan qaldırılmasını koordinasiya etmək; rəhbərliyə hesabat vermək. Sahə üzrə operator isə birbaşa stansiyanın və ya istehsalat sahəsinin içində olur. Yəni onun gördüyü işlər daha təhlükəli sayılır. Məsələn: nasosları yoxlayır; təzyiq və temperatur göstəricilərini yerində izləyir; kranları açıb-bağlayır; avadanlıqda nasazlıq görəndə nəzarət otağına məlumat verir; birbaşa istehsalat sahəsində işləyir; avadanlıqlara, qurğulara və texnoloji proseslərə yerində nəzarət edir; nasazlıq, sızma və ya digər problemləri aşkar edib tədbir görür; nəzarət otağı ilə daimi əlaqədə olur; fiziki olaraq istehsal sahəsində fəaliyyət göstərir. Eyni zamanda supervayzer adətən bir neçə briqada, sahə və ya layihə üzrə əlaqələndirici fəaliyyəti həyata keçirir. Vəzifələri: işçilərin fəaliyyətini əlaqələndirmək; işlərin plan üzrə icrasını təmin etmək; rəhbərliklə icraçı heyət arasında əlaqələndirici olmaq. İxrac əməliyyatları üzrə qrup rəhbəri hasilatın özündən yox, hasil olunmuş məhsulun ixracı ilə bağlıdır. Bu vəzifə daha çox logistika və kommersiya istiqamətlidir. Vəzifələri: neft və qazın ixrac qrafiklərinin hazırlanması; terminallar, boru kəmərləri və alıcılarla əlaqələndirmə; daşınma və yükləmə proseslərinə nəzarət; ixrac sənədlərinin və hesabatlarının hazırlanması. Hasilat üzrə qrup rəhbəri adətən bir neçə sahə və ya sex üzrə hasilat fəaliyyətini koordinasiya edir. Vəzifələri: hasilat göstəricilərinin təhlili; planların hazırlanması və icrasına nəzarət; sex rəislərinin fəaliyyətinin əlaqələndirilməsi; hasilatın artırılması üçün tədbirlərin hazırlanması Bunlardan fərqli olaraq Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexlərin operativ istehsalat xidmətinin rəisi birbaşa hasilat prosesinin operativ idarə olunmasına cavabdehdir. Vəzifələri: quyuların, avadanlıqların və hasilat prosesinin fasiləsiz işləməsini təmin etmək; operatorların, ustaların və növbə heyətinin işini təşkil etmək; qəza hallarının qarşısını almaq və aradan qaldırılmasını təşkil etmək; gündəlik hasilat planlarının yerinə yetirilməsinə nəzarət etmək. Yəni onun əsas işi istehsalatda birbaşa iştirak etməklə onun operativ idarə olunmasıdır. Bununla, iddiaçının işlədiyi sahələr və peşələr Siyahı üzrə peşələr və onların aid olduğu sahələrə bir qayda olaraq uyğun deyildir. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclası iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçası, əmək müqaviləsi və mygov çıxarışında iddiaçının icra etdiyi vəzifə adı fərqli qeyd edilmişdir. İddiaçının ümumi stajı barədə mübahisə yoxdur, lakin güzəştli stajını mübahisələndirirlər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla)... Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir... Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət… ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ## #### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasının 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir...

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il ######ın #-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində mühafizə edilən məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il ######ın #-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən; 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respub-likasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X10 Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən;...

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur...

Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir...

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır...

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir...

Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər...

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir...

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ona ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialının üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə güzəştli iş stajı olmaması halına istinad edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “BP Exploration (Caspean Sea)” LTD-nin məhkəmənin sorğusuna ##.##.2026-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Ələsgər oğlu “xxxx (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində ## ####### 1998-ci il tarixindən ## ###### 2025-ci il tarixinə kimi işləyib və şirkətdə onun son vəzifəsi Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) olmuşdur. O, Səngəçal Terminalında qeyd olunan dövrlər ərzində əmək vəzifələrini zərərli əmək şəraitində növbəli rejimdə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti) yerinə yetirib və buna görə də, əlavə müavinət almışdır: ##.##.1998-ci ildən ##.##.2004cü ilədək Operator texnik ( indiki Hasilat üzrə texnik ( Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur)); ##.##.2004-cü ildən ##.##.2006-cı ilədək Nəzarət otağının baş texniki ( indiki Hasilat üzrə texnik ( Neft və qaz hasilatı üzrə operator) vəzifə adına uyğundur)); ##.##.2006-cı ildən ##.##.2008-ci ilədək Boru kəmərinin nəzarəti üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)); ##.##.2008-ci ildən ##.##.2011-ci ilədək BTC boru kəməri üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)); ##.##.2011-ci ildən ##.##.2016-cı ilədək İxrac Əməliyyatları üzrə qrup rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)); ##.##.2016-cı ildən ##.##.2018-ci ilədək Əməliyyatlar qrupunun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)); ##.##.2018-ci ildən ##.##.2021-ci ilədək Hasilat üzrə qrupunun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur)); ##.##.2021-ci ildən ##.##.2023-cü ilədək Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifələrində işləmişdir. İddiaçı Ələsgər oğlunun sadalanan vəzifələr üzrə vəzifə təlimatları ##.##.2024-cü il tarixli Şirkət tərəfindən ona təqdim edilmiş arayışda əks etdirilib. Həmçinin Neft və qaz hasilatı üzrə operator və neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifə adları Şirkətin ştat cədvəlində mövcuddur. Həmçinin Operator texnik, Nəzarət otağının baş texniki vəzifələri Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifəsinə, Boru kəmərinin nəzarəti üzrə supervayzer, BTC boru kəməri üzrə supervayzer, İxrac Əməliyyatları üzrə qrup rəhbəri, Əməliyyatlar qrupunun rəhbəri, Hasilat üzrə qrupunun rəhbəri vəzifələri isə Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifəsinə dəyişdirilərkən peşə tələbləri, vəzifə funksiyaları, görülən işin xüsusiyyətləri dəyişməz olaraq qalmışdır. Kollegiya qeyd edir ki, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Bu faktlar məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 12 il 6 aylıq xüsusi, 25 illik ümumi iş stajı tələbini ödəməkdədir. Göründüyü kimi, “operator texnik”, “nəzarət otağının baş texniki vəzifələri” mahiyyəti üzrə müvafiq siyahı üzrə “neft və qaz hasilatı üzrə operator”, “boru kəmərinin nəzarəti üzrə supervayzer”, “ixrac Əməliyyatları üzrə qrup rəhbəri”, “əməliyyatlar qrupunun rəhbəri” “hasilat üzrə qrup rəhbəri” mahiyyəti üzrə müvafiq siyahı üzrə “neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini” vəzifəsinə uyğun olmaqla peşə funksiyaları baxımından eynilik təşkil edir. Odur ki, iddiaçının işləmiş olduğu vəzifə (iş, peşə) mahiyyəti üzrə qiymətləndirilməlidir. Formal ifadələr konktestindən ifadə uyğunsuzluğunun olması iddiaçının işləmiş olduğu vəzifə üzrə əmək funksiyalarının müvafiq siyahıya uyğun olmamasına dəlalət etmir. Belə ki, iddiaçının işləmiş olduğu vəzifələrin adları Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"ndakı adlarla tam eynilik təşkil etməsə də sonuncunun işlədiyi vəzifələrin funksiyası, işlərin xarakteri sözügedən qərarda qeyd olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə uyğundur. Belə ki, müvafiq sahədə əmək fəaliyyəti ilə məşğul olan işçilərin işlərinin funksiyası və təyinatı mahiyyət etibarilə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan peşələrin funksional təyinatı və işin xarakteri ilə uyğunluq təşkil etməklə həmin vəzifələrin siyahıda nəzərdə tutulmaması adları siyahıda nəzərdə tutulmuş vəzifələrə yaxın vəzifələrdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Burada həlledici məqam bu kimi işçilərin icra etdikləri əmək funksiyalarının güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşə ilə funksiya və təyinat baxımından mahiyyət etibarilə bağlı olmasıdır. Buna əks mövqeyin nümayiş etdirilməsi şəxsin hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Bu baxımdan iddiaçının müraciəti mahiyyəti üzrə qiymətləndirilməli və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının peşə fəaliyyətini təsdiq edən ИТ-İ seriyalı ******** nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İş üzrə cavabdeh tərəfindən iddiaçının ümumi stajı mübahisələndirməmişdir. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnun olması iş materialları ilə sübuta yetirildiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar