Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1906/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Binəqədi rayonu X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. “Torpaqların Alqı-Satqısına dair Akt”ın surətindən görünür ki, X2 tərəfindən torpaq sahəsinin alınması barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının ümumi iclasında baxılmış və bələdiyyə ərazisində 7200 kv.m torpaq sahəsi satılması barədə ##.##.2004-cü il tarixli, ***/* nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X2 tərəfindən haqq ödənilmişdir;
2. ##.##.2012-ci il tarixli *** saylı Binəqədi rayonu X11 sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı Ələstan oğlunun adına və istifadəsinə verilməsi haqqında Qərardan görünr ki, X5nin ərazi hüduqlarında vətəndaş X2 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 7200 kv.m torpaq sahəsinin 3700 kv.m-ni sahibkarlıq fəaliyyətinin tikintisi üçün sahiblk və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilmişdir. Cizgi əlavə edilmişdir.
3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin sonuncu ##.##.2026-cı il tarixli 3-21-3-30/2-Ə-2204-8/2025 ************ nömrəli məktubunda da qeyd edilmişdir ki, X10 Uçotu İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması tərəfimizdən mümkün olmamışdır. Bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Həmçinin sənədlər toplusuna əlavə etdiyi Bakı şəhəri Binəqədi rayonu, X5nin qərarı 2012-ci il tarixlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə ##.##.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən 2007-ci il dekabr ayından etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələnnin satışı, qanunvericiliklə müəyyən edilmiş bəzi hallar istisna olmaqla, açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2« ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli 3- 21-3-30/2-Ə-2204-8/2025 ************ saylı torpaq sahəsinin özəlləşdirilməsindən imtina qərarının qanunsuz hesab edilərək ləğv edilməsini, cavabdehin üzərinə ona məxsus Binəqədi rayonu Murovdağ küçəsi ünvanında yerləşən, 3700 kv.m ölçüdə torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə qanunun tələblərinə uyğun olaraq yenidən baxılması öhdəliyinin qoyulması və mülkiyyət hüququnun tanınması haqqında qərara uyğun olaraq cavabdehə müvafiq qaydada icra edilməsi üçün təqdim edilməsinin mümkün sayılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Üçüncü şəxs ərazisində yerləşən (ünvan: Binəqədi rayonu Murovdağ küçəsi) 3700 kv.m ölçüdə torpaq sahəsindən uzun müddətdir fasiləsiz, açıq şəkildə istifadə edir. Göstərilən torpaq sahəsi dövlət və ya bələdiyyə ehtiyacları üçün nəzərdə tutulmamış, üçüncü şəxslərin hüquqlarını pozmur. Torpaq sahəsinin özəlləşdirilməsi və mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə xüsusi səlahiyyətli quruma, Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciəti əsassız olaraq təmin edilməmişdir. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparan orqan səlahiyyətli dövlət və ya bələdiyyə orqanı tərəfindən qəbul edilmiş qərarın məqsədəuyğunluğunu deyil, yalnız onun qanunvericiliyə uyğunluğunu yoxlamalıdır ki, iddiaçı hesab edir ki, Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin bu imtinası onun mülki toxunulmazlıq və mülkiyyətindən qanunla istifadə etmək hüquqlarını pozur. Belə ki, imtina məktubunda qeyd olunmuş və imtinaya əsas kimi göstərilmiş məsələlərə uyğun olaraq iddiaçı bildirir ki: 1.Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumatları olmaması nəticəsində araşdırma apara bilməmələri əsas deyildir (çünki müvafiq sorğu əsasında inzibati orqan öz səlahiyyətləri dairəsində bunu aydınlaşdırmaq və əldə etmək imkanları vardır) və bu imtinaya heç bir səbəb və əsas ola bilməzdi. 2. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyə qərarına istinad olunmamaması və cizginin səlahiyyətli şəxs tərəfindən imzalanmaması da düzgün deyildir. O mənada ki, həmin təsdiqedici sənədlərdə bələdiyyə qərarı və onun verildiyi tarix tam olaraq göstərilmiş və əlavə olaraq torpağın ölçü cizgiləri müvafiq lisenziya əsasında fəaliyyət göstərən səlahiyyətli hüquqi şəxs tərəfindən (Geoid MMC) imzalanaraq təsdiq edilmişdir. Həmçinin, bilavasitə elə bu Cavabdeh * saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya aid torpaq sahəsinin planı, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin eskiz və planı bu qurumun səlahiyyətli şəxs və ya şəxsləri tərəfindən təsdiq edilmişdir. 3. Ən əsas məsələ ondan ibarətdir ki, imtinada hesab edilir ki, bu qərar 2012-ci il tarixli olduğundan o “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun 9.1 maddəsinə edilmiş ##.##.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən hərrac və ya müsabiqə yolu ilə həyata keçirilməli idi. Lakin unudulur ki, bu qərarın əsası 2012-ci il deyil 2004-cü ildə verilmiş qərardır ki, burada da yeni bələdiyyə torpaqlarının ayrılması faktı yoxdur və Binəqədi Bələdiyyəsinin ## #### 2004-cü il ***/* saylı qərarı ilə X2 ayrilmış 7200 kv.m torpaq sahəsində elə bu Bələdiyyənin 2012-ci il tarixli digər qərarı ilə həmin torpaq sahəsinin 3700 kv.m sahəsinin “sahibkarlıq fəaliyyəti” aparılması üçün qanuni formada (alqı-satqı və sair sənədləşmələrlə) iddiaçıya verilmişdir. Burdan da tam aydındır ki, əsas qərar 2004-cü il qərarı olduğundan bu torpaq sahəsi ##.##.2007-ci il tarixli dəyişikliyin predmetinə aid deyildir. İnzibati orqan, əlaxüsus Azərbaycan Respublikasında bilavasitə torpaq kadastrının əldə olunmasında müvafiq səlahiyyətli qurum olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsidir ki, burada da qurum həmin kadastrı əldə etməyə hər hansı bir cəhd belə etməmişdir ki, bunun da əsasında iddiaçı hesab edir ki, ona həm buna əsasən, həm də yuxarıdakılara əsasən əsassız və haqsız imtina məktubu təqdim edilmişdir.
6. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
7. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Cavabdeh ilə əvəz edilmişdir.
8. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə, Binəqədi rayonu X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək Binəqədi rayonu X5nin ##.##.2012-ci il tarixli, *** nömrəli qərarına əsasən İddiaçı X5nin ərazi hüduqlarında yerləşən 3700 kv.metr torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi Cavabdeh həvalə edilməsi qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, cizgidə bələdiyyə qərarına istinad edilməmişdir. Ərazinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən iddiaçı tərəfindən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer qurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan RespublikasıQanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bundan başqa, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir. Nəzərinizə çatdırırıq ki, torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə və digər olmaqla Təhsil, səhiyyə, Mədəniyyət, Rabitə, və.s işlər üçün nəzərdə tutulmuşdur. Sözügedən əraziyə dair Əmlak Məsələləri Dövlət Xidmətinin (1501301640) müraciəti daxil olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin təqdim etdikləri sübutlara hüquqi qiymət vermiş və maddi, eləcə də prosessual hüquq normalarını düzgün tətbiq etməklə (MPM-385-“məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar mövcud deyildir) qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, apellyasiya şikayətində maddi hüquq normalarının pozulması ilə bağlı (MPM-386-ci maddəsinin tələbləri pozulmamışdır) verilmiş iddianın əsaslandırılması baş verməmişdir. Çünki ilkin olaraq iddiada bəhs edilən” guya ərazinin koordinatlarının təyin edilməsinin mükün olmaması” məsələsinə aydınlıq gətirərək bildiririk ki, İddiaçı məxsus olan torpaq sahəsinin koordinatları bir neçə dəfə, ələlxüsus bilavasitə həmin vaxt hüquqi səlahiyyətə malik olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri” tərəfindən həmin koordinatlar təyin olunaraq çəkilmiş və xüsusi formada təsdiqlənib möhürlənmişdir (həmin sənəd məhkəməyə təqdim olunmuşdur). Əlavə olaraq qanunvericiliyə uyğun olaraq bu sahəyə xüsusi razılıq fəaliyyət növü üzrə səlahiyyətə malik olan və lisenziyası olan “GEOİD” MMC tərəfindən də 2026-cı il tarixində eyni formada İddiaçı məxsus olan torpaq sahəsinin koordinatları təyin olunaraq təsdiqləndirilmişdir (məhkəməyə təqdim edilmişdir sənəd). Hər iki hüquqi sənəddə ona ayrılmış torpaq sahəsinin koordinat və cizgi məlumatlarına əsasən hər hansı bir uyğunsuzluq aşkar olunmamış və ümumiyyətlə ayrılmış torpaq sahəsi bələdiyyələrə aid olan torpaq sahəsinə aid olması təsdiqlənmişdir. “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”nin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır”. Yuxarıdakı şərtlərə tərəfindən tam əməl edilmiş, müvafiq qaydada onun müraciəti əsasında ona ## #### 2004-cü il tarixdə Bələdiyyə tərəfindən ayrılmış (***/* saylı qərarla) 7200 kv/metr sahədən qanuni olaraq alqı-satqı müqaviləsi əsasında 3700 kv/metr sahə sahibkarlıq məqsədilə tikinti aparılması üçün onun istifadəsinə verilmişdir.Torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar edilmiş və perimetrik ölçülər qeyd olunmuş həmçinin cizgilərdə Bələdiyyə qərarına İstinad edilmişdir.Şikayətdə qeyd edilən “Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir” məsələsinə isə birinci instansiya mərhələsində buna aid hər hansı bir təsdiqedici hüquqi sənəd məhkəməyə təqdim edilməmiş və məhkəmə prosesi araşdırmasında da təsdiq olunmuşdur ki, ayrılmış torpaq sahəsi (bələdiyyə səlahiyyətlisinin də məhkəmə prosesində verdiyi aşıqlama və ümumiyyətlə məhkəmə tərəfindən toplanmış təsdiqedici sənədlərə istinadən tam bəllidir ki, həmin torpaq sahəsi Bələdiyyə torpaq fonduna məxsusdu) “dövlət mülkiyyətinə “və ya digər bu tipli torpaq fondlarına aid deyildir. Əlavə olaraq, apellyasiya şikayətində göstərilən dəlillər məhkəmə tərəfindən artıq araşdırılmış və həmin hallara qərarda hüquqi qiymət verilmişdir. Şikayətdə göstərilən arqumentlər məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Bundan əlavə, apellyasiya şikayətində məhkəmənin:işin hallarını natamam araşdırması; sübutları düzgün qiymətləndirməməsi; maddi və ya prosessual hüquq normalarını pozması (MPM-387-ci maddəsinin tələbləri pozulmamışdır) barədə irəli sürülən “iddialar”, iş materialları ilə təsdiq olunmur. Belə ki, ilkin araşdırmada məhkəmə tərəfindən işin bütün halları ilə bağlı müvafiq sorğular həyata keçirilməklə hesab edirik ki, məhkəmə düzgün prosesual hərəkətləri etmiş və nəticədə ədalətli Qərar qəbul etmişdir. Qarşı tərəf isə məhkəmə proseslərinə bu istiqamətdə yardım etməmiş, məhkəmə proseslərində üzürsüz səbəblərdən iştirak etməmiş və üzərlərinə düşən öhdəlik və vəzifələri yerinə yetirməmişlər. İddiaçının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır” məsələsinə gəlincə isə bildirik ki, məhkəmə nəinki izahat, ərizə təklifləri araşdırmış, həmçinin işin düzgün həlli üçün tam olaraq bütün faktiki halları da araşdırmışdır. Sadəcə cavabdeh tərəf məhkəmə prosesində iştirak etmədiyi səbəbindən bu hərəkətləri görə və ya tanış ola bilməmişdir. Bütün bu yuxarıda göstərdiyimiz əsaslara istinadən hesab edirik ki, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Çünki məlumdur ki, ədalət məhkəməsi mötəbər sübutlara və faktlara dəlillərə əsaslanır ki, burada da hesab edirik ki, Bakı şəhər İnzibati məhkəməsinin qəbul etdiyi qərar tam və hüquqi cəhətdən ədalətli bir aktdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/****-*** nömrəli ##.##.2026cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
13. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
15. Üçüncü şəxsin nümayəndəsi X1 iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçının istifadəsinə qanuni şəkildə ayrıldığını bildirmiş və apellyasiya şikayətinin təmin olunmamasını və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi.
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqısatqı obyekti ola bilər: ... bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; ...
6. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (torpağın ayrıldığı zaman qüvvədə olan redaksiyada) Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları … 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. … 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
20. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. …
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
25. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2026-cı il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
26. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələbi “Binəqədi rayonu X5nin ##.##.2012-ci il tarixli, *** nömrəli qərarına əsasən İddiaçı X5nin ərazi hüquqlarında yerləşən 3700 kv.metr torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
28. Hazırda iddia tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsidir. Həmin normaya əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.
29. Cavabdeh orqanın imtina məktubunun və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qurum hazırki tələbi təmin etməkdən imtinasını aşağıdakı dəlillərlə əsaslandırır: - torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, cizgidə bələdiyyə qərarına istinad edilməmişdir. Bu səbəbdən ərazinin koordinatlarını təyin etmək mümkün olmamışdır; - vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir; - torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə və digər olmaqla Təhsil, səhiyyə, Mədəniyyət, Rabitə, və.s işlər üçün nəzərdə tutulmuşdur; - sözügedən əraziyə dair Əmlak Məsələləri Dövlət Xidmətinin (1501301640) müraciəti daxil olmuşdur; - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması.
30. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi rayonu X5nin ##.##.2004-cü il tarixli, ***/* nömrəli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 7200 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Cizgi əlavə edilmişdir.
31. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Binəqədi rayonu X5nin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi rayonu X5nin ##.##.2012-ci il tarixli, *** nömrəli qərarı ilə, X5nin ərazi hüduqlarında vətəndaş X2 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 7200 kv.m torpaq sahəsinin 3700 kv.m-ni sahibkarlıq fəaliyyətinin tikintisi üçün sahiblk və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilmişdir. Cizgi əlavə edilmişdir.
32. İddiaçı da həmin qərara istinad edərək, X5nin ərazi hüdudlarında yerləşən 3700 kv.m torpaq sahəsinə dair onun hüququnun dövlət reyestrində qeydə alınması tələb edir.
33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.
34. Hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun - 4.0.1-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyəti vardır. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
35. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
36. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir.
37. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir.
38. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
39. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
40. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
41. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər.
42. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
43. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
45. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
46. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
47. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
48. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar).
50. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.
51. Hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı bələdiyyənin verdiyi qərarı ləğv və ya etibarsız hesab olunmadığından hal-hazırda qüvvədədir.
52. Həmçinin işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusu əsasında sözügedən bələdiyyənin qərarı əsasında ayrı-ayrı şəxlərə ayrılmış və qeydiyyata alınmış torpaq sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəmə kollegiyasına təqdim olunmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə (sənaye, nəqliyyat, rabitə və digər təyinatlı) dair fiziki şəxslərin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Ona görə də tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
53. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və cavabdeh qurumun inzibati praktikası nəzərə alınmalıdır. Hazırki işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin qonşuluğunda olan, adı çəkilən eyni bələdiyyənin qərarı ilə ayrı-ayrı şəxslərin adına ayrılmış müvafiq torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin (iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərin) eyni hüquqmüəyyənedici sənədlərə istinad etməklə inzibati orqanın inzibati icraatı qaydasında mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunmuş və aydın olmuşdur ki, bu barədə inzibati orqanın inzibati praktikası mövcuddur.
54. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli, X6 Cavabdehn * saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X2 Cavabdeh * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, Cəfər Həsənəliyevin Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli və X7 xxxxnin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.”
55. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, cizgidə bələdiyyə qərarına istinad edilməmişdir. Bu səbəbdən ərazinin koordinatlarını təyin etmək mümkün olmamışdır.” dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməməsi və cizgidə istinadların olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz.
56. O ki qaldı cavabdehin “##.##.2007-ci il tarixdən sonra torpaq sahəsinin satışının bələdiyyələr tərəfindən hərrac və müsabiqələr vasitəsilə həyata keçirilməsi” barədə dəlilinə, bu barədə qeyd olunmalıdır ki, hazırki işdə bələdiyyə sözügedən torpaq sahəsini ilkin olaraq (X2) ##.##.2004-cü il tarixdə ayırmışdır. Həmin tarixdə bələdiyyələrin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqayırma səlahiyyəti mövcud idi. Bələdiyyə tərəfindən qəbul edilən sonrakı inzibati akt- ##.##.2012-ci il tarixli qərar isə əslində torpağın alqı-satqısı barədə deyil, torpaq ayrılan şəxsin həmin torpaq üzərində mülkiyyət hüququnun gözləntisi olduğundan həmin hüququnun realizə edilməsinə xidmət etmək məqsədilə addan-ada keçirilmə ilə bağlı verilmiş qərardır. ##.##.2007-ci il tarixdən sonra torpaq sahəsinin satışının bələdiyyələr tərəfindən hərrac və müsabiqələr vasitəsilə həyata keçirilməsi nəzərdə tutulsa da, belə alqısatqıların edilməsi dayandırılmışdır, lakin artıq qeyd olunduğu kimi, vaxtilə (2004-cü ildə) torpaq ayrılan şəxsin həmin torpaq üzərində mülkiyyət hüququnun gözləntisi olduğundan həmin hüququnun realizə edilməsinə xidmət etmək məqsədilə notariat qaydada bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən Bələdiyyənin addan-ada keçirilmə ilə bağlı qərarlar qəbul etmək səlahiyyəti qanunla məhdudlaşdırılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçıya münasibətdə verilmiş ##.##.2012-ci il tarixli *** saylı qərar əsasında cavabdeh qurum iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtina etməkdə haqlı olmamışdır.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
58. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
59. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev