Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1925/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1925/2026

14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1925/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi vəkil nümayəndə3, cavabdehin nümayəndəsi nümayəndə1 Bəhrəm qızının iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı "##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli və ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarların ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1951-ci ildə anadan olmuşdur. Iddiaçı İddiaçı ##.##.2006-cı ildə xxxxnun keçmiş Səbail rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh iddiaçıya ##.##.2025-ci il tarixli məktub göndərərək bildirmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılır. Iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə ##.##.1971-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində ** nömrəli Gəmi Təmiri Zavodunda boruçəkən, istehsalat ustası, mühəndis-planlayıcı, boru və gəmigövdə sexlərinin rəisi vəzifələrində işləməsi qeyd edilib. Araşdırma zamanı yalnız ##.##.1971-##.##.1977-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi boruçəkən vəzifəsinin sözügedən müəssisənin ona dair ##.##.2008-ci il tarixli *** nömrəli arayışında istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı"nda nəzərdə tutulan metal emalı (XIV) bölməsində nəzərdə tutulduğu müəyyən edilib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 5 gün (##.##.1971- ##.##.1977-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya ##.##.2006-cı ildən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranMışdır. Buna görə də iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün iddiaçının ##.##.2025-ci ilədək X4 Mərkəzinə gəlməsi xahiş olunmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli "xxxxnun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında" qərarı ilə İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarın "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi, adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, "Inzibati icraat haqqında" Qanunun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilməsi, artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. Cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli "Əmək pensiyasının dayandırılması haqqında" qərarı ilə İddiaçı ##.##.2006-cı ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xidməti araşdırma səbəbindən dayandırılması qərara alınmışdır. Həmin qərarda hazırkı pensiya məbləği 1964,04 manat, sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: ##.##.2025-##.##.2025; məbləğ isə 1816,87 manat göstərilmişdir. Bundan sonra ##.##.2025-ci ildə iddiaçının nümayəndəsi X7 Mərkəzi Filialda qəbul edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyə zidd olaraq ##.##.2006-cı ildən təyin edildiyi barədə nümayəndəyə məlumat verilmiş, bununla bağlı iddiaçının nümayəndəsinin mülahizələri dinlənilmiş, bu barədə akt tərtib edilmiş və iddiaçının nümayəndəsi də aktı imzalamışdır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "xxxxnun ##.##.2025-ci il tarixli əmək pensiyasının dayandırılması və 31428,04 manat məbləğində artıq ödənişin geri qaytarılması barədə inzibati aktının qanunsuz hesab edilərək ləğv edilməsi, əmək pensiyasının qanunsuz şəkildə dayandırılması nəticəsində pozulmuş hüququn bərpası məqsədilə, iddiaçıya məxsus xüsusi şərtlərlə pensiya almaq hüququnun yenidən tanınması, pensiyanın əsassız olaraq dayandırıldığı dövrə aid ödənilməmiş bütün məbləğlərin hesablanaraq iddiaçıya birdəfəlik qaydada ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək xxxxnun cavabdeh qismində iştirakına xitam verilməsini xahiş etmiş və iddia tələbini "cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli və ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarların ləğv edilməsi" kimi ifadə etmişdir. Iddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 7 və 9-cu maddələrinə uyğun təyin olunmuş və uzun illər ərzində fasiləsiz şəkildə ödənilmişdir. xxxxnun artıq ödənişin geri qaytarılması barədə inzibati aktı hüquqi əsaslardan məhrum olmaqla yanaşı, inzibati icraatın qanuniliyinə, şəffaflığına, bərabərlik və etimad prinsiplərinə ziddir. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası hüququ üçün tələb olunan minimum sığorta stajı 12 il müəyyən edilsə də, bu norma yalnız ##.##.2017-ci ildən sonra qüvvəyə minmişdir. Halbuki iddiaçıya əmək pensiyası ##.##.2006-cı ildən təyin olunmuş və həmin dövr üçün qanunvericiliyin tələblərinə tam cavab vermişdir. Iddiaçının əmək fəaliyyəti və hərbi xidməti daxil olmaqla 37 ildən artıq sığorta stajı olmuşdur ki, bu da o dövrdə pensiya hüququnun formalaşması üçün yetərli sayılırdı. Cavabdeh orqanın qeyd etdiyi kimi, yalnız 1971-1977-ci illər arası dövr zərərli və ağır əmək şəraiti kimi qiymətləndirilə bilərsə belə, bu, ümumi əsaslarla təyin olunmuş yaşa görə əmək pensiyası hüququna xələl gətirmir. Əgər cavabdeh orqan təyin edilmiş pensiyanın hüquqa zidd olduğunu hesab edirdisə, bu barədə qanuni qüvvəyə malik inzibati aktın ləğvi prosedurlarını vaxtında və əsaslandırılmış formada həyata keçirməli idi. Lakin "Inzibati icraat haqqında" Qanunun 65-67-ci maddələrində nəzərdə tutulmuş müddətlərə əməl edilməmiş, heç bir yeni fakt və ya sübut təqdim olunmadan, sadəcə hüquqi qiymətləndirmənin dəyişdirilməsi ilə uzun illər ərzində formalaşmış qanuni vəziyyət ləğv edilmişdir. Bu isə qanuni gözləntilərin qorunması, hüquqi sabitlik və hüquqi etimad prinsiplərinə ziddir. Iddiaçı pensiya vəsaitlərini könüllü şəkildə deyil, dövlət orqanının rəsmi və qüvvədə olan inzibati aktına əsasən almışdır. Bu halda, dövlətin yaratdığı hüquqi qeyri-müəyyənlik şəraitində risk və məsuliyyət də dövlətin öz üzərində qalmalıdır. DSMF tərəfindən əmək pensiyasının 2025-ci ilin fevral və mart ayları üzrə ödənişinin dayandırılması da inzibati prosedurların pozulması deməkdir. Belə ki, bu qərar qəbul olunmazdan öncə iddiaçının mövqeyini ifadə etməsinə şərait yaradılmamış, onun dinlənilməsi təmin edilməmişdir. Bu isə "Inzibati icraat haqqında" Qanunun 10 və 11-ci maddələrinə, həmçinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş səmərəli hüquqi müdafiə vasitələrinə çıxış hüququna ziddir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının dayandırılması və artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə inzibati akt həm maddi, həm də prosessual hüquq normalarına ziddir. Cavabdeh iddianı qəbul etməmiş və etirazında bildirmişdir ki, Mərkəzi Filialın ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı ilə iddiaçının əmək pensiyası dayandırılmış, bundan sonra iddiaçı ##.##.2025-ci ildə pensiyanın dayanma səbəbləri barədə ətraflı yazılı məlumat verilməsini xahiş etmiş və ##.##.2025-ci ildə Mərkəzi Filial tərəfindən ona ətraflı məlumat verilmişdir. Fondun Maliyyə və mühasibatıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya artıq ödənilmiş məbləğin bərpa edilməsinə dair ##.##.2025-ci il tarixli *-**-*/*-N- ******/**** nömrəli məktub ünvanlanmışdır. Müvafiq məktubdan sonra ##.##.2025-ci ildə iddiaçı müvafiq məbləğdən narazı olduğunu və məhkəməyə müraciət edəcəyi üçün artıq ödənilmiş məbləğ barədə ətraflı və rəsmi cavab verilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ##.##.2025-ci ildə əmək pensiyasının dayandırılması haqqında məktub ünvanlanmışdır. Iddiaçının iddia tələbi tamamilə əsassızdır. Belə ki, vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim edilən sənədlərdə ##.##.1971 - ##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində ** nömrəli Gəmi Təmiri Zavodunda boruçəkən, istehsalat ustası, mühəndis-planlayıcı, boru və gəmigövdə sexlərinin rəisi vəzifələrində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı yalnız ##.##.1971-##.##.1977-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi boruçəkən vəzifəsinin sözügedən müəssisənin ##.##.2008-ci il tarixli *** nömrəli arayışında istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N°-li Siyahısı"nın metal emalı (XIV) bölməsində nəzərdə tutulduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 5 gün (##.##.1971##.##.1977-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Nəticə etibarilə vaxtilə iddiaçıya qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci ildə əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün ##.##.2025-ci ilədək Mərkəzi Filiala dəvət olunmuş, iddiaçının nümayəndəsinin (oğlu) iştirakı ilə akt tərtib olunmuş və əmək pensiyasının dayandırılması barədə ətraflı məlumat verilmişdir. Iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar cavabdeh tərəfindən ləğv olunmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin fevral ayından dayandırılması haqqında inzibati akt qəbul edilmişdir. Iddiaçıya son üç il üzrə ümumilikdə 62421,15 manat artıq pul vəsaitin ödəniidiyi müəyyən edilmişdir. Iddiaçının ##.##.2014-cu ildə ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun yaranması nəzərə alınmaqla pensiya ödənişi ##.##.2022-ci ildən (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı tarixdən) bərpa edilmişdir. Iddiaçıya ##.##.2014-cü ildən hesablanmaqla ##.##.2025-ci ildə 1037,05 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, iddiaçıya ##.##.2022-##.##.2025-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 30993,11 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği iddiaçıya artıq ödənilmiş 62421,15 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa olunmuşdur. Iddiaçının qalıq artıq ödənilmiş borc məbləği 31428,04 (62421,15-30993,11) manat təşkil etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı barəsində "Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi haqqında" ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli və "Əmək pensiyasının dayandırılması haqqında" ##.##.2025ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarları ləğv edilmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçının yeganə gəlir mənbəyi olan pensiyasının ləğv edilməsinə əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Iddiaçının əmək pensiyasının ləğv edilməsinin səbəbi cavabdeh qurum tərəfindən yol verilmiş hər hansı hesab və ya riyazi səhvin düzəldilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati araşdırma materiallarından da aydın göründüyü kimi, iddiaçının müvafiq illərdə və qurumda güzəştli iş müddətləri bu barədə işlədiyi qurumdan verilən arayışla öz təsdiqini tapmışdır. Bununla belə, iş müddətinin cavabdeh qurumun səhvi nəticəsində daxil edilməsi halında belə, bu hal iddiaçının təqsiri səbəbindən baş verməmişdir və iddiaçıya münasibətdə əlverişli inzibati akt qeyd edilən əsasla ləğv edilə və ya dəyişdirilə bilməz. Pensiya ödənişinin ləğvinə və ya dayandırılmasına dair inzibati aktın qəbulu ilə vətəndaşın üzərinə həddindən artıq yük qoyulmuşdur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Cavabdeh "Inzibati icraat haqqında" Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğunu sübut etməmiş və həmin hallara istinad etməmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaya etirazının dəlillərini təkrarlamış, həmçinin göstərmişdir ki, iddiaçı güzəştli pensiya təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcud olmadığını bildiyi və ya bilməli olduğu halda, bu barədə inzibati orqana məlumat verməli idi. Belə məlumatın verilməməsi nəticəsində yaranmış artıq ödəmə məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaş tərəfindən dövlət büdcəsinə geri ödənilməlidir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə1 Bəhrəm qızı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçının nümayəndəsi vəkil nümayəndə3 isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 2.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası": 1.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: ... 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu:

1. Qanunun müəyyən etdiyi qaydalar. 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur;

2. Qanunda istifadə olunmuş əsas anlayışlar. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;

13. Etimad hüququnun qorunması prinsipi. 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ...

24. Işin hallarının obyektiv araşdırılması. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

28. Inzibati icraatın başlanılması üçün əsaslar. 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ...

35. Inzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar. 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.

64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ...

67. Qanunsuz inzibati aktın ləğv olunması. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Işin halları bundan ibarətdir ki, iddiaçı İddiaçı ##.##.2006-cı ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh iddiaçının güzəştli stajının artıq hesablandığını, əslində isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığını müəyyən etmişdir. Bundan sonra cavabdeh ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarla iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərarı ləğv etmiş, eyni tarixli *-**-*/*-*-****/**** nömrəli digər qərarla isə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını dayandırmışdır. Iddiaçı hazırkı iddiada cavabdehin həmin iki qərarını mübahisələndirmişdir. Göründüyü kimi, cavabdeh özünün ##.##.2025-ci il tarixli qərarı ilə əvvəlki qanunsuz əlverişli inzibati aktı ləğv etmişdir. Kollegiya qeyd edir ki, bu halda, inzibati orqan olan cavabdeh "Inzibati icraat haqqında" Qanunun tələblərinə riayət etməli idi. Həmin Qanunun 67.4-cü maddəsində deyilir ki, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Qanunun 67.12-ci maddəsində isə deyilir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqanın qəbul etdiyi əlverişli inzibati akta etimadı formalaşmışdır və bu etimad qanunla qorunur. Iş üzrə "Inzibati icraat haqqında" Qanunun 67.6cı maddəsində nəzərdə tutulmuş, etimad hüququnun qorunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası 1 illik müddətin pozulduğunu xüsusi qeyd edir. Belə ki, cavabdeh "Inzibati icraat haqqında" Qanunun 67.12-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etmədən iddiaçıya münasibətdə 2006-ci ildə qəbul edilmiş əlverişli inzibati aktı yalnız 19 ildən sonra ləğv etmişdir. Halbuki həmin aktın ləğvinə əsas verən hallar məlum olduğu gündən 1 il müddətində belə qərar qəbul edilə bilərdi. Iş materiallarında iddiaçıya pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuzluğuna səbəb olan halın cavabdehə sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir. "Inzibati icraat haqqında" Qanun əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən edilməsi hallarında həmin aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə yol versə də, bu imkan Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla 1 illik müddətlə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, əgər inzibati orqan 1 illik müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı daxili nəzarət qaydasında aparılmış yoxlamaların (araşdırmaların, monitorinqlərin, auditlərin və s.) nəticələrinə istinad etmişsə, bu zaman mütləq sözügedən yoxlamaların keçirilməsinə səbəb olmuş legitim faktiki hallar və əsaslı hüquqi səbəblər aydın və konkret şəkildə göstərilməli, eləcə də yoxlamaların başlanılmasına, aparılmasına və nəticələrinin rəsmiləşdirilməsinə dair sənədlər məhkəməyə təqdim edilməlidir. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən 1 il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan sənədləri və bunun nəticəsində 1 illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim edilməmişdir. Eyni hüquqi mövqe *-*(***)-****/**** nömrəli oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar