Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1968/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs1, üçüncü şəxs3 və üçüncü şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci keçid, ev 29B (yeni qaydalarla ünvan 1) ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ##.##.2026-cı il tarixində sorğu ünvanlanmış sözügedən ünvanda faktiki yaşayan şəxslər barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Nümayəndəlik tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2026-cı il tarixli, 5- **-*/*-**/**** nömrəli məktubda bildirilmişdir ki, qəsəbə nümayəndəliyində Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci keçid, ev 29B ünvanında faktiki yaşayan şəxslər barədə məlumat yoxdur. Məhkəmə tərəfindən Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ##.##.2026-cı il tarixində təkrar sorğu ünvanlanaraq sözügedən ünvanda faktiki yaşayan şəxslər barədə məlumatın sorğunu təqdim edən şəxslə məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Nümayəndəlik tərəfindən məhkəmə sorğusuna cavab olaraq #.##.2026-cı il tarixli, 5- **-*/*-***/**** nömrəli məktubda bildirilmişdir ki, qəsəbə nümayəndəliyində Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci keçid, ev 29B (yeni qaydalarla Həbibulla Hüseynov küçəsi, giriş 88) ünvanında faktiki yaşayan şəxslər barədə məlumat yoxdur. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Sabunçu rayon İcra Hakimiyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1000 (min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Sabunçu rayon İcra Hakimiyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nümayəndəlik tərəfindən məhkəmə sorğusuna cavab olaraq ##.##.2026-cı il tarixli, 5- **-*/*-**/**** nömrəli məktubda bildirilmişdir ki, qəsəbə nümayəndəliyində Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci keçid, ev 29B ünvanında faktiki yaşayan şəxslər barədə məlumat yoxdur. Məhkəmə tərəfindən Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ##.##.2026-cı il tarixində təkrar sorğu ünvanlanaraq sözügedən ünvanda faktiki yaşayan şəxslər barədə məlumatın sorğunu təqdim edən şəxslə məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.Nümayəndəlik tərəfindən məhkəmə sorğusuna cavab olaraq #.##.2026-cı il tarixli, 5- **-*/*-***/**** nömrəli məktubda bildirilmişdir ki, qəsəbə nümayəndəliyində Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci keçid, ev 29B (yeni qaydalarla Həbibulla Hüseynov küçəsi, giriş 88) ünvanında faktiki yaşayan şəxslər barədə məlumat yoxdur. Göründüyü kimi, məhkəmənin sorğusu cavablandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında tərəflər və Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı işdə iddiaçını tələbi, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 1-ci keçid, ev 29B (yeni qaydalarla ünvan 1) ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına yönəlmişdir. İşin həlli üçüncü şəxslərin həmin ünvanda faktiki olaraq yaşayıb-yaşamasının müəyyən edilməsindən asılıdır. İddiaçı tərəf üçüncü şəxslərin həmin ünvanda yerləşən fərdi yaşayış evdə yaşmadığı bildirərək iddia tələbinin təmin olunmasını, üçüncü şəxs isə faktiki olaraq həmin evdə yaşadıqlarını bildirirlər. Qeyd oluna halın müəyyən edilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə məhkəmə tərəfindən Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyə sorğular göndərmiş, lakin Nümayəndəlik məhkəmənin tələb etdiyi məlumatı məhkəməyə təqdim etməyərək məhkəmə sorğusuna əhəmiyyət verməmiş, ədalət mühakiməsinin həyata keçirilməsinə maneçilik törətmişdir. Nümayəndəlik təqdim etdiyi məktubda sözügdən ünvanda faktiki yaşayan şəxslər barədə məlumatın olmadığını qeyd edir. Məhkəmə bildirir ki, tələb edilən məlumatların nümayəndəlikdə olmaması, Nümayəndəliyi həmin məlumatın məhkəməyə təqdim edilməsi vəzifəsində azad etmir. Belə ki, nümayəndəlik icraat aparmalı, həmin ünvana baxış keçirməli, göstərilən ünvanda kommunal xidmətlərin kim tərəfindən ödənilməsini araşdırmalı, ünvanda kimlərin faktiki yaşaması barədə qonşuların izahatlarını almalı, tələb edilən məlumatın məhkəməyə təqdim eidlməsi üçün digər tədbirlər görməli və məhkəmə sorğusunu mahiyyəti üzrə cavablandırmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə:
5. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri ... 5.1.6. ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; 5.1.9. ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək; ... Əsasnamədən göründüyük kimi, ərazidə yaşayan yaşayış evlərində təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq nzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifəsidir. Sabunçu rayon İcra Hakimiyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə onun vəzifəsinə aid edilmiş məsələ ilə bağlı məhkəmə tərəfindən tələb edilən məlumatı təqdim etməmiş, bununla da ədalət mühakiməsinin vaxtında və səmərəli həyata keçirilməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
60. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Məhkəmə tərəfindən tələb olunan məlumatları məhkəməyə təqdim etmədiyinə görə, Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1000 manat məbləğində cərimə olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə xüsusilə qeyd edir ki, Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1000 manat məbləğində cərimə olunması tələb olunan məlumatı məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, tələb edilən məlumatların nümayəndəlikdə olmaması, Nümayəndəliyi həmin məlumatın məhkəməyə təqdim edilməsi vəzifəsində azad etmir. Belə ki, nümayəndəlik icraat aparmalı, həmin ünvana baxış keçirməli, göstərilən ünvanda kommunal xidmətlərin kim tərəfindən ödənilməsini araşdırmalı, ünvanda kimlərin faktiki yaşaması barədə qonşuların izahatlarını almalı, tələb edilən məlumatın məhkəməyə təqdim eidlməsi üçün digər tədbirlər görməli və məhkəmə sorğusunu mahiyyəti üzrə cavablandırmalıdır. Apellyasiya şikayətinin dəlillərinə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə Kollegiyası əlavə olaraq vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamədən göründüyü kimi, ərazidə yaşayan yaşayış evlərində təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq nzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifəsidir. Sabunçu rayon İcra Hakimiyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamə ilə onun vəzifəsinə aid edilmiş məsələ ilə bağlı məhkəmə tərəfindən tələb edilən məlumatı təqdim etməmiş, bununla da ədalət mühakiməsinin vaxtında və səmərəli həyata keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.