Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2074/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-2074/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-2074/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “əmrin etibarsız hesab edilməsi və əmək kitabçasındakı qanunvericiliyə zidd qeydlərin silinməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin ##.##.2025-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ##.##.1991- ##.##.1995-ci il tarixlərdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Aparatında və ##.##.1995-##.##.1996-cı il tarixlərdə dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında dövlət qulluğunun yardımçı vəzifələrində çalışmış, ##.##.1996- ##.##.2024-cü il tarixlərdə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq etmiş, ##.##.2024-cü il tarixdə təşkilati-ştat tədbirləri ilə bağlı Ədliyyə Nazirliyinin sərəncamına götürülmüş, ##.##.2025-ci il tarixdə isə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Ədliyyə Nazirliyi üzrə əmrlərlə ona ##.##.1998-ci il tarixdə R, ##.##.2003-cü il tarixdə R, ##.##.2006-cı il tarixdə dərəcəli ədliyyə qulluqçusu, ##.##.2009-cu il tarixdə R, ##.##.2013-cü il tarixdə isə R xüsusi rütbələri verilmişdir.

2. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla iddiaçıya dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir.

3. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli **-T nömrəli əmrdən çıxarışdan görünür ki, siyahıda iddiaçının da adı olan bir sıra əməkdaşlar təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilərək sərəncama götürülmüşlər.

4. Həmin sənədlərdən olan vəzifəyə təyin edilmə barədə təklifə dair bildirişdən görünür ki, iddiaçıya ## ###### 2025-ci il tarixdə sərəncamda olma müddətinin bitməsi bildirilmiş və vakant ştat vahidləri çərçivəsində Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru vəzifəsinə təyin edilməsi təklif edilmiş, eyni zamanda, ona digər vəzifəyə keçirilmədən imtina edildiyi zaman qulluq keçməyə xitam verilməsi barədə qanunvericiliyin tələbi izah edilmişdir.

5. Cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmış ##.##.2024-cü il tarixli aktda göstərilmişdir ki, ədliyyə orqanlarının sərəncamında olan iddiaçı Ədliyyə Nazirliyinin inzibati binasına dəvət əsasında gəlmiş, bu zaman ona sərəncamda olma müddətinin bitməsi tarixi barədə məlumat verilmiş və bununla əlaqədar qulluğunu davam etdirmək üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq ədliyyə qurumlarında konkrek vakant vəzifəyə təyin edilməsi təklif olunmuşdur. iddiaçı yuxarıda göstərilənlərə dair ona təqdim edilən bildiriş oxuyaraq məzmunu ilə tanış olmuş, əlavə suallar verərək bəzi məqamları dəqiqləşdirmiş, lakin bildirişi götürməkdən və bu barədə surətinə imza atmaqdan imtina etmişdir.

6. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrdən çıxarışdan görünür ki, sərəncama götürülmüş iddiaçının təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan vəzifəyə keçirilmədən imtina etməsi ilə bağlı ## ### 2025-ci il tarixdən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş və ona vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsinin təmin edilməsi Maliyyə və təminat idarəsinə həvalə edilmişdir.

7. İşdən azad olunanların əmək kitabçalarının qeydiyyatı kitabından çıxarışdan görünür ki, iddiaçı ona məxsus əmək kitabçasını müvafiq şəkildə imzalamaqla qəbul etmişdir.

8. İddiaçının bank hesabına cavabdeh tərəfindən daxil olan ödənişlər, həmçinin ödənilmiş son haqq-hesab barədə çıxarışlar məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrinin qanunsuz hesab edilməsi, əmək kitabçasında qanunvericiliyə zidd qeydlərin silinməsi, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi, son haqq-hesabın gecikdirildiyi günlər üçün gecikmə faizinin ödənilməsi, əmək kitabçasının təqdim edilmədiyi aylar üçün orta aylıq əmək haqqının gecikmə faizi ilə ödənilməsi, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrinin qanunsuz hesab edilərək etibarsız sayılması, əmək kitabçasında qanunvericiliyə zidd qeydlərin silinməsi, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi, son haqqhesabın gecikdirildiyi günlər üçün gecikmə faizinin ödənilməsi, əmək kitabçasının təqdim edilmədiyi aylar üçün orta aylıq əmək haqqının gecikmə faizi ilə ödənilməsi, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi, son haqq-hesabın gecikdirildiyi günlər üçün gecikmə faizinin ödənilməsi, əmək kitabçasının təqdim edilmədiyi aylar üçün orta aylıq əmək haqqının gecikmə faizi ilə ödənilməsi, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1991-##.##.1995-ci il tarixlərdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin aparatında, ##.##.1995- ##.##.1996-cı il tarixlərdə dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarında dövlət qulluğunun yardımçı vəzifələrində çalışmış, ##.##.1996-##.##.2024-cü il tarixlərdə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq etmişdir. O, ##.##.2024cü il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq təşkilati-ştat tədbirləri ilə bağlı sərəncama götürülmüşdür. Təşkilati-ştat tədbirlərinin keçirilməsi səbəbilə sərəncama götürülmək qanunvericiliyin tələblərinə ziddir. İddiaçı sərəncama götürüldükdə Notariat, Qeydiyyat və Reyestr baş idarəsinin məsləhətçisi vəzifəsində çalışmış və nə o zaman, nə də sonrakı tarixlərdə Baş İdarənin strukturunda heç bir dəyişiklik baş verməmiş, iddiaçının ştatı da vəzifəsi də dəyişdirilməmiş, ixtisar olunmamışdır. İddiaçının sərəncamda olma müddəti ##.##.2025-ci il tarixdə 3 ay ödənişsiz olaraq uzadılmış və ##.##.2025-ci il tarixədək ona əmək haqqı ödənilməmişdir. Sərəncam müddətinin ödənişsiz 3 ay müddətinə hansı müstəsna hal səbəbi ilə uzadılması sualına bu günədək cavab ala bilməmişdir. Həmçinin iddiaçıya sərəncamda olduğu müddətdə əmək haqqı ödənişinin dayandırılması nəticəsində onun hansı gəlir hesabına yaşayışını təmin edəcəyi də nəzərə alınmamışdır. ## ###### 2024-cü il tarixdə, İnsan resursları idarəsinin əməkdaşı tərəfindən ona "Neftçala rayon icra və probasiya şöbəsi"ndə əmək haqqı məbləği son vəzifəsi üzrə ödənilən əmək haqqının təxminən 30 faizini təşkil edən, tutduğu vəzifədən bir neçə dəfə aşağı vəzifə - icra məmuru vəzifəsi təklif edilmişdir. Qanunvericiliyin tələblərinə zidd olan aşağı vəzifə təklifinin səbəbi hazıradək izah edilməmişdir. Ədliyyə orqanlarında qulluq keçdiyi dövr ərzində iddiaçı barəsində intizam tənbehi tətbiq edilməmiş, 2024-cü ildə attestasiya olunmamışdır. İddiaçının vəzifəsinin dəyişdirilməsinə, xüsusilə bir təsnifat aşağı vəzifə təklif edilməsinə heç bir səbəb olmadan "Neftçala rayon icra və probasiya şöbəsi"ndə icra məmuru vəzifəsinin təklif edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçıya təklif edilən vəzifədə onun ailə vəziyyəti nəzərə alınmamışdır. Belə ki, ailəsinin, evinin Bakı şəhərində olmasına baxmayaraq, həyat yoldaşının səhhətində problemlərin olmasını, xüsusi qayğıya və qulluğa ehtiyac duymasını nəzərə almayaraq ona Nefçala şəhərində iş təklif edilmişdir. İddiaçının həyat yoldaşı iddiaçıya qarşı edilən haqsızlıqlar, hüquqlarının pozularaq 57 yaşında heç bir səbəb olmadan qanunsuz olaraq işsiz qalması səbəbindən stress yaşamış, səhhətindəki problemlər daha da ciddiləşərək ##.##.2025-ci il tarixdə 51 yaşında dünyasını dəyişməsinə səbəb olmuşdur. İddiaçıya edilmiş təklifin qanunvericiliyin tələblərinə uyğun olmadığı və idarəsi dəyişdiriləcək olsa belə bərabər vəzifə təklif edilməli olduğu barədə cavabdehə ərizə ünvanlasa da, rəhbərliyin qəbuluna yazılsa da müraciətlərinə baxılmadan və müvafiq təklifdən imtina ilə bağlı cavabdehə ərizə təqdim etmədən ##.##.2025-ci il tarixli əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.9-cu, 40.1.4-cü, 40.2-ci və 40.3cü maddələrinə əsasən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Xitam Əmrində əmək müqaviləsinə xitam verilmə əsasının qeyd olunduğu və həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmiş və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Xitam əmrində qeyd edilən təşkilati-ştat tədbirlərinin nədən ibarət olduğu göstərilməmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Əmək kitabçasında ##.##.2024-cü il tarixdə təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq sərəncama götürüldüyü qeyd edilir. Təşkilati-ştat tədbirlərinin keçirilməsi səbəbilə sərəncama götürülmək qanuvericiliyin tələblərinə ziddir. Sərəncama götürülməsinə və sərəncamda olma müddətinin uzadılmasına heç bir qanuni əsas olmadığı üçün sərəncam müddətində ona ödənilməyən əmək haqqının gecikmə faizi ilə ödənilməsi onun əmək haqqı almaq hüququnu təmin edəcəkdir. Həyat yoldaşı xəstə olan ailə başçısı olaraq əmək haqqı ödənilməməsi yeganə gəliri əmək haqqı olan ailə büdcəsinə mənfi təsir göstərmişdir.

13. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı, sabiq ədliyyə qulluqçusu İddiaçı ##.##.1995-ci il tarixdən Ədliyyə Nazirliyi yanında Notariat və X4 idarəsində kargüzar, məsləhətçi, ##.##.2006cı il tarixdən Qeydiyyat və notariat baş idarəsinin Notariat idarəsində (##.##.2022-ci il tarixdən Ədliyyə sahəsində xidmətlər baş idarəsi adlandırılmışdır) böyük məsləhətçi vəzifələrində işləmiş, ##.##.2024-cü il tarixdə aparılmış təşkilati ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüşdür. “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il # #### tarixli Fərmanına əsasən Nazirliyinin Aparatına daxil olan Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat, qeydiyyat və reyestr baş idarəsi adlandırılmışdır. Bununla əlaqədar baş idarənin yeni strukturu hazırlanmış və ##.##.2024- cü il tarixli əmrlə təsdiq olunmuşdur. Aparılmış təşkilati-ştat tədbirləri ilə əlaqədar baş idarədə işləmiş bir neçə əməkdaş, o cümlədən iddiaçı tutduğu vəzifədən azad olunaraq sərəncama (qanunvericiliyə əsasən 3 aylıq) götürülmüş, sonradan bu müddət daha 3 ay uzadılmışdır. Sərəncamda olma müddətinin uzadılmasına səbəb kimi iddiaçıya yeni iş, Neftçala rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsi təklif olunsa da, o, müvafiq bildirişi qəbul etməmiş, sonradan ona Bakı şəhərində yerli icra qurumlarında işlər təklif edilmiş, lakin bundan da imtina etmişdir. Göstərilənlərə əsasən cavabdeh ##.##.2025-ci il tarixli əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə” haqqında Qanunun 40.1.4-cü maddəsinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) digər vəzifəyə keçirilməkdən imtina etməsi ilə bağlı vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməklə iddiaçının qulluq keçməsinə xitam verilmişdir. İddiaçının cavabdehə hazırki iddianın məzmununa uyğun müraciəti daxil olmamışdır. İddiaçı hazırkı iddia ərizəsində 6 fərqli tələb irəli sürmüşdür. İddia qeyri-mümkün sayılmalıdır. Belə ki, əmr qanunsuz hesab olunursa ondan sonrakı hərəkət və ya tələb nədir, bilinmir. Bu hazırki iddiada qeyd olunmamışdır. Əlbətdə belə olan halda iddiaçı işə bərpa tələbi ilə müraciət edəcəkdir. Belə olduğu halda isə iddia mübahisələndirmə iddiası kimi qəbul olunmalıdır. Bu növ iddia üçün də qanunvericiliyin tələblərinə əsasən iddia müddətinə əməl olunmalıdır. İddia mümkün sayılsa belə rədd edilməlidir. Belə ki, iddiaçı sərəncamda olduğu müddətdə dəfələrlə qəbul olunaraq digər vəzifələr təklif edilsə də, müvafiq vəzifələrə keçirilməkdən imtina etmişdir. Əmr hansı əsasla verilmişdirsə, əmək kitabçasında qeydlər də həmin əsasla doldurulmalıdır. Hazırkı halda isə əmək kitabçasında sözügedən əmrlə hər hansı bir uyğunsuzluq yoxdur. Stuktur dəyişikliyi zamanı prosedurlar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda təşkilati-ştat tədbirlərinin keçirilməsi kimi tənzimləndiyindən iddiaçı barədə olan əmrdə Əmək Məcəlləsinə istinad olunmamışdır. Odur ki, əmək kitabçasındakı qeyd əmrin icrasının nəticəsidir və əmək kitabçasındakı qeydlər həmin əmrə uyğundur. İddiaçının qeyd etdiyi dövr - ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr onun sərəncamda olduğu müddətdir. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Ədliyyə orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əməkhaqqı üç ay müddətində saxlanılır. Göründüyü kimi, qanunvericilik çox açıq şəkildə 3 aylıq uzadılma üzrə əmək haqqının verilməməsini göstərir. İddiaçı ilə danışıq zamanı əməkdaşlar tərəfindən şifahi qaydada əmək kitabçasını götürməsini barədə bildirilsə də, o uyğun vaxtı götürəcəyini bildirmişdir. “İşdən azad olunanların əmək kitabçalarının qeydiyyatı kitabında” aparılmış *** saylı qeyddən müəyyən olunur ki, iddiaçıya əmək kitabçası təqdim olunsa da o, imza edərkən tarix qeyd etməmişdir. Bununla belə ondan əvvəlki qeydin tarixi ## #### 2025, sonrakı qeyd isə ## #### 2025-ci il tarixdə aparılmışdır. Bununla da qənaətə gəlmək olar ki, iddiaçıya əmək kitabçası 10 və ya ## #### 2025-ci il tarixədə təqdim olunmuşdur. Nazirliyin İnsan resursları idarəsi tərəfindən əmək kitabçası işçinin əmri imzalanan günü qanunvericiliyin tələbinə uyğun olaraq yazılır və müvafiq əmrlə birlikdə işçiyə verilir. Lakin iddiaçı bununla bağlı vaxtında məlumatlandırılsa da idarəyə müraciət etməmiş, narazılığını bildirməmişdir (hesab edir ki, onun buna marağı olmamışdır). Əks təqdirdə o bununla bağlı Nazirliyə şikayət edərdi (bu barədə hər hansi bir müraciəti daxil olmamışdır). Eyni zamanda bildirilir ki, əmək kitabçasının gec təqdim edilməsi zamanı hər hansı kompensasiyanın verilməsinin qanuni əsası yoxdur. İddiaçı hazırkı iddiasında mənəvi zərərlə bağlı hər hansı bir sübut təqdim etməmiş, mənəvi zərərlə bağlı tələbi konkret məbləğlə ifadə olunmamış, əvvəllər cavabdehə etdiyi müraciətlərdə bununla bağlı tələblər irəli sürməmişdir.

14. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçı hazırkı iddia tələbində əmrin etibarsız hesab edilməsi və əmək kitabçasındakı qanunvericiliyə zidd qeydlərin silinməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzun illər ədliyyə orqanlarında müxtəlif vəzifələrdə qulluq keçmiş, sonuncu olaraq Notariat, qeydiyyat və reyestr baş idarəsində məsləhətçi vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **-T nömrəli əmrlə aparılmış təşkilati-ştat tədbirləri ilə əlaqədar iddiaçı tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. Bundan sonra iddiaçıya sərəncam müddətinin başa çatması ilə əlaqədar ##.##.2024-cü il tarixdə Neftçala rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsi təklif edilmiş, bu barədə ona müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, iddiaçı bildirişin məzmunu ilə tanış olmuş, lakin həmin bildirişi qəbul etməkdən və surətinə imza etməkdən imtina etmişdir. Cavabdeh ona təklif edilən vəzifənin əvvəlki vəzifəsinə uyğun olmadığını, habelə aşağı vəzifənin təklif edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu bildirmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri ilə iddiaçının təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan digər vəzifəyə keçirilməkdən imtina etməsi əsas götürülərək “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.4-cü, 40.2-ci və 40.3- cü maddələrinə əsasən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İşdən azad olunanların əmək kitabçalarının qeydiyyatı kitabından çıxarışa əsasən iddiaçı əmək kitabçasını qəbul etmişdir.

16. Hazırkı halda mübahisələndirilən ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş, səlahiyyətli inzibati orqanın rekvizitlərini özündə əks etdirmiş, ünvanlandığı şəxs müəyyən olmuş, yazılı formada tərtib edilmiş və hüquqi nəticələr yaratmış inzibati aktdır. İş materialları ilə həmin inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq hallarından hər hansı birinə uyğun olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

17. İşdən göründüyü kimi iddiaçı təşkilati-ştat tədbirləri ilə əlaqədar sərəncama götürülmüş, ona digər vəzifə təklif edilmiş, lakin həmin vəzifəyə keçirilmədən imtina etmişdir. Bundan sonra cavabdeh tərəfindən onun qulluq keçməsinə xitam verilmişdir. Buna görə də mübahisələndirilən əmr formal və hüquqi baxımdan mövcud və hüquqi nəticə doğuran inzibati akt hesab edilir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, " “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən yalnız hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan, səlahiyyətsiz orqan tərəfindən qəbul edilən, qanunla tələb olunan formaya uyğun olmayan, icrası mümkün olmayan və ya ünvanlandığı şəxs müəyyən edilməyən inzibati aktlar etibarsız sayıla bilər. Hazırkı halda mübahisələndirilən ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş, səlahiyyətli inzibati orqanın rekvizitlərini özündə əks etdirmiş, ünvanlandığı şəxs müəyyən olmuş, yazılı formada tərtib edilmiş və hüquqi nəticələr yaratmış inzibati aktdır. İş materialları ilə həmin inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 65.1ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq hallarından hər hansı birinə uyğun olması məhkəmə tərəfindən müəyyən edilməmişdir." Bakı İnzibati Məhkəməsinin müəyyən edə bilmədiyi “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq hallarından hansına uyğun olduğunu nəzərə çatdırır: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız hesab edilməlidi. Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin məzmununda aşağıdakı məlumatlar göstərilir: əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdeh ##.##.2025-ci il tarixli, ***-K nömrəli Əmrində Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Əmrdə Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməməsi müvafiq əmrin qanunsuz hesab edilərək etibarsızlığı üçün əsasdır. Məhkəmə əmrin yazılı formada tərtib edilməsini qanuni hesab edərək, əmrdə xitam əmrində əks etdirilməli olan məlumatların göstərilməməsinə əhəmiyyət verməmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.3-cü maddəsində qeyd edilən "qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt" etibarsız hesab edilməlidi dedikdə məhz formaca düzgün mahiyyətcə qanunvericiliyin tələblərinə uyğun olmayan inzibati aktlar nəzərdə tutulur. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır" normasını da nəzərə almamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd edilənlərə əsasən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- *****/**** nömrəli, ##.##.2026-cı il tarixli Qərarının ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür (1.1). Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir (3.2). Ədliyyə orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə ədliyyə orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Ədliyyə orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əməkhaqqı üç ay müddətində saxlanılır (15.1). Bu Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qanunun 40.1.4-cü, 40.1.5-ci, 40.1.7-ci və ya 40.1.10-cu maddələrinə əsasən, yaxud pensiyaya çıxması ilə bağlı öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluqkeçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir (23.9). Həmçinin, həmin Qanuna əsasən:aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə; 40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 40.1.2-1. stajorluq və ya sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə; 40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 40.1.5. uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 40.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 40.1.9. bu Qanunun 4.6cı maddəsində göstərilən hal aşkar edildikdə; 40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda; 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; 40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda (40.1). Bu Qanunun 40.1.2-ci, 40.1.4-cü və 40.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə işçinin ədliyyə orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir (40.2). Bu Qanunun 40.1.2-40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir (40.3).

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (65.1.1); müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt (65.1.2); qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmintələbə cavab verməyən inzibati akt (65.1.3); maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt (65.1.4); faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (65.1.5); kimə ünvanlandığı aydın olmayan inzibati akt (65.1.6). Həmçinin, həmin Qanuna əsasən: etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır (65.2). İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (65.3).

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçı hazırkı iddia tələbində ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrin etibarsız hesab edilməsi və əmək kitabçasındakı qanunvericiliyə zidd qeydlərin silinməsini xahiş edir.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzun illər ədliyyə orqanlarında müxtəlif vəzifələrdə qulluq keçmiş, sonuncu olaraq Notariat, qeydiyyat və reyestr baş idarəsində məsləhətçi vəzifəsində çalışmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, **-T nömrəli əmrlə aparılmış təşkilati-ştat tədbirləri ilə əlaqədar iddiaçı tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. Bundan sonra iddiaçıya sərəncam müddətinin başa çatması ilə əlaqədar ##.##.2024-cü il tarixdə Neftçala rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsi təklif edilmiş, bu barədə ona müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, iddiaçı bildirişin məzmunu ilə tanış olmuş, lakin həmin bildirişi qəbul etməkdən və surətinə imza etməkdən imtina etmişdir. Cavabdeh ona təklif edilən vəzifənin əvvəlki vəzifəsinə uyğun olmadığını, habelə aşağı vəzifənin təklif edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu bildirmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri ilə iddiaçının təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar təklif olunan digər vəzifəyə keçirilməkdən imtina etməsi əsas götürülərək “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.4cü, 40.2-ci və 40.3- cü maddələrinə əsasən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İşdən azad olunanların əmək kitabçalarının qeydiyyatı kitabından çıxarışa əsasən iddiaçı əmək kitabçasını qəbul etmişdir.

31. Hazırkı halda mübahisələndirilən ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş, səlahiyyətli inzibati orqanın rekvizitlərini özündə əks etdirmiş, ünvanlandığı şəxs müəyyən olmuş, yazılı formada tərtib edilmiş və hüquqi nəticələr yaratmış inzibati aktdır. İş materialları ilə həmin inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq hallarından hər hansı birinə uyğun olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

32. İşdən göründüyü kimi iddiaçı təşkilati-ştat tədbirləri ilə əlaqədar sərəncama götürülmüş, ona digər vəzifə təklif edilmiş, lakin həmin vəzifəyə keçirilmədən imtina etmişdir. Bundan sonra cavabdeh tərəfindən onun qulluq keçməsinə xitam verilmişdir. Buna görə də mübahisələndirilən əmr formal və hüquqi baxımdan mövcud və hüquqi nəticə doğuran inzibati akt hesab edilir.

33. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, " “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən yalnız hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan, səlahiyyətsiz orqan tərəfindən qəbul edilən, qanunla tələb olunan formaya uyğun olmayan, icrası mümkün olmayan və ya ünvanlandığı şəxs müəyyən edilməyən inzibati aktlar etibarsız sayıla bilər. Hazırkı halda mübahisələndirilən ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş, səlahiyyətli inzibati orqanın rekvizitlərini özündə əks etdirmiş, ünvanlandığı şəxs müəyyən olmuş, yazılı formada tərtib edilmiş və hüquqi nəticələr yaratmış inzibati aktdır. İş materialları ilə həmin inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq hallarından hər hansı birinə uyğun olması məhkəmə tərəfindən müəyyən edilməmişdir." Bakı İnzibati Məhkəməsinin müəyyən edə bilmədiyi “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş etibarsızlıq hallarından hansına uyğun olduğunu nəzərə çatdırır: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız hesab edilməlidi. Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin məzmununda aşağıdakı məlumatlar göstərilir: əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdeh ##.##.2025-ci il tarixli, ***-K nömrəli Əmrində Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Əmrdə Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməməsi müvafiq əmrin qanunsuz hesab edilərək etibarsızlığı üçün əsasdır. Məhkəmə əmrin yazılı formada tərtib edilməsini qanuni hesab edərək, əmrdə xitam əmrində əks etdirilməli olan məlumatların göstərilməməsinə əhəmiyyət verməmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.3-cü maddəsində qeyd edilən "qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt" etibarsız hesab edilməlidi dedikdə məhz formaca düzgün mahiyyətcə qanunvericiliyin tələblərinə uyğun olmayan inzibati aktlar nəzərdə tutulur. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-cü maddəsinə əsasən Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır" normasını da nəzərə almamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

34. Apellyasiya şikayəti ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh ##.##.2025ci il tarixli əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə” haqqında Qanunun 40.1.4-cü maddəsinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) digər vəzifəyə keçirilməkdən imtina etməsi ilə bağlı vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməklə iddiaçının qulluq keçməsinə xitam verilmişdir.

35. Odur ki, apellyasiya şikayətinin Cavabdeh ##.##.2025-ci il tarixli, ***-K nömrəli Əmrində Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməməsi dəlili əsassızdır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar