Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2084/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı vətəndaşlıq mənsubiyyətinin tanınması tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və buraxılmış prosesual müddətin bərpasına dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, qızı iddiaçı2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamasına dair Cavabdeh ******** saylı ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasına vətəndaşlığının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə iddiaçı əsl iddiaçı iddiaçı2 ilə əvəz edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2-1(4-6)-1177/2026 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş, həmçinin iddiaçının nümayəndəsi və vəkili prosessual müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsində isə xüsusi olaraq müəyyən edilmişdir ki, Məcəllə ilə başqa qayda nəzərdə tutulmadıqda müddətin axımı təqdim edilmə anından başlanır. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərə münasibətdə bu qayda Inzibati Prosessual Məcəllənin 23.1-ci maddəsində daha da konkretləşdirilərək təsbit edilmişdir ki, məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı proses iştirakçısına şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatları ehtiva edən məhkəmə aktının və ya bu barədə yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Hazırkı işdə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının iddiaçının qanuni nümayəndəsinin elektron kabinetinə ## ### 2026-cı il tarixdə yerləşdirildiyi iş materialları ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli bildirişində də məhz bu hal təsbit edilmiş və iddiaçıya Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi təklif edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində hüquqi müdafiə vasitəsi barədə məlumat tam və düzgün şəkildə göstərilmiş, qərardan onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Inzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasına apellyasiya şikayəti verilə biləcəyi izah edilmişdir. Deməli, Inzibati Prosessual Məcəllənin 23.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə vasitəsi, onun qaydası və müddəti haqqında məlumatın verilməməsi və ya təhrif olunmuş şəkildə verilməsi ilə bağlı istisna da hazırkı işdə mövcud deyildir. Beləliklə, ## ### 2026-cı il təqdim edilmə günü müddətin hesablanmasının birinci günü kimi götürüldükdə, apellyasiya şikayətinin verilməsi üçün son gün ## #### 2026-cı il olmuşdur. Şikayətin elektron sistemdə daxilolma vaxtı ## #### 2026-cı il saat 00:10, göndərilmə vaxtı isə saat 00:11 kimi qeydə alınmışdır. Müddətin bərpasının mümkünlüyü isə Inzibati Prosessual Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi şərtdən asılıdır. Həmin maddəyə əsasən, Məcəllə ilə müəyyən edilmiş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda məhkəmə onun ərizəsi əsasında müddəti bərpa etməlidir. Deməli, qanunverici müddətin bərpasını sadəcə gecikmənin mövcudluğu, gecikmənin az olması və ya şikayətin verilməsində marağın qalması ilə deyil, müddətin ötürülməsinin şəxsin təqsirindən kənar səbəbdən baş verməsi ilə şərtləndirmişdir. Inzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə də müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı işdə isə belə xarakterli hər hansı hal müəyyən edilmir. Belə ki, müddətin bərpa olunmasına dair yazılı ərizədə vəkil bildirmişdir ki, apellyasiya şikayətini vaxtında verə bilməməsinin səbəbi onun “başqa tapşırıqların icrası ilə bağlı” məşğul olması olmuş və gecikmənin qısa olmasına əsaslanaraq müddətin bərpasını xahiş etmişdir. ## ###### 2026-cı il tarixli məhkəmə iclasında isə eyni gecikmənin səbəbi başqa şəkildə izah edilmiş, vəkil mülki işlər üzrə prosessual müddətin hesablanması qaydası ilə inzibati prosessual qaydanı qarışdırdığını və buna görə şikayətin gec verildiyini bildirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, gecikmənin nisbətən qısa olması da öz-özlüyündə müddətin bərpası üçün hüquqi əsas yaratmır. Inzibati Prosessual Məcəllənin 24.1-ci maddəsi bərpa məsələsini gecikmənin müddəti ilə deyil, gecikmənin səbəbi və təqsirin olub-olmaması ilə əlaqələndirir. Qısa müddətli, lakin şəxsin öz təqsirindən irəli gələn gecikmə ilə daha uzun, lakin obyektiv və qarşısıalınmaz səbəbdən yaranan gecikmə qanunun məqsədi baxımından eyni hüquqi vəziyyət deyildir. Əks yanaşma qanunda nəzərdə tutulmayan əlavə meyar yaradaraq müəyyən edilmiş prosessual müddətləri faktiki olaraq nisbi və qabaqcadan proqnozlaşdırılması mümkün olmayan müddətlərə çevirərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəblərdən ötürməsinə münasibətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, prosessual müddət bərpa edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22-24, 80, 85.1, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDI: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2084/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2084/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver