Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2120/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-2120/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-2120/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinatı üzrə Məkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı (nümayəndəsi və vəkili Qanuni nümayəndə vasitəsilə) ##.##.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, onun 1983-cü ildən 1992-ci ilədək (13 il 8 ay 08 gün) polis orqanlarında xidmət illərinin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri hesab edilərək, dövlət qulluğu stajına daxil edilməsi və ona dövlət qulluqçusu kimi pensiya təyin olunması öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 1983-1992-ci illərdə (13 il 8 ay 08 gün) polis orqanlarında xidmət illərinin, eləcə də ##.##.2011– ##.##.2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində işlədiyi xidmət illərinin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri hesab edilərək dövlət qulluğu stajına daxil edilməsi və ona dövlət qulluqçusu kimi pensiya təyin olunması öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müvafiq müraciətinə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-Ş*****/**** saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və Şərtləri” dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xususi növündə qulluq illərinə daxıl edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan daxili işlər və miqrasiya orqanlarındakı xidmət illərinizin dövlət qulluğu vəzifəsində qulluq stajına əlavə olunmaqla müraciətində göstərdiyi əsaslarla dövlət qulluğu stajının hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil.” Aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Ona ##.##.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyasının aylıq məbləği 358,12 manat təşkil edir. Hesab edir ki, ona pensiya düzgün təyin edilməmişdir. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və Şərtləri”nin 2.3-cü bəndinə əsasən “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il # ###### tarixli, *** nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Belə ki, o, 13 il 8 ay 08 gün polis orqanlarında, ##.##.2006-cı ildən ##.##.2012-ci ilədək dövlət qulluğunda çalışmışdır. Həmin illərdən ##.##.2006-cı ildən ##.##.2010-cu ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X7 rəisi vəzifəsində (4 il 7 ay 20 gün), ##.##.2010-cu ildən ##.##.2011-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadrlar şöbəsinin müdiri (4 ay 10 gün), Dövlət Miqrasiya Xidmətinin İdarə rəisi vəzifəsində ##.##.2011-ci ildən ##.##.2012-ci ilədək işləmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Beləliklə, 13 il 8 ay 08 gün polis orqanlarında, 6 il 2 ay 27 gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək fəaliyyəti hesablanmaqla onun dövlət qulluğu stajı cəmi 19 il 11 ay edir. X7 rəisi olaraq: vəzifə maaşı 1900 manat x qulluq stajına görə əlavə 12 ay 10% hesabı ilə (əmək haqqı cədvəlinə əsasən) 3 il 7 ay 20 gün 20% hesabı ilə: 1900 x 10% x 12 = 2280 manat; 1900 x 20% x 43 = 16340 manat; (38 il) + 71 gün = 266 manat; Cəmi 18886 manat. ##.##.2008-ci ildən ##.##.2010-cu ilə kimi 15% hakimiyyət səlahiyyətlərinin icrasına görə 2 il 5 ay 20 gün (1900 x 15% x 29 ay 20 gün) = 8455 manat. Həmin dövr ərzində alınan mükafat və müavinətlərə görə 1900 x 50% = 35150 manat. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kadrlar şöbəsinin müdiri olaraq: 1470 x 4 ay 10 gün = 6370 manat; Qulluq stajına görə əlavə 1470 x 20% x 4 ay 10 gün = 1274 manat; 15% hakimiyyət səlahiyyətlərinin icrasına görə 1470 x 15% x 4 ay 10 gün = 955,5 manat; Mükafat 1470 manat; Cəmi: 18886 + 8455 + 105766 + 35150 + 6370 + 1274 + 955,5 + 1470 = 178.326,5 : 60 = 2972,1 manat. İxtisas dərəcəsi 130 manat. Cəmi əmək haqqının məbləği 3102,1 manat. Ona ödənilməli olan pensiyanın məbləği 3102.1 x 62,9%= 1951,15 manat. Şərh olunanlara əsasən, hesab edir ki, onun pensiyasının məbləği düzgün hesablanmayaraq, az müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar pensiya məbləği ilə əlaqədar cavabdehin məktubunda göstərilənlərin pensiya qanunvericiliyinə zidd olmaqla cavabdehin ona münasibətdə pensiya hüquqlarının kobud şəkildə pozulmasını əks etdirir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sərgilədiyi hüquqi mövqe də onun iddia tələblərinin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3cü bəndinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Göründüyü kimi, dövlət orqanının qanunvericiliyin tələbinə uyğun gəlməyən qərarlarının qəbulu nəticəsində dəymiş ziyanın əvəzinin kompensasiya edilməsi qanunun imperativ tələbidir və şəxslərin belə bir tələblə müraciəti onların konstitusion hüququdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-Ş-*****/**** nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli, 340- VIQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanununda nəzərdə tutulduğundan daxili işlər və miqrasiya orqanlarındakı xidmət illərinin dövlət qulluğu vəzifəsində qulluq stajına əlavə olunmaqla dövlət qulluğu stajına hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, iddiaçı İddiaçı 1983-1992-ci illərdə (13 il 8 ay 08 gün) daxili işlər orqanlarında, eləcə də ##.##.2011–##.##.2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində işlədiyi xidmət illərinin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri hesab edilərək, dövlət qulluğu stajına daxil edilməsi və ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; Dövlət Miqrasiya Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinin ##.##.2024-cü il tarixli, *** №-li arayışından görünür ki, İddiaçı ##.##.2011-##.##.2012-ci il tarixlərdə DMXdə idarə rəisi vəzifəsində çalışmış və orta aylıq əmək haqqı 2011-ci il üzrə 1062, 2012-ci il üzrə 1165 manat təşkil etmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqanın “sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” ##.##.2025-ci il tarixli, 3-17-1/2-Ş-*****/**** №-li imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli, 340- VIQ nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və Şərtləri" (bundan sonra-Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət quluğu stajina və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və sərtləri "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulduğundan daxili işlər və miqrasiya orqanlarındakı xidmət illərinin dövlət qulluğu vəzifəsində qulluq stajına əlavə olunmaqla müraciətində göstərdiyi əsaslarla dövlət qulluğu stajının hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Qeyd olunanları və Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə göstərilmiş məlumatları nəzərə alaraq, onun dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Bununla əlaqədar olaraq, ona sabiq dövlət quluqçusu kimi yaşa görə amək pensiyasinin hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə ##.##.2011-ci ildən ##.##.2012-ci ilədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində işləmiş İddiaçı əmək haqqı (əlavələrlə) məlumatları məhkəməyə təqdim olunmuşdur. Naxçıvan MR Daxili İşlər Nazirliyinin ##.##.2025-ci il tarixli, 3-13-43/2-*****/**** №li məktubundan görünür ki, X1 arxiv şəxsi işinə baxılarkən müəyyən olunmuşdur ki, o, Udmurtiya MSSR-nin X6 İşlər İdarəsinin ##.##.1983-cü il tarixli, ** nömrəli əmri ilə Udmurtiya MSSR-nin X6 İşlər İdarəsinin İjevsk şəhər hava limanının Daxili İşlər Şöbəsinin milis nəfəri vəzifəsinə təyin edilmişdir. Udmurtiya MSSR-in Daxili İşlər İdarəsindən xidmətini davam etdirmək üçün göndərilmiş N.Şükürov Naxçıvan MSSR Daxili İşlər Nazirliyinin ##.##.1991-ci il tarixli, 1 ş/h nömrəli əmri ilə Babək rayon DİŞ-in sahə inspektoru vəzifəsinə təyin olunmuşdur. N.Şükürov Naxçıvan MSSR DİN-in ##.##.1991ci il tarixli, 16 ş/h nömrəli əmri ilə Babək rayon DİŞ-in sahə inspektoru vəzifəsindən azad edilərək, Şərur rayon DİŞ-in əməliyyat səlahiyyətli əməkdaşı vəzifəsinə təyin edilmişdir. O, Azərbaycan Respublikası DİN-in ##.##.1992-ci il tarixli, 2409 ş/h nömrəli əmri ilə Şərur RPŞ-nin əməliyyat müvəkkili vəzifəsindən azad edilərək, AR DİN-in nəzdində Gömrük Polisi İdarəsinin Naxçıvan bölgəsi üzrə gömrük polisi şöbəsinə müstəntiq vəzifəsinə keçirilmişdir. X1 DİO-dan xaric olunması barədə DİN-in arxivində heç bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, X1 Udmurtiya MSSR-nin X6 İşlər İdarəsinin ##.##.1983-cü il tarixli, ** nömrəli əmri ilə milis baş serjantı, SSRİ DİN-in ##.##.1986-cı il tarixli, *** nömrəli əmri ilə milis Rı, Udmurtiya MSSR-nin Daxili İşlər İdarəsinin ##.##.1988ci il tarixli, 31 ş/h nömrəli əmri ilə milis Rı, Naxçıvan MR DİN-in ##.##.1991-ci il tarixli, 79 ş/h nömrəli əmri ilə milis Rı, AR DİN-in ##.##.1993-cü il tarixli, 50 ş/h nömrəli əmri ilə R rübtələri verilmişdir. Dövlət İmtahan Mərkəzinin ##.##.2026-cı il tarixli, 9-3/2-***/**** №-li məktubundan görünür ki, “xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə xidmət keçən şəxslər, eləcə də vətəndaş İddiaçı barəsində məlumatlar Azərbaycan Respublikasının Dövlət qulluqçuları reyestrinə daxil edilməmişdir. Bununla belə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və Şərtləri”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti və 2.1.2-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti daxil edilir. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmət keçmə bu orqanlarının funksiya, vəzifə və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikasının # ###### 2009-cu il tarixli, ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Sizin Mərkəzə təqdim etdiyiniz Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin arayışına əsasən İddiaçı Udmurtiya MSSR X6 İşlər İdarəsi, SSRİ Daxili İşlər Nazirliyi, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1983-1993-cü illərdə “milis baş serjantı”, “milis kiçik serjantı”, “milis Rı” və “R” xüsusi rütbələri verilmiş, lakin xidmətinə xitamla bağlı məlumatların aşkar edilmədiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, vətəndaş İddiaçı Udmurtiya MSSR X6 İşlər İdarəsində milis nəfəri vəzifəsində, Naxçıvan MSSR Daxili İşlər Nazirliyinin Babək rayon Daxili İşlər Şöbəsində sahə inspektoru vəzifəsində, Şərur rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gömrük Polis İdarəsində Naxçıvan bölgəsi üzrə gömrük polisi vəzifəsində xidmət müddəti dövlət qulluğunun xüsusi növündə qulluq stajı hesablanarkən nəzərə alınır. Eyni zamanda, təqdim edilmiş sənədlərdə İddiaçı 2011-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində hansı vəzifələrdə çalışdığı qeyd edilmədiyindən rəy verilməsi mümkün olmamışdır”. Dövlət İmtahan Mərkəzinin ##.##.2026-cı il tarixli, 9-3/2-***/**** №-li məktubunda göstərilmişdir ki, “İddiaçı ##.##.2011-##.##.2012-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin rəisi vəzifəsində iş müddətilə bağlı bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və Şərtləri”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti daxil edilir. Azərbaycan Respublikasının # ###### 2009-cu il tarixli, ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən bildiririk ki, İddiaçı ##.##.2011-##.##.2012-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin rəisi vəzifəsində iş müddəti dövlət qulluğunun xüsusi növündə qulluq stajı hesablanarkən nəzərə alınır”. İşin hallarından müəyyən edilir ki, tərəflər arasında olan mübahisə iddiaçının 1983- 1992-ci illərdə (13 il 8 ay 08 gün) polis orqanlarında xidmət illərinin, eləcə də ##.##.2011– ##.##.2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində işlədiyi xidmət illərinin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri hesab edilərək dövlət qulluğu stajına daxil edilməsi və ona dövlət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlıdır. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət ərzində daxili işlər orqanlarında və daha sonra dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında xidmət etmiş, onun xidmət dövrləri müvafiq səlahiyyətli dövlət orqanlarının rəsmi arayışları və məlumatları ilə təsdiq olunmuşdur. Həmin sənədlərə əsasən iddiaçının xidmət keçdiyi vəzifələr hüquqi baxımdan “dövlət qulluğunun xüsusi növü” çərçivəsində qiymətləndirilən xidmət sahələrinə aiddir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının xidmət illərini dövlət qulluğu stajına daxil etməmiş, həmin dövrlərin pensiya hüququ yaradan staj kimi nəzərə alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, belə yanaşma qanunvericiliyin məqsəd və mahiyyətinə uyğun olmayaraq formal xarakter daşıyır və sosial təminat hüququnun effektiv həyata keçirilməsinə mane olur. İş üzrə toplanmış sübutlar, o cümlədən müvafiq dövlət orqanlarının məktubları ilə təsdiq olunur ki, iddiaçının 1983–1992-ci illər üzrə daxili işlər orqanlarında və 2011–2012-ci illər üzrə Dövlət Miqrasiya Xidmətində keçdiyi xidmət dövrləri hüquqi baxımdan rəsmi xidmət stajı kimi tanınır və bu dövrlərin dövlət qulluğu stajına daxil edilməsi qanunvericiliyin tələblərindən irəli gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaya etirazın və tələbin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1-ci maddəsinə əsasən Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 23.3-cü maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 22.1.2-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq stajı dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 22.5-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qanunvericiliyin tələbindən görünür ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. İşin hallarından görünür ki, İddiaçı 1983-1992-ci illərdə (13 il 8 ay 08 gün) polis orqanlarında xidmət etmiş, ##.##.2011-##.##.2012-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin rəisi vəzifəsində çalışmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 1983–1992-ci illərdə daxili işlər orqanlarında keçdiyi xidmət müddəti, eləcə də ##.##.2011–##.##.2012-ci illərdə Dövlət Miqrasiya Xidmətində keçdiyi xidmət müddəti “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinə və Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən dövlət qulluğu stajına daxil edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xidmət etdiyi daxili işlər orqanları və dövlət miqrasiya orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət qulluğunun xüsusi növünə aid olan orqanlardır və həmin orqanlarda xidmət keçən şəxslərin qulluq müddətləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qulluğu stajına daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikasının # ###### 2009-cu il tarixli, ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Cavabdeh inzibati orqanın mövqeyinə görə iddiaçının dövlət qulluğunda xidmət illəri 15 ildən az olduğu üçün ona pensiyanın təyin edilməsi mümkün deyildir. Hazırkı halda işin hallarından görünür ki, iddiaçının dövlət qulluğu və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri birlikdə hesablandıqda onun dövlət qulluğu stajı 15 ildən çox təşkil edir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Vidadi Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar