Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2122/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2122/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2122/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotun Təşkili Baş İdarəsinin cavabdeh İbrahimov Ağaəli Əyyub oğluna qarşı “hüquqların bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *- *(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotun Təşkili Baş İdarəsi cavabdeh İbrahimov Ağaəli Əyyub oğluna qarşı İbrahimov Ağaəli Əyyub oğluna (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış 606 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotun Təşkili Baş İdarəsinin ##.##.2025-ci il tarixli ************** nömrəli “X33nin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi İbrahimov Ağaəli Əyyub oğlu (VÖEN: **********) tərəfindən sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almas İldırım 2 küçəsi 30 ünvanda yerləşən köşkdə ##.##.2025-ci il tarixdə X33 tədbiri həyata keçirilmişdir. X33 tədbiri zamanı aksiz markası ilə markalanmalı olan, belə marka markalanmamış və məcburi nişanlanma ilə nişanlanmalı olan, nişanlanmamış 709 (yeddi yüz doqquz) qutu tütün məmulatlarının satış məqsədilə saxlanması faktı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X33nin nəticəsinə dair ##.##.2025-cü il tarixli DVX seriyalı ****** nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” ##.##.2025-cü il tarixli DVX seriyalı ****** nömrəli Protokol tərtib edilərək götürülmüşdür. İbrahimov Ağaəli Əyyub oğlu (VÖEN: **********) X33 tədbiri zamanı yoxlama materialları ilə tanış olmuş və imzalamışdır. Eyni zamanda yoxlama zamanı yazılı izahat verərək fəaliyyət göstərdiyi obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məmulatlarının aşkar edilməsi faktını izahatı ilə təsdiqləmişdir. Daha sonra, OVN tədbiri zamanı aşkar edilərək götürülmüş aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış məhsulların ümumi məbləği 500 manatdan yuxarı olduğundan Cinayət Məcəlləsinin 213-1-ci maddəsinin tərkibini yaratdığına görə həmin iş material araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Həmin Baş İdarənin ##.##.2025-ci il tarixli qərarı ilə məhkəmə bioloji ekspertizası təyin edilmiş, əldə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 709 (yeddi yüz doqquz) qutu tütün məmulatlarından 30 qutu "X2 white line” markalı tütün məmulatı istisna olmaqla yerdə qalan 679 (altı yüz yetmiş doqquz) qutu müxtəlif çeşidli tütün məmulatlarının tərkib göstəricilərinin standart tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Materialın ibtidai araşdırıması ilə əlaqədar aksiz markası ilə markalanmalı olan, belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış istifadəyə yararlı 679 (altı yüz yetmiş doqquz) qutu tütün məmulatlarının ##.##.2025-ci il tarixə hər birinin ayrı- ayrılıqda və ümumi orta bazar qiymətini müəyyən etmək məqsədi ilə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 'Azarekspertiza” Birliyindən mütəxəssisin dəvət edilməsi barədə qərar qəbul edilmiş, həmin birIiyin ##.##.2025-ci il tarixli, ** nömrəli rəyinə əsasən qərarda qeyd edilən tütün məmulatlarının ##.##.2025-ci il tarixə ümumi orta bazar qiymətinin 1687,90 manat olduğu nüəyyən edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Np ***-VIIQR nömrəli qərarı ilə "Konstitusiya va Suverenlik İli” münasibətilə amnistiya elan edilmişdir. Amnistiya aktı ## ###### 2025-ci il tarixdən qüvvəyə minmişdir. Suverenliyinin va arazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il ########ın ##-20-da keçirilmiş antiterror aməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qararın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyıtlər nəzərə alınmaqla). Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, bu Qərarın 1.1—1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfındən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qararın 6-cı va 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 8-ci hissəsi amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən va ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük içtimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bu Məcəllənin 213-1.1 -ci maddəsində göstərilən aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ila nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə cinayət əməlinə görə nazarda tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ilədək olduğundan, həmin əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isa xitam verilməlidir) İbrahimov Ağaəli Əyyub oğlu ərizə ilə barəsində araşdırılan ******** nömrəli material üzrə Azərbaycan Respublikası Milli Məcəlisinin ## ###### 2025-ci il tarixli NQ ***-VIIQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat va Statistik Informasiya idarəsindən va Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Uçot və statistika şöbəsindən alınmış məlumata əsasən, İbrahimov Ağaəli Əyyub oğlunun əvvəllər Azərbaycan Respublikası Milli Məclisinin ## ### 2025-ci il tarixli Np ***-VIIQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktının 6, 7-ci bəndlərində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmadığı məlum olmuşdur. Beləliklə, araşdırma nəticəsində, ##.##.1969cu il tarixdə Salyan rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan fərdi sahibkar İbrahimov Ağaəli Əyyub oğlunun (VÖEN **********) adından faktiki olaraq sahibkarlıq fəaliyyəti göstərən İbrahimov Ağaəli Əyyub oğlunun əməlində Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmiş, lakin, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, onun barəsində araşdırılan ******** nömrəli material üzrə ərizə ilə müraciət etməsi nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli NQ ***-VIIQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına əsasən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyinə əsasən, istifadəyə yararlı hesab edilən, ümumilikdə aksiz markası ilə markalanmamış 679 qutu tütün məmulatlarından 67 qutu va 6 qutudan götürülmüş 24 ədəd filterli siqaret dənələrinin ekspertiza tədqiqatına sərf edilməsi nəzərə alınmaqla, 606 qutu tütün məmulatlarının müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması məsələsinə baxılması İbrahimov Ağaəli Əyyub oğlunun vergi uçotuna alındığı vergi orqanına — İqtisadiyyat Nazirliyi yanında Dövlat Vergi Xidmətinin Bakı şəhəri Operativ Nəzarət və Uçotun təşkili Baş İdarəsinə həvalə olunmalıdır. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən tərkib elementlərinə əsasən istifadəyə yararsız hesab edilən 30 qutu Rusiya istehsalı olan "X2 white line” markalı tütün məmulatlarında 03 qutusunun ekspert tədqiqatına sərf edilməsi nəzərə alınmaqla qalan 27 qutu "X2 white line” markalı tütün məmulatları məhv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmir. Başqa sözlə cavabdehin yol verdiyi pozuntu İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta hesab edilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsində dəyəri 500 manatdan aşağı olan aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması əməli inzibati xəta kimi təsbit edilmişdi. Lakin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ###### 2018-ci il tarixli ****-VQD nömrəli Qanun ilə 450-ci maddə ləğv edilmişdir. Bununla da qeyd edilən pozuntu inzibati xəta kimi qanunvericilikdən çıxarılmışdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası tərəfləri iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı və məqsədi cavabdehə məxsus aksiz markası ilə markalanmalı olan, lakin aksiz markası ilə markalanmamış malların müsadirə edilməsinə nail olmaqdan ibarətdir. Lakin iddiaçı hazırki iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olmadığını nəzərə almamış və mümkünlük şərtlərinə cavab verməyən iddia ilə məhkəməyə müraciət etmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Cavabdeh oğlunun ərizəsinə əsasən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən rədd edilməsi, qərar razılaşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, istifadəyə yararlı hesab edilən, ümumilikdə aksiz markası ilə markalanmamış 679 qutu tütün məmulatlarından 67 qutu və 6 qutudan götürülmüş 24 ədəd filterli siqaret dənələrinin ekspertiza tədqiqatına sərf edilməsi nəzərə alınmaqla, 606 qutu tütün məmulatlarının müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması məsələsinə baxılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə olunması, istifadəyə yararlı 606 qutu tütün məmulatları dövlət nəfinə alınması məsələsi həll olunanadək Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılması, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən tərkib elementlərinə əsasən istifadəyə yararsız hesab edilən 30 qutu Rusiya istehsalı olan "X2 white line" markalı tütün məmulatlarında 3 qutusunun ekspert tədqiqatına sərf edilməsi nəzərə alınmaqla qalan 27 qutu "X2 white line" markalı tütün məmulatları məhv edilməsi, həmin hissədə qərarın icrası Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müvafiq strukturuna həvalə edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 və Uçotun Təşkili Baş İdarəsinin X33nin həyata keçirilməsi haqqında ************** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən X3 məxsus obyektdə istehsal həçminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi, nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzaret edilməsi, pul vəsaitinin uçotdan gizlədilıməsi yə ya uçota alınmaması hallarına nəzarət edilməsi, Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almayan vergi ödəyicilərinin aşkar edilməsi, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı faktlarının aşkar edilməsi, “istehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması macburi olan obyekılərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi üzrə ##.##.2025 il tarixdən ##.##.2025 il tarixədək (##.##.2025 tarixi daxil olmaqla) X33 R X9, R Xəlilov İlham Mikayıl oğlu, R X41, R X34, R X58, R X10, R X4, R X16, R X35, R X5, R X24, R İbadov Afiq Cavanşir oğlu, R Alıyev Fərrux İsa oğlu, R X11 R X42, R X6, 1-ci dərəcəli müfəttis Muradzadə Fuad İlqar oğlu, R X19, R X12 R X66 2- ci dərəcəli müfəttiş X26 R X13 R X27 R X20 R X21 R X22 R R R X67 İsmayılov X31 İlkin Semur oğlu R X36 R X43 R X28 R X14 tərəfindən həyata keçirilməlidir. Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X33nin nəticəsinə dair DVX seriyalı ****** saylı ##.##.2025-ci il tarixli akta əsasən: 1.Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlanma ilə nişanlanmadan satılmasına satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüqdudlarından kənara buraxılmasına görə İbrahimov X32 Məcəlləsinin 58.14-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş; 2.Nəzarət markası ilə markalanmalı olan malların, məlumatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdüdlarından kənara çıxaırlmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə İnizbati ətalar Məcəlləsinin tələbini pozduğundan inzibati xəta haqqında protokol tərtib edildi və baxılması üçün aidiyyəti üzrə göndərilməsi təklif olunmuş;3.Törədilmiş əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 205-1,213-1-ci maddələrində məsuliyyətin nəzərdə tutulması vergi ödəyicisinin nümayəndəsinin nəzərinə çatdırıldı və qanuna müvafiq tədbirin görülməsi üçün X33 tədbirinin nəticəsinə dair materialların aidiyyəti üzrə göndərilməsi təklif olunmuşdur. Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların DVX seriyalı ****** saylı siyahısına əsasən Baş DVM Xəlilov İlham Mikayıl oğlu və Böyük DVM Əliyev İlkin Semur oğlu tərəfindən İbrahimov Ağaəli Əyyub oğlu 1605074252 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almas İldırım 30, avtobus dayanacağı ünvanında yerləşən köşk aşkar edilmiş aksiz markaları ilə markalanmalı olan markalanmamış mal və məlumatlar müşahidəçilər Əskərov Mirəlibala MirAlı oğlu, X29 iştirakı ilə siyahıya alınmışdır.(26 qutu senator nana cigar qırmızı, 35 qutu manchester nona black, 15 qutu manchester nano black ağ qara, 38 maddox nano special wine grape, 25 qutu GSS nanotek black, 33 qutu GSS nanotek white, 41 qutu GSS nanotek silver, 39 qutu milano las vegas urban style, 43 qutu milano tech lock boz, 22 qutu milano tech lock qara, 17 qutu milano tech lock qara, 29 qutu milano new york qara, 23 qutu milano london ağ, 15 qutu milano eject double capsule, 4 qutu milano dubai, 7 qutu milano stawberry, 9 qutu milano rosso, 9 qutu milano aroma gate, 30 qutu platinum seven slims menthol, 11 qutu milano coffe, 10 qutu milano vento,35 qutu kent nanotek infina boz olmaqla ümumilikdə 516 qutu, 30 qutu sneator nanq power white line, 14 qutu m1 nano wine Grape, 10 qutu bogue lilas, 3 qutu ome super slims karelin nicotine, 7 qutu ome superslims karelina nicotine, 10 qutu ome superslims mentol karelina, 10 qutu davidoff white slims, 8 qutu marlboro gold edge türk, 19 qutu marlboro edge less smell, 3 qutu more mentholl, 7 qutu chapman compact cherry, 2 qutu chapman ice berry, 1 qutu chapman vanilla, 1 qutu chapman coffe, 9 qutu chapman vanilla, 9 qutu winston XS silver, 2 qutu winston classic, 3 qutu winston blue, 2 qutu winston classic, 2 qutu winston experience blue, 2 qutu west red original blend, 3 qutu gawloises nicotine qırmızı, 4 qutu gauloises nicotine göy olmaqla ümumi 159 qutu, 11 qutu kent nano qara, 10 qutu kent sanotek, 4 qutu marlboro touch gray less smell, 1 qutu marlboro filter cigarettes, 2 qutu marlboro filter plus extra, 1 qutu parliament less smell, 1 qutu marlboro selected, 3 qutu winston xstyle nicotine, 1 qutu parliament silver blue olmaqla ümumi 34 qutu.) Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə DVX seriyalı ****** saylı ##.##.2025-ci il tarixli protokoldan görünür ki, İqtisadiyyat Nazirliyi yanında DVX-nın BŞ OVN və UTB-nin ##.##.2025-ci il tarixli ************** nömrəli qərarına əsasən Baş DVM, Xəlilov İlham Mikayıl oğlu və KVXMİ Əliyev İlkin Semur oğlu tərəfindən İbrahimov Ağaəli Əyyub oğlu sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almas İldırım 30 ünvanında yerləşən köşkdə keçirilən X33 zamanı siyahıya alınmış (##.##.2025 tarixli ****** nömrəli siyahı əlavə olunur) markalanmamış və ya saxta markalarla markalanmış vergi ödəyicisinə hüquq və vəzifələri izah Vergi Məcəlləsinin 89.14-cü maddəsinə uyğun olaraq iştirakı ilə götürülmüşdür. Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə DVX seriyalı ****** saylı ##.##.2025-ci il tarixli aktdan görünür ki, DVX-nın BŞ OVN və UTB-nin ##.##.2025ci il tarixli ************** nömrəli qərarına əsasən Baş DVM, Xəlilov İlham Mikayıl oğlu və KVXMİ Əliyev İlkin Semur oğlu tərəfindən İbrahimov Ağaəli Əyyub oğlu sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almas İldırım 30 ünvanında yerləşən köşkdə keçirilən X33 zamanı siyahıya alınmış və ya ##.##.2025-ci il tarixli protokolla götürülmüş markalanmamış mal və məlumatlar müvəqqəti olaraq saxlanılması üçün DVX-nin VCİABİ-nin Mühasibat uçotu və təminat şöbəsinin müfəttişi X15 təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Qanunvericiliyin normalarından görünür ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimlənir. Odur ki, Vergi Məcəlləsində müəyyən edilmiş qayda, prosessual qanunvericilik aktlarına (İPM və MPM-ə) daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara mövcud vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında baxılması istina edilir. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar