Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2175/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İbrahimov Kazım Salman oğlunun cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin köçürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İbrahimov Kazım Salman oğlu cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 1-ci dərəcəli Qarabağ Müharibəsi əlili İbrahimov Kazım Salman oğlunun mənzil növbəsinin Ağstafa Rayon İcra Hakimiyyətindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə köçürülməsi barədə müraciətinə baxıb tələb olunan hərəkəti icra etməkdən imtinasının qanunsuz hərəkətsizlik kimi qiymətləndirilməsi və cavabdehin üzərinə iddiaçının mənzil növbəsinin Ağstafa Rayon İcra Hakimiyyətindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə köçürülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı İbrahimov Kazım Salman oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən cavabdehə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Tərəflərindən Bakı İnzibati Məhkəməsinin sözügedən qərarından verilmiş apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə sürətli poçt daşınma xidmətinə təhvil verilmiş və ## #### 2026-cı il tarixdə isə apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Belə ki, apellyasiya şikayəti nəzərdən keçirilərkən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş 30 günlük prosessual müddət ərzində (sürətli poçt daşınma xidmətinə təhvil verildiyi ##.##.2026-cı il tarix nəzərə alındığı halda belə) verilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçı tərəfə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək, həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsi ilə bağlı yuxarıda qeyd olunan halların araşdırılması və nöqsanların aradan qaldırılması təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin mümkün hesab edilməsini və baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə poçt xidmətinə təhvil verilməklə, məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni ##.##.2026-cı il tarixdən hesablanmaqla, ##.##.2026-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə, ## #### 2026-cı il tarixdə imzalanaraq poçta təhvil verilmiş və ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İbrahimov Kazım Salman oğlunun cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin köçürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı İbrahimov Kazım Salman oğlu tərəfindən Bakı İnzibati Məhkəməsinin e-*- *(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Ceyhun Məmmədov Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2175/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2175/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver