Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2268/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Kazımov İbrahim Əhmədəli oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, artırılması və hüququnun yarandığı ##.##.2019-cu il tarixindən etibarən hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı Kazımov İbrahim Əhmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Həmçinin, məhkəmə Kollegiyası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya məktub göndərərək bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə apellyasiya şikayəti vermiş şəxsə izah edir ki, iş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə iddiaçı Kazımov İbrahim Əhmədəli oğluna məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin, iddiaçı həmin qərardan apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə verməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, 15 gün müddətində məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üzrə müddətin ötürülməməsini, yaxud prosesual müddətin üzrlü səbəblərdən ötürülməsini sübut edən sənədlər əlavə edilməklə müvafiq prosessual hərəkətin edilməsi, yəni buraxılmış prosessual müddəti bərpası barədə ərizənin təqdim edilməsi təklif olunur. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, yaşla və əlilliyi ilə əlaqədar yaddaş probleni olduğu üçün texniki səhvə yol verərək apellyasiya şikayətinin verilmə müddətini ötürmüşdür. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmaması barədə ərizə təqdim edərək apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı tərəf iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının yaşla və əlilliyi ilə əlaqədar yaddaş probleni olduğu üçün texniki səhvə yol verərək apellyasiya şikayətinin verilmə müddətini ötürməsi dəlili vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınä dair ## ### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2268/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2268/2026
22.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver