Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2433/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı iddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı dövlət reyestrində düzəlişin edilməsi və s. tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə qarşı (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, daşınmaz əmlak barəsində qeydə alınmış yanlış məlumatın məzmununa düzəliş edilməsi, daşınmaz əmlakın növünün mənzil deyil fərdi yaşayı evi kimi qeyd edilməsi və fərdi yaşayış evinin yerləşdiyi 0.097 hektar torpaq sahəsinə dair məlumatın çıxarışda qeyd edilməsi, müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən, iddiaçı1 adına verilmiş ##.##.2014-cü il tarixli, 007011001300-*********** reyestr nömrəli (seriya RX *******) çıxarışa münasibətdə müvafiq reyestrdə düzəlişin aparılması, daşınmaz əmlakın növünün mənzil deyil, fərdi yaşayış evi kimi qeyd edilməsi və həmin fərdi yaşayış evinin iddiaçının istifadəsində olan 0.097 ha torpaq sahəsinin üzərində yerləşməsinə dair məlumatın ##.##.2014-cü il tarixli, 007011001300- *********** reyestr nömrəli çıxarışa əlavə edilməsi vəzifəsinin cavabdeh cavabdeh1n üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında, yerləşən 1905-ci ildə inşa edilən ümumi sahəsi 0,097 hektar göstərilən yaşayış sahəsində olan * nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məslələri üzrə Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, 007011001300-****** reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçı1 mülkiyyətindədir. Həmin Xidmət tərəfindən əvvəlki mülkiyyətçiyə verilmiş ##.##.2009-cu il tarixli, 007011001300-05101-****** reyestr nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışa və həmin tarixli ********** inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən yaşayış sahəsinin yerləşdiyi torpağın ümumi sahəsi 0.097 hektar olması göstərilmişdir. Lakin, sonradan ona verilmiş ##.##.2014-cü il tarixli çıxarışda isə torpağın ümumi sahəsi göstərilməmişdir. Bundan başqa, həmin ünvanda yerləşən 0.097 hektar göstərilən yaşayış sahəsində olan * nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məslələri üzrə Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2014-cü il tarixli, 007011001300-****** reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçı2 mülkiyyətindədir. Həmin xidmət tərəfindən əvvəl verilmiş ##.##.2006-cı il tarixli, 007011001300-05101-****** reyestr nömrəli, ********* qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli çıxarışa və ##.##.2014-cü il tarixli, 11/4197 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən yaşayış sahəsinin yerləşdiyi torpağın ümumi sahəsi 0.097 hektar olması göstərilmişdir. Lakin sonradan ona verilmiş ##.##.2014-cü il tarixli çıxarışda isə torpağın ümumi sahəsi göstərilməmişdir. Həmçinin, həmin çıxarış sənədlərində həyətyanı torpaq sahəsinə münasibətdə hüquq subyektinin və hüququn növü barədə məlumat qeyd edilməmişdir ki, bu da daşınmaz əmlakın mülkiyyətçisi və faktiki istifadəçisi olaraq şəxsin konstitusion hüququnu pozur və daşınmaz əmlakın üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Göstərilən səbəblərə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsünün Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən təqdim edilmiş müvafiq çıxarışda əks olunmaması, qeydiyyat məlumatlarında düzəlişlər edilməsi, həmin torpaq sahəsi üzərində “xüsusi” növdən ibarət mülkiyyət hüququnun qeydə alınması və həmin ünvanda yerləşən 2 və * saylı mənzillərin fərdi yaşayış evi kimi qeydiyyat alınmasına köməklik edilməsi barədə iddiaçı1 Allaverdi qızı tərəfindən cavabdeh1 və həmin publik hüquqi şəxsin * saylı Bakı Ərazi idarəsinə ərizələrlə müraciətlər olunmuşdur. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 32, mənzil 2 və 4-ə dair ilkin sənədlərin, dövlət reyestrindən daşınmaz əmlakın müvafiq texniki pasportların və çıxarışların təsdiq edilmiş surətlərinin Bakı şəhəri ** saylı Vəkil Bürosuna göndərilməsi barədə ##.##.2025-ci il tarixdə **VB-*** nömrəli məktubla müraciət edilmişdir. Lakin, bu vaxta qədər heç bir rəsmi cavab gəlməmiş və sənədlər təqdim edilməmişdir. Iddiaçı hesab edir ki, qeyd olunan daşınmaz əmlak barəsində qeydə alınmış yanlış məlumatın məzmununa düzəliş edilməsi, daşınmaz əmlakın növünün mənzil deyil fərdi yaşayı evi kimi qeyd edilməsi və fərdi yaşayış evinin yerləşdiyi 0.097 hektar torpaq sahəsinə dair məlumatın çıxarışda qeyd edilməsi və müvafiq çıxarış verilməsi cavabdehə həvalə edilməlidir. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə Idarəyə müraciət etmiş və 253020601057 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müvafiq daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzillər kimi qeydiyyatdan keçmişdir. Bundan başqa, mənzillərin yerləşdiyi torpaq sahəsinə və mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin 2.8 m məsafəsindən, yol tərəfdən 315 mm-lik yeraltı ortatəzyiqli qaz xətti keçir. Həmçinin, iddia olunan sahə Üçüncü şəxs tərəfindən müraciətin edilmiş sahə daxilində yerləşir. Idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirlən zaman məlum olmuşdur ki, 2 və * saylı mənzillərin birlikdə həyət tipli binada yerləşir və * saylı mənzilin bir hissəsi * saylı mənzilə birləşdirilərək birlikdə rekonstruksiya edilmiş, küçəyə əlavə qapı açılaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Həmçinin, * saylı mənzilin digər hissəsinə bitişik əlavə sahələr inşa edilmiş, arakəsmələrin yerləri dəyişdirilmiş və yaşayış sahəsi kimi istifadə olunur. Mənzillərdə aparılmış müvafiq dəyişikliklərə dair hərhansı hüquqmüəyyənedici sənəd tədqim edilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə (hakim T.R.Məlikov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı iddiaçı1 tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.097 ha torpaq sahəsində yerləşən ** nömrəli, 1 mərtəbəli binada 70.5 kv.m ümumi, 38.75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı * nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 70.5 kv.m., yaşayış sahəsi 38.75 kv.m. olan mənzili iddiaçı1 bağışlamışdır. Göründüyü kimi ##.##.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışa və həmin tarixli, ********** inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən yaşayış sahəsinin yerləşdiyi torpağın ümumi sahəsi 0.097 hektar olması göstərilmişdir. Lakin, sonradan iddiaçı1 verilmiş ##.##.2014-cü il tarixli çıxarışda nədənsə həmin yaşayış sahəsinin yerləşdiyi torpağın sahəsi göstərilməmişdir. Beləliklə də, iddiaçı1 adına verilmiş ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli çıxarışda daşınmaz əmlak barəsində məlumat qeydə alınmamış və qeydiyyat orqanı tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı texniki səhvə yol verilmişdir. Lakin, buna baxmayaraq, məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı yeni hüquqi məlumatların reyestrə daxil edilməsi mövcud qeydiyyatın texniki dəqiqləşdirilməsi deyil, daşınmaz əmlak obyektinin hüquqi xarakteristikasının və hüquqi rejiminin dəyişdirilməsi ilə nəticələnən yeni dövlət qeydiyyatı hərəkətidir. Bildirmək istəyir ki, əvvəllər göstərilmiş, lakin 2014-cü il tarixli çıxarışda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin göstərilməməsi daşınmaz əmlak obyektinin hüquqi xarakteristikasının və hüquqi rejiminin dəyişdirilməsi ilə nəticələnən hərəkət kimi qiymətləndirilə bilməz. Belə ki, ilkin iddia tələbi ünvan 1 ünvanda yerləşən, daşınmaz əmlak barəsində qeydə alınmış yanlış məlumatın məzmununa düzəliş edilməsi, daşınmaz əmlakın növünün mənzil deyil, fərdi yaşayış evi kimi qeyd edilməsi və fərdi yaşayış evinin yerləşdiyi 0.097 hektar torpaq sahəsinə dair məlumatın çıxarışda qeyd edilməsi və müvafiq çıxarışın verilməsinin cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. Həmin iddia tələbinə birinci dəfə dəqiqləşmə ##.##.2025-ci il tarixdə Elektron Məhkəmə Sisteminə yüklənmiş və ünvan 1 ünvanda yerləşən, iddiaçı1 adına verilmiş ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli (Seriya RX *******) çıxarışda dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, daşınmaz əmlakın növünün mənzil deyil fərdi yaşayı evi kimi qeyd edilməsi və həmin fərdi yaşayış evinin 0.097 hektar torpaq sahəsində yerləşməsinə dair məlumatın müvafiq ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli çıxarışa əlavə edilməsini cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Növbəti dəqiqləşmə ##.##.2026-ci il tarixdə verilmiş və ünvan 1 ünvanda yerləşən, iddiaçı1 adına verilmiş ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli (Seriya RX *******) çıxarışa münasibətdə müvafiq reyestrdə düzəlişin aparılması, daşınmaz əmlakın növünün mənzil deyil, fərdi yaşayı evi kimi qeyd edilməsi və həmin fərdi yaşayış evinin 0.097 hektar torpaq sahəsinde yerləşməsinə dair məlumatın ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli çıxarışa əlavə edilməsini cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlı olmuşdur. Nəhayət, sonuncu dəfə iddia ərizəsinə dəqiqləşmə##.##.2026-cı il tarixdə olmuş və ünvan 1 ünvanda yerləşən, iddiaçı1 adına verilmiş ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli (Seriya RX0509312) çıxarışa münasibətdə müvafiq reyestrdə düzəlişin aparılması, daşınmaz əmlakın növünün mənzil deyil, fərdi yaşayış evi kimi qeyd edilməsi və həmin fərdi yaşayış evinin iddiaçının istifadəsində olan 0.097 hektar torpaq sahəsinin üzərində yerləşməsinə dair məlumatın ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli çıxarışa əlavə edilməsini cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi formasında olmuşdur. Qeyd etmək lazımdır ki, sonuncu iddia tələbinə dəqiqləşmədən də göründüyü kimi çıxarışa münasibətdə müvafiq reyestrdə düzəlişin aparılması ifadəsindən sonra vergül işarəsi qoyulmuşdur. Bu da onu göstərir ki, həmin ifadə, yəni düzəliş aparılması ifadəsi həmin fikir üzrə ümumi xarakter daşıyır. Eyni zamanda, iddia tələbi özündə iki məsələni nəzərdə tutur. Belə ki, onlardan biri daşınmaz əmlakın növünün mənzil deyil, fərdi yaşayış evi kimi qeyd edilməsi, digəri isə həmin fərdi yaşayış evinin iddiaçının istifadəsində olan 0.097 hektar torpaq sahəsinin üzərində yerləşməsinə dair məlumatın ##.##.2014 tarixli, 007011001300-*********** reyestr nömrəli çıxarışa əlavə edilməsi ilə bağlıdır. Müvafiq çıxarışda əmlakın növünün mənzil kimi reyestr xidməti tərəfindən qeyd edilməsi həmin xidmət tərəfindən edilən texniki səhv kimi qiymətləndirilə bilər. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 32 ünvanda yerləşən 2 və * saylı evlər birmərtəbəli olaraq bir-birindən aralı yerləşmişlər. ## ##### 2026-cı il tarixdə keçirilmiş yerində müayinə zamanı qeyd olunan vəziyyət hakim tərəfindən müəyyən edilib. Qeyd olunanlardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 32 ünvanında yerləşən 2 və * saylı tikililər mənzil statusunda deyil, fərdi yaşayış sahəsi statusundadırlar. Belə olan halda, müvafiq reyestr xidməti tərəfindən iddiaçılara müvafiq çıxarışlar verildiyi zaman tikilinin statusu daşınmaz əmlakın adı (növü) hissəsində mənzil deyil, fərdi yaşayış evi qeyd edilməli idi. Bundan başqa, uzun müddətdir ki, mövcud mübahisə məhkəmədə davam edir və məhkəmə mövcud mübahisə üzrə ekspertiza təyin edib və yerində baxış (yerində müayinə) keçirib. Son nəticə olaraq iddianın mümkünsüz sayılması ilə bağlı qərara gəlinərək mövcud mübahisə öz həllini tapmamış və vətəndaş bu qədər müddət ərzində boşuna süründürməçiliyə məruz qalmışdır. Qeyd olunanlara əsasən, iddiaçı qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, birinci instansiya məhkəməsində il yarımdır ki, iş icraatda oldu, təxminən 4 dəfə dəqiqləşmə ərizəsi verilib. Hər iclasda dəqiqləşmə ərizəsi icraata qəbul olunurdusa da, daha sonrakı iclasda məhkəmə tərəfindən iddia tələbində yenə müəyyən düzəlişlərə zərurət olduğu bildirilirdi. Iddia tələbi iki hissədən ibarətdir. Birinci hissəsi iddiaçının adına verilmiş çıxarışa münasibətdə müvafiq reyestrdə düzəlişin aparılması, daşınmaz əmlakın növünün mənzil deyil, fərdi yaşayış evi kimi qeyd edilməsidir ki, buna munasibətdə məhkəmə tərəfindən iddia tələbinin mümkünsüz hesab edilməsi müəyyən qədər başa düşüləndi. Lakin tələbin digər hissəsi isə fərdi yaşayış evinin iddiaçının istifadəsində olan 0.097 ha torpaq sahəsinin üzərində yerləşməsinə dair məlumatın iddiaçının adına verilmiş çıxarışa əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir ki, bu hissədə cavabdeh inzibati orqan məsuldur. Bu məsələnin araşdırılması üçün birinici instansiya məhkəməsi yerli baxış keçirtdi, dəfələrlə məhkəmə iclası təxirə salındı, yəni iddia tələbi perspektivli deyildisə, bu qədər müddətdə işi icraatada saxlamağın nə mənası var idi? Iddia tələbi düzgün deyildirsə, məhkəmə düzgün istiqamət verməli idi. ##.##.2009-cu il tarixli çıxarışa əsasən, müvafiq ünvanda olan 0.097 ha torpaq sahəsində yerləşən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının atasının adına qeydiyyata alınmışdır. ##.##.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, iddiaçının atası mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 70.5 kv.m., yaşayış sahəsi 38.75 kv.m. olan mənzili iddiaçı1 bağışlamışdır. Göründüyü kimi ##.##.2009-cu il tarixli çıxarışa və həmin tarixli ********** inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən yaşayış sahəsinin yerləşdiyi torpağın ümumi sahəsi 0.097 hektar olması göstərilmişdir. Lakin sonradan iddiaçı1 verilmiş ##.##.2014-cü il tarixli çıxarışda nədənsə həmin yaşayış sahəsinin yerləşdiyi torpağın sahəsi göstərilməmişdir. Beləliklə də, iddiaçı1 adına verilmiş ##.##.2014 tarixli müvafiq reyestr nömrəli çıxarışda daşınmaz əmlak barəsində məlumat qeydə alınmamış və qeydiyyat orqanı tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı texniki səhvə yol verilmişdir. Lakin buna baxmayaraq, məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı yeni hüquqi məlumatların reyestrə daxil edilməsi mövcud qeydiyyatın texniki dəqiqləşdirilməsi deyil, daşınmaz əmlak obyektinin hüquqi xarakteristikasının və hüquqi rejiminin dəyişdirilməsi ilə nəticələnən yeni dövlət qeydiyyatı hərəkətidir. Lakin əvvəllər göstərilmiş, lakin 2014cü il tarixli çıxarışda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin göstərilməməsi daşınmaz əmlak obyektinin hüquqi xarakteristikasının və hüquqi rejiminin dəyişdirilməsi ilə nəticələnən hərəkət kimi qiymətləndirilə bilməz. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, həmin nəticənin hüquqi əsasları iddianın əsaslılığına münasibət bildirilmədən, məhz iddianın mümkünlük şərtləri çərçivəsində qiymətləndirilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddia tələbi bir neçə dəfə dəqiqləşdirildikdən sonra iddiaçı1 adına verilmiş ##.##.2014-cü il tarixli, RX ******* seriyalı, 007011001300-*********** reyestr nömrəli çıxarışa münasibətdə, birincisi, daşınmaz əmlakın növünün “mənzil” deyil, “fərdi yaşayış evi” kimi göstərilməsi, ikincisi isə həmin fərdi yaşayış evinin “iddiaçının istifadəsində olan 0,097 hektar torpaq sahəsinin üzərində yerləşməsi” barədə məlumatın həmin çıxarışa əlavə edilməsi məqsədilə dövlət reyestrində düzəliş aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Apellyasiya şikayəti yalnız iddiaçı1 tərəfindən verildiyindən hazırkı apellyasiya yoxlaması da onun sonuncu dəqiqləşdirilmiş tələbinə münasibətdə aparılır. Işin əvvəlki mərhələlərində iddiaçı kimi iştirak etmiş iddiaçı2 dair ayrıca tələb sonuncu dəqiqləşdirilmiş tələbə daxil edilməmişdir. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, iddiaçının inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda müvafiq inzibati iddia mümkün sayıla bilər. Bununla yanaşı, iddianın mümkünlüyü üçün iddiaçının seçdiyi hüquqi müdafiə vasitəsinin onun nail olmaq istədiyi hüquqi nəticəni təmin etməyə yararlı olması tələb olunur. Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 6.1 və 6.2-ci bəndlərindən də irəli gəlir ki, hüquqi marağın mövcudluğu qiymətləndirilərkən iddiaçının düzgün hüquqi müdafiə vasitəsindən istifadə edib-etmədiyi və qaldırılmış iddia uğurlu olduğu halda arzulanan məqsədə nail olmağın mümkün olub-olmadığı müəyyən edilməlidir. Eyni Qərarın 10.1-ci bəndinə görə bir neçə tələbdən ibarət iddia üzrə mümkünlük hər tələbə münasibətdə ayrıca yoxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə daşınmaz əmlakın növünün “mənzil”dən “fərdi yaşayış evi”nə dəyişdirilməsi barədə tələbə qiymət verilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsi dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması mexanizmini nəzərdə tutur. Həmin mexanizmin mahiyyəti mövcud hüquqi vəziyyəti yaradan hüquqmüəyyənedici sənədlərdən reyestrə məlumatın texniki xarakterli yanlış əks etdirilməsinin aradan qaldırılmasından ibarətdir, həmin mexanizm özü-özlüyündə daşınmaz əmlakın hüquqi statusunun ilkin olaraq müəyyən edilməsi və ya hüquqmüəyyənedici əsaslardan fərqli yeni hüquqi status yaradılması vasitəsi kimi çıxış etmir. Hazırkı halda iddiaçı1 hüquq sələfinin adına verilmiş ##.##.2009-cu il tarixli çıxarışda mübahisəli daşınmaz əmlak “** nömrəli, 1 mərtəbəli binada ... * nömrəli mənzil” kimi fərdiləşdirilmişdir. Sonradan daşınmaz əmlakın iddiaçının mülkiyyətinə keçməsinə əsas olmuş bağışlama müqaviləsinin predmeti də “mənzil” kimi müəyyən edilmiş və ##.##.2014-cü il tarixli dövlət reyestrindən çıxarışda həmin hüquqi fərdiləşdirmə davam etdirilmişdir. Beləliklə, hazırkı tələb hüquqmüəyyənedici sənəddə “fərdi yaşayış evi” kimi müəyyən edilmiş obyektin qeydiyyat orqanı tərəfindən reyestrə səhvən “mənzil” kimi köçürülməsinin aradan qaldırılmasına yönəlməyib. Iddiaçı mövcud hüquqmüəyyənedici sənədlərdə də “mənzil” kimi fərdiləşdirilmiş daşınmaz əmlakın reyestrdə başqa hüquqi növlə göstərilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 17-ci bəndində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı mübahisələrin hüquqi təbiəti fərqləndirilmişdir. Həmin hüquqi mövqeyə görə, hüquqmüəyyənedici sənədlərdən irəli gələn məlumatların qeydiyyat orqanı tərəfindən düzgün əks etdirilməməsi barədə mübahisə inzibati xarakter daşıya bilər, lakin tələb reyestrdə qeydiyyata əsas olmuş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmiş hüquqi vəziyyətin özünün dəyişdirilməsini zəruri edirsə, həmin əsas hüquqi münasibət müvafiq qaydada həll edilmədən reyestr qeydinin dəyişdirilməsi tələb olunan nəticəyə gətirib çıxara bilməz. Bu səbəbdən kollegiya hazırkı mümkünlük yoxlaması çərçivəsində mübahisəli obyektin hüquqi baxımdan həqiqətən “mənzil”, yoxsa “fərdi yaşayış evi” olması barədə hər hansı nəticəyə gəlmir. Bu məsələ mahiyyət üzrə hüquqi qiymətləndirmənin predmetidir. Kollegiyanın nəticəsi yalnız ondan ibarətdir ki, mövcud hüquqmüəyyənedici əsaslar dəyişdirilmədən saxlanıldığı halda, sırf reyestrdə “texniki düzəliş” edilməsi barədə hazırkı tələb vasitəsilə iddiaçının arzuladığı hüquqi statusun yaradılması mümkün deyil. Başqa sözlə, iddiaçının seçdiyi hüquqi müdafiə vasitəsi onun nail olmaq istədiyi hüquqi nəticəyə adekvat deyil. Eyni yanaşma iddianın 0,097 hektar torpaq sahəsinə aid hissəsinə də tətbiq olunmalıdır. Iş materiallarında olan ##.##.2009-cu il tarixli çıxarışda * nömrəli mənzilin “istifadədə olan 0,097 ha torpaq sahəsində” yerləşməsi göstərilmişdir. Lakin həmin ifadə ilə 0,097 hektar torpaq sahəsi üzərində konkret şəxsin ayrıca istifadə və ya mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması eyni hüquqi məzmuna malik deyil. Həmin çıxarış üzrə qeydiyyatın bilavasitə predmeti mənzil olmuşdur. Son dəqiqləşdirilmiş iddiada isə əvvəlki sənəddə olan coğrafi-təsviri məlumatın eynilə bərpası deyil, həmin torpaq sahəsinin “iddiaçının istifadəsində olan 0,097 hektar torpaq sahəsi” kimi dövlət reyestrində əks etdirilməsi tələb edilir. Belə formulə artıq təkcə tikilinin müəyyən sahədə yerləşməsi faktını deyil, konkret torpaq sahəsi üzərində iddiaçıya məxsus istifadə hüququnun mövcudluğunu, həmin hüququn predmetini və həcmini də ehtiva edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsi də dövlət reyestrinin torpaq sahəsi üzərində hüquqa dair həqiqi hüquqi vəziyyətə uyğun olmadığı halları sadə texniki səhvdən fərqləndirməklə ayrıca hüquqi mexanizm müəyyən edir; 16.6cı maddəyə görə isə reyestr məlumatının qeyri-dəqiqliyi sübuta yetirilməyənədək onun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Iş üzrə alınmış mütəxəssis rəyində hazırda iddiaçıların istifadəsində olan torpaq sahəsinin 497,0 kv.m. təşkil etdiyi, həmin torpaq sahəsinə və obyektlərdə aparılmış dəyişikliklərə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi göstərilmişdir. Cavabdehin təqdim etdiyi məlumatlarda isə tələb edilən sahənin başqa şəxsin müraciət etdiyi sahə ilə də kəsişdiyi qeyd olunur. Kollegiya həmin hallara əsaslanmaqla iddiaçının 0,097 hektar torpaq sahəsi üzərində hüququnun mövcud olmadığı barədə nəticə çıxarmır. Bu hallar yalnız onu göstərir ki, hazırkı tələbin təmin edilməsi üçün sadəcə əvvəlki sənəddə buraxılmış rəqəmin və ya texniki məlumatın reyestrə yenidən köçürülməsi kifayət deyil, əvvəlcə hansı torpaq sahəsi üzərində, hansı hüquqi əsasla, hansı həcmdə və kimin xeyrinə istifadə hüququnun mövcud olması hüquqi baxımdan müəyyən edilməlidir. Belə hüquqi müəyyənləşdirmə aparılmadan qeydiyyat orqanına qarşı irəli sürülmüş hazırkı tələb vasitəsilə dövlət reyestrində 0,097 hektar torpaq sahəsinin məhz “iddiaçının istifadəsində olan” sahə kimi göstərilməsi mümkün deyildir. Çünki bu halda reyestr orqanının üzərinə mövcud hüququ sadəcə əks etdirmək deyil, hazırkı iddianın predmetindən kənarda qalan ilkin hüquqi münasibətin mövcudluğunu və həcmini reyestr qeydi vasitəsilə yaratmaq və ya müəyyən etmək vəzifəsi qoyulmuş olardı. Bu nəticəyə mütəxəssis rəyinin mübahisəli tikililərin faktiki xüsusiyyətlərinə dair məlumatları da təsir etmir. Mütəxəssis rəyinin predmeti obyektlərin faktiki-texniki vəziyyətinin, aparılmış dəyişikliklərin və istifadədə olan torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi olmuşdur. Həmin rəy daşınmaz əmlakın dövlət reyestrində hansı hüquqi növlə qeydə alınmalı olması və ya 0,097 hektar torpaq sahəsi üzərində konkret əşya hüququnun kimə məxsusluğu barədə hüquqi nəticə müəyyən etmir. Faktiki tikinti xüsusiyyətləri hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmiş hüquqi statusun avtomatik dəyişməsinə səbəb olmadığından, həmin rəy hazırkı iddia formasının mümkünlüyü barədə başqa nəticəyə gəlmək üçün əsas yaratmır. Kollegiya həmçinin nəzərə alır ki, sonuncu tələbin torpaq sahəsinə aid hissəsi daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydə alınmasına dair birinci tələbdən məzmunca asılı şəkildə formalaşdırılmışdır; iddiaçı məhz “həmin fərdi yaşayış evinin” 0,097 hektar torpaq sahəsi üzərində yerləşdiyinin göstərilməsini tələb edir. Bununla belə, Ali Məhkəmə Plenumunun * nömrəli Qərarının 10.1-ci bəndinə uyğun olaraq hər iki tələb ayrıca qiymətləndirilmiş və hər iki hissədə seçilmiş hüquqi müdafiə vasitəsinin tələb edilən nəticəni öz-özlüyündə təmin etməyə yararlı olmadığı müəyyən edilmişdir. Apellyasiya şikayətinin Inzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmək vəzifəsinin pozulmasına dair dəlili də qərardadın ləğvi üçün əsas vermir. Ali Məhkəmə Plenumunun * nömrəli Qərarının 3.3 və 3.4-cü bəndlərinin mənasına görə iddianın mümkünlüyünə mane olan hal iddiaçı ilə müzakirə edilməli, onun aradan qaldırılması üçün real imkan yaradılmalıdır, lakin yardımın yalnız ayrıca yazılı məktub formasında göstərilməsi tələb edilmir. Apellyasiya şikayətinin özünün məzmunundan görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının hüquqi marağına uyğun şəkildə dəqiqləşdirilməsi məsələsini tərəfin diqqətinə çatdırmış, iddiaçı isə vəkillə təmsil olunmaqla ##.##.2025-ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində tələbinə dəqiqləşmələr təqdim etmişdir. Beləliklə, iddiaçıya tələbini yenidən formalaşdırmaq üçün prosessual imkan verilmişdir. Inzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan yardım etmək vəzifəsi məhkəmənin iddiaçının əvəzinə yeni iddia predmeti müəyyən etməsi, yeni cavabdeh seçməsi və ya onun iradəsindən kənar başqa maddi-hüquqi tələb formalaşdırması kimi başa düşülə bilməz. Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbinin hüdudlarından kənara çıxa bilməz. Iddiaçının birinci instansiya məhkəməsinin iş üzrə uzun müddət araşdırma aparması, mütəxəssis rəyi alması və yerində müayinə keçirməsindən sonra iddianı mümkün saymaması barədə dəlili də nəticənin dəyişdirilməsinə səbəb olmur. Mümkünlük şərtləri icraatın yalnız başlanğıcında deyil, bütün mərhələlərində xidməti vəzifə qaydasında yoxlanılmalıdır. Bununla belə, iş üzrə aparılmış araşdırmaların həcmi mümkünlük və əsaslılıq məsələlərinin qarışdırılmasına səbəb olmamalı, mümkün sayılmama barədə qərardad yalnız mahiyyət üzrə baxışa mane olan prosessual şərtin mövcud olmamasına əsaslanmalıdır. Nəhayət, iddianın mümkün sayılmaması iddiaçının mübahisəli daşınmaz əmlakın hüquqi statusunun dəyişdirilməsini və ya torpaq sahəsinə dair hüquqlarının müəyyən edilməsini ümumiyyətlə tələb edə bilməməsi barədə mahiyyəti üzrə hüquqi nəticə yaratmır. Belə qərardad yalnız hazırkı predmet, cavabdeh və hüquqi müdafiə vasitəsi ilə həmin nəticəyə nail olmağın mümkün olmadığını müəyyən edir və mümkünlük şərtlərinə riayət edilməklə müvafiq hüquqi müdafiə vasitəsindən istifadə edilməsini istisna etmir. Ali Məhkəmə Plenumunun * nömrəli Qərarının 8.2 və 8.3-cü bəndləri də məhz bu hüquqi nəticəni nəzərdə tutur. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi prosessual nəticənin aradan qaldırılması üçün əsas yaratmır. Iddianın daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydə alınmasına dair hissəsində tələb olunan hüquqi nəticə mövcud hüquqmüəyyənedici sənədlərdə müəyyən edilmiş hüquqi vəziyyət dəyişdirilmədən sırf reyestr qeydinə texniki düzəliş edilməsi yolu ilə əldə edilə bilməz; torpaq sahəsinə aid hissəsində isə tələb olunan qeyd əvvəlcə iddiaçının konkret 0,097 hektar torpaq sahəsi üzərində hüququnun və həmin hüququn həcminin hüquqi baxımdan müəyyən edilməsini tələb edir. Məhkəmə həmin ilkin hüquqi münasibətləri hazırkı iddianın hüdudlarından kənara çıxmaqla müəyyən edə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri həmin nəticənin ləğvi üçün əsas yaratmır və Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2433/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2433/2026
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver