Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2531/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı İmran oğlunun cavabdeh Cavabdeh qarşı “kredit tarixçəsinə düzəlişin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(4- *)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı İmran oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit tarixçəsinə düzəlişin edilməsi öhdəliyinin Mərkəzi Bankın üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. İş üzrə apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçının EMİS-də yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin sözügedən qərardadından iddiaçı tərəfindən EMİS-də yaradılmış elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Belə ki, apellyasiya şikayəti nəzərdən keçirilərkən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş 10 günlük prosessual müddət ərzində verilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçı tərəfə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək, həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, Bakı İnzibati Məhkəməsinin e- *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsi ilə bağlı yuxarıda qeyd olunan halların araşdırılması və nöqsanların aradan qaldırılması təklif edilmişdir. İş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarının təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, bununla bağlı müvafiq bildiriş eyni tarixdə iddiaçının e-mail ünvanına göndərilmişdir. Lakin iddiaçının apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə EMİS-də yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni ##.##.2026-cı il tarixdən hesablanmaqla, ##.##.2026-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə EMİS-də yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin e-2-1(4- *)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə EMİS-də yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı İmran oğlunun cavabdeh Cavabdeh qarşı “kredit tarixçəsinə düzəlişin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(4- *)-****/**** nömrəli, ## #### 2026cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı İmran oğlunun Bakı İnzibati Məhkəməsinin e-2-1(4- *)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2531/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2531/2026
18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver