Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-852/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, 3-21- *-*/*-****/**** nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2024-cü ilin X12 28622,34 manat əlavə vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq ##.##.2025-ci il tarixli, *-**-*- */*-****/**** nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Qeyd edilən qərardan iddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət ünvanlanmış, yuxarı vergi orqanı tərəfindən ##.##.2025ci il tarixində qəbul edilmiş **************** nömrəli qərarla iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Belə ki, iddiaçı 2024-cü il üzrə gəlir vergi bəyannaməsini təqdim edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq 75 % güzəşt məbləğini tətbiq etmiş, lakin vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində iddiaçının güzəşt tətbiq olunan vergi ödəyicisi kateqoriyasına aid olmadığı, işçi sayı ilə bağlı qanunvericilikdə müəyyən edilən şərti tamamlamadığı və gəlir və xərcin uçotunu düzgün aparmadığını əsas gətirilərək ona azaldılmış vergi məbləği həcmində əlavə vergi hesablanmışdır. İddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəşt məbləğindən istifadə etmək hüququ olmuşdur. Bu səbəblə də, kameral vergi məbləğinin hesablanması barədə qərar qeyd edilənlərə əsasən ləğv edilməlidir. Belə ki, Vergi orqanı iddiaçın işçilərinin eyni zamanda başqa iş yerinin olmasını əsas gətirərək heç bir məntiqi və hüquqi əsaslandırma aparmadan bu halı güzəşt hüququnu aradan qaldıran hal hesab etmiş, iddiaçının vergidən yayınma sxemi olduğunu iddia etdiyi əməliyyatlarının konkret olaraq nələrdən ibarət olduğunu, iddiaçının işçiləri işə götürməkdəki məqsədinin vergidən yayınma olduğunu nəyə əsasən müəyyən etdiyini, vergidən yayınma məqsədinin bu halda özünü nədə ehtiva etdiyi sübutlarla əsaslandıra bilməmişdir. Şəxsin əmək qanunvericiliyinə əsasən 1-dən çox iş yerinin olmasına hər hansı qadağa qoyulmamışdır və işçinin əsas və əlavə iş yerlərinin olması mümkündür. Vergi Məcəlləsi il ərzində ən azı 3 işçisi olan mikro sahibkara gəlirlərinin 75 faizi miqdarında güzəşt nəzərdə tutulan müvafiq maddəsində həmin işçinin əsas və yaxud əlavə iş yerinin olması baxımdan hər hansı məhdudiyyətin tətbiq olunması müəyyənləşdirilməmişdir. Siyahıda adları, vəzifələri və işə qəbul tarixləri qeyd edilmiş şəxslər 2024-cü il üzrə iddiaçının rəsmi əmək müqavilələri üzrə muzdlu işçiləridir: X6 - sürücü (##.##.2024), X10 – mühasib (##.##.2024), X14 - sürücü (##.##.2024), X13 - sifarişlərlə bağlı koordinator (##.##.2024), X9 – texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (##.##.2024), Bəhruz İbrahim oğlu Qarayev - texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (##.##.2024), X2 - texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (##.##.2024), X7 – mühasib köməkçisi (##.##.2024) və X3 – insan resurları (Kadr) üzrə menecer (##.##.2024). Bu işçilərə münasibətdə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə əmək müqaviləsi bağlanmış, işçilər iş iliərzində Əmək Məcəlləsində işçi üçün müəyyənləşdirilmiş bütün hüquqlarından istfadə etmiş, həmçinin bu işçilərə münasibətdə vergi, sosial və icbari tibbi sığorta qanunvericiliyində nəzərdə tutulmuş bütün ödənclər iddiaçı tərəfindən tutularaq dövlət büdcəsinə köçürülmüşdür. Cavabdehin qərarından belə qənaətə gəlmək mümkündür ki, vergi orqanı bu şəxsləri iddiaçının həqiqi-real işçiləri kimi qəbul etməmiş, bu iddiasını heç bir əsaslı sübutla təsdiq edə bilməmişdir. Digər tərəfdən, vergi orqanı nəzərə almamışdır ki, iddiaçı yük daşıma fəaliyyəti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 2024-cü il üzrə dövriyyəsi 200 000 manata yaxın olmuşdur. Belə ki, iddiaçıya yükdaşıma nəqliyyat vasitələrini idarə etmək üçün sürücülər, yük maşınlarının daşımaya başlamazdan əvvəl sazlığını yoxlayaraq sınaqdan keçirmək üçün texniki işçilər, ödənişlərin həyata keçirilməsi, elektron qaimə fakturaların vurulması və qəbul edilməsi və sairə kimi həmçinin mühasibatlıq hərəkətlərinin həyata keçirilməsi üçün mühasib, daşıma xidmətləri ilə əlaqədar müştərilərdən gələn sifarişlərin idarə edilməsi üçün koordinator və sairə işçilərin lazım olduğu birmənalı faktdır. Aydın məsələdir ki, fərdi sahibkar olan iddiaçı il ərzində bu həcmdəki xidmətləri təkbaşına həyata keçirə bilməzdi və ona görə də, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində müvafiq işçiləri işə götürməsində hər hansı vergidən yayınma kimi qiymətləndirilə biləcək hal yoxdur. Həmçinin, vergi orqanının iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə fakturalarda texniki səhvlərə yol verilməsi, vergi orqanının iddia etdiyi kimi iddiaçının 2024-cü il üzrə gəlir vergisi üçün 75 faizlik güzəşt hüququnu itirməsinə səbəb ola bilməz. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə 2024-cü il təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin * nömrəli əlavəsinin 38-ci sətrində güzəşt məbləğ qeyd edildiyi halda Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri məlumatlarına əsasən orta aylıq işçi sayı 3 nəfərdən az olduğu müəyyən edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olumuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, fərdi sahibkar tərəfindən dəqiqləşdirilmiş bəyannamə, zəruri olan sənədlərin və uyğunsuzluq barədə əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024cü il üçün gəlir vergisi üzrə 28622,34 manat əlavə vergi məbləği hesablanması barədə ##.##.2025-ci il tarixli, 3-21-2-3/2- ****/**** nömrəli qərar qəbul olunmuş və iddiaçıya göndərilmişdir. İddiaçının həmin qərardan verdiyi inzibati şikayət təmin edilməmişdir. İddiaçı tərəfindən 2024-cü il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1308292391) yük daşıma xidməti əlaqədar 199888,20 manat məbləğində elektron qaimə-fakturaların təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən iddiaçının yanvar, fevral, mart ayları üzrə işçilərinin olmamış, aprel, may, iyun və iyul ayları üzrə 4, avqust və sentyabr ayları üzrə 3 və oktyabr, noyabr, dekabr ayları üzrə isə 8 işçisinin olmuşdur. İddiaçı tərəfindən elektron qaiməfakturalar 2024-cü ilin mart-oktyabr aylarında təqdim edilmiş, ən son təqdim edilən ##.##.2024cü il tarixli, MT2409 seriyalı, ******** nömrəli elektron qaimə-fakturanın malın adı hissəsində “Yük daşıma xidməti Sentyabr 2024” qeyd edilmiş, iddiaçının faktiki olaraq 2024-cü ilin oktyabr ayından ilin sonunadək sahibkarlıq fəaliyyəti olmamışdır. İddiaçı sahibkarlıq fəaliyyəti olmadığı dövrdə əlavə olaraq 5 muzdlu işçini işə götürmüş, götürülən işçilərin eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən iddiaçının xidmət göstərdiyi vergi ödəyicisi tərəfindən də işə götürülmüş işçilər olmuşlar. İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə işə götürülmüş 4 muzdlu işçinin də fərdi sahibkarın elektron qaimə-faktura təqdim etdiyi şəxsə xidmət göstərən digər fiziki şəxslər tərəfindən də muzdlu işçi kimi işə götürüldüyü qeyd olunan əməliyyatların vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olmasını şərtləndirdiyi, Vergi Məcəlləsinin tələblərinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, 3-21-2-3/2- ****/**** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, hazırkı iş üzrə isə formal olaraq əmək münasibətlərinin rəsmiləşdirilməsi, o cümlədən Əmək Məcəlləsinə uyğun şəkildə əsas və əlavə iş yerlərinin göstərilməsi və ya orta aylıq işçi sayının 3 nəfərdən artıq göstərilməsi həmin şəxslərin faktiki olaraq əmək fəaliyyətini həyata keçirməsi faktını sübut etmir və bu hal onların real şəkildə işləməməsini istisna etmir. Əksinə, iş materiallarında mövcud olan sübutların məcmusu göstərir ki, qeyd edilən şəxslər tərəfindən real əmək fəaliyyəti həyata keçirilməmiş, bu hüquqi konstruksiyadan yalnız vergi üstünlüyü əldə etmək məqsədilə istifadə edilmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilkərək, iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kolleqiyası məhkəmə iclasının təxirə salınmasına lüzum bilmədi və verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabehin apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı 2024-cü il üzrə gəlir vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin tələblərinə uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərə 75 faiz güzəşt tətbiq etmişdir. Cavabdeh isə bunun əsaslı olmadığını hesab edərək kameral vergi yoxlamasının nəticəsi olaraq ididaçıya 28.622,34 manat əlavə gəlir vergisi hesablamışdır. Cavabdehin etirazının əsasları ondan ibarət olmuşdur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı sonuncu qaiməni ##.##.2024-cü ildə təqdim etmişdir. Yəni, iddiaçının həmin dövrdən sonra faktiki sahibkarlıq fəaliyyəti olmamışdır. İddiaçının 2024-cü ilin aprel ayından oktyabr ayına kimi 4 işçisi olmuş və oktyabr ayında əlavə 5 işçini də işə götürmüşdür. Aprel ayında işə götürülmüş 4 işçi eyni zamanda iddiaçının xidmət göstərdiyi “xxxx” şirkətinin işçiləri olmuşlar. Bu isə iddiaçının vergidən yayınma mexanizmi yaratmasına çalışdığını göstərir. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuda adları qeyd olunmuş şəxslərin adına 2024-cü il üzrə “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri əlavə edilmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən yazılı vəsatət daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi ##.##.2025-ci il tarixli 3-21-2-3/2-7439/2025 (****************) nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı bildirik ki, həmin qərar ##.##.2025-ci il tarixdə vergi ödəyicisinə elektron qaydada göndərilmiş və ##.##.2025-ci il tarixdə oxunmuşdur. Buna baxmayaraq iddiaçı ##.##.2025-ci il tarixdə (116 gün sonra) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərarı mübahisələndirmiş və bu səbəbdən də, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Vergi Məcəlləsinin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı qərarın ləğv edilməsi tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, vergi orqanının ##.##.2025-ci il tarixli 3-21-2-3/2-7439/2025 (****************) nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ##.##.2025-ci il tarixdə vergi ödəyicisinə elektron qaydada göndərilmiş və ##.##.2025-ci il tarixdə də oxunmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Konkret halda isə iddiaçı cavabdehin ##.##.2025-ci il tarixli qərarını mübahisələndirmək üçün qeyd olunan iddia müddətini buraxmışdır. Belə olan halda kollegiya hesab edir ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli 3-21-2-3/2-7439/2025 (****************) nömrəli qərarının ##.##.2025-ci il tarixdə oxunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının qeyd edilən qərarlardan qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində deyil, ##.##.2025-ci il tarixdə (116 gün sonra) müraciət etməsi üzürlü səbəb hesab edilə bilməz. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, iddia tələbi mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh orqanın apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-852/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-852/2026
14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver