Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-855/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi İlyaslı Uğur Rəşad oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi, əvvəlki hesabat qaydasının bərpa edilməsi və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli 3-17-1/3-3- *****/**** nömrəli qərarın ləğv edilməsi və iddiaçı İddiaçı əmək pensiyasının əvvəlki hesabat qaydasının bərpa edilməsi və pensiyanın azaldılması nəticəsində yaranan fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq məhkəmə baxışına təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ## ### 2026-cı il tarixdə ərizə verərək Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" 2022-ci il ## ### tarixli ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ##.##.2026-cı il tarixli qərardadının 3-cü bəndindəki mövqeyə əsasən hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən tərəfimizdən aparılmış optimallaşdırma tədbiri nəticəsində müvafiq apellyasiya şikayətinin geri götürülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qərarından verilmiş apellyasiya şikayətinin geri götürülməsi və e-*-*(*-*)-***/**** nömrəli işdə apellyasiya şikayəti üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə iddiaçı İddiaçı tərəfindən ərizə verilərək bildirilmişdir ki, icraatınızda olan inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayətinin geri götürülməsi və apellyasiya icraatına xitam verilməsi barədə ərizə daxil olmuşdur. Ərizə ilə razıyam. Məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin (vəsatətin) təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İlyaslı Uğur Rəşad oğlu apellyasiya şikayətinin geri götürülməsinə dair ərizənin məzmununa uyğun izahat verərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehdən şikayətdən imtina edilməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək cavabdehin hüququ olduğundan və hazırki iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Odur ki, şikayətdən imtina barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Apellyasiya icraatına xitam verilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən apellyasiya şikayəti verməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-855/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-855/2026
26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver