Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-861/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Əlizadə İsgəndər Vüqar oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının “Dövlət Sosial Müdafiə Fondunun XŞTMF-nın əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” ##.##.2025-ci il tarixli 3-17- 1/3-3-1127/2025 №li Qərarından müəyyən olunur ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi; adı çəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi; “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilməsi; İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır.
2. - “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli 3-17-1/3-3- 1126/2025 №li Qərarından müəyyən olunur ki, “Əmək pensiyasının təyin edilməsi haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun pensiya hüququnun olmaması əsası ilə İddiaçı təyin olunmuş əmək pensiyasının ödənilməsinin dayandırılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: ##.##.2024-##.##.2024; məbləğ: 2373,37manat təşkil edir.
3. - İddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş sizə dair 029- **** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 3 ay 1 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 19 il 9 ay 1 gün, ali təhsil müddəti 2 il 6 ay) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sizə # ###### 2024-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən Dövlət Gömrük Komitəsinə sorğu verilib. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən xidmət illərinizin 13 il 8 ay 12 gün (təqvimi xidmət illəri 11 il 2 ay 12 gün, ali təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq bildiririk ki, Qanunun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi "Əmək pesiyaları haqqında" Qanunla müəyyən edilir. Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəlişəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tetbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərman. 2.4-cü bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Dövlət Gömrük Komitəsi də nəzərdə tutulur. Qanunun 9.5-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə); - hərbi xidmətdən yaşa görə buraxılmış. 25 təqvim ili və daha çox ümumi iş stajı olan. bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2-ci maddə); - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş staji olan, bu stajin azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir. Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub-olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun hesablanır. Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir. Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qullub illərinin hesablanmasını tənzimləyir. Buna görə də sözügedən Qayda və şərtlərə əsasən, gömrük orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir. Bundan başqa, dövlət qulluğu stajının fəaliyyət müddətinin dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Ali Məhkəmənin 2023-cü il ## ###### tarixinde beqnietdiyi və iddianı (vətəndaşın Fonda qarşı "Əmək pensiyaları haqqında" Qanunun məqsədləriüçün dövlət qulluğu stajiının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi...iddiası) rədd edən 2-1(102)- ****/**** nömrəli qərarında bildirilir ki: "iddia olunan məzmunda tələb o halda təmin oluna bilərdi ki, ... şəxs... qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və "Əmək pensiyaları haqqında" Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun." Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, *** (üç ulduz) nişanı ilə nömrələnmişdir. Qeyd edilənlərə əsasən, sizə vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2024-cü il tarixli *-**-*/*-A-******/**** nömrəli məktub göndərilməklə ## ###### 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2025-ci il tarixində gəlmisiniz və sizə pensiyanız ilə bağlı qanunvericiliyin tələbləri üzrə bütün məlumatlar ətraflı izah olunaraq tərtib edilmiş akta tərəfinizdən müvafiq qeydlər edilərək imzalamısınız. Bundan sonra, sizə ödənilən əmək pensiyasının dayandırılması haqqında qərar qəbul edilib. Eyni zamanda, ##.##.2024-##.##.2024cü il tarixləri arasındakı dövr üzrə sizə ümumilikdə 25452,35 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunub. Həmin vəsaiti könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı əmək pensiyası ödənişinin dayandırılması barədə qərarının ləğv edilməsi və iddiaçıya əmək pensiyası ödənişinin dayandırıldığı vaxtdan bərpa edilərək, ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən ##.##.2025-
5. ci ildə məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, cavabdeh inzibati orqanın iddiaçının “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli *-**- */*-*-****/**** nömrəli, “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” ##.##.2025-ci il tarixli 3-17-1/3-3- ****/**** nömrəli qərarlarının ləğv olunması barədə qərar çıxarılması xahiş edilmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-1999-cu illərdə X3 Sinan Universitetində ali təhsil almış, ##.##.1999-cu il tarixdən ##.##.2000-ci il tarixədək Qafqaz Universitetində “müraciət məmuru” vəzifəsində, ##.##.2000-ci il tarixdən ##.##.2003-cü il tarixədək həmin Universitetin İqtisadiyyat və İdarəetmə fakultəsində “dekan katibi” vəzifəsində işləmişdir. ##.##.2004-cü il tarixdən ##.##.2012-ci il tarixədək isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrində dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Dövlət qulluğunda sonuncu ixtisas dərəcəsi “3-cü dərəcəli dövlət qulluqçusu”, dövlət qulluğunda stajı 8 il 6 ay 19 gün olmuşdur. ##.##.2012-ci il tarixdən iş yeri AR Dövlət Gömrük Komitəsinə dəyişdirilmiş, ##.##.2024-cü il tarixədək həmin Komitənin müxtəlif struktur qurumlarında xüsusi rütbə nəzərdə tutan vəzifələrdə xidmət etmiş, R xüsusi rütbəsi daşımış, dövlət qulluğunun xüsusi növündə xidmət illəri 13 il 8 ay 12 gün olmuşdur. ##.##.2024-cü il tarixdən “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətinə xitam verilmiş, barəsində əmək pensiyası təyin olunması üçün məlumat vərəqi əmək kitabçasının təsdiq edilmiş surəti ilə birlikdə cavabdeh AR Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) göndərilmişdir. ##.##.2024-cü il tarixdən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və ##.##.2024- cü il tarixədək əmək pensiyası ödənilmişdir. Cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli məktubla iddiaçını yaşa görə əmək pensiyasına yenidən baxmaq üçün inzibati icraata dəvət etmiş, iddiaçı ##.##.2025-ci il tarixdə inzibati icraatda iştirak edərək, ona ##.##.2024cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbinə uyğun əmək pensiyası təyin olunduğunu bildirmiş, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının dayandırılmasını qanunsuz hesab edərək etiraz etmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar qəbul edilmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyası ödənişinin dayandırılması qanunsuzdur, iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun kobud surətdə pozulmasıdır. Odur ki, inzibati məhkəmə icraatı qaydasında iddiaçının əmək pensiyası ödənişinin cavabdeh inzibati orqan tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi, iddiaçının əmək pensiyası ödənişinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar qəbul edilməlidir.
7. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, 3- 17-1/2-*****/**** №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində "Dövlət qulluğunun xususı növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət quruqu stajının dövlət qulluğunun xususı növündə qulluq (xidmət) illərinə daxıl edilməsi Qaydası və şərtləri nin təsdiq edilməsi barədə ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin tənzimləndiyini bildirmiş və inzibatı orqan tərəfindən qəbul edilmiş “əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barəda qarar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş İddiaçı dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 3 ay 1 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 19 il 9 ay 1 gün. alı təhsil müddəti 2 il 6 ay) “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14 1-cı maddəsinin # ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, adıçəkilən şəxsə # ###### 2024-cü il tarixdən hərbi qulluqçu (xususi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyas: və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının odənişi Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 37 8 3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən Dövlət Gomruk Komitəsinə sorğu verilmişdir Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən Ə Ağayevin xidmət illərinin 13 il 8 ay 12 gün (təqvimi xidmət illəri 11 il 2 ay 12 gün alı təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kımı. qalan dövrünün isə dövlət qulluqçusu kımı fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibatı icraat haqqında Azərbaycan Respublikası Qanununun 28.1.2-cı maddəsinə əsasən barənizdə inzibatı icraat başlanmışdır Həmin inzibatı icraatın gedişində pensiya nuququna yenidən baxılması zamanı artıq pensiya məbləğinin odəmldıyı müəyyən edilmişdir Belə ki, iddiaçıya vaxtilə qanunvericiliklə müəyyən edilmiş hərbi qulluqçulara bərabər tutulan xususi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi üçün xidmət keçdiyi sonuncu qurum tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş xidmət illəri düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən. İddiaçı vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu ' xususi rütbəli şəxs) kımı yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı İnzibatı icraat haqqında’ Azərbaycan Respublikası Qanununun 28.1.2- ci maddəsinə əsasən inzibatı icraata başlanılmış həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2024-cu ıl tarixli 3- **-*/*-A-******/**** nömrəli məktub göndərilməklə ## ###### 2025-cı il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir Daha sonra Ə Ağayev mülahizənin dınlənılməsı uçun Mərkəzi Filiala ## ###### 2025-cı il tarixdə gəlmiş və ona pensiyası ilə bağlı qanunvericiliyin tələbləri uzrə bütün məlumatlar ətraflı izah olunaraq tərtib edilmiş akt tərəfindən müvafiq qeydlər edilərək mzalanmışdır Bundan sonra ona ödənilən “əmək pensiyasının dayandırılması haqqında" ##.##.2025-cı ıl tarixli *-**-*/*-*-****/**** nömrəli və “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında" ##.##.2025-ci il tarixli *-**-*/*-*- ****/**** nömrəli qərarlar qəbul edilmişdir. Eyni zamanda. ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dovr uzrə iddiaçıya ümumilikdə 25452,35 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. İlk öncə vurğulanmalıdır kı dövlət qulluğu stajının hərbi xidmət stajı ilə birləşdirilərək pensiya təyin edilməsinin mümkünlüyü məşələsi “Əmək pensiyaları haqqında" Qanunla tənzimlənib. Belə kı, həmin Qanunun 9.5.2-cı və 9.5.3-cü maddələrinə əsasən hərbi xidmətdən yaşa, xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına habelə ştatların ixtisarına gorə buraxılmış, buraxıldığı gunə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilir. Göründüyü kımı, 15 ıl hərbi xidmət müddəti olan şəxslərin hərbi xidmətə qəbul edilməzdən əvvəlki mulkı iş stajı, o cümlədən dövlət qulluğu stajı da əmək pensiyası təyin edilərkən nəzərə alınır və həmin ış stajlarına gorə əlavə faizlər hesablanır Deməli pensiyanın müəyyən edilməsi mulkı ış stajının, o cümlədən dövlət qulluğu stajının hə'bı xidmət illərinə birləşdirilməsi DGK nın sözügedən məlumat vərəqlərində tərtib etdiyi kımı Qanunun 9.5.1-cı maddəsi üzrə deyil, 9.5.2-cı və 9.5.3-cü maddələri üzrə təyinat zamanı tətbiq olunur Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi Əmək pesıyaları haqqında" Qanunla müəyyən edilir Həmin Qanunun 1.0.3cu maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dbvlət orqanlarında (dövlət orqanlarının strukturuna daxıl olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir Həmin Qanunun 1.0.4-cu maddəsinə əsasən xususı rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xususı rütbəli şəxslərdir Həmin Qanunun 3.3-cü maddəsinə əsasən. Qanunun 1.0.3-cu maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cu maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006 cı ıl 22 dekabr tarixli *** nömrəli Fərmanının 2.4-cu bəndinə əsasən Qanunun 1.0.4-cu maddəsində müvafiq icra hakimiyyəti orqanları" dedikdə Dövlət Gömrük Komitəsi də nəzərdə tutulur Qanunun 9.5-cı maddəsinin 0# ###### 2024-cu ıl tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kımı yaşa görə əmək pensiyası huququ vardır - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9 5 1-cı maddə): - hərbi xidmətdən yaşa gorə buraxılmış 25 təqvim ılı və daha çox umumı ış stajı olan bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9 5.2-ci maddə); - hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına gorə buraxılmış və buraxıldığı gun 45 və daha çox yaşı. 25 təqvim ılı və daha çox umumı ış stajı olan bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9 5 3- cu maddə) Azərbaycan Respublikası Nazi lər Kabinetinin ## ###### 2007-cı ıl tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Təminat xərclıyının hesablanması, hərbi xidmət müddəti və təminat xərclıyı barədə məlumatların təqdim olunması Qaydalan’na 3-cü hissəsinə əsasən, hərbi və ya xususı rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərclıyı barədə məlumat vərəqi əmək pensiyası huququnun yarandığı tarixdən onun həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə gorə əmək pensiyası almaq huququ olan ailə uzvunun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub- olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna gorə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri 'Zabit heyətinə mənsub şəxslərə Rlərə Rlara. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər ədliyyə, gömrük miqrasiya, 'övqeladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-cı ıl tarixli *** nömrəli Qərarına uyğun hesablanır Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kımı pensiya təyin edilməsi uçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2021-cı ıl tarixli ***-VIQD nömrəli Qanununa uyğun olaraq, Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət qulluğunun xususi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxıl edilməsi Qaydası və şərtlər əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir Buna görə də sözügedən Qayda və şərtlərə əsasən. gömrü< orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kimi fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir Bundan başqa dövlət qulluğu stajının dövlət qulluğunun xususi növundəkı xidmət illərinə daxıl edilib. əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Azərbaycan Respublikası Alı Məhkəməsinin 2023-cu il ## ###### tarixində qəbul etdiyi və iddianı (X2rşı “Əmək pensiyaları haqqında” Qanunun məqsədləri uçun dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxıl edilməsi iddiası) rədd edən *-*(***)-****/**** nömrəli qərarında bildirilir ki, iddia olunan məzmunda tələb o halda təmin oluna bilərdi kı, şəxs qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xususi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və "Əmək pensiyaları haqqında" Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun." Sözügedən məhkəmə qərarının aid olduğu ışın hallarına gorə iddiaçı ədliyyə orqanlarında xususi rütbələr nəzərdə tutulmayan qulluq illərinin dövlət qulluğunun xususi növündə pensiya huququ verən staja aid edilməsini tələb edirdi Baxılan halda da gomruk orqanlarındakı hərbi xidmətə bərabər tutulan xidmət illəri dövlət qulluğunun xüsusi novuna aiddir həmçinin qanunsuz olaraq onlara aid edilmiş stajlar isə xususi rütbələr nəzərdə tutulmayan dövlət qulluğu stajlarıdır Bu qərar Alı Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qəranarın siyahısına daxıl edilərək” (uç ulduz) nişanı ilə nömrələnmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “Əmək pensiyasının təyin edilməsi haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun pensiya hüququnun olmaması əsasını aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən pensiyanın ödənişini dayandırmış və bu barədə iddiaçıya müvafiq məktub ünvanlamışdır. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
11. Hazırki işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
12. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş İddiaçı dair ***- **** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 3 ay 1 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 19 il 9 ay 1 gün, ali təhsil müddəti 2 il 6 ay) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, adıçəkilən şəxsə # ###### 2024-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bildirirlər ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən İddiaçı xidmət illərinin 13 il 8 ay 12 gün (təqvimi xidmət illəri 11 il 2 ay 12 gün, ali təhsil müddəti 2 il 6 ay) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya vaxtilə qanunvericiliklə müəyyən edilmiş hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi üçün xidmət keçdiyi sonuncu qurum tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş xidmət illəri düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən, İddiaçı vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2024-cü il tarixli 3- **-*/*-A-******/**** nömrəli məktub göndərilməklə ## ###### 2025-ci il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Daha sonra İddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ###### 2025-ci il tarixdə gəlmiş və ona pensiyası ilə bağlı qanunvericiliyin tələbləri üzrə bütün məlumatlar ətraflı izah olunaraq tərtib edilmiş akt tərəfindən müvafiq qeydlər edilərək imzalanmışdır. Bundan sonra, ona ödənilən “əmək pensiyasının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli və “əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarlar qəbul edilmişdir. Eyni zamanda, ##.##.2024- ##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 25452,35 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. Məhkəmə iddianı təmin edərkən mövqeyini ilk növbədə iddiaçının əmək pensiyasının dayandırılarkən onun inzibati icraata dəvət edilməməsi, araşdırmanın onun iştirakı olmadan aparılması, onun dinlənilmə hüququnu təmin etmədən pensiyanın ödənişinin dayandırılması ilə əsaslandırmışdır. Sözügedən faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmənin bu mövqeyi əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçı, uzun müddət, yəni 11 il 2 ay 12 gün Dövlət Gömrük Komitəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində Komitənin fəaliyyəti, o cümlədən Komitədə xidmət etmiş şəxslərə pensiya təyinatı ilə bağlı hüquqi aktları bilirdi və ya bilməli idi. Həmçinin iddiaçı bir müddət də dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Belə olan halda, iddiaçı, ən azından dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslərin digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərdiyini bilirdi və ya bilməli idi. İddiaçının bu qənaətə dövlət qulluğunun hər iki növü üzrə işlədiyi dövrdə ona münasibətdə tətbiq edilən imtiyazlar, məhdudiyyətlərin fərqli olmasından da gələ bilərdi. Hazırki iş üzrə etimadın qorunması hüququnun istisna edən hal, yəni iddiaçının pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuz olduğunu bilməli olduğu məqam Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında da göstərilmişdir. Belə ki, həmin qərardadda qeyd edilmişdir ki, “hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluğunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur. Bu halda, məsələn, 24 il dövlət qulluğu stajı olan şəxs cəmi 1 il hərbi qulluqçu və ya həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan xüsusi rütbəli şəxs kimi xidmət etdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edir. Bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilər.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu da hərbi qulluqçu kimi əmək pensiyası təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini hüquqauyğun hesab etməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.3-cü maddə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddə xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir.
Maddə 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Maddə. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin ## ###### 2006cı il *** nömrəli Fərmanı 2.4-cü bənd Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. 3.3-cü maddə Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.
20. ##.##.2024-cü il tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
5.2-ci maddə Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir.
21. “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası 9.5.1-ci maddə Hərbi qulluqçu kimi 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır.
22. Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.3-cü bənd Xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə *** nömrəli Qərara və * nömrəli Qərara uyğun həyata keçirilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. ...
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmiAzərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “Əmək pensiyasının təyin edilməsi haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun pensiya hüququnun olmaması əsasını aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən pensiyanın ödənişini dayandırmış və bu barədə iddiaçıya müvafiq məktub ünvanlamışdır. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
29. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
30. Hazırki işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
31. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
32. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
33. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
34. ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarında göstərilmişdir ki, “....İnzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il ## ###### tarixli Qərarı).
35. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,“İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar olmadıqda güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya ödənişinin dayandırılması Konstitusiyanın 12, 16 və 38-ci maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial təminat hüququna dair müddəaların, habelə vətəndaşların etimad hüququnun qorunması prinsipinin pozulması ilə nəticələnə bilər.
36. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, həmin şəxslər məhz dövlət orqanlarının qərarlarına və hərəkətlərinə etimad etmiş, bir dövlət orqanı məlumat vərəqini göndərmiş, digəri isə məlumat vərəqində hər hansı qanunsuzluq olmadığını qəbul edərək pensiya təyinatı aparmaqla müəyyən müddət ödəmələri həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanların sözügedən hərəkətləri səbəbindən şəxslər pensiyaya çıxmaq kimi həlledici qərarı qəbul etmiş, həyatlarını tamamilə fərqli istiqamətdə planlaşdırmış, eləcə də onların əvvəlki işlərinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir...”
37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
38. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi anoloji məhkəmə təcrübəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarına istinad etsə də sözügedən qərardakı hüquqi mövqe ilk dəfə pensiya təyin olunan şəxslərin işinə münasibətdə oxşarlıq təşkil edir.
39. Hazırkı mübahisə ilə bağlı isə məhkəmə ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeylə oxşar mövqedən çıxış edir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.