Məhkəmə qərarları › İş №e-2-1(3-8)-1207/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-8)-1207/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-1(3-8)-1207/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X1, vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “Abşeron rayonu, Masazır bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv. metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın, plan-ölçünün verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (vəkil tərəfindən elektron kabinet vasitəsilə müraciət edilməklə) “Abşeron rayonu, Masazır bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv. metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın, plan-ölçünün verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat: Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin ** nömrəli, ## ###### 2006-cı il tarixli Qərarına əsasən, Abşeron rayon Masazır bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikmək məqsədi ilə İddiaçı 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 700 manat dəyərini Masazır bələdiyyəsinin xüsusi bank hesabına ödəməli olduğu və ödəmə barədə qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə təqdim edilməsi müəyyən edilmişdir. Torpaq sahəsinin dəyəri ödənildikdən sonra Torpaqların satqısına dair üç nüsxədən ibarət Akt tərtib edilmiş və qeydiyyata alınmışdır. Həmin Akta əsasən Abşeron rayonu, Masazır kəndinin Yeni yaşayış massivi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə lahiyələndirilməsi üçün 600 kv.metr olan *** nömrəli torpaq sahəsi vətəndaş İddiaçı tərəfindən qəbul edilmişdir. Hazırda Abşeron rayon Masazır bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600,0 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində vətəndaş İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsinə zərurət yaranmışdır. Qeyd olunmalıdır ki, ##.##.2025-ci il tarixli müraciət məktubu ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Bakı Ərazi Idarəsinə müraciət edilmişdir. Cavabdeh inzibati orqan ##.##.2026-cı il tarixli cavab məktubu ilə sözügedən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətinin olmadığı bildirilmişdir. Qeyd olunmalıdır ki, Vətəndaş İddiaçı tərəfindən verilmiş # ### 2008-ci il tarixli, *E/****** nömrəli etibarnamə ilə müvafiq səlahiyyətlər X2 həvalə edilmiş, həmçinin bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi müəyyən edilmişdir. Etibarnamə bir may iki min otuz səkkizinci ilədək qüvvədədir. Inzibati orqana müraciət edilərkən İddiaçı tərəfindən X2 verilmiş etibarnamə və X2 tərəfindən vəkil Vəkil verilmiş etibarnamə müraciət məktubuna əlavə edilmişdir. Odur ki, inzibati orqan tərəfindən verilmiş cavab məktubu formal mülahizələrdən ibarət olmaqla əsassızdır. Bu səbəbdən göstərilən formal əsaslar aradan qaldırılaraq sözügedən məsələyə yenidən baxılması məqsədi ilə inzibati orqana təkrar müraciət edilmişdir. Lakin sözügedən müraciət cavabdeh inzibati orqan tərəfindən müvafiq olaraq cavablandırılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Iddia ərizəsinə etiraz daxil olmamışdır. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Aynur Axundova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Vəkil məhkəmə iclasının videokonfrans formatında keçirilməsini xahiş etsə də, ona ##.##.2026-cı il tarixli hüquqi yardım məktubu göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş etibarnamənin ##.##.2026-cı il tarixədək təqdim edilməli olması barədə məlumat verilmişdir. Müəyyən edilmiş müddət ərzində etibarnamə məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin iddiaçını məcburi qaydada məhkəmə icraatına cəlb etmək kimi bir səlahiyyəti və vəzifəsi yoxdur. Iddia tələbinin məhkəməyə verilməsi və müdafiə edilməsi dispozitivlik prinsipinə əsasən iddiaçının üzərinə düşür. Əks halda məhkəmə icraatının qeyri-müəyyən vaxta uzadılmasına, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına səbəb olar. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə tərəfindən izah edilir ki, etibarnamədə nümayəndəyə iddia ərizəsini imzalamağa səlahiyyət verilməsi xüsusi olaraq göstərilməli, inzibati məhkəmə icraatı ilə bağlı işlər üzrə məhkəmələrdə təmsil etmək səlahiyyəti qeyd edilməlidir. Iddiaçının vəkili və nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mahiyyəti üzrə deyil, iddia ərizəsini imzalayan nümayəndənin səlahiyyətinin lazımi qaydada rəsmiləşdirilməməsi kimi aradan qaldırıla bilən formal-prosessual qüsura görə mümkün saymamışdır. Halbuki iddiaçı İddiaçı tərəfindən X2 verilmiş etibarnamədə geniş nümayəndəlik səlahiyyətləri, o cümlədən səlahiyyətlərin başqa şəxsə verilməsi imkanı nəzərdə tutulmuş, X2 tərəfindən də vəkil Vəkil etibarnamə verilmişdir. Məhkəmə nümayəndəlik səlahiyyətinin rəsmiləşdirilməsində çatışmazlıq olduğunu hesab edirdisə, Inzibati Prosessual Məcəllənin 13-cü maddəsindən irəli gələn hüquqi yardım vəzifəsini formal bildirişlə məhdudlaşdırmamalı, həmin qüsurun aradan qaldırılması üçün real prosessual imkan yaratmalı, o cümlədən iddiaçının iddia ərizəsini şəxsən imzalaması və ya iradəsini bilavasitə təsdiq etməsi imkanını təmin etməli idi. Vəkil Vəkil ##.##.2026-cı il tarixli iclasda ölkə hüdudlarından kənarda olması səbəbindən iştirak edə bilməyəcəyini əvvəlcədən bildirmiş, iclasın videokonfrans formatında keçirilməsi, bu mümkün olmadıqda isə başqa tarixə təxirə salınması barədə vəsatətlər vermiş, lakin həmin vəsatətlər təmin edilməmişdir. Bu şəraitdə aradan qaldırılması mümkün olan formal qüsura görə iddianın mümkün sayılmaması həddindən artıq formal yanaşma olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi, həmçinin vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2. Inzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Iş materiallarından görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** nömrəli qərarı ilə Masazır bələdiyyəsinin perspektiv inkişaf fondunun alqısatqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaq sahəsinin dəyəri ödənildikdən sonra torpağın alqı-satqısına dair akt tərtib edilmiş və həmin akta əsasən Masazır kəndinin Yeni yaşayış massivi ərazisində yerləşən 600 kv.metr sahəsi olan *** nömrəli torpaq sahəsi iddiaçı tərəfindən qəbul edilmişdir. Iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ## ###### 2025-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh ## ###### 2026-cı il tarixli cavab məktubunda müraciət edən şəxsin dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətinin olmadığını bildirmişdir. Lakin iş materiallarından görünür ki, inzibati orqana müraciət zamanı İddiaçı X2 verdiyi etibarnamə, eləcə də sonuncunun vəkil Vəkil verdiyi etibarnamə təqdim edilmiş, sonradan formal əsasların aradan qaldırılması məqsədilə təkrar müraciət edilmiş, lakin məsələ həllini tapmadığından hazırkı iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını, əsasən, iddia ərizəsini imzalayan vəkil Vəkil inzibati məhkəmə icraatı üzrə iddia ərizəsini imzalamaq və iddiaçını təmsil etmək səlahiyyətinin qanunvericiliyin tələblərinə uyğun qaydada təsdiq edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ## #### 2026-cı il tarixli hüquqi yardım məktubu ilə müvafiq etibarnamənin təqdim olunmasının tələb edildiyini, müəyyən edilmiş müddətdə belə etibarnamənin təqdim edilmədiyini göstərərək bu çatışmazlığı iddianın mümkün sayılmaması üçün əsas hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın mümkünlüyü onun mahiyyəti üzrə əsaslı olub-olmamasından əvvəl yoxlanılan ilkin prosessual şərtdir. Hazırkı işdə iddianın mümkün sayılmamasına səbəb olan məsələ iddia tələbinin maddihüquqi əsaslarının mövcudluğu və ya mübahisənin inzibati məhkəmə icraatına aidiyyəti ilə deyil, iddia ərizəsinin nümayəndə tərəfindən imzalanması və nümayəndəlik səlahiyyətinin rəsmiləşdirilməsi ilə bağlı formal-prosessual çatışmazlıqla əlaqədar olmuşdur. Belə çatışmazlıq öz xarakterinə görə aradan qaldırılması mümkün olan formal xəta olmaqla, məhkəmənin ilk növbədə həmin xətanın aradan qaldırılmasına yönəlmiş prosessual tədbirlər görməsini tələb edir. Kollegiya hesab edir ki, formal xətanın mövcudluğu müəyyən edildikdə məhkəmənin vəzifəsi dərhal iddianın mümkün sayılmaması nəticəsinə gəlmək deyil, proses iştirakçısına həmin çatışmazlığın mahiyyətini aydın şəkildə izah etmək və onun aradan qaldırılması üçün real və səmərəli imkan yaratmaqdır. Bu yanaşma məhkəmə müdafiəsi hüququnun formal tələblər səbəbindən qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasının qarşısını almağa xidmət edir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən ## #### 2026-cı il tarixli hüquqi yardım məktubunun göndərilməsi özlüyündə hüquqi yardım vəzifəsinin lazımi qaydada yerinə yetirildiyi qənaətinə gəlmək üçün kifayət deyildir. Hüquqi yardım formal bildirişlə məhdudlaşmamalı, aşkar edilmiş qüsurun hansı hərəkətlə aradan qaldırıla biləcəyini proses iştirakçısına aydınlaşdırmalı və həmin hərəkətin həyata keçirilməsi üçün real prosessual imkan təmin etməlidir. Əgər məhkəmə təqdim olunmuş etibarnamələri iddia ərizəsinin nümayəndə tərəfindən imzalanması üçün kifayət hesab etmirdisə, iddiaçıya bu barədə konkret izah verərək onun iddia ərizəsini şəxsən imzalaması, iddianı öz iradəsi ilə verdiyini təsdiq etməsi və bununla da nümayəndəliklə bağlı formal qüsuru aradan qaldırması üçün imkan yaratmalı idi. Belə bir imkanın yaradılması işin mahiyyəti üzrə həllinə əvvəlcədən təsir etmədən, yalnız məhkəməyə müraciət hüququnun səmərəli həyata keçirilməsini təmin edən prosessual tədbir olardı. Iş materiallarından həmçinin görünür ki, vəkil Vəkil ## #### 2026-cı il tarixli məhkəmə iclasında ölkə hüdudlarından kənarda olması səbəbindən iştirak edə bilməyəcəyini əvvəlcədən məhkəməyə bildirmiş, iclasın videokonfrans formatında keçirilməsi, bu mümkün olmadıqda isə başqa tarixə təxirə salınması barədə vəsatətlər təqdim etmişdir. Həmin vəsatətlərin mövcudluğu da tərəfin prosessual çatışmazlığın aradan qaldırılmasından yayınmadığını, əksinə, prosesdə iştirak imkanının təmin edilməsinə çalışdığını göstərir. Bundan əlavə, IPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, habelə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu normanın mahiyyətindən irəli gəlir ki, aradan qaldırılması mümkün olan formal qüsur şəxsin məhkəmə müdafiəsi hüququnu birdəfəlik məhdudlaşdıran maneəyə çevrilməməli, məhkəmə həmin qüsurun düzəldilməsi üçün proses iştirakçısına əməli və səmərəli hüquqi yardım göstərməlidir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi nümayəndəlik səlahiyyətinin rəsmiləşdirilməsini yetərli hesab etmədiyi halda, həmin qüsurun iddiaçının şəxsən iştirakı və imzası ilə aradan qaldırılması imkanını təmin etmədən iddianı mümkün saymamışdır. Belə yanaşma formal xətaların aradan qaldırılmasında məhkəmənin yardım etmək vəzifəsinin mahiyyəti ilə uzlaşmır. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, ## ######## 2026-cı il tarixli apellyasiya məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş və iddia ərizəsini imzalamışdır. Bununla da birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına əsas kimi götürdüyü imza və nümayəndəliklə bağlı formal çatışmazlıq faktiki olaraq aradan qaldırılmışdır. Iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı şəxsən iştirak edərək iddia ərizəsini imzalaması eyni zamanda göstərir ki, sözügedən çatışmazlıq işin mahiyyətinə və iddiaçının məhkəmə müdafiəsi iradəsinin mövcudluğuna aid deyilmiş. Bu hal birinci instansiya məhkəməsinin daha az məhdudlaşdırıcı prosessual vasitələrdən istifadə etməklə formal xətanı aradan qaldıra biləcəyini təsdiq edir. Kollegiya bu baxımdan hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək iradəsi aydın olduğu, onun vəkili tərəfindən iş üzrə prosessual hərəkətlər edildiyi, həmçinin məhkəmə iclasında iştirakın təmin edilməsi üçün vəsatətlər verildiyi və formal çatışmazlığın aradan qaldırılması obyektiv olaraq mümkün olduğu halda, birinci instansiya məhkəməsinin iddianı mümkün saymaması prosessual formalizmin məhkəmə müdafiəsi hüququndan üstün tutulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquqi yardım institutunun məqsədi proses iştirakçısının əvəzinə prosessual hərəkətləri həyata keçirmək deyil, onun yol verdiyi və aradan qaldırılması mümkün olan formal xətanın məhkəmə müdafiəsinə çıxışa maneə yaratmamasını təmin etməkdir. Bu səbəbdən məhkəmənin iddiaçını məcburi qaydada prosesə cəlb etmək vəzifəsinin olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi, formal qüsurun aradan qaldırılması üçün iddiaçıya lazımi imkan yaradılması vəzifəsini aradan qaldırmır. Başqa sözlə, dispozitivlik prinsipi iddiaçının öz tələbinin taleyini müəyyən etmək hüququnu ifadə etsə də, həmin prinsip məhkəməni IPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım vəzifəsindən azad etmir. Iddiaçı iddiadan imtina etməmiş, əksinə, nümayəndəsi vasitəsilə iddianı müdafiə etmiş və məhkəmə iclasında iştirak imkanının yaradılmasını xahiş etmişdir. Bu halda onun iddiasının sırf aradan qaldırıla bilən imza və nümayəndəlik qüsuruna görə mümkün sayılmaması dispozitivlik prinsipinin məqsədinə də uyğun hesab edilə bilməz. Bundan əlavə, IPM-in 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə hüquqi məsələlər, sübutlar və faktiki hallar əsasında mahiyyəti üzrə tam həcmdə baxdığından, ## ######## 2026-cı il tarixli iclasda iddiaçının şəxsən iştirak etməsi və iddia ərizəsini imzalaması hazırkı apellyasiya baxışı zamanı nəzərə alınmalı olan haldır. Beləliklə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi formal-prosessual çatışmazlıq həm öz xarakterinə görə aradan qaldırıla bilən olmuş, həm də apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin şəxsən imzası ilə aradan qaldırılmışdır. Bu səbəbdən həmin formal qüsurun iddianın məhkəmə baxışından kənarda saxlanılması üçün davam edən prosessual maneə kimi qəbul edilməsi əsaslı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mərhələdə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinin maddi-hüquqi baxımdan əsaslı olub-olmamasına qiymət verilmir. Birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul etmədiyindən, formal qüsur aradan qaldırıldıqdan sonra iddia tələbi üzrə faktiki və hüquqi halların tam araşdırılması həmin məhkəmə tərəfindən davam etdirilməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq iddiaçının aradan qaldırılması mümkün olan və artıq aradan qaldırılmış formal xətaya görə işin mahiyyəti üzrə məhkəmə araşdırmasına çıxışdan məhrum edilməsi ilə nəticələnərdi. Belə nəticə məhkəmənin hüquqi yardım vəzifəsinə və səmərəli məhkəmə müdafiəsi prinsipinə uyğun olmazdı. Nəticə etibarilə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi formal çatışmazlığın aradan qaldırılması üçün zəruri və kifayət qədər hüquqi yardım göstərmədən və tərəfə bu məqsədlə real prosessual imkan yaratmadan iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının şəxsən iştirak etməsi və iddia ərizəsini imzalaması, habelə iş materiallarında vəkilin iştirakın təmin edilməsi məqsədilə təqdim etdiyi vəsatətlərin mövcudluğu nəzərə alındıqda, birinci instansiya məhkəməsinin əsaslandığı formal maneənin iddianın sonrakı baxışına əngəl təşkil etmədiyi qənaətinə gəlinir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamış, aradan qaldırılması mümkün olan formal-prosessual qüsurla bağlı IPM-in 13-cü maddəsindən irəli gələn hüquqi yardım vəzifəsi lazımi qaydada yerinə yetirilməmiş və nəticədə iddiaçının işinə mahiyyəti üzrə baxılması əsassız olaraq istisna edilmişdir. IPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı “Abşeron rayonu, Masazır bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv. metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın, plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar