Məhkəmə qərarları › İş №e-2-1(3-8)-1258/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-8)-1258/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-1(3-8)-1258/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi İsmayılzadə Ləman Mətləb qızının, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1n nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı “iddiaçıya ## ###### 2022-ci il tarixindən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya ## ###### 2022-ci il tarixindən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 2011-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində R rütbəsində xidmət etmişdir. 2016-cı ildə Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi HəkimEkspertiza Komissiyası və Səhiyyə Nazirliyinin Psixiatriya Xəstəxanaları tərəfindən müayinə edilmiş və aşağıdakı diaqnozla əlillik müəyyən edilmişdir: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi yaddaş intellektin enməsi psixota bənzər davranış və tez-tez baş verəndekompensasiyalda” “Yüngül dərəcəli miopiya (OUM1,OD)”, və bu xəstəliklərin hərbi xidmət dövründə yaranması tibbi sənədlərlə təsdiqlənmişdir. Bu əsasla da xəstəlik haqqında №**** sayı şəhadətnaməyə əsasən ## ###### 2017-ci il tarixdə II qrup əlillik təyin olunmuş və əlilliyə görə əmək pensiyası müəyyən edilmişdir (əlavə olunur: Xəstəlik haqqında şəhadətnamə №****, stasionar epikrizlər, TSEK qərarları, FHN göndərişi və digər tibbi sənədlər). Lakin sonradan 2022-ci ilin ## ###### tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra cavabdeh) tərəfindən qanunsuz şəkildə, hər hansı tibbi əsas və ya yeni ekspert rəyi təqdim edilmədən, əlilliyinin dərəcəsi II qrupdan III qrupa endirilərək pensiyası azaldılmış və daha sonra da ümumiyyətlə əliliyi ləğv edilərək sonuncu ## #### 2025-ci il tarixli qiymətləndirilməyə görə əlillik təyin edilməsindən ümumiyyətlə imtina edilmiş və səbəb olaraq da diaqnozun əlillik təyin etməməsi göstərilmiş və ona pensiya ödənişi tamamilə dayandırılmışdır. Əlilliyin ilkin müəyyən edilməsi hərbi xidmət dövründə yaranmış xəstəliklə birbaşa səbəb əlaqəsinə görə aparılmış və tibbi sənədlərlə təsdiqlənmişdir (FHN-in göndərişi, N saylı hərbi hissə üzrə şəhadətnamə №****). Əlilliyin dəyişdirilməsi və yenidən qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2008ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 14-b maddəsinin III qrafasının tələbləri pozulmuşdur. Yenidən ekspertiza və ya müstəqil tibbi rəy iddiaçının iştirakı olmadan, hüquqi əsaslandırma və tibbi göstəricilər təqdim edilmədən aparılmışdır. Əlillik dərəcəsinin dəyişdirilməsi “Əlilliyin müəyyən edilməsi meyarları haqqında Qaydalara" və “Əmək pensiyaları haqqında” Qanunun 19 və 25-ci maddələrinə zidd şəkildə həyata keçirilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Göndərişin nömrəsi: unikal kopRəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: xüsusiMüraciətlərin sayı: ##.##.2017 MDE;##.##.2017 MDE;##.##.2017-##.##.2022 (5 il) II dərəcə HXD;14.03.202331.12.2024 (2 il) OFP 50% HXD (ESDAS 3-17-4/3-1- 12966/2023).Təqdim edilmiş sənəd sayı: 19Hərbi bilet: AO N№*******Hərbi xidmət illəri: ##.##.2003-##.##.2016 Hərbi rütbə: RXHŞ-FHN HHK ##.##.2016-cı il tarixli **** nömrəli Xəstəlik haqqında ŞəhadətnaməObyektiv müayinə: Vətəndaşın hazırki obyektiv vəziyyətinin müayinəsi zamanıbaşağrılarından, əsəbilikdən, qarın ağrılarından şikayətlənmişdir. Müayinə otağına qorxduğuüçün dayısı ilə birlikdə daxil olmaq istədiyini bildirmişdir. Əsəbilik zamanı yoldaşına vəövladlarına şiddət göstərdiyini qeyd etmişdir. Təyin edilmiş medikamentoz preparatlarıürəkbulanma və qusma səbəbi ilə qəbul edə bilmədiyini söyləmişdir. Özünə xəsarət yetirdiyini,başını divara vurduğunu söyləmişdir. Atasının və qardaşının da psixi xəstəlikləri olduğunubildirmişdir.Psixiatrik müayinə:(Rəhimbəyova Çinarə)-Zahirən səliqəsiz olmuş, hərbi formaya bənzərforma geyinmiş, otağa nümayişkarcasına daxil olmuş, ayağında olan rezin ayaqqabınıçıxararaq "Otağa elə girsəm günahdır" kimi ifadələr səsləndrmişdir. Ünsiyyətə qoşulmuş,simulyativ sayıqlama (deleryant və ya psixotik nitqə uyğun davranışlar) psixi xəstəlikgörüntüsü yaratmaq məqsədi ilə vətəndaş tərəfindən bilərək təqdim olunan, reallıqdan uzaq,lakin psixotik görünüşlü və nitqlərdə özünü göstərmişdir. Bələdliyi tam qorunmuş, yaddaşınınolmamasını desə də, müayinə əsasında heç bir təsdiqini tapmamışdır. Ailə və məişət adaptasiyası izlənilmiş, uşaqlarının bəzilərinin yaşlarını söyləmişdir (12 və 3 yaş). Nitqində təbiipsixotik axın müşahidə edilməmiş, emosional vəziyyəti sozləri ilə uyğun olmamışdır.Davranışları sakit, hərəkətləri koordinasiyalı, məqsədyönlü və təhlükəsiz olmuş, göz təmasıqurmuşdur. Dərman qəbulu barədə məlumat verə bilməmiş, dərmanlarını anasının verdiyinibildirmiş, bunu həyat yoldaşının ondan qorxması ilə əlaqələndirmişdir. Həyat yoldaşının ondanayrılmama səbəbini maddi asılılıqla və övladlarının çox olması ilə (7 (yeddi) övladı var) məntiqlişəkildə izah etmişdir. Psixoz vəziyyətində olan bir xəstənin tənqidinin və mühakimə, analizetmə qabiliyətinin belə qoruması da uygunsuz olmuşdur.DTSERA-da aparılmış laborator və İnstrumental müayinələr: aparılmamışdır.Qərarın əsaslandırılması: aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasənhazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır.Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli 187nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraqDiaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya sonuncu göndəriş tibbi müəssisəsi tərəfindən ##.##.2025-ci il tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqanın imtina qərarı ##.##.2025-ci il tarixdə qəbul edilsə də, iddia ərizəsi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Bu halda məhkəmə hesab edir ki, iddiaçının adına ilk öncə tibb müəssisəsində yeni göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında iddiaçı əyani müayinə edilməklə cavabdeh orqan tərəfindən müvafiq qərar qəbul edilməlidir. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və ya hərəkətsizliyindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər. Həmçinin, iddiaçının göndərişin rəsmiləşdirilməsindən imtina edən tibb müəssisəsinin hərəkət və ya hərəkətsizliyini mübahisələndirmək hüququ vardır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə ona prosessual müddətin bərpası barədə ərizə vermək hüququnu izah etməmiş və bu hüquqdan istifadə üçün yardım göstərməmişdir. İddiaçı hüquqi biliklərinin və vəkilə müraciət etmək üçün maddi imkanının olmadığını, iddia ərizəsinin hazırlanması üçün vəsait topladıqdan sonra məhkəməyə müraciət etdiyini bildirərək müddətin üzrlü səbəbdən buraxıldığını göstərmişdir. Qərardadın ləğvindən sonra müddətin bərpasına dair ərizə verəcəyini qeyd etmiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinici ninstansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Əlavə olaraq qeyd etdilər ki, onlara məhkəməyə müraciət etməkləri izah edilsə də müddətin tətbiq edilməsindən iddiaçının xəbəri olmayıb. Bundan başqa həmin vaxt vəkil ilə də müqavilə bağlamağa maddi imkanlarının olmadığını, eyni zamanda üzürlü səbəblər barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinici ninstansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2 Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının məqsədi ona ## ###### 2022-ci il tarixindən ikinci dərəcəli əlilliyin təyin edilməsinə nail olmaqdır. İddiaçı mahiyyət etibarilə cavabdehin əvvəlki imtinasının ayrıca ləğvini deyil, onun xeyrinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul olunmasını tələb edir. Buna görə də iddianın hüquqi növü tələbin ifadə formasına deyil, iddiaçının məhkəmə müdafiəsi nəticəsində əldə etmək istədiyi hüquqi nəticəyə əsasən müəyyən edilməlidir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara məcburetmə haqqında iddia qaydasında baxılır. İPM-in 33.1 və 33.2-ci maddələrinin mənasına görə, arzu olunan inzibati aktın qəbulundan imtina edilməsi məcburetmə haqqında iddianın irəli sürülməsinə əsas verən hallardandır. Deməli, imtina qərarının mövcudluğu iddianı öz-özlüyündə mübahisələndirmə haqqında iddiaya çevirmir. İmtinanın qanuniliyinin yoxlanılması iddiaçının xeyrinə inzibati aktın qəbuluna yönəlmiş məcburetmə tələbinin həlli çərçivəsində aparılır. Həmin məqsədə xidmət edən imtinanın aradan qaldırılması məsələsi də ayrıca və müstəqil hüquqi nəticə kimi qiymətləndirilməməlidir. Kollegiya hesab edir ki, hazırkı tələb məcburetmə haqqında iddiadır. Birinci instansiya məhkəməsi də ## #### 2026-cı il tarixli qərardadında iddianı bu qaydada nəzərə almış və İPM-in 38.2-ci maddəsinə istinad etmişdir. İddiaçının əvvəlki illərdə əlillik statusuna malik olması və tələbini ## ###### 2022-ci il tarixindən irəli sürməsi onun hazırda məhkəmədən arzuladığı inzibati aktın qəbulunu tələb etməsi faktını dəyişmir. Eyni zamanda sonuncu imtinaya istinad edilməsi iddiaçının ərizədə göstərdiyi başlanğıc tarixinin məhkəmə tərəfindən öz təşəbbüsü ilə dəyişdirilməsi kimi başa düşülməməlidir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İş üzrə müəyyən edilmiş hallara görə, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün sonuncu göndəriş ## ### 2025-ci il tarixində rəsmiləşdirilmiş, cavabdeh tərəfindən # #### 2025-ci il tarixində əlillik təyin edilməsindən imtina olunmuş, iddia ərizəsi isə # ### 2026-cı il tarixində məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətində, həmçinin apellyasiya baxışında iddiaçı məhkəməyə müraciətin gecikməsini hüquqi biliklərinin və maddi imkanlarının olmaması ilə izah etmiş, məhz buraxılmış müddətin bərpasına şərait yaradılmadığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 38.2-ci maddəsinə əsasən, 30 günlük iddia müddəti imtina qərarının qəbul edildiyi tarixdən deyil, həmin qərarın iddiaçıya təqdim edildiyi və ya imtina barədə ona yazılı məlumat verildiyi tarixdən hesablanır. Buna görə də müddətin ötürülüb-ötürülməsinin müəyyən edilməsi üçün imtina qərarının iddiaçıya nə vaxt təqdim edildiyi və ya bu barədə onun nə vaxt yazılı məlumatlandırıldığı nəzərə alınmalıdır. Hazırkı apellyasiya şikayətinin əsas dəlili müddətin buraxılmasına səbəb olduğu bildirilən halların üzrlü sayılması və birinci instansiya məhkəməsinin bu məsələdə yardım vəzifəsini yerinə yetirməməsidir. Kollegiya həmin dəlili yalnız ayrıca ərizənin verilibverilməməsi baxımından deyil, iddiaçının istinad etdiyi halların müddətin bərpasına əsas yarada bilib-bilməməsi baxımından da qiymətləndirir. Şikayətin məzmununda müddətin bərpasının tələb olunması həmin mövqeyə mahiyyəti üzrə hüquqi münasibət bildirilməsini zəruri edir. İPM-in 24.1-ci maddəsinin tətbiqi üçün müddətin buraxılması faktı ilə yanaşı, buraxılmanın proses iştirakçısının təqsiri olmadan baş verdiyi də müəyyən edilməlidir. Bu zaman məhkəməyə vaxtında müraciətə mane olmuş konkret hal, onun davam etdiyi dövr və həmin hal ilə gecikmə arasındakı səbəbli əlaqə qiymətləndirilir. Müddətin bərpası imkanının qanunda nəzərdə tutulması hər bir gecikmənin birbaşa olaraq üzrlü hesab edilməsini nəzərdə tutmur. Məhkəmə kollegiyasının iclasında iddiaçı və nümayəndəsi müddət barədə məlumatsız olduqlarını, həmin vaxt vəkillə müqavilə bağlamağa maddi imkanlarının çatmadığını bildirmiş, eyni zamanda məhkəməyə bu hallarla bağlı sübut təqdim edə bilməyəcəklərini ifadə etmişlər. Beləliklə, məsələ yalnız birinci instansiyada təqdim edilməmiş sənədin apellyasiya mərhələsində təqdim olunması zərurətindən ibarət deyildir. İddiaçının öz izahatından da müddətin təqsirsiz buraxılmasını əsaslandıracaq əlavə sübut təqdim etmək imkanının olmadığı görünür. Kollegiya bu izahatı iddiaçının əlilliklə bağlı maddi hüququnun mövcud olmadığının etirafı kimi qiymətləndirmir. Həmin izahatın prosessual əhəmiyyəti müddətin bərpasına əsas göstərilən halların sübutlandırılması ilə məhdudlaşır. Əlilliyə dair tibbi sənədlərin mövcudluğu ilə məhkəməyə müraciət müddətinin üzrlü səbəbdən buraxılmasının sübuta yetirilməsi müxtəlif məsələlərdir və biri digərini avtomatik olaraq əvəz etmir. Hüquqi biliklərin olmaması və məhkəməyə müraciət müddətinin bilinməməsi özlüyündə qanunla müəyyən olunmuş müddətin tətbiqini aradan qaldırmır. Bununla belə, şəxsin hüquqi müdafiə qaydası barədə məlumatlandırılması ilə bağlı qanundan irəli gələn təminatlar da nəzərdən qaçırılmamalıdır. Hazırkı şikayətdə irəli sürülmüş ümumi hüquqi məlumatsızlıq dəlili məhkəməyə müraciəti konkret dövr ərzində obyektiv olaraq mümkünsüz edən halın əsaslandırılması ilə eyniləşdirilə bilməz. İddiaçının maddi vəziyyəti ilə bağlı dəlili də fərdi hallar nəzərə alınmaqla qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsində iddia qaldırılması üçün vəkillə ödənişli müqavilə bağlanması məcburi şərt deyildir. Buna görə yalnız seçilmiş hüquqi yardımın haqqını ödəyə bilməmək bütün məhkəmə müdafiəsi imkanlarının aradan qalxmasını göstərmir. Maddi çətinliyin məhz hansı zəruri prosessual hərəkəti, hansı müddət ərzində və nə üçün mümkünsüz etdiyi əsaslandırılmadan həmin dəlil müddətin bərpası üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası iddiaçının keçmişdə əlillik statusuna malik olmasını və xəstəliklə bağlı izahatlarını da nəzərə alır. Lakin xəstəliyin mövcudluğu ilə onun müvafiq müddətdə məhkəməyə müraciət etmək, kömək istəmək və ya nümayəndə vasitəsilə hərəkət etmək imkanına faktiki təsiri ayrıca qiymətləndirilməlidir. Tibbi diaqnozun özü prosessual müddətin təqsirsiz buraxılmasını təsdiqləmir. Bunun üçün xəstəliklə müraciətin gecikməsi arasında konkret əlaqə göstərilməlidir. İddiaçının izahatlarında belə əlaqəni təsdiq edən əlavə sübut təqdim olunmamışdır. İPM-in 12 və 13-cü maddələri məhkəmədən işin əhəmiyyətli hallarının araşdırılmasını və proses iştirakçılarına zəruri prosessual yardım göstərilməsini tələb edir. Bu vəzifələr müddətin bərpası məsələsinə də şamil olunur. Lakin yardım vəzifəsi tərəfin əvəzinə baş verməmiş fakt yaratmaq, sübutla təsdiqlənməyən maneəni mövcud hesab etmək və ya qanuni müddəti əsaslandırma olmadan bərpa etmək vəzifəsi deyildir. Şəxsin öz həyat şəraitinə aid etdiyi maneələr barədə konkret məlumat verməsi və araşdırmada iştirak etməsi də zəruridir. İddiaçının “qərardad ləğv edildikdən sonra müddətin bərpasına dair ərizə verəcəyəm” dəlili özlüyündə qərardadın ləğvi üçün kifayət etmir. Ərizənin gələcəkdə verilməsi niyyəti onun təmin olunması üçün zəruri faktiki əsasların mövcudluğunu göstərmir. Kollegiya iddiaçının müddət bərpa barədə iradəsini apellyasiya şikayətinin məzmunundan nəzərə alaraq göstərdiyi səbəblərə qiymət verdiyindən, həmin səbəblərin yalnız ayrıca sənəd şəklində təkrar ifadə edilməsi işin nəticəsinə təsir edən yeni hal yaratmır. Bu baxımdan birinci instansiya məhkəməsində müddətin bərpasına dair hüququn kifayət qədər izah olunmaması barədə dəlil onun konkret prosessual nəticəsi ilə birlikdə qiymətləndirilməlidir. Apellyasiya baxışında iddiaçı və nümayəndəsi gecikmənin səbəblərini bildirmiş, onların mövqeyi dinlənilmiş və sübut təqdim edə bilmədikləri barədə izahatlarına hüquqi qiymət verilmişdir. Buna görə ilkin icraatda yol verildiyi bildirilən çatışmazlığın bu mərhələdə aradan qaldırıla bilməyən hansı maneə yaratdığı və işi geri qaytarmağın hansı əlavə araşdırmanı təmin edəcəyi göstərilməlidir. İPM-in 87.7-ci maddəsi işin birinci instansiya məhkəməsinə qaytarılmasını icraatın davam etdirilməsinin zəruri olduğu müstəsna hallarla bağlayır. Həmin maddənin 87.7.2-ci bəndində birinci instansiyada mahiyyəti üzrə qərar qəbul edilməməsinin nəzərdə tutulması hər bir mümkünsüzlük qərardadının birbaşa ləğv olunmasını tələb etmir. Əvvəlcə mümkün sayılmama əsasının aradan qalxıb-qalxmadığı və iş üzrə icraatın davam etdirilməsinə real zərurətin olub-olmadığı müəyyən edilməlidir. Kollegiyanın qənaətinə görə, müddətin bərpasına əsas kimi göstərilən hallar apellyasiya baxışı zamanı müzakirə edilmiş, iddiaçı isə həmin halları təsdiq edən hər hansı sübutunun olmadığını və belə sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Belə olan halda, eyni məsələnin birinci instansiya məhkəməsində yenidən araşdırılması üçün qərardadın yalnız formal səbəbdən ləğv edilməsi zəruri hesab oluna bilməz. İddiaçının özünün də təqdim edə bilməyəcəyini bildirdiyi sübutun gələcəkdə əldə olunacağı ehtimalı işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması üçün kifayət etmir. Prosessual qənaət prinsipi baxımından məhkəmə hərəkəti işin düzgün həllinə və hüququn səmərəli müdafiəsinə konkret töhfə verməlidir. Eyni izahatların təkrar alınması və əlavə faktiki əsas göstərilmədən eyni bərpa məsələsinin yenidən müzakirəsi icraatın uzanmasına və tərəflərin əlavə vaxt sərf etməsinə səbəb olar. Apellyasiya instansiyasında qiymətləndirilə bilən dəlilə yalnız birinci instansiyanın təkrar baxması üçün işin geri qaytarılması məhkəmə müdafiəsinin səmərəliliyini artırmır. Bununla yanaşı, prosessual qənaət prinsipi iş üzrə əhəmiyyətli halların araşdırılmamasına əsas vermir. Məhkəmə ilk növbədə iddia müddətinin nə vaxt başladığını müəyyən etməli, bunun üçün imtina qərarının iddiaçıya nə vaxt təqdim edildiyini və ya bu barədə ona nə vaxt yazılı məlumat verildiyini araşdırmalıdır. Müddətin başlanma tarixinin müəyyən edilməsi ilə həmin müddətin bərpası üçün əsasların mövcudluğu ayrı-ayrı məsələlərdir. Buna görə də iddiaçının müddətin bərpasına dair sübut təqdim edə bilməməsi, iddia müddətinin başlanma tarixinin müəyyən edilməsi zərurətini aradan qaldırmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddianın mümkün sayılmaması iddiaçının gələcəkdə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etmək hüququnu aradan qaldırmır. Qəbul edilmiş qərardad iddiaçının əlilliyinin olub-olmaması məsələsini mahiyyəti üzrə həll etmir, yalnız hazırkı iddiaya məhkəmədə baxılması üçün tələb olunan prosessual şərtlərin mövcudluğuna aiddir. Belə ki, iddiaçı səhhətinin və funksional pozuntularının qiymətləndirilməsi üçün səlahiyyətli tibb müəssisəsinə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni göndərişin rəsmiləşdirilməsi və onun əsasında əlilliyinin yenidən qiymətləndirilməsi imkanından istifadə edə bilər. Yeni müraciət üzrə qəbul edilən qərardan və ya yol verilən hərəkətsizlikdən narazı qaldıqda, müvafiq mümkünlük şərtlərinə və müddətlərə əməl etməklə inzibati və məhkəmə müdafiəsinə müraciət etmək hüququ saxlanılır. Göndərişin rəsmiləşdirilməsindən imtina və ya bu sahədə hərəkətsizlik də qanunda nəzərdə tutulan qaydada hüquqi müdafiənin predmeti ola bilər. Kollegiya vurğulayır ki, iddiaçının yenidən müraciət etmək imkanının olması əvvəlki imtina ilə bağlı buraxılmış müddətin bərpa olunması və ya ona ## ###### 2022-ci il tarixindən əlillik təyin edilməsi məsələsinin həll edilməsi anlamına gəlmir. Yeni müraciət əsasında başlanacaq inzibati icraatın predmeti, qiymətləndiriləcək dövr və qəbul ediləcək qərarın hüquqi nəticələri həmin müraciətin məzmunu, təqdim olunacaq sənədlər və tətbiq edilməli hüquq normaları əsasında müəyyən ediləcəkdir. Bununla yanaşı, iddiaçının yenidən müraciət etmək imkanının qalması onun gələcəkdə hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququnun saxlanıldığını göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpasına dair izahatlar apellyasiya baxışı zamanı qiymətləndirilmiş, iddiaçı həmin halları təsdiq edən sübut təqdim edə bilmədiyini bildirmiş və məsələnin yenidən araşdırılmasını zəruri edən hər hansı əlavə hal göstərməmişdir. Belə olan halda, işi yalnız müddətin bərpasına dair ayrıca ərizə verilməsinə şərait yaratmaq məqsədilə birinci instansiya məhkəməsinə qaytarmağa zərurət yoxdur. Apellyasiya şikayətində göstərilən məhkəməyə müraciət qaydası və müddəti barədə məlumatın olmaması, eləcə də maddi çətinliklə bağlı ümumi dəlillər müddətin iddiaçının təqsiri olmadan buraxıldığını təsdiq etmədiyindən, həmin dəlillər qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar