Məhkəmə qərarları › İş №e-2-1(3-8)-721/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-8)-721/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-1(3-8)-721/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya alacaq şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “kompensasiya ödənilməli şəxslərin siyahısına əlavə edilərək, ona 700 manat kompensasiya ödənilməsi barədə məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi “İddiaçı kompensasiya alacaq şəxslərin siyahısına əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"xxxx ASC ilə iddiaçı Cəfərbəyli (Həbilova) Aliyə Əyyub qızı və X3 arasında bağlanmış ## #### 2015-ci il tarixli, **** saylı kredit müqaviləsinə əsasən ona 5443 (beş min dörd yüz qırx üç) USD (ABŞ dolları), 22 (iyirmi iki) sent məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə olaraq qrafik verilmiş və ödənişlərinin həmin qrafikə uyğun aparılması barədə razılığa gəlinmişdir. Həmin kredit müqaviləsi bağlandıqdan demək olar ki, 4 ay sonra ölkədə ikinci devalivasiya olmuş və ##.##.2015-ci il tarixdə ABŞ Dolları bahalaşaraq 1 ABŞ dolları 1.55 AZN olmuşdur. Ödəniş qabiliyyəti olmadığından gecikmələr olmuş və kreditin ödənilməsində problemlər yaranmışdır. Ödəniş qrafikində qeyd edilən məbləğ olmasa da, tərəfindən ödənişlərin edilməsi davam etdirilmiş və 2016-cı ilin sonu tarixinə qədər müəyyən məbləğdə Banka pul ödənilmişdir. Dəfələrlə müraciətlərinə baxmayaraq Bank və Palata ona kompensasiya verilməsində heç bir yardım etməmişdir. Bu çətin yolda yenə də dövlət yardımçı oldu. Lakin yenə də Bank və Palata tərəfindən həmin güzəştlərin ona tətbiq olunması məhdudlaşdırılmışdır. Qeyd edir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hakimi X2, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiaçı-Cəfərbəyli (Habilova) Aliyə Əyyub qızına və X3 qarşı ## #### 2015-ci il tarixli, **** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 5.443 (beş min dörd yüz qırx üç) ABŞ dolları 22 sent, faiz borcu qismində 1.530 (min beş yüz otuz) ABŞ dolları 96 sent, cəmi 6.964 (altı min doqquz yüz altımış dörd) ABŞ dolları 18 sent və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaitinin iddiaçı və X3 müştərək qaydada iddiaçı "xxxx"xxxx" ASC-nin xeyrinə tutulması tələbini təmin etmişdir. Tərəfindən xxxx BOKT ASC-yə etdiyi müraciətə ## #### 2023-cü il tarixində cavab olaraq 2358 ABŞ dolları borcunun olduğu bildirilmişdir ki, bu rəqəmdə sözü gedən konpensasiya hesablanacağı təqdirdə əvəzlənərək əksinə kredit təşkilatının ona borcu yaranacaqdır. Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, MKR, Kredit təşkilatının verdiyi məlumatlar əsasında hesablanır və barələrində kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində fərman tarixinədək məlumat aşkar olunmamışdır. Bu da onu təsdiq edir ki, kredit təşkilatının qərəzli olaraq səhvi nəticəsində ona öhdəlik yaranmışdır. Məhkəmə ## ##### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsi ilə işi icraya yönəltmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ##.##.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ## ##### 2017-ci il tarixli icra vərəqəsinin təkrarən icraya yönəldilməsini xahiş etmişdir və məhkəmə tərəfindən yenidən icraya yönəldilmişdir. Yuxarıda qeyd etdiyi kimi 2015ci ildə "xxxx"xxxx ASC-dən kredit almışdır. Lakin ona məlum olmayan səbəblərdən krediti yuxarıda qeyd etdiyi fərmanın əhatə dairəsinə düşməsinə baxmayaraq kompensasiya verilməsi təmin edilməmişdir. Bununla bağlı yazılı və onlayn elektron vasitələrlə Banka və Palataya müraciətlər etmişdir. Qaydalara və təqdim etdiyi rəsmi sənədlərə əsasən iddiaçının krediti bu qaydaların 3.1.2-ci bəndinin əhatə dairəsinə düşür və ona kompensasiya ödənilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanının icrası Mərkəzi Bankın ##.##.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla “xxxx” BOKT ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmiş, elektron qaydada sorğulanmış məlumatlar sırasında qeyd edilən müqaviləyə dair hər hansı sənədlər təqdim olunmamışdır. Bu səbəbdən həmin müqavilə Fərman üzrə nəzərdən keçirilməmişdir. "xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına uyğun olaraq, xarici valyutada olan problemli kreditlər üzrə kompensasiya mexanizminin icrası zamanı “xxxx BOKT” ASC tərəfindən bütün tələblərə riayət edilmişdir. BOKT tərəfindən verilmiş kreditlər üzrə məlumatlar Mərkəzləşdirilmiş Kredit Reyestrinə qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında təqdim edilmişdir. Kredit tarixçələrinin formalaşdırılması prosesində BOKT-un üzərinə düşən öhdəliklər tam şəkildə icra olunmuşdur. 2019-cu ildə texniki səbəblərdən hər hansı müştərinin məlumatlarının kompensasiya mexanizmi çərçivəsində nəzərə alınmaması ehtimalı ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılmış və müvafiq dövrdə müştərilərə həmin Komissiyada qeydiyyatdan keçmək imkanı da verilmişdir. Əlavə olaraq bildirirlər ki, kompensasiya ödənişi hüququ yaranan müştərilər üzrə hesablamalar birbaşa nəzarət orqanı tərəfindən aparılmış, müvafiq siyahılar rəsmi qaydada BOKT-a təqdim edilmiş, BOKT isə təqdim olunan siyahılara əsasən kompensasiya ödənişlərini icra etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin ######ın ##-də başa çatmışdır. Göründüyü kimi yuxarıda qeyd edilən Qaydalarda fərmanın icrası mexanizmi müəyyən edilmiş, müraciətlərin qəbulu və bitmə tarixi dəqiq qeyd edilmişdir. Lakin iddiaçı uzun müddət ərzində hazırki iddia tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməmiş, Qaydalarda müəyyən edilmiş müraciətlərin qəbulu başa çatdıqdan 5 ildən artıq müddət keçdikdən sonra hazırki tələblə müraciət etmişdir ki, bu da inzibati hüquq münasibətlərində hüquqlardan səmərəli, vaxtında və vicdanlı istifadə prinsipləri ilə uzlaşmır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Bakı İnziabati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/** saylı və Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/** saylı qüvvədə olan qərarları mövcuddur ki, analoji münasibətlər tənzimləmişdir. Həmçinin müddətin başa çatması ilə bağlı bildirilir ki, müddət başa çatmamış olsaydı, məhkəməyə müraciət etməyə ehtiyac olmazdı. Məhkəmə müvafiq qərardadında eyni zamanda “Lakin iddiaçı uzun müddət ərzində hazırki iddia tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməmiş, Qaydalarda müəyyən edilmiş müraciətlərin qəbulu başa çatdıqdan 5 ildən artıq müddət keçdikdən sonra hazırki tələblə müraciət etmişdir ki, bu da inzibati hüquq münasibətlərində hüquqlardan səmərəli, vaxtında və vicdanlı istifadə prinsipləri ilə uzlaşmır.” qeyd etmişdir. Yuxarıdakılarla bağlı qeyd edilir ki, məhkəmə ## ##### 2017-ci il tarixli, *(***)- ****/**** nömrəli icra vərəqəsi ilə işi icraya yönəltmişdir. Sonradan icra mərhələsində iş icra və "xxxx" BOKT ASC ilə qarşılıqlı anlaşma nəticəsində iddiaçının "xxxx" BOKT ASC-yə yox, əksinə onların iddiaçıya borcu yarandığı üçün dayandırılmışdır. Lakin, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ##.##.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ## ##### 2017-ci il tarixli icra vərəqəsinin təkrarən icraya yönəldilməsini xahiş etmişdir icra şöbəsi icraata davam etmişdir. Yəni Məhkəmənin qeyd etdiyi “5 ildən artıq müddət keçdikdən sonra hazırki tələblə müraciət” məsələsi iddiaçının yox, qarşı tərəfin ona qarşı uzun müddətdən sonra qanunsuz icra tələbiylə çıxış etməsi nəticəsində öz hüquqlarının qorunması ilə bağlıdır. Yəni iddiaçı bu ani qanunsuz icra tələbindən (özü də ləğv edildikdən uzun müddət sonra verilmiş) özünü müdafiə etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmənin müvafiq qərardadında həmçinin qeyd etdiyi “Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla “xxxx” BOKT ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmiş, elektron qaydada sorğulanmış məlumatlar sırasında qeyd edilən müqaviləyə dair hər hansı sənədlər təqdim olunmamışdır” fikrinə cavab olaraq bildirilir ki, kredit mövcud olub və bu hal məhkəmə qətnaməsi ilə təsdiqini tapır və kredit müqaviləsi mövcud olmasaydı bu tələb də mövcud olmazdı. Bildirilir ki, "xxxx" tərəfindən uçot düzgün aparılmamış, siyahıda adı göstərilməmiş və ona görə də Mərkəzi Bankda problem yaranmışdır. Qeyd edilir ki, iş hələ Bakı İnzibati Məhkəməsində icraatda olan zaman Cavabdeh nümayəndəsi həm məhkəmə iclasına gələrək, həm də məktub ünvanlayaraq, "xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin məhz öz günahı ucbatından İddiaçı kompensasiya alacaq şəxslərin siyahısına əlavə edilməməsini bildirmişdir. Bütün bunlar məhkəmə iclasının protokollarında, o cümlədən səs və video yazılarda öz əksini tapmışdır. Bütün bu hallar məhkəmənin öz qərardadında qeyd etdiyi “iddiaçıya məxsus kredit məbləğinə Fərmanın şamil edilməməsi əsası cavabdeh inzibati orqanın hərəkətsizliyi deyil, iddiaçının kredit tarixçəsi barədə uçotun düzgün aparılmaması olmuşdur. Bununla da, iddiaçı tərəfindən cavabdeh orqanın hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının pozulduğu əsaslandırılmamışdır” iddiasının da tamamən əsassız və qanunsuz bir fikir olduğunun bariz sübutudur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı kompensasiya alacaq şəxslərin siyahısına əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə iddianı mümkün saymayaraq mövqeyini “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasında nəzərdə tutulmuş müddətin bitməsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamaqla aşağıdakıları qeyd edir. Hazırki iş üzrə iddiaçı kompensasiya alacaq şəxslərin siyahısına əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini istəyir. İddianın maddi hüquqi əsası qismində isə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli Fərmanına istinad edir. Sözügedən Fərmana əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 2015-ci il ######ın ##-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il ######ın ##-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə– 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il ######ın ##-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə– bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Cavabdeh məlumat versin; bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Cavabdeh müraciət etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ##.##.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"nın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasənxxxxnın və ya ləğvetmə prosesində olan kredit təşkilatının müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi poçt rabitəsinin milli operatoru vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, “xxxx”xxxx ASC-nin iddiası qismən təmin edilərək Cəfərli (Həbilova) Aliyə Əyyub qızından və X3 müştərək qaydada “xxxx”xxxx ASC-nin xeyrinə ## #### 2015-ci il tarixli, **** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 5.443 (beş min dörd yüz qırx üç) ABŞ dolları 22 (iyirmi iki) sent, müqavilə müddətinin sonuna, yəni ## ####### 2016-cı il tarixə ödənilməmiş faiz borcu qismində 1362 (bir min üç yüz altmış iki) ABŞ dolları, cəmi 6.805 (altı min səkkiz yüz beş) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilməmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 29 (iyirmi doqquz) manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Eləcə də “xxxx”xxxx ASC-nin ## #### 2023-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, Həbilova (Cəfərbəyli) Aliyə Əyyub qızı ilə təşkilat arasında bağlanmış ##.##.2015-ci il tarixli, **** saylı kredit müqaviləsinə əsasən BOKT “xxxx” ASC-dən götürdüyü 6500 (altı min beş yüz) ABŞ dolları məbləğindən kreditdən təşkilata ödənilməmiş 2358,17 (iki min üç yüz əlli səkkiz ABŞ dolları 17 sent) dollar məbləğində əsas borc məbləği olmaqla, cəmi 2358,17 (iki min üç yüz əlli səkkiz ABŞ dolları 17 sent) dollar məbləğində borcu qalmışdır. Eyni zamanda sözügedən kredit müqaviləsi, eləcə də kredit müqaviləsi üzrə hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının “xxxx”xxxx ASC-dən götürdüyü kredit məbləği işin mübahisələndirilməyən hallarına aiddir. Birinci instansiya məhkəməsi “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019-cu ilin ######ın ##-də başa çatdığını əsas götürməklə iddiaçının uzun müddət ərzində hazırki iddia tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməməsinə, Qaydalarda müəyyən edilmiş müraciətlərin qəbulu başa çatdıqdan 5 ildən artıq müddət keçdikdən sonra hazırki tələblə müraciət etməsinə istinad edərək hüquqi marağının olmadığını hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etməklə qeyd edir ki, iddiaçının ## #### 2015-ci il tarixli, **** saylı kredit müqaviləsinə əsasən “xxxx”xxxx ASC-dən dollar krediti götürməsi, həmin məlumatlara görə kredit müqaviləsi üzrə ikinci devalvasiya gününə (##.##.2015-ci il tarixinə) əsas kredit borcunun mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından iddiaçının götürdüyü kredit məbləği Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanının təsiri altına düşərək, hazırki iddiaya mahiyyəti üzrə baxılmasını mümkün edir. Birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının mövcud olmamasına istinad etsə də, yuxarıda qeyd olunan xüsusatlar iddiaçının hüquqi marağının mövcudluğunu təsdiq edir. Kollegiya bir daha xüsusilə vurğulayır ki, iddiaçı “xxxx”xxxx ASC-dən dollar krediti götürdükdən sonra 2015-ci il tarixində ikinci devalvasiya baş vermiş, beləliklə də sözügedən kredit müqaviləsi üzrə borc məbləği də Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanının təsiri altına düşmüşdür. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş və lazimı araşdırma aparmadan iddianı mümkün hesab etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "kompensasiya alacaq şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar