Məhkəmə qərarları › İş №e-2-1(3-8)-801/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-8)-801/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qərar Sumqayıţşəhəri İş̧№̧e-2-1(3-8)-801/2026 30.06.2026 SUMQAYIŢAPELLYASIYA̧MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə ̧ ̧ (Açaŗsözlər:̧güzəştli̧şərtlərlə̧pensiyanıņbərpa̧edilməsi,̧dayandırılmış̧gündəņhesablanması̧və ödənilməsi) ̧ ̧ ̧ ̧ ̧ ̧ ̧ ̧ ̧̧̧ Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundaņibarəţtərkibdə, Ismayılova̧LəmaņZakiŗqızınıņkatibliyi, Iddiaçı̧İddiaçı,̧onuņnümayəndəsi̧və̧vəkili̧nümayəndə2, Cavabdehiņnümayəndəsi̧nümayəndə1̧iştirakları̧ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın bərpa edilməsi və dayandırılmış gündən hesablanması və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında̧baxaraq̧aşağıdakı̧qərarı̧qəbuļetdi.̧̧̧̧ Işin halları “Qaz Ixrac” Idarəsi Abşeron Magistral X1 “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı Böyükşor Xətti Istismar Xidməti qaz paylayıcı stansiyanın operatoru vəzifəsində 16 il 2 ay 9 gün işləmiş, vəzifəsi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli və # ###### 2024-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 və 1.2.1.1.4cü̧bəndinə,̧fəhIələŗvə̧5-ci̧sətiŗvəzifə̧koduna̧uyğundur. “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” ## ######## 2024-cü il tarixli, *-**-*/*-M-******/**** nömrəli İddiaçı göndərilmiş məktubdan görünür ki, vaxtilə pensiya təyin olunarkən təqdim edilən sənədlərdə ## ######## 2008-ci il – ## ####### 2009-cu il tarixləri arasındakı dövr ərzində və # #### 2010-cu il tarixdən bugünədək “Bakı Magistral Qaz Kəmərləri” idarəsində və “Abşeron Magistral Qaz Kəmərləri” sahəsində Qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı işlədiyi “Bakı Magistral Qaz Kəmərləri” Idarəsinin və “Abşeron Magistral Qaz Kəmərləri” sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, # ###### 2024-cü il tarixdən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna̧uyğunluğuna̧baxılması̧məqsədilə̧inzibati̧icraatıņkeçirilməsi̧zərurəti̧yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının # ###### 2024-cü il tarixli, *-**-***-M- ******/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, vaxtilə pensiya təyin olunarkən təqdim edilən sənədlərdə ## ######## 2008-ci il – ## ####### 2009-cu il tarixləri arasındakı dövr ərzində və # #### 2010-cu il tarixdən bugünədək “Bakı Magistral Qaz Kəmərləri” Idarəsində və “Abşeron Magistral Qaz Kəmərləri” sahəsində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı işlədiyi “Bakı Magistral Qaz Kəmərləri” Idarəsinin və “Abşeron Magistral Qaz Kəmərləri” sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, # ###### 2024-cü il tarixdən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Eyni zamanda bildirilmişdir ki, vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Həmçinin, nəzərdə tutulan tədbirlər haqqında mülahizələr dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ######## 2024-cü il tarixdə məktub göndərilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gəlməyi xahiş edilmiş və mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala ## ######## 2024-cü il tarixdə gəlmişdir. Tərtib edilmiş akt tərəfindən imzalanmışdır. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ümumilikdə 2.799,72 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitiniņkönüllü̧şəkildə̧büdcəyə̧qaytarması̧xahiş̧edilmişdir. “Socar” Qaz Ixrac Idarəsinin # ###### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlı 10-cu bəndinin “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2-ci yarımbəndinin “a) fəhlələr:” abzasına Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə əlavə edilmiş qazpaylayıcı stansiyanın operatoru peşəsi “Qaz Ixrac” Idarəsində olan qazpaylayıcı stansiyanın operatoru peşəsi ilə eynilik təşkil etmir. Belə ki, “Qaz Ixrac” Idarəsinin fəaliyyətinə təbii qazın idarə olunması, nəqli xidmətlərinin göstərilməsi, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki, texnoloji və metroloji əməliyyatların aparılması aiddir. Qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması “Qaz Ixrac” Idarəsinin və onun struktur bölməsi olan AbşeroņMQKS-iņfəaliyyətinə̧aiḑdeyildir. “Socar” Qaz Ixrac Idarəsinin # ###### 2025-ci il tarixli, **-*-**-*/*-***/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlı 10-cu bəndinin “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2-ci yarımbəndinin “a) fəhlələr” abzasına Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli, ** nömrəli Qərarına əlavə edilmiş qazpaylayıcı stansiyanın operatoru peşəsi “qaz Ixrac” Idarəsi, Abşeron magistral X1̧qazpaylayıcı̧stansiyanıņoperatoru̧peşəsi̧ilə̧eyniliķtəşkiļetmir. “Socar” Qaz Ixrac Idarəsinin **-*-**/*-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlı 10-cu bəndinin “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2-ci yarımbəndinin “a) fəhlələr:” abzasına Nazirlər Kabinetinin # ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə əlavə edilmiş qazpaylayıcı stansiyanın operatoru peşəsi “Qaz Ixrac” Idarəsində olan qazpaylayıcı stansiyanın operatoru peşəsi ilə eynilik təşkil etmir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sözügedən qərarları ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişikliklər olunduqdan sonra məsələyə aydınlıq gətirilmişdir ki, yalnız neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində işləyən qazpaylayıcı stansiyasının operatorlarının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır və həmin dəyişiklikdə “qazpaylayıcı stansiyanın operatoru” peşəsi qeyd edilsə də, bu “Qaz Ixrac” Idarəsində mövcud olan “qazpaylayıcı stansiyanın operatoru” peşəsini nəzərdə tutmur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, dayandırılmış gündən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş̧etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ####### 1980-ci il tarixdən Abşeron rayon mədəniyyət şöbəsinin Digah qəsəbə mədəniyyət evində bədii rəhbər işləmiş, ## ### 1981-ci il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, həmin tarixdən ## ### 1983-cü il tarixə kimi hərbi xidmətdə olmuş, # #### 1983-cü il tarixdən # ###### 1985-ci il tarixədək Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsində 1-ci dərəcəli çilingər, ## ###### 1985-ci il tarixdən # ####### 1985-ci il tarixlərdə * nömrəli Bakı ayaqqabı fabrikində fəhlə, # ###### 1985-ci il tarixdən ## ###### 1985-ci il tarixədək Bakı şəhəri Idarəsinin * nömrəli Trestinin Xüsusi Təmir-Tikinti Idarəsində 2-ci dərəcəli suvaqçı, ## ###### 1986-ci il tarixdən ## ###### 1992-ci il tarixədək Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsində 2-ci dərəcəli çilingər, # ####### 1992-ci il tarixdən ## ######## 1993-cü il tarixədək Azərbaycan SSR Könüllü Yanğınsöndürmə Cəmiyyətində sürücü, # ###### 1994-cü il tarixdən # ###### 2001-ci il tarixədək Abşeron rayon mədəniyyət şöbəsinin Digah qəsəbə mədəniyyət evində metodist, ## ######## 2008-ci il tarixdən ## ####### 2009- cu il tarixədək Bakı Magistral Qaz Kəmərləri Idarəsinin * saylı XIX-nin “Digah” QPS-da 4-cü dərəcəli operator peşəsində, ## ####### 2009-cu il tarixdən # #### 2010-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X2 Nəqli Idarəsinin Abşeron MQKS-nın * saylı XIX-də 4-cü dərəcəli QPS-nın Digah üzrə operatoru peşəsində, # #### 2010-cu il tarixən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X8 Magistral Qaz Kəmərləri Idarəsində Böyükşor Xətti Istismar Xidmətinin 5-ci dərəcəli qaz paylayıcı stansiyasının operatoru peşəsində işləmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ümumi iş stajı 36 il 6 aydan artıqdır. “Qaz Ixracı” Abşeron Magistral X1n əldə etdiyi arayışdan göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə ümumi iş stajı 16 il 2 ay 9 gün təşkil edir ki, bu da “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli və # ###### 2024-cü il tarixli, ** nömrəli Qərarlarının tələblərinə görə, neft, qaz və qaz kondensatının hasılatı, qəbulu və saxlanılması sahəsində çalışan qazpaylayıcı stansiyanın operatorları güzəştli şərtlə yaşa görə pensiyaya çıxa bilərlər. Ona # ###### 2024-cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Həmin pensiya 2024-cü ilin avqust ayınadək ödənilmişdir. Lakin ## ######## 2024cü il tarixdə iddiaçıya cavabdeh orqan tərəfindən bildirilmişdir ki, əmək pensiyası təyin edilərkən güzəşli iş stajı olmamışdır. Bu barədə həmin orqanda iddiaçının iştirakı ilə akt tətib olunmuş və tərəfindən həmin akta imza edilərək etiraz edilmişdir. Bundan sonra həmin orqana ərizə ilə müraciət edilərək, güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının hüquqi əsasları göstərilərək pensiyanın bərpa olunmasını xahiş edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası qanuni və əsaslıdır. Buna görə də iddiaçının pensiya hüququnun hər hansı formada məhdudlaşdırılması yolverilməzdır. Lakin cavabdeh orqan güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bəndində göstərilən neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı sahəsinə istinad etməklə pensiya təyin edilərkən iddiaçının güzəştli iş stajının olmaması fikirini formalaşdırmaqla, qanuni əsaslarla təyin edilmiş əmək pensiyasını qanunsuz və əsassız dayandırmışdır. Hansı ki, iddiaçının hal-hazırda işlədiyi Abşeron Magistral X1 tərəfindən verilmiş arayışdan da görünür ki, işlədiyi sahə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli və # ###### 2024-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 və 1.2.1.1.4-cü bəndinə̧(yarımbəndinə)̧və̧a)̧fəhlələŗvə̧5-ci̧sətiŗvəzifə̧koduna̧uyğundur. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “güzəştli şərtlərlə pensiyanın bərpa edilməsi, dayandırılmış gündən hesablanması və ödənilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə̧göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehiņiddia̧tələbinə̧qarşı̧etirazı̧imtina̧məktubuna̧uyğuņəsaslandırılmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmiņedilməmişdiŗ(hakim̧KönüļHəbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya # ###### 2024-cü il tarixdə 416,37 manat məbləğində yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh orqan xidməti araşdırmanı başlayaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya münasibətdə inzibati icraatı başlamış, bu barədə tərəfi xəbərdarlıq edərək, mülahizələrini dinləmiş, ona uyğun müvafiq akt tərtib etmiş və araşdırma nəticədə işlədiyi peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əks olunmuş peşələrə uyğun olmadığından əmək pensiyasını ## ######## 2024-cü il tarixli qərarı ilə dayandırmış, həmin tarixdə də müvafiq qərarı ilə ləğv etmişdir. Iddiaçının istinad etdiyi işlədiyi “Qaz Ixrac” Idarəsi Abşeron Magistral X1 tərəfindən təqdim edilmiş arayışdan müəyyən edilmişdir ki, iddiaçı Böyükşor Xətti Istismar Xidməti qaz paylayıcı stansiyanın operatoru vəzifəsində 16 il 2 ay 9 gün işləmiş, vəzifəsi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli və # ###### 2024-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 və 1.2.1.1.4-cü bəndinə, fəhIələŗvə 5-ci sətiŗvəzifə koduna uyğundur. Məhkəmə IPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq tərəflərin mövqelərini, iddiaçının tutuduğu vəzifəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququnu veribverməməsinin araşdırması məqsədilə müvafiq sorğular göndərmiş, “Socar” Qaz Ixrac Idarəsinin təqdim etdiyi məlumata əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçının işlədiyi “Qaz Ixrac” Idarəsində olan qazpaylayıcı stansiyanın operatoru peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlı 10-cu bəndinin “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2-ci yarımbəndinin “a) fəhlələr:” abzasına Nazirlər Kabinetinin # ###### 2024- cü il tarixli, ** nömrəli Qərarı ilə əlavə edilmiş qazpaylayıcı stansiyanın operatoru peşəsi ilə eynilik təşkil etmir, çünki iddiaçının fəaliyyətinə təbii qazın idarə olunması, nəqli xidmətlərinin göstərilməsi, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki, texnoloji və metroloji əməliyyatların aparılması aiddir, qanunvericilikdə nəzərdə tutulmuş qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması “Qaz Ixrac” Idarəsinin və onun struktur bölməsi olan Abşeron Magistral X1 fəaliyyətinə aid deyildir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Belə ki, istinad edilən məlumatlara əsasən müəyyən edildiyi kimi, iddiaçıya güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair müvafiq arayış tərtib edilsə də, tutduğu vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud olan peşələrə uyğun deyildir. Bu səbəbdən də, iddiaçının qanunla tələb edilən 12 il 6 ay güzəştli stajın müəyyən edilmədiyindən, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, dayandırılmış gündən hesablanması və ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunmuşdur və işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmiņеdilməməlidir. Qərarla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi̧və̧iddianıņtəmiņedilməsi̧barədə̧yeni̧qəraŗqəbuļedilməsini̧xahiş̧etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında “39. Belə ki, istinad edilən məlumatlara əsasən müəyyən edildiyi kimi, iddiaçıya güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair müvafiq arayış tərtib edilsə də, tutduğu vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud olan peşələrə uyğun deyildir.” barədə qeyd etdikləri qəbul edilməzdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Neft, qaz və qaz kondensatının hasilatı (1); qəbulu (2) saxlanması(3) olmaqla hər üç sahədə qazpaylayıcı stansiyanın operatoru peşəsində çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə pensiya hüquq var. Işin mübahisəsiz halı ondan ibarətdir ki, Abşeron MQKS“Qaz Ixrac” Idarəsinin strukturuna daxil olanAbşeron Magistral X1 vəzifələrindən biri də, hasil olunmuş qazın qəbuludur. Bеlə ki, qaz qəbul еdilmədən onun magistral qaz kəmərlərinə ötürülməsi mümkün dеyil. Iddiaçıda Abşeron Magistral X1paylayıcı stansiyanın operatoru peşəsində çalışır. Iddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas verən xüsusiyyətləri əmək şəraiti xüsusilə zərərli və ağır olan vəzifə (işlə) eyniliyi iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər ki, “Qaz Ixrac” Idarəsi Abşeron Magistral X1 vəzifə təlimatlarına əsasən verilmiş arayışında da iddiaçının vəzifənin əmək şəraitinin xüsusilə zərərli və ağır işlərə aid olduğu, habelə Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə təsdiq olunmuş Siyahının 10.2-ci bəndinin (a) yarımbəndinə– qazpaylayıcı stansiyanın operatorları vəzifəsinə uyğun gəldiyi göstərilmişdir. Iddiaçının yerinə yetirdiyi işlər qazın qəbulu, tənzimlənməsi, uçotu, təzyiqin saxlanılması, avadanlıqların istismarı və təhlükəsizlik qaydalarına riayət olunması kimi bilavasitə istehsalat prosesi ilə bağlı və yüksək riskli fəaliyyət sahəsini əhatə etmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq və iddiaçının pеşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olub olması barədə hüquqi məsələni “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən müəyyən еtməli olduğu halda, hüquq sahəsində xüsusi biliyi, qanuna şərh və ya izah vermək səlahiyyəti olmayan “Socar” Qaz Ixrac Idarəsinin # ###### 2025-ci il tarixli, **-*-**-*/*-***/**** nömrəli məktubu ilə müəyyən еtmiş, bununla da həmin sübutu tam və hərtərəfli araşdırmamış, düzgün qiymətləndirməmiş, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi vaxt “Qaz Ixrac” Idarəsi Abşeron Magistral X1 iddiaçıya “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayış verməkdə ifadə olunan münasibətini öyrənməmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, məhkəmə qərarınıməhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlarla (iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması ilə) əsaslandırılmamış, bu isə iddia tələbinin təmin edilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi “Socar” Qaz Ixrac Idarəsinin qanuna şərh və ya izah vermək səlahiyyəti olub olmaması barədə faktiki halları aydınlaşdırmamışdır. Iddiaçının tutduğu vəzifənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda mövcud olan peşələrə uyğun olmaması halı sübut edilməmişdir. Neft, qaz və qaz kondensatının hasilatı (1); qəbulu (2) saxlanması (3) olmaqla hər üç sahədə qazpaylayıcı stansiyanın operatoru peşəsində çalışan şəxslərin o cümlədən iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olduğundan, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməli olması̧barədə̧qərarında̧göstərilmiş̧nəticələri̧işiņhallarına̧uyğuņolmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazının əsasını mahiyyətcə onun imtina məktubunun dəlilləri̧təşkiļedir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında̧apellyasiya̧şikayətiniņtəmiņedilməsini̧xahiş̧etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsiniņqərarınıņdəyişdirilmədəņsaxlanılmasını̧xahiş̧etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63̧yaşına çatmış kişilərin və̧60̧yaşına çatmış qadınlarıņfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25̧iļsığorta stajı olduqda (2017-ci il ####un #-dəķyaşa görə əmək pensiyası̧təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd.̧Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dəķhəŗiļ6̧ay̧artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla̧yaşa̧görə̧əməķpensiyası̧hüququ̧vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına̧daxiļedilir. 21.2.̧Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində̧qeyd olunan müddətlərdən əlavə,̧aşağıdakı̧müddətləŗdaxiļedilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödəniləņhəŗhansı̧işiniņmüddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü̧daxiļolmaqla). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə̧11.1.̧̧Inzibati̧orqanlaŗqanunuņtələblərinə̧riayəţetməyə̧borcludurlar. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkiļedir.̧Bu̧Qanunuņ63-cü̧və̧67-69-cu̧maddələri̧də̧təminatlara̧şamiļolunur. Maddə̧13.5.̧Fiziki̧və̧ya̧hüquqi̧şəxsləriņetimadı̧qanunsuz̧hərəkətlərə̧əsaslana̧bilməz. Maddə 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati̧akţməlumaţverildiyi̧məzmunda̧hüquqi̧qüvvəyə̧miniŗvə̧hüquqi̧cəhətdəņetibarlı̧sayılır. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə̧qədəŗhüquqi̧qüvvəsini̧saxlayıŗvə̧hüquqi̧cəhətdəņetibarlı̧sayılır. Maddə 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədəņdüşmüş̧hesab̧olunması̧barədə̧maraqlı̧şəxslərə̧məlumaţverməyə̧borcludur. Maddə̧67.̧Qanunsuz̧inzibati̧aktıņləğv̧edilməsi 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz̧sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqaņ, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanınıņmüəyyəņetdiyi̧orqaņ(qurum)̧tərəfindəņvə̧yaxuḑməhkəmə̧qaydasında̧ləğv̧oluna̧bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması̧həmiņaktıņqüvvəyə̧mindiyi̧andaņyaranmış̧hüquqi̧nəticələri̧aradaņqaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində̧ləğv̧oluna̧bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması̧hüququna̧malikdir. 67.6.̧Maraqlı̧şəxşaşağıdakı̧hallarda̧etimadıņqorunması̧hüququna̧istinaḑedə̧bilməz: 67.6.1.̧rüşvət,̧hədə-qorxu̧və̧ya̧aldatma̧yolu̧ilə̧inzibati̧aktıņqəbuļedilməsinə̧naiļolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbuļedilməsinə̧naiļolduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma̧ilə̧bağlı̧müddəalarına̧uyğuņolaraq̧müəyyəņedilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması̧onuņqüvvəyə̧mindiyi̧andaņyaranmış̧hüquqi̧nəticələri̧aradaņqaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasəņödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindəņmüəyyəņolunuŗvə̧həmiņşəxsə̧vurulmuş̧reaļziyanıņhəcminə̧mütənasib̧olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada̧məlumaţverildiyi̧gündəņbaşlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara̧şamiļolunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində̧nəzərdə̧tutulmuş̧qaydada̧məlumaţverilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb̧edəņbütüņfaktiki̧halları̧xidməti̧vəzifəsinə̧görə̧araşdırmağa̧borcludur. Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati̧orqanıņüzərinə̧düşür. Maddə̧58.7.̧Sübutlaŗməhkəmə̧tərəfindəņtam̧və̧hərtərəfli̧araşdırıldıqdaņsonra̧qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim̧olunmuş̧sübutları̧(sübutetmə̧vasitələrini)̧və̧faktları̧(faktiki̧halları)̧da̧nəzərə̧alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbuļedə̧bilər.̧Birinci̧instansiya̧məhkəməsiniņqərarı̧apellyasiya̧tələbi̧həddində̧dəyişdirilə̧bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam̧olaraq̧yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci̧instansiya̧məhkəməsiniņqərarı̧dəyişdirilmədəņsaxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində təyin edilmiş və sonradan dayandırılmış güzəştli şərtlərlə yaşa görə pensiyanın bərpa edilməsinə və ödənilməmiş məbləğiņona̧ödənilməsinə̧naiļolmağa̧yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşənin güzəştli şərtlərə pensiya hüququ verən peşəyə aid olmadığından, iddiaçıya münasibətdə onun güzəştli iş stajının olmaması̧halına̧istinaḑedərək,̧müraciətindəņimtina̧etmişdir. Birinci̧instansiya̧məhkəməsiniņqərarı̧ilə̧iddia̧təmiņedilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq,̧aşağıdakıları̧qeyḑetməyi̧zəruri̧hesab̧edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçüņqanunla̧müəyyəņedilmiş̧əsaslaŗaşkaŗedilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı̧25̧ümumi iş̧satjına malik olması̧c) azı̧12̧il 6 ay güzəştli iş̧stajına malik olması. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ##.##.2024-cü̧iļtarixdəņgüzəştli̧şərtlərlə̧yaşa̧görə̧əməķpensiyası̧təyiņedilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçı barəsində xidməti araşdırma apararaq, iddiaçıya münaisbətdə güzəştli iş stajına aid şərtin ödənilmədiyi halda, pensiya təyinatının aparıldığını aşkar etmiş, bu barədə inzibati icraatın təzələnmiş, bu barədə iddiaçıya ##.##.2024-cü il tarixdə məktub ünvanlanmış,̧## ######## 2024-cü̧iļtarixdə̧akţtərtib̧edilmişdir. Daha sonra cavabdeh tərəfindən aparılmış həmin inzibati icraatın nəticəsində iddiaçı barəsində təyin edilmiş əmək pensiyasının dayandırılması barədə ##.##.2024-cü il tarixdə qərar qəbul edilmiş, habelə 2799,72 manat artıq ödəmə müəyyən edərək, könüllü qaydada həmin vəsaitin dövlət büdcəsinə qaytarılması̧xahiş̧olunmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən inzibati icraatın təzələnməsinə əsas olan hal iddiaçının ##.##.2008-##.##.2009-cu il , ##.##.2010-cu ildən hazıradək Bakı Magistral Qaz Ixrac Idarəsində və Abşeron Magistral Qaz Kəmərləri Idarəsində qaz paylayıcı stansiyasının operatoru vəzifəsində işlədiyi və həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə̧daiŗmüvafiq̧siyahıda̧nəzərdə̧tutulması̧halınıņmüəyyəņedilməsi̧olmuşdur. Kollegiya iddiaçının işlədiyi peşənin müvafiq siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olub-olmaması istiqamətində dəyərləndirmə apararaq, güzəştli şərtlərlə pensiya hüququ verən müvafiq Siyahının Neftin qazılması və hasilatı,neft, qaz kondensatı,kömür və şistin emalı” adlı 10cu bəndinin “Neft,qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlı 10.2-ci yarımbəndinin a) fəhlələr peşəsi nəzərdə tutulmuş, iddiaçının işlədiyi “qaz paylayıcı operatoru” peşəsi nəzərdə̧tutulmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 0# ###### 2024-cü il tarixli,** nömrəli Qərarı ilə həmin Siyahının qeyd edilən bəndinə dəyişiklik edilərək, “qaz paylayıcı stansiyasının operatoru” peşəsi həmiņSiyahıya̧daxiļedilmişdir. Kollegiya iddiaçının işlədiyi “qaz paylayıcı operatoru” peşəsinin Siyahıda ehtiva edilən peşə ilə eynilik təşkil edib-etməməsi ilə bağlı qeyd edir ki, işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi peşənin xarakterik xüsusiyyətlərinə, habelə həmin peşə ilə Siyahıda ehtiva edilən peşənin eynilik təşkil etməməsi̧ilə̧bağlı̧ətraflı̧məlumat,̧vəzifə̧təlimatları̧məhkəməyə̧təqdim̧edilmişdir. Kollegiya həmin məlumatları və Siyahıda əks olunmuş məlumatları müqayisəli təhlil edərək, qeyd edir ki, Siyahıda ehtiva edilmiş peşənin aid olduğu sahənin xarakterik xüsyusiyyəti “təbii qazın idarə olunması, nəqli xidmətlərinin göstrəilməsi,qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki,texnoloji və metroloji əməliyyatların aparılması” aiddir, qaz və qaz kondenstaının hasilatı,qəbulu və saxlanması isə iddiaınn işlədiyi idarənin və onun struktur bölməsi olan Abşeron MQKS-nin fəaliyyətinə aiḑolmamışdır. Göründüyü kimi iddiaçının işlədiyi peşənin Siyahıda əks olunmuş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmaması işəgötürən müəssisə tərəfindən təqdim edilmiş məlumatlar əsasında öz təsdiqini tapmışdır. Hansı ki, bu məlumatı yalnız işəgötürən müəssisə tərəfindən verilmiş arayış məlumat əsasında̧müəyyəņedilməsi̧mümükündür. .Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda “...məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. IPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. ....Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə̧təlimatlarına̧əsasəņmüəyyəņedilməlidir.” Kollegiya qeyd edir k, hazırki iş üzrə yuxarıa istinad edilən hüquqi mövqeyə uyğun olaraq raşdırma aparılmış, əlavə məlumatlar tələb edilərək, tədqiq edilmiş, araşdırma nəticəsində iddiaçının işlədiyi peşənin Siyahıda əks olunmuş peşə ilə eynilik təşkil etməməsi müəyyən edilmişdir, iddaçı tərəfindən isə həmiņməlumatı̧təkzib̧edəņheç̧biŗdəlilə̧istinaḑedilməmişdir. Həmçinin, kollegiya Abşeron MQKI tərəfindən iddiaçı barəsində işlədiyi peşənin güzəştli peşə olmasına dair təqdim edilmiş arayışla bağlı qeyd edir ki, həmin arayışın məzmununda işlədiyi peşənin Siyahının 10.2 və 1.2.1.1.4 bəndinə a) fəhlələr və 5-ci sətir vəzifə koduna uyğunluğu qeyd edilmişdir. Göründüyü kimi həmin arayışın məzmununda peşəyə uyğunluq ümumi şəkildə ifadə edilmiş, əsasları qeyḑedilməmişdir.̧ Bu səbəbdən də məhkəmə araşdırması zamanı yuxarıda istinad edilən icmal məktubda əks olunmuş mövqeyə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələblərinə uyğun olaraq, həmin arayışda əks olunmuş məlumatın mötəbərliyinin yoxlanılması istiqamətində araşdırma aparılmış, əlavə məlumatlaŗtələb̧edilərək,̧tədqiq̧edilmişdir. Nəticə etibarilə məhkəmə araşıdrması zamanı tədqiq edilmiş əlavə məlumatlar və sənədlər əsasında həmin arayışda əks olunmuş məlumatın mötəbərliyi öz təsdiqini tapmamışdır. Ona görə də kollegiya hesab edir ki, təqdim edilmiş həmin arayış iddianın əsaslılığını müəyyən edən mötəbər sübut qismində̧çıxış̧etməmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı barəsində güzəştli iş satjına malik olması halınıņmüəyyəņedilməsi̧mümküņolmamışdır. Bu baxımından kollegiya hesab edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 60 yaşının tamam olması,azı 25 ümumi iş satjına malik olması və azı 12 il 6 ay güzəştli iş stajına malik olması zəruri olduğu halda, iddiaçının güzəştli iş stajına malik olması halı müəyyən edilmədiyindən,̧̧iddiaçınıņgüzəştli̧şərtlərlə̧pensiya̧hüququ̧yaranmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının pensiya hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, cavabdeh iddiaçı barəsində pensiya təyinatı aparmaqda haqlı̧olmamış,̧səhvə̧yoļvermişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdehin qanunla müəyyən edilmiş qaydada inzibati icraatı təzələməklə, yenidən işin hallarını araşdırmaq, yol verilmiş yanlışlığı aradan qaldırmaq səlahiyyəti olduğundan, indiki halda da iddiaçı barəsində pensiya təyinatı aparmaqda yanlışlığa yol verməsi aşkar olduğundan, cavabdeh tərəfindən icraatı təzələməklə, iddiaçı barəsində təyin edilmiş güzəştli şərtlərlə pensiya hüququnun ləğv edilməsi barədə qərar qəbul etməkdə haqlı olmuş, iddiaçının həmin qərarın ləğvi̧ilə̧bağlı̧tələb̧irəli̧sürməkdə̧haqlı̧olmamışdır. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən inzibati icraatın təzələnməsi, icraatın aparılması, iddiaçının inzibati icraatda iştirakı ilə bağlı inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş tələblərin pozulması halı da müəyyən edilməmişdiŗ(inzibati̧aktıņləğv̧edilməsi̧ilə̧bağlı̧tələb̧olunaņmüddət,̧dinlənilmə̧hüququ̧və̧s.) Bundan əlavə, kollegiya iddiaçının bərabərlik prinsipinin ələbləi ilə bağlı hissədə istinad etdiyi arqumenti ilə bağlı qeyd edir ki, iddiaçı onunla eyni idarədə, eyni peşədə işləyən iş yoldaşına münasibətdə işlədiyi peşənin Siyahıda əks olunmuş peşəyə uyğun olması barədə arayışın verilməsi və bu arayış əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həmin şəxs barəsində güzəştli şərtlərlə̧pensiya̧təyiņedilməsi̧halına̧istinaḑetmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması əsasları və qaydası qanunvericilikdə dəqiq şəkildə müəyyən edilmişdir. Həmçinin, formalaşdırılmış hüquqi mövqeyə əsasən şəxsin işlədiyi peşənin bu növ pensiya hüququnun yaranması üçün əsas olmasının müəyyən edilməsi üçün işəgötürən tərəfindən bu barədə arayış və bu arayışın verilməsinə əsas olmuş əlavə sənədlər (vəzifə təlimatı, işin xarakterik xüsusiyyəti, peşənin uyğunluğuna dair ətraflı məlumat və s.) təqdim̧edilməli,̧onuņəsasında̧müqayisəli̧dəyərləndirmə̧aparılmalıdır. Indiki halda iddiaçı barəsində belə bir dəyərləndirmə aparılmış, həmin məlumatların mövcudluğu müəyyəņedilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən peşənin Siyahıda ehtiva edilən peşəyə aid olmaması halı aşkar müəyyən edildiyindən, habelə bərabərlik prinsipinin tələbləri qanuni əsasa söykənməli olduğundan (qanunsuz hərəkətlərə və ya qanunsuz davranışa əsaslana bilmədiyindən) hazırki iş üzrə iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da müəyyən edilməsi mümküņolmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin həmin hissədə də istinaḑetdiyi̧arqumenti̧əsassız̧olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, işin müəyyən edilmiş halları iddiaçının apellyasiya şikayətinin dəlillərini təkzib etdiyindən, iddiaçının nümayəndəsi və vəkiliniņşikayətiniņdəlilləri̧əsassız̧olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya̧məhkəməsiniņqərarı̧dəyişdirilmədəņsaxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü̧maddələrini̧rəhbəŗtutaraq,̧məhkəmə̧kollegiyası QƏRARA ALDI: ̧ Iddiaçınıņnümayəndəsi̧və̧vəkili̧tərəfindəņverilmiş̧apellyasiya̧şikayəti̧təmiņedilməsin. Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədəņsaxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya̧Məhkəməsi̧(Sumqayıţşəhəri,̧Sülḩprospekti,̧70)̧vasitəsilə̧kassasiya̧şikayəti̧verilə̧bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar