Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № e-2-1(3-8)-999/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı ##.##.1965-ci il təvəllüdlüdür. xxxx MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **-AR saylı arayışdan görünür ki, İddiaçı həqiqətən ##.##.2109-cu il tarixindən hal-hazırki tarixədək “xxxx” MMC-nin * saylı sexində elektrik montyoru vəzifəsində işləyir. Əsas: Işçinin əmək kitabçası. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3- cü - Metallurgiya Istehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, (əmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi İddiaçı tutduğu * saylı sexdə elektrik montyoru vəzifəsi ilə eynilik təşkil edir. xxxx ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli arxiv arayışından görünür ki, İddiaçı (##.##.1965-ci il doğum tarixli) həqiqətən xxxx zavodunda 14 Mart 2000-ci il tarixindən (**-k nömrəli 13 Maıt 2000-ci il tarixli işə qəbul Əmri) 08 Aprel 2015-ci il tarixinə kimi **/*** saylı X3 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrrə elektrik mantyoru vəzifəsində (08 Aprel 2015-ci il tarixli **-k nömrəli işdən çıxma Əmri) zərərli şəraitdə işləmişdir (Tabel № ***). 1.Arayışa əsasən, iş stajı 03.1987ci il tarixdən ##.##.1993-cü il tarixinə kimi Cəbrayıl rayonunun C/Mərcanlı kəndində kolxozda işləmişdir. Arayış №**, ##.##.2000-ci il. xxxx zavodu üzrə: 2. ##.##.2000-ci il-**/*** nömrəli X1 (STS) 6-cı dərəcəli Elektrik mantyoru vəzivəsinə işə qəbul edilsin. Əmr - 56 k, ##.##.2000-ci il 3. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 27.XI.2001-ci il tarixli *** saylı Sərəncamına əsasən, xxxx zavodunun bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 4.##.##.2002-ci il-**/*** nömrəli X1 (STS) Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 7-ci dədəeəli Elektrik mantyoru vəzifəsinə keçirilsin. Əmr-201 k, ##.##.2002-ci il 5.##.##.2004-cü il Ixtisas dərəcəsi (1/rə 8 ci dədəeəli Elektrik mantyoru ixtisası verilsin. Əmr -94 k, ##.##.2004-cü il 6.##.##.2008-ci il- Müəssisə verilmiş ##.##.2008-ci il tarixli ** saylı Əmr-qərara əsasən, Yeni tatil cədvəlinə keçirilməsi ilə əlaqədar olaraq, **/*** nömrəli X1 (SIS) Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-ci dədəcəli elektrik mantyoru vəzivəsinə keçirilsin. Əmr -60 k, ##.##.2008-ci il 7.##.##.2015-ci il - Azərb.Resp.ƏQMnin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, öz xahişi ilə işdən azad edilsin Əmr-24 k, ##.##.2015-ci il. Cavabdehin iddiaçıya ünvanladığı ##.##.2026-cı il tarixli imtina məktubundan görünür ki, iddiaçı A. Məmmədovun fərdi şəxsi hesabının sığorta hissəsində 2012-ci ilin aprel, iyun, avqust, oktyabr, noyabr, dekabr, 2013-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2015ci ilin yanvar, fevral, mart ayları üçün (ümumilikdə 31 ay) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalı qeydə alınmadığından həmin ayların iş stajına daxil edilməsi mümkün deyildir. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 16 gün (##.##.1983- ##.##.1985-ci il, ##.##.1986-##.##.1986-cı il, ##.##.2000- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər və # ###### 2006-cı il tarixindən sonra 16 il 1 ay)) təşkil edir. Iddiaçının 2012-ci ilin aprel, iyun, avqust, oktyabr, noyabr, dekabr, 2013-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2015-ci ilin yanvar, fevral, mart ayları üçün (ümumilikdə 31 ay) əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X9 Sistemi”nin Sığorta Alt Sisteminin X5 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən, vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyildir. Bunlardan əlavə, iddiaçının ## ###### 2000-ci il tarixli IdT-l ******* nömrəli əmək kitabçasına əlavə olunmuş “Cəbrayıl rayon Kənd təsərrüfatı və Ərzaq” idarəsinin ona dair ## ###### 2000-ci il tarixli ** nömrəli arayışında 1987-ci ilin mart ayından 1993-cü ilin oktyabr ayına kimi “Azərbaycan” kolxozuda işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmadığından və həmin dövrlər üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin müddətləri iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəşti iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “xxxx” MMC-nin ona dair # ###### 2026-cı il tarixli **-AR nömrəli arayışında ## ######## 2019-cu il tarixindən bugünədək həmin müəssisədə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyi müddətdə elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olmağı barədə, həmçinin sözügedən arayışda gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən, iddiaçı İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 23 gün (##.##.2000-##.##.2012- ci il, ##.##.2012-31,05.2012-ci il, ##.##.2012-##.##.2012-ci il, ##.##.2012-##.##.2012-ci il, ##.##.2013-##.##.2013-cü il, ##.##.2014-##.##.2014-cü il və ##.##.2015- ##.##.2015-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 35985,14 manat təşkil edir. ## ###### 2000-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçanıza əlavə olunmuş “Cəbrayıl rayon Kənd təsərrüfatı və Ərzaq” idarəsinin sizə dair ## ###### 2000-ci il tarixli ** nömrəli arayışında 1987-ci ilin mart ayından 1993-cü ilin oktyabr ayına kimi "Azərbaycan” kolxozuda işlədiyiniz qeyd olunub. Sözügedən əmək kitabçanız kolxozçunun əmək kitabçası olmadığından ve həmin dövrlər üzrə melumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin müddətləri iş stajınıza daxil etmək mümkün deyil. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən əsassız olaraq imtina olunmuşdur. Cavabdehin əsas dəlili ümumi iş stajının 25 ildən az olması, eyni zamanda pensiya kapitalının 46080 manat olmalı olduğu halda, 35985 manat olması, habelə 1987-ci ilin mayından 1993cü ilin oktyabra qədər olan stajının mötəbərliyini təsdiq edən dövlət arxivinin arayışı olmamasıəsas gətirilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, onun təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini,arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlışəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Hazırki mübahisəyə münasibətdə cavabdehin inzibati icraat apardığı, onun xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Arxiv arayışlarının sosial sığorta stajını təsdiq edən sənədlərə aid edilməməsi ilə bağlı dəlilinə münasibətdə bir daha qeyd edir ki, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. Onun işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasından da müəyyən olunur ki, iddiaçı qeyd edilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi dövrlərə dair əmək haqqı cədvəlləri və əmr kitablarının arxivə təhvil verilməməsi iddiaçının hərəkətləri nəticəsində olmamışdır. Bu amilin müəssisənin vəzifəli şəxslərinin səhlənkarlığı ucbatından olduğunu nəzərə alaraq iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir. Belə olan halda, onun məhkəməyə təqdim etdiyi əmək kitabçası və arxiv arayışları ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əmək haqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi onun sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Onun qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə Mərkəzi Filiala müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Iddiaçının müraciətinə Mərkəzi Filialda baxılaraq, onun qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasında vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi Şəxs kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilik normalarının şərhindən görünür ki, vətəndaşlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 tələb mövcud olmalıdır: - Şəxs qanunvericiliklə tələb olunan yaş həddinə çatmalı; - Şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq) və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalı; - Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış olmalıdır. Ilk tələbə münasibətdə bildirilir ki, ##.##.1965ci il təvəllüdlü iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən yaranmışdır. Ikinci tələbə münasibətdə bildirilir ki, iddiaçının ümumi sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən azdır. Belə ki, iddiaçı A. Məmmədovun fərdi şəxsi hesabının sığorta hissəsində 2012-ci ilin aprel, iyun, avqust, oktyabr, noyabr, dekabr, 2013-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2015-ci ilin yanvar, fevral, mart ayları üçün (ümumilikdə 31 ay) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalı qeydə alınmadığından həmin ayların iş stajına daxil edilməsi mümkün deyildir. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 16 gün (##.##.1983- ##.##.1985-ci il, ##.##.1986- ##.##.1986-cı il, ##.##.2000-##.##.2005-ci il tarixləri arasındakı dövrlər və # ###### 2006-cı il tarixindən sonra 16 il 1 ay)) təşkil edir. Iddiaçının 2012-ci ilin aprel, iyun, avqust, oktyabr, noyabr, dekabr, 2013-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2014cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2015-ci ilin yanvar, fevral, mart ayları üçün (ümumilikdə 31 ay) əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X9 Sistemi”nin Sığorta Alt Sisteminin X5 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyildir. Bunlardan əlavə, iddiaçının ## ###### 2000-ci il tarixli IdT-l ******* nömrəli əmək kitabçasına əlavə olunmuş “Cəbrayıl rayon Kənd təsərrüfatı və Ərzaq” idarəsinin ona dair ## ###### 2000-ci il tarixli ** nömrəli arayışında 1987-ci ilin mart ayından 1993-cü ilin oktyabr ayına kimi “Azərbaycan” kolxozuda işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmadığından və həmin dövrlər üzrə məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin müddətləri iddiaçının iş stajına daxil etmək mümkün deyildir. Üçüncü tələbə münasibətdə bildirilir ki, iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəşti iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “xxxx” MMC-nin ona dair # ###### 2026-cı il tarixli **-AR nömrəli arayışında ## ######## 2019-cu il tarixindən bugünədək həmin müəssisədə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur, lakin sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyi müddətdə elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olmağı barədə, həmçinin sözügedən arayışda gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən, iddiaçı İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 23 gün (##.##.2000-##.##.2012-ci il, ##.##.2012-31,05.2012-ci il, ##.##.2012- ##.##.2012-ci il, ##.##.2012-##.##.2012-ci il, ##.##.2013-##.##.2013-cü il, ##.##.2014- ##.##.2014-cü il və ##.##.2015- ##.##.2015-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ## ###### 2000-ci il tarixli IdT-l ******* nömrəli əmək kitabçasına əlavə olunmuş “Cəbrayıl rayon Kənd təsərrüfatı və Ərzaq” idarəsinin ona dair ## ###### 2000-ci il tarixli ** nömrəli arayışında 1987-ci ilin mart ayından 1993-cü ilin oktyabr ayına kimi “Azərbaycan” kolxozuda işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmaması və həmin dövrlər üzrə məlumatların arxivə təhvil verilməməsi iddiaçının iradəsindən asılı olmayan hallar olduğundan, həmin müddətlərin ümumi iş stajına daxil edilməsindən imtina üçün əsas hesab edilə bilməz. xxxx MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **-AR saylı arayışa əsasən, İddiaçı həqiqətən ##.##.2019-cu il tarixindən hal-hazırki tarixədək “xxxx” MMC-nin * saylı sexində elektrik montyoru vəzifəsində işləyir. Əsas: Işçinin əmək kitabçası. Hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3-cü Metallurgiya Istehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, (əmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi İddiaçı tutduğu * saylı sexdə elekrtik montyoru vəzifəsi ilə eynilik təşkil edir. Cavabdehin yanaşması siyahıda qeyd edilənlərə formal yanaşma olmaqla iddiaçının pensiya hüququnun məhdudlaşması ilə nəticələnmişdir. Siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir. Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir.Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajı mövcuddur. Cavabeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edillməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir.Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir. Məhkəmənin bu mövqeyilə razılaşmayaraq qeyd edirik ki, cavabdeh göstərilən istiqamətlərdə kifayət qədər araşdırma aparmış, ”xxxx” MMC-yə sorğu ünvanlayaraq iddiaçı İddiaçı işlədiyi elektrik montyoru vəzifəsinə dair vəzifə təlimatlarının və bu vəzifədə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.), habelə müəssisədə elektrik montyoru olaraq işlədiyi müddətdə elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olmağı, habelə müəssisənin fəaliyyət istiqamətləri barədə məlumatların təqdim edilməsini xahiş etmişdir. Sorğumuza cavaq olaraq, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli M-** nömrəli məktubunda iddiaçının vəzifə təlimatları qeyd olunmuşdur. Lakin bunun əskinə birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatının əsas prinsiplərindən biriniməhkəmənin araşdırmaq vəzifəsini pozmuş, iddiaçının təqdim etdiyi arayışla kifayıətlənərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları öz təşəbbüsü ilə araşdırmağa cəhd beelə göstərməmişdir. Müəssisəyə iddiaçının vəzifə təlimatlarının, habelə işlədiyi vəzifə ilə bağlı əlavə təminatlarının olub-olmaması ilə bağlı müvafiq sorğular belə ünvanlamamışdır. Halbuki iddiaçının peşə və ya vəzifə üzrə icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onun fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini araşdırmaq məhkəmənin başlıca vəzifəsidir. Habelə məhkəmə eyni halı “Cəbrayıl rayon Kənd təsərrüfatı və Ərzaq” idarəsinin iddiaçıya dair təqdim etdiyi ## ###### 2000-ci il tarixli ** nömrəli arayışının mötəbərliyini yoxlamaq üçün rəhbər qurum Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Arxivinə sorğu ünvanlamayaraq bir daha təkrarlamışdır. Halbuki işi araşdırmaq vəzifəsi məhkəmənin işin həqiqi hallarını müəyyən etmək üçün passiv müşahidəçi qismində deyil, fəal iştirakçı hətta rəhbər qismində çıxış etməsində özünü ifadə edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının nümayəndəsinin və vəkilinin apellyasiya şikayətinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının ## ###### 2000-ci il tarixli əmək kitabçasına əlavə olunmuş “Cəbrayıl rayon Kənd təsərrüfatı və Ərzaq” idarəsinin ona dair ## ###### 2000-ci il tarixli ** nömrəli arayışında 1987-ci ilin mart ayından 1993-cü ilin oktyabr ayına kimi “Azərbaycan” kolxozuda işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası kolxozçunun əmək kitabçası olmaması və həmin dövrlər üzrə məlumatların arxivə təhvil verilməməsi iddiaçının iradəsindən asılı olmayan hallar olduğundan, həmin müddətlərin ümumi iş stajına daxil edilməsindən imtina üçün əsas hesab edilə bilməz. xxxx MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **-AR saylı arayışa əsasən, İddiaçı həqiqətən ##.##.2019-cu il tarixindən halhazırki tarixədək “xxxx” MMC-nin * saylı sexində elektrik montyoru vəzifəsində işləyir. Əsas: Işçinin əmək kitabçası. Hal hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da 3- cü - Metallurgiya Istehsalatı bölməsinin, 3.2. Polad və ferroərintilər istehsalatı, (əmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları qrafasında öz əksini tapmış elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi İddiaçı tutduğu * saylı sexdə elekrtik montyoru vəzifəsi ilə eynilik təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin yanaşması siyahıda qeyd edilənlərə formal yanaşma olmaqla iddiaçının pensiya hüququnun məhdudlaşması ilə nəticələnmişdir.Məhkəmə qeyd edir ki, siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir. 21.Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajı mövcuddur. 24.Məhkəmə qeyd edir ki, cavabeh qurum tərəfindən həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “ Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara * nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə 12 il 6 aydan az olmasını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş satjına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya katpitalı məbləğinə aid şərt. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Kollegiya iddianın əsaslılığı baxımından ümumi iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə işlədiyi bütün dövrləri (31 ay məcburi sosial sığorta haqqı ödənilmədiyi dövrləri çıxmaq şərtilə) nəzərə almaqla, 24 il 4 ay 16 gün iş stajına aid dövrü ümumi iş stajı kimi qəbul etmiş, iddiaçının işlədiyi 1987-ci ilin mart ayından 1993-cü ilin oktyabr ayına kimi “Azərbaycan” kolxozunda işlədiyi dövrü bu barədə kolxozçunun əmək kitabçası olmadığından, habelə arxiv arayış olmadığından həmin dövrü iş stajı kimi nəzərə almamışdır. Kollegiya cavabdehin mübahisələndirdiyi dövrlə bağlı qeyd edir ki, iddiaçının 1987-ci ilin mart ayından ##.##.1993-cü il tarixədək Cəbrayıl rayonunda C/Mərcanlı kolxozunda işləməsi barədə ##.##.2000-ci il tarilxi ** nömrəli arayışa əsasən qeyd aparılmış, həmin arayış əmək kitabçasına əlavə edilmiş, arayış Cəbrayıl rayonu Kənd Təsərrüfatı Ərazi Idarəsi “Azərbaycan” kolxozu möhürü ilə təsdiq edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sənədlər arxivə təhvil verildiyindən, həmin arayışla bağlı məlumat verilməsi mümkün olmamışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, müvafiq arxiv idarəsi Cəbrayıl rayonunun işğal olunması ilə bağlı sözügedən kolxoza aid sənədlərin işğal zonasında qalması səbəbindən iddiaçının işləməsi barədə məlumat təqdim edə bilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçasında həmin arayış məlumatları qeyd edilmiş, ondan sonrakı hissələrdə iddiaçının müxtəlif idarələrdə işlədiyi dövrlərlə bağlı qeydlər aparılmışdır. Kollegiya hesab edir ki, iddiaçının mart 1987-ci ildən ##.##.1993-cü ilədək kolxozda işləməsi halının, habelə arayışın mötəbərliyini birbaşa sübutlar əsasında müəyyən edilməsi mümkün olmasa da, həmin sübutların əldə edilməsinin mümkün olmamasına əsas olan hal işəgötürən və ya işçinin təqsiri ilə bağlı olmayan obyektiv səbəbdən ortaya çıxmışdır (ərazinin işğal olunması). Belə olan halda kollegiya hesab edir ki, iddiaçının 24 il 4 ay 16 gün ümumi iş stajına malik olması (uzun müddət eyni peşədə işləməsi), kolxozda işləməzdən öncə orada işlədiyi peşə ilə bağlı təhsil alması, kolxozda da məhz elektrik montyoru peşəsində işləməsi, indiyədək yalnız həmin peşə üzrə müxtəlif idarələrdə işləməsi halı aşkar olduğundan, həmin hallar özlüyündə iddiaçının kolxozda işlədiyi dövrlə bağlı arayışın mötəbərliyini müəyyən etməyə imkan verən dolayı sübutlar kimi qəbul edilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya münasibətdə əks yanaşmanın tətbiq edilməsi (sənədlərin mövcud olmaması obyektiv səbəbdən baş verdiyindən) ilk növbədə mütənasiblik prinsipinin tələbinə zidd olmuş olar. Çünki həmin sənədlərin arxivləşdirilməsi və lazimi qaydada saxlanılması vəzifəsi məhz işəgötürənin təqsiri ilə əhatə olunmaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış edir. Başqa sözlə deəsk, hazırda həmin sənnədlərin arxv əsaslarının aşkar edilməməsi iddiaçının təqsiri nəticəsində baş vemədiyindən, onun öhdəlik daşımadığı hala istinad etməklə, hüququnun məhdudlaşdırılması məhz mütənasiblik prinspinin tələbinə ziddir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının kolxozda işlədiyi mart 1987-##.##.1993-cü il ümumi iş stajı kimi qəbul edilməli olduğundan, cavabdehin həmin hissədə arqumenti əsasız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, mübahisələndirilən həmin dövrləri (1987-1993-cü il) və cavabdehin mübahisələndirmədiyi dövrü (24 il 4 ay 16 gün) nəzərə aldıqda, iddiaçıya münasibətdə qanunla tələb olunan ümumi iş stajına aid şərt də ödənilmiş olur. Kollegiya iddiaçıya münaibsətdə güzəştli iş stajına aid şərtin ödənilib-ödənilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı 2019-cu ildən hazıradək “xxxx” MMC-də elektrik montyoru peşəsində işləyir. Cavabdeh iddiaçıya münasibətdə 12 il 5 ay 23 gün güzəştli iş stajına malik olduğunu qəbul edir. Işin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olması, müvafiq Siyahının 3-cü bölməsi Metallurgiya istehsalat bölməsinin 3.2-ci bəndində nəzərdə tutulmuş elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik mantyorları peçəsi ilə eynilik təşkil etməsi barədə ətraflı arayış, görüdüy işin xarakteri, əmək funskiyası barədə məlumat, vəzifə təlimatı, işlədiyi * saylı sexing fəaliyyət istiqmaətləri barədə məlumat və ona dair sənədlər təqdim edilmişdir. Nəticə etibarilə kollegiya iddiaçının mübahisəli dövrlərdə işlədiyi sahənin xüsusiyyətlərini (Metallurgiya), gördüyü işin xarakteri, əmək funksiyasının məzmunu, vəzifə təlimatını və müvafiq Siyahı üzrə ehtiva edilən sahə və peşələrin xarakterini (metallurgiya istehsalatı və s.) müqayisəli təhlil edərək, hesab edir ki, işəgötürən tərəfindən verilmiş arayışın mötəbərliyini şübhə altına alan hal aşkar edilməməklə, iddiaçının mübahisələndirdiyi dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələr aid olması halı öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının işlədiyi peşənin müvafiq Siyahıda ehtiva edilən peşəyə uyğun olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Nəticə etibarilə iddiaçının işlədiyi həmin dövrlər (2019-cu ildən ##.##.2025-ci ilədək) və cavabdehin qəbul etdiyi 12 il 5 ay 23 gün iş stajı nəzərə alındıqda, iddiaçının qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması halı öz təsdiqini tapmış olur. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan peşələrin uyğun olmaması halına istinad etməklə, iddiaçının güzəştli iş stajına malik olmaması ilə bağlı gəldiyi qənaəti yanlış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlil ilə bağlı onu qeyd edir ki, iddiaçının pensiya yaş həddi ##.##.2022-ci il tarixdənsonrakı dövrdə tamamlandığından, həmin vaxtda qüvvədə olan pensiya haqqında qanunvericilik normasında pensiya kapitalına dair şərt nəzərdə tutulmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-8)-999/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-8)-999/2026
20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver