Məhkəmə qərarları › İş №e-2-1(3-9)-407/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-9)-407/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-1(3-9)-407/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Ağcabədi Rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Ağcabədi Rayon İcra və probasiya şöbəsinə qarşı “icra sənədinin icrası ilə bağlı hərəkətsizliyin qanunsuz hesab edilməsi, icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş ## ######## 2025ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, “KİA Sorento” markalı avtomobilə görə ödənilmiş 26.036 manat pulun 1/2 hissəsi, yəni 13.018 manat pul Əhmədov Elgün İlqar oğlundan tutulub İddiaçı ödənilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə Əhmədov Elgün İlqar oğlundan 64.50 (altmış dörd manat əlli qəpik) manat alınıb İddiaçı xeyrinə tutulmalı, Əhmədov Elgün İlqar oğlundan ##.##.2022-ci il tarixli GTKR*******A*** nömrəli kredit müqaviləsinə əsasən verilmiş 2.610 manat məbləğində kreditin ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilmiş 1.502.64 manat pulun yarı dəyəri (1/2 hissəsi) olan 751.32 manat pul, cehiz əşyaları: “Qorka” mebel dəsti, yataq mebel dəsti, künc mebeli, cəmi 3.100 manat, stol-stul dəsti (6 ədəd), cəmi 240 manat, televizor - 240 manat, televizor altlığı - 60 manat, kondisioner - 400 manat, soyuducu - 480 manat, mətbəx mebeli - 400 manat, mətbəx üçün stol-stul dəsti - 200 manat, mətbəx pərdəsi - 30 manat, elektrik sobası - 90 manat, 1 ədəd ütü və ütüaltı - 70 manat, paltaryuyan - 400 manat, 1 ədəd çilçıraq - 50 manat, 48 ədəd boşqab dəsti - 50 manat, çəngəl-bıçaq dəsti (çemodan) - 80 manat, çəngəl bıçaq dəsti - 60 manat, 6 ədəd boşqab dəsti - 30 manat, bakal dəsti - 50 manat, fincan -nəlbəki dəsti - 80 manat, 24 ədəd stəkan dəsti - 70 manat, 24 ədəd armudu stəkan dəsti - 100 manat, 2 ədəd pərdə dəsti - 500 manat, 3 ədəd taxt örtüyü - 90 manat, 2 ədəd taxt odeyalı - 80 manat, 3 ədəd yorğan - 150 manat, 5 dəst podnos dəsti - 100 manat, mətbəx əşyalarını yığmaq üçün qab - 150 manat, 1 ədəd hamam dəsti - 150 manat, 20 ədəd dəsmal - 60 manat, 6 ədəd süfrə - 100 manat, çexol, taxt üstü örtük, mələfə dəsti - 400 manat, taxt döşəyi (1 ədəd) - 140 manat, taxt yorğanı - 120 manat, 2 ədəd döşək - 100 manat, 2 ədəd yorğan - 80 manat, 8 ədəd yastıq - 120 manat, 10 ədəd döşəkcə - 120 manat, çaydan dəsti (10 ədəd) - 200 manat, 2 ədəd büllur güldan - 70 manat, 1 ədəd güldan - 30 manat, qazan dəsti (4 ədəd) - 900 manat, bir ədəd elektrik qazanı (Tefal) - 100 manat, mətbəx üçün qazan dəstləri (10 ədəd) - 200 manat, 1 ədəd şirəçəkən - 50 manat və 200 manat dəyərində qazan dəstindən ibarət əmlaklar, əmlak naturada mövcud olmadığı təqdirdə onların dəyəri, həmçinin dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi icra məmurunun qanunsuz hərəkəti və hərəkətsiziliyi nəticəsində icra edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Nuriyev) ## ### 2026-cı il tarixli e-*-*(*-*)-****/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-*)-****/**** saylı qərardadının ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddianın predmeti icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə üzərinə qoyulmuş konkret vəzifələri yerinə yetirməməsindən ibarət olmuşdur. Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Ağcabədi Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-*)-****/**** saylı qərardadının ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli Qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə mülki iş üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı yaranmışdır. Ona görə də, həmin qətnamənin icrası gedişində cavabdehin hərəkətlərinin qanuni və qanunsuz olması inzibati məhkəmənin yox, qətnaməni qəbul edən və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlili üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədində əsasən “KİA Sorento” markalı avtomobilə görə ödənilmiş 26.036 manat pulun 1/2 hissəsi, yəni 13.018 manat pul Əhmədov Elgün İlqar oğlundan tutulub İddiaçı ödənilməli, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə Əhmədov Elgün İlqar oğlundan 64.50 (altmış dörd manat əlli qəpik) manat alınıb İddiaçı xeyrinə tutulmalı, Əhmədov Elgün İlqar oğlundan ##.##.2022-ci il tarixli GTKR*******A*** nömrəli kredit müqaviləsinə əsasən verilmiş 2.610 manat məbləğində kreditin ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilmiş 1.502.64 manat pulun yarı dəyəri (1/2 hissəsi) olan 751.32 manat pul, cehiz əşyaları: “Qorka” mebel dəsti, yataq mebel dəsti, künc mebeli, cəmi 3.100 manat, stol-stul dəsti (6 ədəd), cəmi 240 manat, televizor - 240 manat, televizor altlığı - 60 manat, kondisioner - 400 manat, soyuducu - 480 manat, mətbəx mebeli - 400 manat, mətbəx üçün stol-stul dəsti - 200 manat, mətbəx pərdəsi - 30 manat, elektrik sobası - 90 manat, 1 ədəd ütü və ütüaltı - 70 manat, paltaryuyan - 400 manat, 1 ədəd çilçıraq - 50 manat, 48 ədəd boşqab dəsti - 50 manat, çəngəl-bıçaq dəsti (çemodan) - 80 manat, çəngəl -bıçaq dəsti - 60 manat, 6 ədəd boşqab dəsti - 30 manat, bakal dəsti - 50 manat, fincan -nəlbəki dəsti - 80 manat, 24 ədəd stəkan dəsti - 70 manat, 24 ədəd armudu stəkan dəsti - 100 manat, 2 ədəd pərdə dəsti - 500 manat, 3 ədəd taxt örtüyü - 90 manat, 2 ədəd taxt odeyalı - 80 manat, 3 ədəd yorğan - 150 manat, 5 dəst podnos dəsti - 100 manat, mətbəx əşyalarını yığmaq üçün qab - 150 manat, 1 ədəd hamam dəsti - 150 manat, 20 ədəd dəsmal - 60 manat, 6 ədəd süfrə - 100 manat, çexol, taxt üstü örtük, mələfə dəsti - 400 manat, taxt döşəyi (1 ədəd) - 140 manat, taxt yorğanı - 120 manat, 2 ədəd döşək - 100 manat, 2 ədəd yorğan - 80 manat, 8 ədəd yastıq - 120 manat, 10 ədəd döşəkcə - 120 manat, çaydan dəsti (10 ədəd) - 200 manat, 2 ədəd büllur güldan - 70 manat, 1 ədəd güldan - 30 manat, qazan dəsti (4 ədəd) - 900 manat, bir ədəd elektrik qazanı (Tefal) - 100 manat, mətbəx üçün qazan dəstləri (10 ədəd) - 200 manat, 1 ədəd şirəçəkən - 50 manat və 200 manat dəyərində qazan dəstindən ibarət əmlaklar, əmlak naturada mövcud olmadığı təqdirdə onların dəyəri, həmçinin dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Həmin qətnamə icra edilməsi üçün Ağcabədi Rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icraatdadır. Avropa İnsan Haqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli Qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən “İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, kommersiya və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.” Məhkəmə kollegiyası icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, kommersiya və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır İddiaçının tələbi mülki iş üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı yaranmışdır. Ona görə də, cavabdehin hərəkətlərinin qanuni və qanunsuz olması da inzibati məhkəmənin yox, mülki məhkəmənin səlahiyyətinə aiddir. Belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, iddiaçı hazırkı tələb ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddiaçıya izah edilir ki, o, hazırki tələblə Ağcabədi Rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar