Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-1(3-9)-474/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, Sadıqov Mirlətif Süleyman oğlu və X6 ibarət tərkibdə, Rzayev Rüfət Ilham oğlunun katibliyi, Iddiаçının nümayəndəsi vəkil Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X4, X5, X2, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanı ona məxsusdur. Həmin ev onun mərhum atası X3 qalmış, onun vəfatından sonra həmin ünvanda ailə başçısı kimi qalmışdır. Ona məxsus olan və qeydiyyatda olduğu ünvana xəbəri olmadan övladı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, onun həyat yoldaşı X1, övladları X4, X5 və X2 qeydiyyata düşmüşlər. Eləcə də inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 onun razılığı olmadan təsərrüfat başçısı olduğu həmin ünvana qanunsuz olaraq qeydiyyata alınıblar. Qanunsuz olaraq ünvan 3 ünvanında qeydiyyata alınmış yuxarıda adları sadalanan şəxslərin qeydiyyatdan çıxarılması üçün ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh müraciət etmişdir. Lakin, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixli cavab məktubu ilə həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu ona bildirimişdir. Hesab edir ki, qeyd edilənlər baxımından Cavabdeh ##.##.2026-cı il tarixli imtinası əsassızdır və yuxarıda adları sadalanan şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyi məhkəmə qaydasında cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır: Təsərrüfat başçısı statusu. Füzuli Rayon Icra Hakimiyyətinin Füzuli şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## #### 2026-cı il tarixli arayışına əsasən, nümayəndəliyin təsərrüfat başına kitabında ünvan 2 ünvanında təsərrüfat başçısı kimi o qeydiyyata alınmışdır. Həmçinin, Füzuli Rayon Icra Hakimiyyətinin Füzuli şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## ### 2025-ci il tarixli arayışına əsasən, nümayəndəliyin təsərrüfat başına kitabında kitab 4, səhifə 33-də ünvan 2 ünvanında təsərrüfat başçısı kimi o qeydiyyata alınmışdır. Eləcə də “X13 Kitabı”ından əldə etdiyi müvafiq elektron çıxarışdan da göründüyü kimi təsərrüfat üzvlərinin siyahısında “təsərrüfat başçısı” qismində onun adı qeyd edilmişdir və yuxarıda adları sadalanan qanunsuz qeydiyyata alınmış şəxslərin ümumiyyətlə ailə üzvləri sırasında adları yoxdur. Bu baxımdan da ailə başçısı olaraq subyektiv hüquqa malik olan şəxs qismində qanunsuz qeydiyyata alınmış şəxslərin qeydiyyatlarının ləğv edilməsi tələbi ilə çıxış etməyi tamamilə əsaslı və qanunidir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı (Pərvanə Qurbanova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin yerləşdirilməsi zamanı qeydiyyatda olan şəxslərin sayı nəzərə alınır və onların mənzillər təminatı həyata keçirilir. Hazırkı mübahisə üzrə üçüncü şəxslərin həmin evdə daimi qeydiyyatda olması iddiaçının onlarla eyni mənzillə təmin olunmağıma səbəb olacaqdır. Bu səbəbdən də həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia tələbi müəyyən məqsəd güdür. 3-cü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ##.##.2009-cu ildən ##.##.2019-cu ilə qədər Füzuli rayonu Nəriman Nərimanov 6 ünvanında qeydiyyatda olmuş, ##.##.2012-ci ildən ##.##.2012-ci ilədək bir ay müddətində Füzuli rayonu Bala Bəhmənli kəndində qeydiyyatda olub və həmin müddətdən hal-hazıradək Füzuli rayonu Nəriman Nərimanov 6 ünvanında qeydiyyatdadır. Şirvan Inzibati Məhkəməsinin ## ### 2025ci il tarixli sorğusuna cavab olaraq Füzuli Şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş ## #### 2025-ci il tarixli 5-43-11-2-64-2025-ci il tarixli cavab məktubu ilə sübut olunmuşdur ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ##.##.2009-cu il tarixdə ünvan 1 ünvanına İddiaçı (yəni, onun) keçmiş həyat yoldaşı 2019-cu il tarixədək Füzuli şəhərində daimi qeydiyyatda olan, hal-hazırda isə Füzuli rayonu Aybasanlı kəndində daimi qeydiyyatda olan X7 ərizəsinə əsasən, daimi qeydiyyata alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, onunla keçmiş həyat yoldaşı arasında olan nikaha Nizami Rayon Məhkəməsinin *-****/**** saylı mülki iş üzrə ## ###### 2004-cü il tarixli qətnaməsi ilə xitam verilmişdir. Nikaha xitam verilən zaman məhkəmə qətnaməsində keçmiş həyat yoldaşı L.Behbudovanın onunla hər hansı əmlak üzərində birgə mülkiyyət hüququnun olmasına dair heç bir müddəa olmamışdır. Birgə nikaha 2004-cü ildə xitam verildiyindən 2009-cu ildə keçmiş həyat yoldaşı L.Behbudovanın kimisə (eləcə də üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3) Füzuli şəhər Nəriman Nərimanov küçəsi ev 6 ünvanına qeydiyyata salmağa razılıq verməyə səlahiyyəti olmamışdır. Həmçinin, L.Behbudovanın həmin mənzillə bağlı heç bir subyektiv hüququ da olmamışdır. “X13 Kitabı”ından əldə etdiyim müvafiq elektron çıxarışdan da göründüyü kimi təsərrüfat üzvlərinin siyahısında “təsərrüfat başçısı” qismində mənim adım qeyd edilmişdir və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (eləcə də onun həyat yoldaşı və mənim qızım inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4) adı ümumiyyətlə ailə üzvləri sırasında yoxdur. Lakin, bu hal da məhkəmə tərəfindən nəzərə alınmamış və qərardadda mənim ailə başçısı kimi üstünlüyümlə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Qeyd olunanlar nəzərə alınaraq 2-1(4-9)-1229/2026 inzibati saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiаçının nümayəndəsi vəkil Vəkil bildirmişdir ki, iddiaçı İddiaçı oxşar iddia tələbi üzrə iş Şirvan Apellyasiya Məhkəməsində baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı inzibati iş üzrə ##.##.2025-ci il tarixli qərardadı əsasında baxılmamış saxlanılmışdır (bu barədə Şirvan Inzibati Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır). Həmin iş üzrə sədrlik edən hakim Quliyev Ceyhun Əmir oğlu hazırda məhkəmə tərkibində iştirak edir. Iddiaçı hesab edir ki, hakimin hazırkı tərkibdə olması işə obyektiv baxılmasını şübhə altına alır. AR IPM-in 19.1.5-ci maddəsinə əsasən, hakim işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda hakimə etiraz verilə bilər. Odur ki, işə baxan hakimlər tərkibindən Quliyev Ceyhun Əmir oğlunun çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Sədrlik edən hakim Quliyev Ceyhun Əmir oğluna edilmiş etirazın təmin olunması barədə qəbul edilmiş qərardadı elan etmişdir.Məhkəmə tərkibinə hakim X6 daxil edilmişdir. Iddiаçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanına dair iddiaçı İddiaçı mükiyyət hüququnun mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Həmçinin müəyyən olunur ki, göstərilən ünvanda fərdi yaşayış evi faktiki olaraq yoxdur, təbii ki, yaşayış da yoxdur və 3-cü şəxslərin sözügedən həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır və hazırkı işə münasibətdə üçüncü şəxslərin qeyd edilən ünvanda qeydiyyatda olmaları iddiaçının hər hansı hüququnu pozmur. Mövcud olmayan daşınmaz əmlakdan formal olaraq şəxsin qeydiyyatdan çıxarılması qanunvericinin güddüyü məqsədə mütənasib hesab edilə bilməz. Belə olan halda isə qanun tənzmlənməni həyata keçirmədən, məqsədinə çatmadan qalacaqdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə, həmçinin hüquqlarının məhdudlaşdırılması müəyyən edilmir. Işin halları ilə müəyyən olunur ki, üçüncü şəxslərdən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 iddiaçının övladı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 isə kürəkənidir. Vaxtı ilə ünvan 6 ünvanında yerləşmiş fərdi yaşayış evi faktiki olaraq mövcud deyil. Təbii ki, belə vəziyyətdə orda yaşayış da yoxdur. Qeyd edilən evə dair iddiaçının atası X3 adına yanvar 1992-ci il tarixdə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasport tərtib edilmişdir. Füzuli Rayon Icra Hakimiyyəti Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatına görə İddiaçı Füzuli rayonunun işğalına qədər və hazırda Nümayəndəliyin “Təsərrüfatbaşına” kitabında ünvan 6 ünvanında təsərrüfatbaşçısı kimi qeydiyyatdadır. Üçüncü şəxslərin qeyd edilən ünvana qeydiyyata alınmaya əsas olan sənədlər məhv edilmişdir. Iddiaçının övladı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 işğala qədər qeyd edilən ünvanda yaşamış və orda qeydiyyatda olmuş, 2009-cu ildə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ilə evlənmiş və sonuncu da həmin ünvana qeydiyyata düşmüşdür. Iddiaçı və üçüncü şəxslər qeyd edilən ünvanda qeydiyyatdadılar. Cavabdeh iddiaçının üçüncü şəxslərin qeydiyyatdan çıxarılma ilə bağlı müraciətindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Hazırkı işə münasibətdə iddiaçının hüquqi marağı üçüncü şəxslərin ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarında qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan Plenum qərarına əsasən iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün mülkiyyətçi statusu mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinin ona məxsus olduğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni sözügedən evin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətində və ya istifadəsində olduğunu təsdiq edən sənədin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. Bundan əlavə, həmçinin iş üzrə materiallardan görünür ki, həmin ev, eləcə də iddiaçının həmin ev üzərində hər hansı hüququ reyestrdə qeydiyyata alınmamışdır. Digər tərəfdən iddiaçının bildirdiyi kimi ünvan 4 ünvanında mövcud olmuş fərdi yaşayış evi onun mərhum atasına məxsus olmuşdur.Məlumdur ki, Füzuli şəhəri işğal altına olduğu dövrdə şəhər tamamilə dağıdılmış və bütün tikililər məhv olmuşdur.Nəticə etibarı ilə sözügedən fərdi yaşayış evinin da naturada mövcudluğu mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının,habelə üçüncü şəxslərin sözügedən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatı onun həmin ev üzərində məhdud əşya hüququ mənasında istifadə hüququna malik olması anlamına gəlmir. Yuxarıda istinad olunan norma anlamında iddiaçının qeydiyyatı sadəcə onun müəyyən yaşayış yeri üzrə dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə kimi qiymətləndirilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Işin araşdırılması nəticəsində üçüncü şəxlərin ünvan 5 ünvanına qeydiyyata düşmələrinə səbəb olan sənədlər məhv edildiyi üçün onların qeyd edilən ünvana hansı sənədlər əsasında düşməsini müəyyən etmək olmamışdır. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.