Məhkəmə qərarları › İş №e-2-1(3-9)-602/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-9)-602/2026

17.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-1(3-9)-602/2026 17.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pensiyanın yenidən hesablanması və təyin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair *-*(*-*)-***/**** nömrəli inzibati iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilərək, “pensiyanın yenidən hesablanması və təyin edilməsi barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instasiya məhkəmələrində icraat: Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bu zaman hesab etmişdir ki, elektron məhkəmə sistemindən əldə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, ##.##.1967-ci il təvəllüdlü İddiaçı məhkəmədə iddia qaldırıldığı tarixədək ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Hazırkı iddia üzrə iddiaçının hüquqi marağı ona təyin olunmuş pensiyanın yenidən hesablanması və təyin edilməsi barədə qərarın ləğvi ilə bağlıdır. Iddiaçının tələbinin yönəldiyi pensiya təyinatı mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həyata keçirir və Filialın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Beləliklə, hazırkı iddiaya Inzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-1(4-9)-1182/2026nömrəli qərardadı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan Inzibati Məhkəməsinə göndərilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pensiyanın yenidən hesablanması və təyin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bu zaman hesab etmişdir ki, mövcud qanunvericilik şəxsin bir neçə yaşayış yerinin olmasını mümkün saysa da, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı yaşayış yeri (bir neçə yaşayış yeri olduqda, onlardan biri) üzrə qeydiyyata alınmasını zəruri sayır. Işdə olan AB******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və şəxiyyət vəsiqəsi ona ##.##.2025-ci il tarixdə verilmişdir. Bundan 4 gün sonra isə, yəni ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırkı iddia üzrə mübahisəyə iddiaçının qeydiyyatda olduğu Bakı şəhərinin yerləşdiyi yerin məhkəməsində və ya inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə, yəni Şirvan Inzibati Məhkəməsi hazırki mübahisəyə baxmaqda özünü səlahiyyətli saymır. Apellyasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şirvan şəhəri Şirvan Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra-Məcəllənin) 9.1-ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məcəllənin 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğvi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilən müddəalarla müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və şəxiyyət vəsiqəsi ona ##.##.2025-ci il tarixdə verilmişdir. Bundan 4 gün sonra isə, yəni ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Beləliklə, iddia üzrə mübahisəyə iddiaçının qeydiyyatda olduğu Bakı şəhərinin yerləşdiyi yerin məhkəməsində və ya inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Iddiaçı Bakı şəhəri üzrə qeydiyyatdadır, Bakı şəhəri isə Bakı Inzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir. Qeyd edilənlər onu deməyə əsas verir ki, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və təyin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar