Məhkəmə qərarları › İş №e-2-1(4-10)-320/2026

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(4-10)-320/2026

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-1(4-10)-320/2026 11.03.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı "cavabdehin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 467,40 manat borcuna görə 950 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair inzibati işə və əlavə olunmuş materiallara baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı "cavabdehin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 467,40 manat borcuna görə (dəyəri 60 manat olan 9 ədəd resor dəyəri 50 manat olan 3 ədəd Stop lampa dəyəri 75 maant olan 2 ədəd şüşə qaldıran dəyəri 110 manat olan 1 ədəd Gaz vakumu) 950 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2026-cı il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixli elektron müraciət edərək iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, vergi borcunu ödəmişdir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı "cavabdehin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 467,40 manat borcuna görə (dəyəri 60 manat olan 9 ədəd resor dəyəri 50 manat olan 3 ədəd Stop lampa dəyəri 75 maant olan 2 ədəd şüşə qaldıran dəyəri 110 manat olan 1 ədəd Gaz vakumu) 950 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” barədə iddia tələbi üzrə tərəflər arasındakı inzibati mübahisə aradan qalxdığından işin icraatına xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar