Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(4-6)-681/2026 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv olunması” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlu, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv olunması” tələbinə dair inzibati mübahisəyə dair işə xx.xx.2026-cı il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakışəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbuledilmiş 23 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1434570/2025 saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” kameral yoxlama qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC barəsində cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 23 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1434570/2025 saylı kameral yoxlama qərarı ilə İddiaçınə 2024-cü il üçün 31773.42 manat əlavə vergisi (mənfəət) hesablanmışdır. Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 23 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1434570/2025 saylı kameral yoxlama qərarda qeyd edilir ki, 2023-cü ilərzində 150650.00 manat məbləğimdə aparılmış əmtəəsiz əməliyyatlar 2024-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Xərc üzrə 110300.12 manat məbləğində sənədlərlə təqdim edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 221.6-cı sətrində göstərilmiş 48567.00 manat ezamiyyə xərcləri barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zəruriyyət yarandığı qeyd olunmuşdur. Məhkəmənin diqqətinə çatdırırıq ki, "xxxx" MMC tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq bütün təsdiqedici sənədləri vergi orqanına təqdim edilsə də, nəzərə alınmadan kameral qərar qəbuledilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbuledilmiş 23 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1434570/2025 saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” kameral yoxlama qərarı əsassızdır. İnzibati orqan EBEC207056 nömrəli, 22 aprel 2024-cü il tarixli elektron qaiməni əmtəəsiz əməliyyat hesab edərək nəzərə almadığına görə mənfəət vergisi üzrə əlavə vergi hesablamışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, inzibati orqan EBEC207056 nömrəl,i 22 aprel 2024-cü il tarixli elektron qaiməni əmtəəsiz əməliyyat hesab edərək nəzərə almadığından 2024-cü ilin noyabr ayı üçün əlavə olaraq 68201,61 manat ədv hesablamışdır. Tərəflərindən qərarla razılaşmayaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda müvəqqəti xarakterli təminat tədbiri olaraq Bakı İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 15(112)-445/2025 nömrəli qərardadı ilə ərizəçi İddiaçı MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş,cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəçi barəsində qəbul edilmiş 17 mart 2025-ci il tarixli 3-21-2-3/2-309926/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” inzibatiaktın (qərarın) icrası işə mahiyyəti üzrə baxılanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15(103)-351/2025saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 15(112)-445/2025 nömrəli qərardadı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasın 15(102)-499/2025 saylı, qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15(103)- 351/2025saylı, xx.xx.2025-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Hesab edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbuledilmiş 23 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1434570/2025 saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” kameral yoxlama qərarı əsassız olduğu üçün ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili X1 xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq hazırda bəzi məsələlərin araşdırılması məqsədilə iddia ərizəsinin geri götürülməsi qərara alındığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması (götürülməsi) barədə qərardad qəbul etməlidir. İPM-in 55.5-ci maddəsinə uyğun olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının həmin Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 29 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı tərəfin ərizəsi təmin edilməli, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(4-6)-681/2026
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(4-6)-681/2026
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver