Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(4-6)-942/2026 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və X2 Xidməti Dağlıq-Şirvan regional şöbəsinə qarşı “məhkəmə qərarının icrasının təmin edilməsi” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və X2 Xidməti Dağlıq-Şirvan regional şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin və X2 Xidməti Dağlıq-Şirvan regional şöbəsinin vəzifəli şəxslərinin mənim hüquq və azadlıqlarımı pozan qərar və hərəkətlərinin (hərəkətsizliklərinin) qarşısının alınması və məhkəmə qərarlarının icrasının təmin edilməsilə bağlı (məsuliyyət tədbirləri görülməsi (inzibati və ya cinayət)) qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsı əsasında, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli (İş №3(008)-3796/2025) Qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin idarəyə göndərilmişdir. DƏMX tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli (İş №3(008)- 3796/2025) Qərarından verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-2341/2025 nömrəli Qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-i tərəfindən qəbul edilmiş 3-17-5/1-Q- 15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsinə göndərilməsinə dair xx.xx.2025-ci il tarixli, 3(008) 3796/2025 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəti, ondan şikayət və ya protest verilə bilmədiyi halda, DƏMX-nin vəzifəli şəxsləri tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş Qərarı 138 gündür ki, qərəzli şəkildə icra olunmur. Lakin ümumi qaydada məhkəmə aktının qəbulundan 203 gündən yuxarıdır ki, icra olunmur. (xx.xx.2026-cı il tarixə). Beləki, məhkəmə qərarlarının qüvvəyə minməsindən aylarla vaxt keçməsinə baxmayaraq, DƏMXnin vəzifəli şəxsləri hüquq və azadlıqlarını kobud şəkildə pozaraq qanunsuz hərəkətlərini (hərəkətsizliklərini) davam etdirmişlər, məhkəmənin qüvvəyə minmiş qərarını qərəzli şəkildə icra etmirlər. Dəfələrlə etdiyi (yazılı, şifahi və elektron qaydada) müraciətlərimdən sonra axır ki, DƏMX 14 oktyabr 2025-ci il tarixdə 3-17-5/1-Q-56414/2025 nömrəli Qərar çıxararaq, qərarın çıxarılmasından 50 gündən yuxarı vaxt keçdikdən sonra 28 noyabr 2025-ci il tarixli 3-17-5/2-Q-110411/2025 nömrəli məktubla məlumat üçün ona göndərilmişdir. DƏMX-nin bu cür qanunsuz hərəkətlərinə nə ad vermək olar? Süründürməçilik, vəzifədən sui-istifadə, özbaşınalıq və s.Konstitusion hüquq və azadlıqları DƏMX-nin Dağlıq-Şirvan regional şöbəsinin rəhbər və məsul şəxsləri tərəfindən bu gündə kobud şəkildə pozulur. Belə ki, dəflərlə etdiyi müraciətlərə, təqdim etdiyi sübutlara, verdiyi izahatlara baxmayaraq indidə DƏMX-inin 14 oktyabr 2025-ci il tarixdə 3-17-5/1-Q- 56414/2025 nömrəli Qərarından 70 gündən yuxarı vaxt keçməsinə baxmayaraq yenədə icra etmirlər. Aydındır ki, DƏMX və DƏMX-nin Dağlıq-Şirvan regional şöbəsinin vəzifəli şəxsləri hüquq və azadlıqlarını pozan bu cür hərəkətlər ilə (hərəkətsizliklər ilə), Azərbaycan Respublikasının Konstitusiyasının, “Vətəndaşların müraciətləri haqqında” Qanunun, “İnzibati Xətalar Məcəlləsi”nin və digər normativ hüquqi aktların tələblərinə əməl etməyərək, kobud qanun pozuntusuna yol vermişlər. Halbu ki, qanunvericiliyin tələbinə görə dövlət orqanları və yerli özünüidarə orqanları, müəssisələr, idarələr və təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər üçün qüvvəyə minmiş məhkəmə qərarının icrası məcburidir. Digər tərəfdən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Şikayət vətəndaşın yaşadığı yer üzrə və ya qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanın və ya vəzifəli şəxsin olduğu yerin məhkəməsinə verilir. O, iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəmsinə müraciət etsə də, həmin məhkəmənin 13 yanvar 2026-cı il tarixli, İş № e-2(5-101)153/2026 Qərardadı ilə (hakim Ruslan Mirzəliyev) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iddiadan imtinanın səbəbini, inzibati aktın və ya dövlət orqanının hərəkətinin (və ya hərəkətsizliyinin) qanuniliyinin yoxlanılması məsələsi olduğundan, belə münasibətlər inzibati hüquq münasibətləri hesab olunur və onların həlli inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməsi qənatinə gəlmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçı iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hər-hansı məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqından verilmiş şikayəti qismən təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarı ləğv edilməsi və işin yenidən baxılması üçün həmin idarəyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsinə dair xx.xx.2025-ci il tarixli, 3(008)-3796/2025 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə bağlı cavabdehlər tərəfindən müvafiq tədbirlərin görülməməsi, qərarın tam olaraq icra edilməməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, cavabdehlərin məhkəmə qərarını tam icra etməməsi onun hüquq və azadlıqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 3-17-5/1-Q- 56414/2025, 14 oktyabr 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin “İsmayıllı rayon Mərkəzi Xəstəxanası" X3 direktoru X1 barəsində qəbul edilmiş 25 02 2025-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarından zərərçəkmiş İddiaçı tərəfindən verilən Şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Dağlıq Şirvan regional şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iş materiallarına əsasən müəyyən olunur ki. İddiaçı Dağlıq Şirvan regional şöbəsinin 25 02.2025-ci il tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında Qərarından Xidmətə şikayət vermiş, şikayət təmin olunmamış, nəticədə qəbul edilmiş Xidmətin 3-17-5/1-Q-15364/2025 nömrəli. 09 aprel 2025-ci ıl tarixli qərarından Qədırov Mehmanın Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə verdiyi şikayət qismən təmin edilmişdir Məhkəmə qərarı onunla əsaslandırmışdır ki, 15 02 2024-cü il tarixli sənədə əsasən, həkim-onkoloq vəzifəsinə xitam verildiyi "Əmək və məşğulluq altsıstemi"ndə qeydiyyata alındığı halda xx.xx.2024-cü il tarixli yeni həvalə əmrinə dair məlumatın həmin sistemdə qeydiyyata alınmaması rəsmi uçotun pozulması, əmək hüququ pozuntusunun gizlədilməsi və işəgötürənin məsuliyyətdən yayınması üçün atılmış addım kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı 16 fevral 2024-cü ıl tarixindən etibarən həkim-onkoloq vəzifəsinin müvəqqəti icrası həvalə edilsə də, bu həvalə yalnız təqribən 10 ay sonra - 17 dekabr 2024-cü il tarixli əmr ilə geri tarixə qüvvədən düşmüş hesab edilmişdir. Lakin bu cür geri tarixli sənədləşmə işçinin faktiki olaraq 10 ay müddətində həkım-onkoloq vəzifəsini icra etməsi faktını ortadan qaldırmır və əksinə, əmək qanunvericiliyinin və inzibati hüququn bir neçə ciddi pozuntusunu təsdiqləyir Birinci instansiya məhkəməsinin qərarından Xidmət tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Xidmət hesab edir ki, qərar ləğv edilməli və inzibatı xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin fakt üzrə yenidən inzibati xəta haqqında iş üzrə icraat apraılır. İddiaçının hazırkı iş üzrə cavabdehdən müəyyən hərəkətləri etməklə bağlı tələbi publik münasibətlərin predmetini təşkil etmir. Belə ki, iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təspit edilmiş inzibati xəta fəaliyyəti ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 99.3-1. Bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin mövcudluğu ilə bağlı bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün zəruri məlumatları toplayaraq ərazi üzrə müvafiq hərbi prokurora göndərir. 99.4. İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. 99.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən məlumatları vermiş şəxslərə göndərilir. 99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, həmçinin iddiaçı hüquqi marağında çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçmədiyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, məhkəmə qərarının icra olunmasının təşkili və bununla bağlı hərəkətlər həmin işin bilavasitə davamıdır və icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(4-6)-942/2026
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(4-6)-942/2026
19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver