Məhkəmə qərarları › İş №e-2-1(4-9)-3/2026

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(4-9)-3/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(4-9)-3/2026 25.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon Polis şöbəsinə qarşı “mülkiyyətində olan yaşayış sahəsindən digər şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Saatlı rayon Polis şöbəsinə qarşı “mülkiyyətində olan yaşayış sahəsindən digər şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Azərbayjan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş, 30 avqust 2024-cü il tarixli, **********38-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvan: ünvan 2si mülkiyyətindədir. Saatlı rayon Polis Şöbəsində məlum oldu ki, X8, X9, X15və X6, ünvan 1 ünvan: ünvan 4milə qeyriqanuni olaraq onun mülkiyyətində qeydiyyatdadılar. Onun mülkiyyət hüququm bərpa olunmalıdır. Bu hal mülkiyyətçi kimi, bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Saatlı rayonu Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı, 18 noyabr 2025-ci il tarixli arayışından görünür ki, 3-cü şəxslərin hamısı, hal-hazırda ünvan 1 ünvan: ünvan 5dları qeyd olunan şəxslərin ona aid olan mənzildən qeydiyyatdan çıxarılması üçün, Saatlı rayonu Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Saatlı rayon Polis Şöbəsindən ona göndərilmiş 18 dekabr 2025-ci il tarixli, 102/2-J-24279/12 saylı məktubda göstərilmişdir ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də iddia ərizəsi ilə, məhkəməyə müraciət edərək qeyd olunanları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırki iş üzrə X8, X9, X15 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Saatlı rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Saatlı rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil edən iddiaçı tərəfrindən təqdim edilən və məhkəmə sorğuları nəticəsində əldə edilən əsas sübutlar aşağıdakı sənədlər olmuşdur:

1. Cavabdehin iddiaçının ilkin tələbinin icrasından imtina məktubu;

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli, ********** qeydiyyat nömrəli iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın surəti;

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli, 3-21-3-38/2-511/2026 nömrəli məktubu;

4. Saatlı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli, 3-16- 5-46/2-40720/2026 nömrəli məktubu;

5. Azərbaycan Respublikası Saatlı rayon İcra Hakmiyyəti Başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli, 5-69-12/2- 04/2026 nömrəli məktubu. Qeyd edilən sənədlərə əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvan: ünvan 9atda olan və iddiaçı tərəfindən qeydiyyatdan çıxarılmasını xahiş etdiyi şəxslərin həmin ünvanda yaşamadıqları, istifadə hüququ barədə məlumatın olmadığı, iddiaçı ilə adları göstərilən şəxslərin yaxın qohumluq əlaqələrinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsində olan hallar olduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə müəyyən etdi ki, ünvan 1 ünvan: Saatlı şəhəri, Həzi Aslanov küçəsi ev 4, mənzil 8) evi X7 mülkiyyətindədir. X1 şəhəri, Həzi Aslanov küçəsi giriş 5, M1, m2 saylı (köhnə ünvan: ünvan 11slər X3, X4, X11 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş X10 cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və iddiaçı X7 mülkiyyətində olan ünvan 1 ünvan: Saatlı şəhəri, Həzi Aslanov küçəsi ev 4, mənzil 8) ünvanında yerləşən mənzilindən X3, X4, X11 və X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Saatlı rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı X7 mülkiyyətində olan ünvan 1 ünvan: Saatlı şəhəri, Həzi Aslanov küçəsi ev 4, mənzil 8) ünvanından X3, X4, X11 və X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Saatlı rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar