Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1251/2022 04.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə Cavabdeh Alekber Mekhtievin iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4117.69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4117.69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Alekber Mekhtiev vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4117.69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işi ilə (e-2-2(113)-1251/2022) həmin məhkəmənin digər hakiminin icraatında olan iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4139,65 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 4330 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işi ilə bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin digər hakiminin icraatında iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4139,65 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 4330 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işi 13 aprel 2022-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Qeyd olunan kommersiya işləri bir-biri ilə sıx əlaqəlidir və Bakı Kommersiya Məhkəməsinin icraatında olan digər kommersiya işi ilkin olaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında cavabdeh Alekber Mekhtiev vəsatətin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Vəsatətin məzmunundan və ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, məhkəmə icraatında iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4139,65 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 4330 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş vardır və həmin iş ilkin olaraq məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, işlərin hər ikisində tərəflər eynidir, hər iki iddia üzrə tələb olunan vəsaitin dövlət büdcəsinə ödənilməli olan vəsaitdir, hər iki iddianın hüquqi əsasları eynidir və hər iki iddia üzrə hərracda satılması tələb edilən əmlaklar bir yerdə yerləşir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya işi üzrə bir-birinə zidd olan məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı iddia ərizələrinə dair kommersiya işlərin bir icraatda birləşdirilmələri məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 4117.69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə e-2-2(113)-1251/2022 saylı kommersiya işi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin cavabdeh Alekber Mekhtievə qarşı cavabdehin 24.11.2021 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4139,65 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 4330 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair e-2-2(113)-1250/2022 saylı kommersiya işinə birləşdirilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1251/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1251/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver