Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1908/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, “xxxx” ASC-nin (Ləğv prosesində) Cavabdeh MMC-yə qarşı borcun silinməsi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: “xxxx” ASC-nin (Ləğv prosesində) Cavabdeh MMC-yə qarşı borcun silinməsinə dair kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının kiçik iddialara dair işlər üzrə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1 284-4.1.4-cü maddələrinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı borcun silinməsi tələbi üzrə ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olmasını nəzərə alıb iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya həmin tələblə iddia icraatı qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: “xxxx” ASC-nin (Ləğv prosesində) Cavabdeh MMC-yə qarşı borcun silinməsinə dair kiçik iddialara dair işlər üzrə ərizənin qəbulundan imtina olunsun. İddiaçıya izah edilsin ki, o, yuxarıda göstərilən tələb üzrə Bakı Kommersiya Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1908/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1908/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver