Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-196/2020 10.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraata dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1190 manat, Dövlət Sosial Müdafiə Fonduna 5402,58 manat, işsizlikdən sığorta fonduna 210,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1190 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh ASC qanunla müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə borcu yaranmış, cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Odur ki, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarmış, həmin qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixinə yaranan 113908,91 manat məbləğində borcuna görə 1190 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ASC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onun tərəfindən hər hansı bir etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********165100 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara 11 nömrəli əlavənin təsdiq olunmuş surətindən görünür ki, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə Bakı şəhəri, Cavabdeh rayonu, Qızıldaş qəsəbəsi, 1-ci geoloji yatağın yanında yerləşən ASC-yə məxsus ofis və həyətyanı sahədə 1190 manat məbləğində əmlak siyahıya alınmışdır. Həmçinin, sözügedən sənəddə siyahıya alınmış əmlakın siyahısı aşağıdakı kimi göstərilmişdir: 9 ədəd stul (dəmir ayaqlı) – cəmi 45 manat; 1 ədəd dəri stul (kreslo) – 10 manat; 1 ədəd qəhvəyi stol-yazı masası – 20 manat; 1 ədəd printer (Canon-MF 4110) – 20 manat; 1 ədəd komputer dəsti – 30 manat; 1 ədəd stul (kreslo, qara) – 10 manat; 1 ədəd qəhvəyi stol-yazı masası – 20 manat; 1 ədəd stul (kreslo, qara) – 10 manat; 1 ədəd komputer dəsti – 30 manat; 1 ədəd stol-yazı masası – 20 manat; 9 ədəd stul (taxta) – cəmi 45 manat, 1 ədəd kreslo – 10 manat; 1 ədəd stol – 20 manat, 3 ədəd elektrik tranformatorun yağ açarı – cəmi 900 manat, ümumi 1190 manat. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********2 nömrəli, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin rəsinin vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli **********2 nömrəli qərarına əsasən Cavabdeh ASC-nin Bakı şəhəri, Cavabdeh rayonu, Qızıldaş qəsəbəsi, 1-ci geoloji yatağın yanında yerləşən ofis və həyətyanı sahədə əmlakları müşahidəçilərin, həmçinin Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə siyahıya alınmış və siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün X2 təhvil verilmişdir. Vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli, **********2 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1 maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən, siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1 maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh ASC-nin qanunla üzərinə düşən vergiləri tam həcmdə və vaxtında ödəməklə bağlı vəzifəsini lazımınca həyata keçirmədiyindən, vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu Cavabdeh ASC-yə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, QƏT E T D İ M: İddia təmin edilsin. Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1190 manat, Dövlət Sosial Müdafiə Fonduna 5402,58 manat, işsizlikdən sığorta fonduna 210,19 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə 1190 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Cavabdeh ASC-dən 10 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-196/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-196/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver