Məhkəmə qərarları › İş №e-2-2(113)-20/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-20/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-20/2022 28.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz istehsalat Birliyi tərəfindən **********00010 saylı abonent koduna əsassız hesablanmış 302997,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, Vəkil tələbini müdafiə edərək izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında 2-2(086)- 431/2018 saylı 03 dekabr 2018-ci il tarixli qətnamənin icra edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında iddiaçının silinməsini tələb etdiyi 302997,20 manat məbləğində vəsaitin qazın istehlakı nəticəsində yaranmış borc olduğunu və həmin həcmdə borcun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qanuni qüvvəyə minmiş iki məhkəmə qətnamələrinin mövcud olduğunu nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin izahatında 2-2(086)-431/2018 saylı 03 dekabr 2018-ci il tarixli, nədə ki, e-2-2(121)- 741/2020 saylı 11.08.2020-ci il tarixli qətnamələrin icra edilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-431/2018 saylı 03 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh xeyrinə təbii qazdan istifadə etdiyinə görə yaranmış 193177,70 manat əsas borc, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı vəsaitinin tutulması barədə qərar qəbul edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-741/2020 saylı 11.08.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 119232,10 manat məbləğində borc, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 119257,10 manat məbləğində pul vəsaiti tutularaq Cavabdehnə ödənilməsi barədə qərar qəbul edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 may 2021-ci il tarixli qərarına əsasən Şirvan Kommersiya məhkəməsinin e-2-2(121)-741/2020 saylı 11.08.2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-2(102)-490/2021 saylı 26.10.2021-ci il tarixli qərarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 25 may 2021-ci il tarixli 2- 291060-24/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. **********00010 saylı abonentin saldosundan görünür ki, 2017-ci ildən 2021-ci ilin avqust ayınadək sözügedən abonentlə bağlı Cavabdeh tərəfindən heç bir akt tərtib edilməyib. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. İddiaçı iddia ərizəsi və iddia həcminin artırılması barədə 06.11.2020-ci il tarixli ərizə ilə əsassız hesablanmış 302997,20 manat məbləğində borcun silinməsini tələb etsə də, qanuni qüvvəyə minmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-431/2018 saylı 03 dekabr 2018-ci il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-741/2020 saylı 11.08.2020-ci il tarixli qətnamələri ilə müvafiq olaraq qazın istehlakı nəticəsində yaranmış 193177,70 və 119232,10 manat cəmi 312409,80 manat məbləğində borcun İddiaçı tutularaq Cavabdehnə ödənilməsi qərara alınmışdır. Göründüyü kimi İddiaçı 302997,20 manat məbləğində borcun əsassız hesablandığına istinad etsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, qanuni qüvvəyə minmiş iki məhkəmə qətnamələri ilə həmin, hətta ondan artıq olan məbləğdə 312409,80 manat məbləğində borcun əsaslı olduğu müəyyən edilərək İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Vəkil izahatında 2-2(086)-431/2018 saylı 03 dekabr 2018-ci il tarixli qətnaməsinin icra edildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırda silinməsi tələb olunan qazın istehlakı nəticəsində yaranmış həmin, hətta ondan artıq olan məbləğdə borcun İddiaçı tutularaq Cavabdehnə ödənilməsi barədə, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə hazırki iş üzrə icraata xitam verilməlidir. Odur ki, qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı 302997,20 manat məbləğində borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı 302997,20 manat məbləğində borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar