Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3142/2022 28.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin xx/xx/2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna olan 39,09 manat borcuna və dövlət büdcəsinə olan 0,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən “X1” adlı mağazasında fərqləndirici əlaməti dəyəri 1200,0 manat olan 1 ədəd “Elenberg” markalı kondisioner, 1 ədədinin qiyməti 100,0 manat olan 8 ədəd “Corella” markalı lak, dəyəri 100,0 manat olan 1 ədəd “Corella” markalı boya, 1 ədədinin qiyməti 110,0 manat olan 3 ədəd “Betek” markalı dolğu, 1 ədədinin qiyməti 100,0 manat olan 3 ədəd “FAB” markalı lak (dolğu), 1 ədədinin qiyməti 70,0 manat olan 2 ədəd “Corella” markalı dolğu və 1 ədədinin qiyməti 110,0 manat olan 2 ədəd “Polchem” markalı dolğu olmaqla ümumilikdə 3090,0 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin xx/xx/2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna olan 39,09 manat borcuna və dövlət büdcəsinə olan 0,09 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən “X1” adlı mağazasında fərqləndirici əlaməti dəyəri 1200,0 manat olan 1 ədəd “Elenberg” markalı kondisioner, 1 ədədinin qiyməti 100,0 manat olan 8 ədəd “Corella” markalı lak, dəyəri 100,0 manat olan 1 ədəd “Corella” markalı boya, 1 ədədinin qiyməti 110,0 manat olan 3 ədəd “Betek” markalı dolğu, 1 ədədinin qiyməti 100,0 manat olan 3 ədəd “FAB” markalı lak (dolğu), 1 ədədinin qiyməti 70,0 manat olan 2 ədəd “Corella” markalı dolğu və 1 ədədinin qiyməti 110,0 manat olan 2 ədəd “Polchem” markalı dolğu olmaqla ümumilikdə 3090,0 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3142/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3142/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver