Məhkəmə qərarları › İş №e-2-2(113)-3379/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3379/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3379/2022 28.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, S.Əsqərova, Zərgər Palan və Ş.Əzizbəyov küçələrinin kəsişməsi ünvanında yerləşən “Miss Stayl” adlı təsərrüfat subyektində vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə yaranan 371,30 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 60 manat məbləğində olan 10 ədəd çanta (qadın üçün) və xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1630,61 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 200 manat məbləğində olan 15 ədəd ziyafət qeyimləri (qadın üçün) ümumilikdə 3600 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, S.Əsqərova, Zərgər Palan və Ş.Əzizbəyov küçələrinin kəsişməsi ünvanında yerləşən “Miss Stayl” adlı təsərrüfat subyektində vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə yaranan 371,30 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 60 manat məbləğində olan 10 ədəd çanta (qadın üçün) və xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1630,61 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 200 manat məbləğində olan 15 ədəd ziyafət qeyimləri (qadın üçün) ümumilikdə 3600 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğlərinin ödənilməsi üçün bildirişlər verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, S.Əsqərova, Zərgər Palan və Ş.Əzizbəyov küçələrinin kəsişməsi ünvanında yerləşən “Miss Stayl” adlı təsərrüfat subyektində vergi ödəyicisinin xx.xx.2022ci il tarixə dövlət büdcəsinə yaranan 1604,87 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 60 manat məbləğində olan 10 ədəd çanta (qadın üçün) ümumilikdə 600 manat məbləğində əmlakı siyahıya alınmış və xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2952,45 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 200 manat məbləğində olan 15 ədəd ziyafət qeyimləri (qadın üçün) ümumilikdə 3000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********5 saylı və **********3 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 371,30 manat, Dövlət Sosial Müdafiə Fonduna 1630,31 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, hazırda heç bir borcu yoxdur. Sonda cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2022-ci il tarixli “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarların surətlərindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli **********5 saylı və **********3 saylı “Əmlakın siyahıya alınması haqqında” protokollardan və onlara əlavə edilmiş siyahılardan görünür ki, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, S.Əsqərova, Zərgər Palan və Ş.Əzizbəyov küçələrinin kəsişməsi ünvanında yerləşən “Miss Stayl” adlı təsərrüfat subyektində fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 60 manat məbləğində olan 10 ədəd çanta (qadın üçün) və fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 200 manat məbləğində olan 15 ədəd ziyafət qeyimləri (qadın üçün) ümumilikdə 3600 manat məbləğində əmlakı siyahıya alınmışdır. Məhkəmə sorğusuna əsasən iddiaçının məhkəməyə ünvanladığı məktubundan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə onun şəxsi hesab vərəqəsində vergi borcu 0,00 manat, icbari tibbi sığorta üzrə borcu 129,21 manat, məcburi dövlət sosial sığorta haqları üzrə borcu 0,00 manat, işsizlikdən sığorta üzrə isə borcu yoxdur. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycqan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 371,30 manat, Dövlət Sosial Müdafiə Fonduna 1630,31 manat ödənilməmiş borcu olmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarları ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin ümumilikdə 3600 manat məbləğində əmlakı siyahıya alınaraq xx.xx.2022-ci il tarixli **********5 saylı və **********3 saylı “Əmlakın siyahıya alınması haqqında” protokollar tərtib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, cavabdehin dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov, S.Əsqərova, Zərgər Palan və Ş.Əzizbəyov küçələrinin kəsişməsi ünvanında yerləşən “Miss Stayl” adlı təsərrüfat subyektində vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə yaranan 371,30 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 60 manat məbləğində olan 10 ədəd çanta (qadın üçün) və xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1630,61 manat borcuna ğörə fərqləndirici əlaməti olan Türkiyə istehsalı olan 1 vahid qiyməti 200 manat məbləğində olan 15 ədəd ziyafət qeyimləri (qadın üçün) ümumilikdə 3600 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar