Məhkəmə qərarları › İş №e-2-2(113)-597/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-597/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-597/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs aaaolmaqla) protokolun təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs aaaolmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şuşa rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/14 saylı icra sənədi üzrə ipoteka predmetləri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin “İddiaçı“ ASC-dən tutulmadan və ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçı “İddiaçı“ ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şuşa rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(077)-352/14 saylı qətnaməsi ilə “İddiaçı" ASC-nin cavabdehlər X3 və X5rşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə cavabdehlər X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 11 saylı kredit müqaviləsi üzrə X1 və X7 müştərək qaydada 190000 manat məbləğində əsas, 49361,22 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, ümumilikdə 240361,22 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin X3 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində istifadədə olan 0.0877 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binada 38.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 12 nömrəli mənzilə və X10 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Məhsəti Gəncəvi küçəsində istifadədə olan 0.08116 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binada 70.51 kv.m ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilə yönəldilməsi və mənzillərin açıq hərracdan satılması, həmin mənzillərin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən qeyd edilən məbləğ və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “İddiaçı" ASC-yə ödənilməsi qət edilmişdir. Şuşa rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/14 saylı qətnaməsi üzrə verilmiş icra sənədi icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Amil Əmirov tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədinin X6 və X11 tərəfindən könüllü icra edilməsi üçün müvafiq bildiriş göndərilmişdir. İcra sənədi X6 və X11 tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirləri görülmüşdür. Sabunçu rayon icra və Probasiya Şöbəsi tərəfindən hərracın təşkili və keçirilməsi üçün “xxxx" MMC-yə sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan “xxxx" MMC-nin təşkilatçılığı ilə açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, 01/4200 saylı bildirişə əsasən icra sənədi üzrə ipoteka predmetləri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilin ilkin satış qiyməti 62000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilin ilkin satış qiyməti 85000 manat olmaqla xx.xx.2017-ci il tarixdə hərraca çıxarılmışdır. İlkin hərrac baş tutmadığından xx.xx.2019-cu il tarixli, 01/2300 saylı bildirişlə təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilmiş və ipoteka predmetləri olan əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə təkrar hərraca çıxarılmışdır. Təkrar hərrac baş tutmadığından “xxxx" MMC-nin xx.xx.2019cu il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrara hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "İddiaçı" ASC-yə təklif olunmuşdur. "xxxx" MMC bildiriş məktubunda qeyd etmişdir ki, ipoteka saxlayan ipoteka predmetini əldə etmək üçün ipoteka predmetini əldə etmək hüququna malik olan şəxs qismində çıxış etdiyi halda hərracın xidmət haqqını ödədikdə protokol tərtib olunur və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi də protokol tərtib edilməmişdən öncə ödənməlidir. “İddiaçı" ASC “xxxx" MMC-nin təklıl məktubuna cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla təklifi qəbul etdiyini və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzili 39525 manata, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ev 20 ünvanında yerləşən 16 saylı mənzili 54187,50 manata almağa razı olduğunu qeyd etmiş, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını “xxxx" MMC-dən xahiş etmişdir. "xxxx" MMC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil üzrə 1399,18 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ev 20 ünvanında yerləşən 16 saylı mənzil üzrə 1918,23 manat xidmət haqqı ödənilməli olduğunu göstərmişdir. “İddiaçı" ASC tərəfindən “xxxx" MMC-nin hesabına hər iki mənzil üzrə 3317,41 manat xidmət haqqı ödənilmişdir. Bundan sonra "xxxx" MMC “İddiaçı" ASC-yə 01/4192 saylı, 01.11 2019-cu il tarixli məktub ünvanlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilə və Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ev 20 ünvanında yerləşən 16 saylı mənzilə dair alqı-satqı müqavilələrinin bağlanması üçün əlavə olaraq daşınmaz əmlaklara hesablanmış sadələşdirilmiş verginin ödənilməsin tələb etmiş, daşınmaz əmlaklara dair sadələşdirilmiş vergi ödənilmədiyi təqdirdə rəsmiləşdirilmənin aparılmasından imtina olunacağı bildirilmişdir. "xxxx” MMC-nin “İddiaçı" ASC tərəfindən sadələşdirilmiş verginin ödənilməməməsi əsası ilə keçirilmiş hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasından imtinası əsassızdır. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki, Şuşa rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)- 352/14 saylı qətnaməsi ilə “İddiaçı" ASC-nin cavabdehlər X3 və X5rşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə cavabdehlər X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 11 saylı kredit müqaviləsi üzrə X1 və X7 müştərək qaydada 190000 manat məbləğində əsas, 49361,22 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, ümumilikdə 240361,22 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin X3 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində istifadədə olan 0.0877 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binada 38.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 12 nömrəli mənzilə və X10 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Məhsəti Gəncəvi küçəsində istifadədə olan 0.08116 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binada 70.51 kv.m ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilə yönəldilməsi və mənzillərin açıq hərracdan satılması, həmin mənzillərin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən qeyd edilən məbləğ və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “İddiaçı" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Şuşa rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi icraata qəbul edilmiş və tələbin könüllü icrası üçün 10 günlük müddət müəyyən edilərək bu barədə borclulara bildiriş göndərilmişdir. Borclular tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə borcun ödənilməsi təmin edilmədiyindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin məktubu ilə icra vərəqəsi hərracın təşkili və keçirilməsi üçün “xxxx” MMC-yə göndərilmişdir. İpoteka predmetləri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilin satılması ilə bağlı xx.xx.2017-ci il tarixdə keçirilmiş hərrac və xx.xx.2019-cu il tarixdə keçirilmiş təkrar hərrac baş tutmamışdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubu ilə göstərilən daşınmaz əmlaklar ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuş və İddiaçı ASC xx.xx.2019-cu il tarixli məktubla göstərilən əmlakları təklif olunan qiymətə əldə etməyə razılıq vermişdir. İddiaçı ASC xx.xx.2019-cu il tarixli, 135000/6304 nömrəli məktubla “xxxx” MMC-yə müraciət edərək Şuşa rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/14 saylı icra sənədi üzrə ipoteka predmetləri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokolun təsdiq edilməsini və alqı-satqı müqavilələrinin bağlanmasını xahiş etmişdir. Bundan sonra “xxxx” MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/4192 saylı məktubla hərracın nəticələrinə dair protokolun alıcı və ipoteka predmetini əldə edən şəxs tərəfindən Vergi Məcəlləsinin 150.1.13, 150.3-1, 220.8 və 220.8.1-ci maddələrinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi ödənildikdən sonra tərtib olunacağı bildirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,İddiaçı ASC-nin iddiası təmin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak; 150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər; 150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər; 150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi. Göstərilən maddələrin məzmunundan göründüyü kimi ixtisaslaşdırılmış hərrac təşkilatları yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsi hərrac vasitəsilə həyata keçirildikdə (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) belə təqdim etməyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmə mənbəyində tutmalıdırlar. Digər tərəfdən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə görə bu Məcəllənin 218.1ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.3-1-ci maddəsinin bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyriyaşayış sahələri vergitutma obyektidir. Sadələşdirilmiş verginin mahiyyətini və tutulması əsaslarını müəyyən edən yuxarıda göstərilən müddəalara müqayisəli şəkildə nəzər saldıqda isə aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda İddiaçı ASC daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən “xxxx” MMC-nin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin ASC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə görə hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar