Məhkəmə qərarları › İş №e-2-2(113)-7120/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7120/2024

20.09.2024 · Xususi icraat - Sənədi saxlayanın əmlakı əsassız əldə etmə barədə işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7120/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, Ərizəçi icra sənədinin icra üsulunun dəyişdirilməsinə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədində yol verilmiş qeyd olunan mövcud anlaşılmazlığın aradan qaldırılması üçün adı çəkilən Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2008-ci il tarixli barışıq sazışinin təsdiqinə dair qərardadın icrası əsasdan verilmiş Bakı Kommersiya Məhkəməsinin 2(81)-2234/2008 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən “1 ədəd – Vişka BV 53x320, 2 ədəd – BL 1200, 2 ədəd - sürətlər qutusu, 5 ədəd - Nasos Y8x6M, 11 ədəd –Mühərrik V2-450, 4 ədəd - 1 Şkifli aqreqat, 4 ədəd – 2 Şkifli aqreqat, 2 ədəd - Mərkəzi şkifli aqreqat, 2 ədəd – Firlanqıc 250T, 2 ədəd - Qarmaqdan ibarət avadanlıqların Ərizəçi MMC-yə qaytarılması tələbinin, həmin avadanlıqların alış faktura dəyəri olan 935716 (doqquz yüz otuz beş min yeddi yüz on altı) manat məbləğin borclu Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən tələbkar Ərizəçi MMC-nin xeyrinə tutulması tələbi ilə əvəz edilməklə, icra sənədinin icra üsulunun dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. İlk öncə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulmasını tənzimləyir. Belə ki, həmin Məcəllənin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1-ci maddəsinə əsasən məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Yuxarıda qeyd edilən maddənin tələbindən göründüyü kimi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmanın qaydası müəyyən edilmişdir. Lakin hazırda Ərizəçi AR MPM-nin 231-ci maddəsinə uyğun olmayaraq, xüsusi icraat qaydasında məhkəmə müvafiq ərizə ilə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi icra sənədinin icra üsulunun dəyişdirilməsinə dair ərizə və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver