Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-750/2020 12.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (Ərizənin qəbulundan imtina haqqında) Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, 8 saylı X1 Cavabdeh qarşı ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyiərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: 8 saylı X2 Cavabdeh qarşı hüquqi şəxsin dövlət büdcəsinə olan ümumilikdə 97.222,80 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, iddia ərizəsi üzrə tələb əmlak xarakterli olmayaraq, o kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının kiçik iddialara dair işlər üzrə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, iddia ərizəsinə sadələşdirilmiş qaydada baxılmasına yol verilməsi üçün iddianın tələbi əmlak xarakterli olmaqla, onun qiyməti kommersiya mübahisələrinə dair işlər üzrə 10.000 (on min) manatdan az olmalıdır. Belə olan halda isə, məhkəmə iddiaçının əmlak xarakterli olmayan tələbi üzrə iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada baxa bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.2 maddələrinə əsasən verilmiş tələb həmin Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki tələbi üzrə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40-2 fəsilinə uyğun olaraqvergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasında verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr həmin Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan Məcəllənin 26.2-ci maddəsinə uyğun olaraq, kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması tələbi üzrə iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada deyil, xüsusi icraat qaydasında baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyiərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya həmin tələblə xüsusi icraat qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: 8 saylı X2 Cavabdeh qarşı hüquqi şəxsin dövlət büdcəsinə olan ümumilikdə 97.222,80 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kiçik iddialara dair işlər üzrə ərizənin qəbulundan imtina olunsun. İddiaçıya izah edilsin ki, o, yuxarıda göstərilən tələb üzrə Bakı Kommersiya Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-750/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-750/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver