Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-751/2020 12.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı iddiaçı aaa Ərazi Vergilər İdarəsinin cavabdeh Piriyev Səlim Raqub oğluna qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı aaa Ərazi Vergilər İdarəsi cavabdeh Piriyev Səlim Raqub oğluna qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, sadələşdirilmiş qaydada baxılması barədə ərizənin qəbul edilməsindən imtina edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin məzmunundan göründüyü kimi yalnız iddia qiyməti on min manatdan az olan əmlak xarakterli (qiymətləndirilən) kommersiya mübahisələrinə sadələşdirilmiş icraat qaydasında baxılması imkanı nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hazırkı iş üzrə iddia tələbinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ibarət olmaqla əmlak xarakterli (qiymətləndirilən) tələb olmadığını nəzərə alaraq hesab edir ki, hazırkı iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizənin qəbul edilməsindən imtina edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-269, 284–1, 284–4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı aaa Ərazi Vergilər İdarəsinin cavabdeh Piriyev Səlim Raqub oğluna qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-751/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-751/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver