Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8192/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya prosesində iştirakı ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Tərəflər arasında bağlanmış, mübahisənin irəli gəldiyi 14 oktyabr 2022-ci il tarixli borc müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə və ya fikir ayrılığı tərəflər arasında danışıqlar və pretenziya qaydasında həll edilir; 5.3-cü bəndinə əsasən mübahisələrin həlli danışıqlar və pretenziya yolu ilə 15 (on beş) gün müddətində mümkün olmadıqda, tərəflər bu məsələləri “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şəkildə mediasiya qaydasında həll edirlər; 5.4-cü bəndinə əsasən tərəflər arasındakı mübahisə və anlaşılmazlıqlar mediasiya qaydasında həll edilə bilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti məhkəmələrdə həll edilməlidir. Göründüyü kimi, tərəflər qarşılıqlı razılaşma ilə müqavilədən irəli gələn bütün mübahisələrin məhkəməyə müraciət etməzdən əvvəl danışıqlar və pretenziya qaydasında, mübahisələrin həlli danışıqlar və pretenziya yolu ilə 15 (on beş) gün müddətində mümkün olmadıqda, mübahisənin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada mediasiya vasitəsilə, mübahisə mediasiya qaydasında həll edilə bilmədikdə isə mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyəti məhkəmələrdə həll qaydasını müəyyən etmişlər. Yəni məhkəməyə müraciət etməmişdən əvvəl qeyd olunan mərhələlərdən keçilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.4-1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat təqdim edilməlidir. 152.1.6-1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8192/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8192/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver