Məhkəmə qərarları › İş №e-2-2(113)-8293/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8293/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8293/2025 20.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “texniki xidmət müqaviləsi üzrə borc” dair kommersiya mübahisəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat işi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “texniki xidmət müqaviləsi üzrə borc” dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 151,71 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”-lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. iddiaçı ilə cavabdeh arasında NBA-44997- 001saylı 14 iyun 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin Müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 382.50 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 230.79 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırkı tarixədək iddiaçıya, ümumilikdə 151.71 manat borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh2 (“Sifarişçi”) arasında imzalanmış NBA-44997- 001saylı 14 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, Sifarişçi isə İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini İcraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin tam siyahısı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1 göstərilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçiriləcək. 2.2-ci bəndə əsasən ödəniş həyata keçirildiksən sonra icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər sifarişçiyə təqdim edilməlidir: 2,3.1.xidmətlərin göstərilməsi barədə akt; 2.3,2. elektron qaimə-faktura. Müqavilənin 3.2.11-ci bəndinə əsasən Sifarişçi kassa aparatının ləğvi üçün müraciət etdikdə tokeni İcraçıya təhvil verməli və icraçının bank hesabına 30 manat ödəniş etməlidir. 3.2.12-ci bəndə əsasən kassa və tokenin qeydiyyatdan çıxarılması (qeydiyyatın ləğv olunması) kassa operator şirkətinin inzibati ofisinə yaxınlaşmaqla təqdim edilməlidir. 5.4-cü bəndinə əsasən Вu müqavilənin 8.3-cü bəndində göstərilən tələblərə riayət edildikdə və yalnız onlayn kassa uçotdan çıxarılması başa çatdıqda müqaviləyə xitam verilmiş hesab olunur. Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu Əlavə 1-də NKA göstərilən aylıq servis xidmətinin dəyəri 9,44 (ƏDV daxil) manat qeyd edilmişdir. Texniki xidmət müqaviləsi üzrə qiymət razılaşdırılması protokolu Əlavə 2-dən görünür ki, Kassa qeydiyyatı +Token xidmətinin dəyəri 70,80 (ƏDV daxil) manat olması barədə tərəflər razılığa gəlmişlər. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC (VÖEN: **********) və Cavabdeh2 arasında imzalanmış NBA-44997-001saylı 14 iyun 2022ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən X1 göstərilmiş xidmətlərə görə Cavabdeh2 İddiaçı MMC-yə sənədlərə müvafiq olaraq 382.50 manat borcu mövcud olmuşdur. Cavabdeh2 həmin borc məbləğinin 230.79 manat hissəsini ödəmiş və İddiaçı MMC-yə ümumilikdə 151,71 manat borcu qalmışdır. EBDA seriyalı, 938594 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 9,44 manat, EBCB seriyalı, 163975 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 9,44 manat, EBCK seriyalı, 518311 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 9,44 manat, EBCD seriyalı, 281856 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 9,44 manat, EBDF seriyalı, 094540 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 9,44 manat, EBCG seriyalı, 833677 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 9,44 manat, EBCİ seriyalı, 962574 nömrəli, xx.xx.2022-ci il tarixli, EBDD seriyalı, 423906 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 943379 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 013347 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyərləri 9,44 manat, EBBY seriyalı, 301451 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 70.80 manat, MT2411 seriyalı, 12237480 nömrəli, xx.xx.2024-cü il tarixli, 35,4 manat, MT2411 seriyalı, 12189960 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 8,42 manat, EBDİ seriyalı, 760568 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDZ seriyalı, 446166 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11376637 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11842406 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyərləri 9,44 manat, EBDW seriyalı, 024330 nömrəli, xx.xx.2023cü il tarixli, EBEA seriyalı, 976506 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 11768477 nömrəli, xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 679593 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyərləri 9,44 manat, EBEC seriyalı, 466372 nömrəli, xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 601534 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11815831 nömrəli, xx.xx.2024-cü il tarixli, EBDP seriyalı, 359298 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 9,44 manat, MT2410 seriyalı, 11845040 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 13 manat, EBDT seriyalı, 837537 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 161238 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 542135 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 823676 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 976635 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyərləri 9,44 manat olan elektron qaimə-fakturalar ödənilməsi üçün X1 təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 01 saylı hesab-fakturaya əsasən Kassa qeydiyyati +Token xidmətinin dəyəri ƏDV daxil 70,80 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ********** ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM). Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək; Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır; Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kassa aparatına xidmət göstərilməsi barədə xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. İlk növbədə qeyd edim ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər yazılı qaydada həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. İş materiallarından məlum olur ki, həmin xidmət müqaviləsinə əsasən iddiaçı kassa aparatına aylıq servis xidməti göstərməyi, cavabdeh isə bunun müqabilində hər ay 9,44 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən göstərilən xidmətlərin ödənişi müvafiq sənədlər təqdim edildiyi gündən (elektron qaimə faktura) 5 iş günü müddətində ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, 382,5 manat borc olmuş, cavabdeh tərəfindən 230,79 manat ödəniş edilsə də, xidmət haqqı tam olaraq ödənilməmiş, cavabdeh tərəfindən iddiaya qarşı etiraz olunmamışdır. Buna görə də iddiaçının Mülki Məcəlləyə və müqaviləyə əsasən cavabdehdən öhdəliyin icrasını, yəni aylıq xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin öhdəliklərini icra etməyək 151,71 manat aylıq xidmət haqqını ödəmədiyini, iddiaçının öhdəliklərin icrasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab edirəm ki, iddia təmin olunmalı, cavabdehdən 151,71 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh2 151 (bir yüz əlli bir) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar