Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8752/2024 23.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Ərizəçi “X1” MMC tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi “X1” MMC ərizə ilə məhkəməyə müraciət edərək səhvən Naxçıvan Kommersiya Məhkəməsinə ödənilmiş rüsumun qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, ərizə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, tələbin kimə qarşı yönəldilməsi aydın şəkildə ifadə edilməmiş, buna görə də ərizənin mümkünlüyü ilə bağlı digər əsasların mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Ərizəyə əlavə edilmiş asan ödəniş sistemindən çıxarışda ödənilən vəsaitin məhz məhkəməyə verilən hazırkı ərizə ilə bağlı ödənilmiş dövlət rüsumu olması, habelə həmin ödənişin dövlət rüsumu olması müəyyən edilərsə belə, dövlət rüsumunun məhz hazırkı mübahisə ilə bağlı ödənilməsi müəyyən olunmur. Ərizənin özündə dövlət rüsumu ilə bağlı qeyd hissədə “bu ödəniş rüsumdan azaddır” gösərilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “X1” MMC tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər ərizəçi “X1” MMC-yə geri qaytarılsın. Ərizəçi “X1” MMC-yə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8752/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8752/2024
23.11.2024 · Xususi icraat - Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver