Məhkəmə qərarları › İş №e-2-2(113)-990/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-990/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-990/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və digərinə qarşı qərarların ləğvi və sair tələbi barədə iddiaərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MTK barədə xx.xx.2019-cu il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********318500 saylı və Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli İddiaçı MTK-nın verdiyi şikayətə aid **********359800 saylı qərarlarının əsassız və qərəzli olması səbəblərindən ləğv edilməsi, həmin qərarlarla İddiaçı MTK-nın üzərinə qoyulmuş 33047,99 manat kameral hesablanmış vergi borcunun və ona hesablanmış faiz borcunun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hər iki tələb inzibati orqana qarşı olmaqla qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair tələb olmaqla inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki tələbə kommersiya məhkəməsində baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizə, ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və digərinə qarşı qərarların ləğvi və sair tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçınə izah edilsin ki, hazırki tələblə mübahisələndirmə haqqında iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar