Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1010/2025 22.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh qarşı əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “İddiaçı” şirkəti Cavabdeh qarşı əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli GZ122423-04NO saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 585ATT05/40ADA05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2234 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 976 kq qadın idman ayaqqabıları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair məhkəmə tərəfindən müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: Almaniya, Herzogenaurach 91074, Puma Way 1 ünvanında yerləşən “İddiaçı” Şirkətinə (“PUMA”) ünvanlanmış 28 fevral 2025-ci il tarixli №3-33- 1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 28 fevral 2025-ci il tarixli №023Q saylı Bildirişə (“Bildiriş”) əsasən, qeydiyyat ünvanı: ünvan 1n fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli GZ122423-04NO saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 585ATT05/40ADA05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********2234 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 976 kq qadın idman ayaqqabıları, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 28 fevral 2025-ci il tarixindən 13 mart 2025-ci il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir. Eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 09 mart 2025-ci ildə rəsmən təqdim olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış “PUMA” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 09 mart 2025-ci il tarixli müvafiq Akt tərtib edimişdir. Hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X3, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “PUMA” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və malların müşayiətedici müvafiq məlumatlarını yoxlayaraq, buraxılışı dayandırılmış həmin malların kontrafakt olması faktını təsdiqləmişlər. Hüquq sahibi “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/027Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 13 mart 2025-ci il tarixli №027Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3- 33-1100/027Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 14 mart 2025-ci ildə təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 28 fevral 2025-ci il tarixli №3-33-1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 28 fevral 2025-ci il tarixli №023Q saylı Bildirişin, 13 mart 2025-ci il tarixli №3-33- 1100/027Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” verdiyi 14 mart 2025-ci il tarixli №027Q saylı Bildirişin İddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri “PUMA” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da iddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus “PUMA” və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “İddiaçı” Şirkətinə məxsus “PUMA” və digər əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə xx.xx.2020-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: malların buraxılışının dayandırılması haqqında qərar, bildirişlər, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli malların buraxılışının dayandırılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: Almaniya, Herzogenaurach 91074, Puma Way 1 ünvanında yerləşən "xxxx" Şirkətinə (“PUMA”) ünvanlanmış 28 fevral 2025-ci il tarixli №3-33- 1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 28 fevral 2025-ci il tarixli №023Q saylı Bildirişə (“Bildiriş”) əsasən, qeydiyyat ünvanı: ünvan 1n fərdi sahibkarCavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024cü il tarixli GZ122423-04NO saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 585ATT05/40ADA05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********2234 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 976 kq qadın idman ayaqqabıları, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 28 fevral 2025-ci il tarixindən 13 mart 2025-ci il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarının tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 09 mart 2025-ci ildə rəsmən təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli malların buraxılışının dayandırılmasının uzadılması haqqında qərardan görünür ki, hüquq sahibi “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli №3-33-1100/027Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 13 mart 2025-ci il tarixli №027Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək uzadılmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “PUMA” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 09 mart 2025-ci il tarixli müvafiq Akt tərtib edimişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqii Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (Almaniya, Herzogenaurach 91074, Puma Way 1) adına qeydiyyata alınan 437626 saylı PUMA beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 18,25,28ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (Almaniya, Herzogenaurach 91074, Puma Way 1) adına qeydiyyata alınan ******* saylı təsvir beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03,18,25ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 02 dekabr 2026-ci il tarixinə qədər qüvvədədir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 283.1-ci maddəsinə əsasən reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. - 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun: - 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); - 6-cı maddəsinin “a” və “ç” yarımbəndin əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları və əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); qeydiyyata alınmır. - 10-cu maddəsinə əsasən əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. - 19-cu maddəsinə görə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına ... dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir.” Qanunun 21-ci maddəsinə görə “Əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər.” - 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. - 26-cı maddəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. - 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər. Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal kontrafakt məhsul hesab olunur. İddiadan və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən “İddiaçı” şirkətinə məxsus olan “Puma” əmtəə nişanı və təsvirlərindən istifadə edilməklə həmin əmtəə nişanı adı altında istehsal olunmuş və kontrafakt hesab olunan mallar ölkəyə idxal olunmuşdur. Lakin Bakı Baş Gömrük İdarəsi tərəfindən idxal olunmuş həmin mallara gömrük nəzarəti altında baxış keçirilərkən həmin malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Buna görə də Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli qərarı ilə malların buraxılışının dayandırılması haqqında qərar qəbul olunmuşdur. Malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” şirkəti Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 təqdim olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan 437626 saylı “PUMA” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 18,25 və 28-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. Eyni zamanda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən İddiaçı (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 18 və 25-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 02 dekabr 2026-cı il tarixinə qədər qüvvədədir. Göründüyü kimi iddiaçı həmin siniflərdə göstərilən əmtəə və xidmətlər üzrə “PUMA” əmtəə nişanından və təsvirindən istifadə etməkdə müstəsna hüquqa malikdir. İddiaçı həmin müstəsna hüquqa malik olduğundan kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd olunan normalara məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli GZ122423-04NO saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 585ATT05/40ADA05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2234 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 976 kq qadın idman ayaqqabıları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir. İddiaçı müəlliflik mübahisələri üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli №3-33-1100/023Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli GZ122423-04NO saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 585ATT05/40ADA05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********2234 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı mallar (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 976 kq qadın idman ayaqqabıları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1010/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1010/2025
22.07.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver