Məhkəmə qərarları › İş №e-2-2(115)-1230/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1230/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1230/2022 10.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi X1 ərizəsini və iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə ödənilməmiş 1738 manat 49 qəpik (vergilər üzrə 693,37 manat, faiz üzrə 45,12 manat, maliyyə sanksiyası üzrə 1000 manat) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1800 manat məbləğində siyahıya alınmış əmlakının (vahidinin dəyəri 900 manat olan Türkiyə istehsalı 1,5 metrlik rəf tipli 2 ədəd soyuducu (işlənmiş)) ticarət şəbəkələrində satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 06 iyun 2022-ci il tarixli, e-2-2(115)-1230/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddiaçının nümayəndəsi X2 09 iyun 2022-ci il tarixdə iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə göndərərək, Cavabdeh ilə bağlı məhkəmənin icraatında olan əmlakın siyahıya alınması haqqında 25.04.2022-ci il tarixli qərar üzrə vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmaması ilə əlaqədar iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının nümayəndəsinin xahişi nəzərə alınmaqla ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1,264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar