Məhkəmə qərarları › İş №e-2-2(115)-1350/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1350/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1350/2022 08.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıq İş üzrə Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın hərrac vasitəsi ilə satılması” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıq İş üzrə Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən icbari tibbi sığorta haqqları üzrə 250 manat 61 qəpik, dövlət sosial müdafiə fonduna olan 2468 manat 82 qəpik və dövlət büdcəsinə olan 3274 manat 88 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanda yerləşən “GOLD BANYO” adlı obyektdə Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “GÜVENLUX” markalı unitaz, fərqləndirici əlaməti Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 6 ədəd “CLASSO” markalı unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd tülpan və Çin istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 5 ədəd unitaz olmaqla ümumilikdə 6400 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun icbari tibbi sığorta haqqları üzrə, dövlət büdcəsinə və dövlət sosial müdafiə fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir.Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan icbari tibbi sığorta haqqları üzrə 250,61 manat, dövlət sosial müdafiə fonduna olan 2468,82 manat və dövlət büdcəsinə olan 3274,88 manat borcuna görə fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “GOLD BANYO” adlı obyektdə - fərqləndirici əlaməti Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “GÜVENLUX” markalı unitaz, fərqləndirici əlaməti Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 6 ədəd “CLASSO” markalı unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd tülpan və Çin istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 5 ədəd unitaz olmaqla ümumilikdə 6400,0 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********1, **********4 və **********3 saylı protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən icbari tibbi sığorta haqqları üzrə 250,61 manat, dövlət sosial müdafiə fonduna olan 2468,82 manat və dövlət büdcəsinə olan 3274,88 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən icbari tibbi sığorta haqqları üzrə 250 manat 61 qəpik, dövlət sosial müdafiə fonduna olan 2468 manat 82 qəpik və dövlət büdcəsinə olan 3274 manat 88 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanda yerləşən “GOLD BANYO” adlı obyektdə Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “GÜVENLUX” markalı unitaz, fərqləndirici əlaməti Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 6 ədəd “CLASSO” markalı unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd tülpan və Çin istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 5 ədəd unitaz olmaqla ümumilikdə 6400 manat məbləğində siyahıya alınmış əmlaklarının hərrac vasitəsi ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 14 iyun 2022-ci il tarixli, e-2-2(115)-1350/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıq İş üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokola əlavədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən “GOLD BANYO” adlı obyektdə Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd tülpan və Çin istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 5 ədəd unitaz vergi müfəttişi tərəfindən siyahıya alınmışdır. xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokoldan görünür ki, dövlət vergi müfəttişi tərəfindən vergi ödəyicisinə məxsus Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd tülpan və Çin istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 5 ədəd unitaz siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıq İş üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola əlavədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən “GOLD BANYO” adlı obyektdə Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd unitaz vergi müfəttişi tərəfindən siyahıya alınmışdır. xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokoldan görünür ki, dövlət vergi müfəttişi tərəfindən vergi ödəyicisinə məxsus Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd unitaz siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıq İş üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli protokola əlavədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən “GOLD BANYO” adlı obyektdə Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “GÜVENLUX” markalı unitaz, fərqləndirici əlaməti Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 6 ədəd “CLASSO” markalı unitaz vergi müfəttişi tərəfindən siyahıya alınmışdır. xx.xx.2022-ci il tarixli **********3 nömrəli protokoldan görünür ki, dövlət vergi müfəttişi tərəfindən vergi ödəyicisinə məxsus Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “GÜVENLUX” markalı unitaz, fərqləndirici əlaməti Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 6 ədəd “CLASSO” markalı unitaz siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» xx.xx.2022-ci il tarixli aktlardan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə hərrac vasitəsi ilə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 3274 manat 88 qəpik, dövlət sosial müdafiə fonduna ödənilməmiş 2468 manat 82 qəpik və icbari tibbi sığorta fonduna ödənilməmiş 250 manat 61 qəpik borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə yaranmış 3274 manat 88 qəpik məbləğində borcunun, dövlət sosial müdafiə fonduna yaranmış 2468 manat 82 qəpik məbləğində borcunun və icbari tibbi sığorta fonduna yaranmış 250 manat 61 qəpik məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 6400 manat dəyərində siyahıya alınmış əmlakı hərrac vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 3274 manat 88 qəpik məbləğində, dövlət sosial müdafiə fonduna ödənilməmiş 2468 manat 82 qəpik məbləğində və icbari tibbi sığorta fonduna ödənilməmiş 250 manat 61 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ümumilikdə 6400 manat məbləğində siyahıya alınmış əmlakı (Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 2 ədəd “GÜVENLUX” markalı unitaz, fərqləndirici əlaməti Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 6 ədəd “CLASSO” markalı unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 250 manat olan 1 ədəd unitaz, Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 8 ədəd tülpan və Çin istehsalı olan 1 vahidinin qiyməti 350 manat olan 5 ədəd unitaz) hərrac vasitəsi ilə satılsın. 79 manat 95 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar