Məhkəmə qərarları › İş №e-2-2(115)-1519/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1519/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1519/2021 16.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.06.2021-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 1180 manat 37 qəpik borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1205 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət sosial müdafiə fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 17.06.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 17.06.2021-ci il tarixə yaranan 1180 manat 37 qəpik borcuna görə 1205 manat (1 ədədinin qiyməti 7 manat olan ümumi 140,0 manat dəyərində 20 ədəd redbull (0,5 l-lik), 1 ədədinin qiyməti 3,5 manat olan ümumilikdə 70 manat dəyərində 20 ədəd redbull (0,25 l-lik), 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 22,0 manat dəyərində 22 ədəd 0,25 l-lik Mackcofee, 1 ədədinin qiyməti 1 manat olan 10 ədəd 0,5 l-lik pull, 1 ədədinin qiyməti 2 manat olan 12 ədəd Sarı kız, 1 ədədinin qiyməti 0,6 manat olan ümumilikdə 28,8 manat dəyərində 48 ədəd 0,5l-lik qazlı su, 86,4 manat dəyərində 24 qutu Kent siqaret, 50,0 manat dəyərində 20 qutu Rotmans siqaret, 77,5 manat dəyərində 31 qutu Wincester siqaret, 64,8 manat dəyərində 18 qutu Winston siqaret, 46,0 manat dəyərində 23 qutu Maqna siqaret, 100,0 manat dəyərində 40 qutu West siqaret, 39,1 manat dəyərində 17 qutu classik siqaret, 61,6 manat dəyərində 28 qutu Viceroy siqaret, 35,1 manat dəyərində 9 qutu sabranik siqaret, 14 manat dəyərində 7 qutu Veqas siqaret, 69 manat dəyərində 30 qutu Want siqaret, 21,6 manat dəyərində 6 qutu Davidoff siqaret, 39,2 manat dəyərində 14 qutu LD siqaret, 42,5 manat dəyərində 17 qutu Keno siqaret, 20 manat dəyərində 10 qutu Prima siqaret, 40,0 manat dəyərində 20 qutu Arpo siqaret, 48,4 manat dəyərində 22 qutu Senate siqaret, 55,0 manat dəyərində 25 qutu Kinqston siqaret) məbləğində əmlakı siyahıya alınmış və bu barədə 18.08.2021-ci il tarixli **********4 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 23.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 17.06.2021-ci il tarixə dövlət sosial müdafiə fonduna 1180 manat 37 qəpik ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 07 oktyabr 2021-ci il tarixli, e-2-2(115)-1519/2021 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.08.2021-ci il tarixli, **********4 nömrəli protokola əlavədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 1 nömrəli evin qarşısında yerləşən köşkdəki 1 ədədinin qiyməti 7 manat olan ümumi 140 manat dəyərində 20 ədəd redbull (0,5 l-lik), 1 ədədinin qiyməti 3 manat 50 qəpik olan ümumilikdə 70 manat dəyərində 20 ədəd redbull (0,25 l-lik), 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 22 manat dəyərində 22 ədəd 0,25 l-lik Mackcofee, 1 ədədinin qiyməti 1 manat olan ümumilikdə 10 manat dəyərində 10 ədəd Pull (0,5 l-lik), 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 24 manat dəyərində 12 ədəd sarı kız, 1 ədədinin qiyməti 0,6 manat olan ümumilikdə 28 manat 80 qəpik dəyərində 48 ədəd 0,5l-lik qazlı su, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 86 manat 40 qəpik dəyərində 24 qutu Kent siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 50 manat dəyərində 20 qutu Rotmans siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 77 manat 50 qəpik dəyərində 31 qutu Wincester siqaret, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 64 manat 80 qəpik dəyərində 18 qutu Winston siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 46 manat dəyərində 23 qutu Maqna siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 100 manat dəyərində 40 qutu West siqaret, 1 ədədinin qiyməti 2 manat 30 qəpik olan ümumilikdə 39 manat 10 qəpik dəyərində 17 qutu Classik siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 61 manat 60 qəpik dəyərində 28 qutu Viceroy siqaret, 1 ədədinin qiyməti 3 manat 90 qəpik olan ümumilikdə 35 manat 10 qəpik dəyərində 9 qutu Sabranik siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 14 manat dəyərində 7 qutu Veqas siqaret, 1 ədədinin qiyməti 2 manat 30 qəpik olan ümumilikdə 69 manat dəyərində 30 qutu Want siqaret, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 21 manat 60 qəpik dəyərində 6 qutu Davidoff siqaret, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan ümumilikdə 39 manat 20 qəpik dəyərində 14 qutu LD siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 42 manat 50 qəpik dəyərində 17 qutu Keno siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 20 manat dəyərində 10 qutu prima siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu Arpo siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 48 manat 40 qəpik dəyərində 22 qutu Senate siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 55 manat dəyərində 25 qutu Kinqston siqaret vergi müfəttişi tərəfindən siyahıya alınmışdır. 18.08.2021-ci il tarixli, **********4 nömrəli protokoldan görünür ki, dövlət vergi müfəttişi tərəfindən vergi ödəyicisinə məxsus 1 ədədinin qiyməti 7 manat olan ümumi 140 manat dəyərində 20 ədəd redbull (0,5 l-lik), 1 ədədinin qiyməti 3 manat 50 qəpik olan ümumilikdə 70 manat dəyərində 20 ədəd redbull (0,25 l-lik), 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 22 manat dəyərində 22 ədəd 0,25 l-lik Mackcofee, 1 ədədinin qiyməti 1 manat olan ümumilikdə 10 manat dəyərində 10 ədəd Pull (0,5 l-lik), 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 24 manat dəyərində 12 ədəd sarı kız, 1 ədədinin qiyməti 0,6 manat olan ümumilikdə 28 manat 80 qəpik dəyərində 48 ədəd 0,5l-lik qazlı su, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 86 manat 40 qəpik dəyərində 24 qutu Kent siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 50 manat dəyərində 20 qutu Rotmans siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 77 manat 50 qəpik dəyərində 31 qutu Wincester siqaret, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 64 manat 80 qəpik dəyərində 18 qutu Winston siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 46 manat dəyərində 23 qutu Maqna siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 100 manat dəyərində 40 qutu West siqaret, 1 ədədinin qiyməti 2 manat 30 qəpik olan ümumilikdə 39 manat 10 qəpik dəyərində 17 qutu Classik siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 61 manat 60 qəpik dəyərində 28 qutu Viceroy siqaret, 1 ədədinin qiyməti 3 manat 90 qəpik olan ümumilikdə 35 manat 10 qəpik dəyərində 9 qutu Sabranik siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 14 manat dəyərində 7 qutu Veqas siqaret, 1 ədədinin qiyməti 2 manat 30 qəpik olan ümumilikdə 69 manat dəyərində 30 qutu Want siqaret, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 21 manat 60 qəpik dəyərində 6 qutu Davidoff siqaret, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan ümumilikdə 39 manat 20 qəpik dəyərində 14 qutu LD siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 42 manat 50 qəpik dəyərində 17 qutu Keno siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 20 manat dəyərində 10 qutu prima siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu Arpo siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 48 manat 40 qəpik dəyərində 22 qutu Senate siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 55 manat dəyərində 25 qutu Kinqston siqaret siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisi tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 18.08.2021-ci il tarixli aktdan məlum olur ki, vergi ödəyicisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh 17.06.2021-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 1180 manat 37 qəpik borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət sosial müdafiə fonduna yaranmış 1180 manat 37 qəpik borcun ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə məxsus olan 1205 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dövlət sosial müdafiə fonduna 1180 manat 37 qəpik borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1 ədədinin qiyməti 7 manat olan ümumi 140 manat dəyərində 20 ədəd redbull (0,5 l-lik), 1 ədədinin qiyməti 3 manat 50 qəpik olan ümumilikdə 70 manat dəyərində 20 ədəd redbull (0,25 l-lik), 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 22 manat dəyərində 22 ədəd 0,25 l-lik Mackcofee, 1 ədədinin qiyməti 1 manat olan ümumilikdə 10 manat dəyərində 10 ədəd Pull (0,5 l-lik), 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 24 manat dəyərində 12 ədəd sarı kız, 1 ədədinin qiyməti 0,6 manat olan ümumilikdə 28 manat 80 qəpik dəyərində 48 ədəd 0,5l-lik qazlı su, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 86 manat 40 qəpik dəyərində 24 qutu Kent siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 50 manat dəyərində 20 qutu Rotmans siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 77 manat 50 qəpik dəyərində 31 qutu Wincester siqaret, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 64 manat 80 qəpik dəyərində 18 qutu Winston siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 46 manat dəyərində 23 qutu Maqna siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 100 manat dəyərində 40 qutu West siqaret, 1 ədədinin qiyməti 2 manat 30 qəpik olan ümumilikdə 39 manat 10 qəpik dəyərində 17 qutu Classik siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 61 manat 60 qəpik dəyərində 28 qutu Viceroy siqaret, 1 ədədinin qiyməti 3 manat 90 qəpik olan ümumilikdə 35 manat 10 qəpik dəyərində 9 qutu Sabranik siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 14 manat dəyərində 7 qutu Veqas siqaret, 1 ədədinin qiyməti 2 manat 30 qəpik olan ümumilikdə 69 manat dəyərində 30 qutu Want siqaret, 1 ədədinin qiyməti 3 manat 60 qəpik olan ümumilikdə 21 manat 60 qəpik dəyərində 6 qutu Davidoff siqaret, 1 ədədinin qiyməti 2 manat 80 qəpik olan ümumilikdə 39 manat 20 qəpik dəyərində 14 qutu LD siqaret, 1 ədədinin qiyməti 2 manat 50 qəpik olan ümumilikdə 42 manat 50 qəpik dəyərində 17 qutu Keno siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 20 manat dəyərində 10 qutu prima siqaret, 1 ədədinin qiyməti 2 manat olan ümumilikdə 40 manat dəyərində 20 qutu Arpo siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 48 manat 40 qəpik dəyərində 22 qutu Senate siqaret, 1 ədədinin qiyməti 2 manat 20 qəpik olan ümumilikdə 55 manat dəyərində 25 qutu Kinqston siqaret ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılsın. 31 manat 80 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar